Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

Bu çakçakda Hisamın sözündən «siz qorxmayın, qorxulu heç nə yox-
dur»  mənasını  versə  də,  həqiqətdə  kinayə  ilə  qadının  görünüşünə  işarə
edilir. 
7) İkibaşlı danışmaq
Bəzi  çakçaklarda  bir  sözün  bir  neçə  məna  verməsindən  yararlanaraq
iki məna, eyni anda ifadə edilir. İlk baxışda eyni məna verdiyi görünsə də,
əslində, bu ifadənin başqa məna yükü var. Bu, kinayəyə bənzəmir. Kina -
yə də kəlimənin mənası lağetmə kimi ifadə edilir. İkibaşlı danışma zamanı
hər  iki  mənanı  anlamaq  mümkündür.  Bu  iki  məna  arasındakı  əlaqədən
yararlanılır. Məsələn: «Ebeyxan Çokur oğlunu məktəbə aparır. Müəllim:
– Uşağı qeydə almaq üçün 500 som 
1
ödəyəcəksiniz, – deyir.
Ebeyxan  Çokur kimi  uşağını  gətirən bir  kəndli uşağı  məktəbə  qeydə
almaq üçün bu məbləğin çox yüksək olmasından şikayətlənərək:
– Bu nə deməkdir? Biz  kənddə bu pula yaxşı bir eşşək alarıq. 
Müəllim cavab verməmiş Ebeyxan kəndliyə deyir:
– Siz də haqlısınız, amma bir eşşəyi iki eşşək etmək istəmirsinizsə, 500
somdan vaz keçin» (7, 60).
8) Ucaldıb-kiçiltmə tərzi
Çakçakçılar bəzən obyekti bir tərəfdən tərifləyirsə, ucaltdığını hiss et -
diyi anda müəyyən həddən sonra birdən-birə kiçiltməyə başlayır. Bu, dal -
ğaşəkilli danışıq tərzi olub danışığın başlanğıcında obyektin hərə kət lərini
tərifləmiş kimi görünsə də, sonra əslində, həqiqətən, obyektin hərə kət lə ri -
nin tənqid edildiyi və lağa qoyulduğu anlaşılır. Məsələn, «Özünü göstər-
məyi çox sevən adam haqqında bir nəfər Hisamdan soruşur:
– Adamın görünüşünə baxıram. Yazı yaza bilirmi?
– Yazır, Hisam deyir, tez-tez dava çıxardıb büroda vəd məktubu yazır»
(7, 34).
Bu çakçakda Hisam qarşı tərəfin «yaza bilirmi?» sualına «yaza bilir»
deyə cavab verir. Bunu dinləyən biri «bu adam gərək ki, yazıçıdır» – deyə
düşünür.  Ardınca  «tez-tez  dava  çıxardıb  büroda  vəd  məktubu  yazır»
deməklə özünü göstərməyi sevən adam öz xarakterini biruzə verir. 
«Hisam Urumçuya getdiyi zaman 60 yaşlı bir qadın soruşur:
– Hisam qardaş, bir mənə bax. Səncə, mən neçə yaşındayam?
– Ən çox 30 yaşındasan. Məncə, 30-dan çox olmaz. 
_____________
1. som– pul vahidi
2014/
I
80


Qadın ürəkdən gülür.
– Maşallah, Hisam qardaş, vəli kimi insansınız. Yaşımı necə bildiniz?
– Yaşınızı tam ortadan böldüm, dedi Hisam» (7, 28).
Bu  çakçakda  Hisam  qadına  «otuz  yaşındasınız»,  –  deyə  cavab  verir.
Bunu duyan qadın sevincindən havaya uçur. Amma ardınca qadının «necə
bildiniz?»  sualına  Hisam  «yaşınızı  tam  ikiyə  böldüm»  deyərək  qadının
həqiqi yaşını açıqlayır.
Buradan  İli  çakçakçılarının  dilində  müxtəlif  bədii  vasitələrdən
ustalıqla istifadə olunaraq dinləyicilərin həyəcanı yüksəldilir.
7. İli çakçaklarının dilindəki mədəni ünsürlər
Məlum  olduğu  kimi,  dil  insan  uyğarlığının  ən  cazibədar  nümunə lə -
rindən biridir. Dil mədəniyyəti zamandan-zamana, məkandan-məkana da -
şı yan əsas vasitədir. İli çakçakları İli uyğurlarının dillərində istifadə etdik-
ləri  ustalıqlarını,  iti  təfəkkür  qabiliyyətini  və  bol  təsəvvür  gücünü  əks
etdirir.  Burada  İli  uyğurlarının  milli  və  dil  özəlliklərinin  özünəməxsus
xüsusiyyətləri  açıqca  görülür.  Bu  xüsusiyyətləri  aşağıdakı  kimi  sıralaya
bilərik:
1)  İli  uyğurları  özünəməxsus  dil  üslubunu  ecazkar  bir  şəkildə  ifadə
edir.
Xinjianqda  uyğurların  xalq  lətifə  sənətində  İli  çakçaklarından  başqa
yenə  Qaşğarın  acı  danışmaları Türfan Yalkundağın  lətifələri kimi  bölgə
lətifə formaları da mövcuddur. Qaşğarın acı danışmalarında lağ və güclü
tənqid əsasdır. Bir cümlə ilə insanın xüsusiyyətlərinə qarşı sanki mübarizə
aparılır. Danışıqda güldürməkdən daha çox qarşı tərəfdə unudulmayacaq
təsir hissi aşılayaraq insandakı qüsurları düzəldir. Türfan Yalkundağ ləti -
fə lərində  kəndlilərin  ənənəvi  sadə  dünyagörüşü  ilə  müasir  şəhərlilərin
həyat tərzi arasındakı fərqlər dilə gətirilərək Türfandakı uyğur kəndli ləri -
nin səmimi xarakteri ifadə edilir. İli çakçaklarında isə güldürməklə bədii
zövq yaradılaraq insanları şənləndirmək əsas hədəfdir. İnsanların oyun və
əyləncəyə olan bağlılığında bu bölgə xalqlarının maddi zənginlikdən daha
çox  mənəvi  zənginliyi  üstün  görən,  könül  xoşluğuna  ciddi  əhəmiyyət
verən  xarakterini  görmək  mümkündür.  Bu,  eyni  zamanda  qərbin  «sənət
üçün sənət» düşüncəsinin də bir əksidir.
2) İli çakçaklarında pis hərəkətlər tənqid edilsə də, gözəl, yumşaq və
uyğun kəlmələr seçilir. Kobudluğa və tərbiyəsizliklərə icazə verilmir. Bu,
bölgədə  yaşayan  insanların  nitq  və  dil  mədəniyyətinin  bir  nümunəsidir.
İlidə çakçak yerində bəzən saatlarla çakçak söylənilir. Çakçakda bir neçə
2014/
I
81


adamın nöqsanları eyni anda söylənilir. Amma çakçak obyekti olan insan
bu  çakçaklardan  təsirlənməyəcək,  qəzəblənməyəcəkdir.  Özünü  misal
gətirilərək  sözün  hamıya  yönəldiyini,  məqsədin  lətifə  ilə  hamını  sevin-
dirmək olduğunu bilir. Digər bölgələrdə bir adam üzərinə belə bir çakçak
söyləyib belə bir təsir əldə etmək çətindir. 
3) İli çakçakçılarının mərd və ürəkli olmaları vacibdir. Çakçakçı din-
ləyicilərin varlı-kasıb olması, mövqeyi, rütbəsinin yüksək olub-olmaması
kimi təsirləri diqqətə almadan böyük-kiçik əyləncə yerində heç çəkinmə -
dən çakçak söyləyə bilmə cəsarətinə sahibdir. Bu, tam mənada bu bölgə
insa nının fərdi münasibətlərindəki bərabərlik hissinin qüvvətli olduğunun
göstəricisidir. 
4) Ləqəblər insanların adları ilə bağlanaraq mövcudluğunu qoruyan
bir dil hadisəsidir. İli çakçaklarında ləqəblər əsas materialdır. Çakçakların
çoxu  ustalıqla  insanların  ləqəblərinə  işarə  edir.  Ləqəb  ilə  insanı  təhqir
etmədən, hətta ondan ustalıqla yararlanaraq lətifə yaradılır. Burada «ləqə -
bi Xıdır verir» deyə bir atalar sözü mövcuddur. Bəzi ləqəblər çox kobud
kimi görünsə də, ləqəb sahibi ləqəbə çox alışdığı üçün çakçaklarda us ta -
lıqla işarə edilən ləqəbə əsəbiləşməyəcək, əksinə qarşı tərəfin dil məharət-
inə heyranlıq duyulacaqdır. Bu vəziyyət İli bölgə əhalisinin ləqəb taxma,
adları ləqəblə çağırma, ləqəblərdən gizli məna çıxarma kimi özünəməx-
sus ləqəb mədəniyyətinin dildəki göstəricilərindəndir. 
5) İli çakçakları Uyğurların dil mədəniyyətindəki bir almazdır. Dilinin
qətiliyi,  gözəlliyi,  çakçakçının  dildən  istifadə  etmə  bacarığı  və  hazırca-
vablığı  ilə  insanlara  dərindən  təsir  edir.  Dinləyicilərə  güclü  bədii  zövq
verməklə yanaşı, onların fiziki və cismani yorğunluqlarını yüngülləş di rə -
rək həyat sevgisini artırır. Çakçakların bölgə dilinin ifadəsi olmaq la ya na -
şı, mil li bölgə mədəniyyətinin də əsas nümunəsidir. Yuxarıda dilə gətirdi -
yi miz xüsuslar, əlbəttə, İli çakçaklarının dilindəki xüsusiyyətlərin ha mı sı -
nı  göz   lər  önünə  sərir.  Çakçakda  daha  çox  mədəni  ünsürlər  gizlənir.  İli
çak çak larının dili və dildə gizlənən mədəni ünsürləri yaxşıca araşdırmaq,
be lə cə, bu cəsur xalq ədəbiyyatı tərzini xalq üçün daha təsirli edə bilmək
biz təd qiqatçıların borcudur. Ona görə də bundan sonra bu mövzuda daha
də rin araşdırmalar aparacağıq və İli çakçaklarını dünyaya tanıtmağa çalı -
şa ca ğıq.
ƏDƏBİYYAT
1. Abdurusul  Seyit.  İlinin  tarihinde yaşayan  çakçakçılar.  Miras  dergisi,  c.2,
Ürümçi, 2008
2. Abdurusul  Seyit.  İlinin  tarihinde yaşayan  çakçakçılar.  Miras  dergisi,  c.3,
Ürümçi, 2008
2014/
I
82


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə