Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində
H.Zeynallıya  aid  fond  №160,  siyahı  №1-də  on  dörd  qovluq  mühafizə
edilməkdədir. Qovluqların 13-ü bütövlükdə H.Zeynallının nağılşünaslığa
dair fəaliyyətinin bir qismini əks etdirir. 14-cü qovluq isə xalq mahnıları-
na aid materiallardan ibarətdir. 
Bu qovluqlarda H.Zeynallının “Azərbaycan nağılları” adlı nəşrə hazır-
ladığı  kitabın  ayrı-ayrı  bölmələri  mövcuddur.  9-cu  saxlama  vahidindəki
“Türk  nağılları  haqqında”  adlı  mənbədə  müəllif  qeyd  edir:“Türk  nağıl-
larının birinci cildində 86 nağıl toplanmışdır ki, bunlar üç bölümə ayrıl -
mışdır...”.  Bu  cümlədən  belə  nəticəyə  gəlmək  olar  ki,  müəllif  nağıllar
haqqında bir neçə cildin nəşr edilməsini planlaşdırıbmış. 
Qovluqlarda  mühafizə  edilən  materiallar  üzərində  müəllif  tərəfindən
düzəlişlər  edilmiş,  vərəqlər  səhifələnmiş,  bölmələr  bir  neçə  dəfə  nöm-
rələnmiş və müəyyən sistematikaya salınmışdır. Buna görə də aşağıdakı
biblioqrafik təsvirlərdə dəqiqlik və ardıcıllıq olsun deyə ən son sadə qə -
ləmlə arxivin əməkdaşları tərəfindən aparılmış səhifələmə işi (rəqəmləri)
göstərilmişdir.  Qovluqlarda  vərəqlərin  böyük  əksəriyyətinin  formatı
18x22 ölçüsündədir (indiki A4-ə uyğun) və  bəzən  bu vərəqlərin yuxarı,
yaxud aşağı hissəsinə əlavə vərəqlər yapışdırlımışdır. Bir qədər kiçik öl -
çülü kağızlarda (şagird dəftərindəki vərəqlərdən ibarət) əlyazmalarına da
rast gəlmək mümkündür. Bütün qovluqlardakı hər yeni başlıq alim tərə -
findən nömrələnmişdir. Vərəqlər üzərindəki əlyazma nömrələrdən başqa
kağızın  yuxarı  sol  küncünə  əlavə  balaca  çap  yazısı  ilə  olan  nömrəli
vərəqlər  yapışdırılmışdır.  Qovluqlardakı  vərəqlərin  üzərində  əlyazısı  ilə
olan rəqəmlərlə, bu cür sonradan yapışdırılma kağız üzərində olan nöm-
rələr bəzən eyni olur. Bu  müəllifin özü  tərəfindən  aparılmış nömrələmə
işidir. Məsələn: 8-ci saxlama vahidi altındakı “Azərbaycan türk nağılları
(qısa  xarakteristikası)”  başlıqlı  əlyazmasındakı  “269”  rəqəmi  üç  dəfə
(sonradan vərəqə əlavə yapışdırılmış balaca kağızda da “269” yazıl mış -
dır), qırmızı qələmlə yazılmış “76” rəqəmi iki dəfə, “Kitabın içindəkilər”
(s.v.10) vərəqində “297” rəqəmi iki dəfə yazılmışdır. Digər vərəqlərdə də
bu cür nömrələrin təkrarları mövcuddur. Mümkündür ki, müəllif öz fon-
dundakı  yazılarının  ardıcıllığını  bu  cür  nömrələmişdir.  Əgər  bu  ehtimal
həqiqətdirsə,  o  zaman  arxiv  materiallarının  böyük  hissəsi  “yoxdur”  de -
məkdi. Çünki, vərəqlərdəki rəqəmlərin nə ilk, nə son, nə də xroniki ar dı -
cıllığını izləmək mümkün deyildir. Bir qism vərəqlərdə isə SSR AEA-nın
möhürü və inventar nömrəsi yer almaqdadır. 
2014/
I
86


H.Zeynallı qələminin nəfəsini, dövründəki sözlərin gözəlliyini müasir
təlatümə  qatmamaq  üçün  zamanında  müəllif  kəlmələrə  necə  həyat  ver-
mişdirsə, eləcə də bu yazıda istifadə edilmiş sitatlar üzərində heç bir də-
yişiklik edilməmişdir. 
H.Zeynalının  arxivindəki sənədlərə  əsasən  göstərmək  olar  ki,  nəşrini
nəzərdə tutduğu “Azərbaycan nağılları” kitabının quruluşunu belə nə zər -
də tutmuşdur. Bölmələrin nömrələnməsi müəllifin öz qeydləridir.
Kitabın içindəkilər:
I Müqəddimə
II Giriş – (nağılların qısa xarakteristikası)
III Nağıllar
IV Şərh və izahlar 
V Nağıllarda rast gələn dialektizmlər 
VI Lüğətçə 
VII Qeydlər
VIII Paralel və müvafiq nağıllar göstəricisi
IX  Biblioqrafiya
Bu başlıqlara dair materiallar müəllifin özü tərəfindən zamanında hazır
edilmişdir və onlar hazırda H.Zeynallının arxivində var olmaqdadır. Qov -
luqlarda yalnız alimin səkkizinci bölməyə daxil etmək istədiyi “VIII Para -
lel  və  müvafiq  nağıllar göstəricisi”  adlı  materiala  rast  gəlinmədi.  Qalan
digər bölmələrin hamısı artıq alim tərəfindən nəşr üçün hazır edilibmiş.
Alimin arxivindəki materialların təsviri aşagıda öz əksini tapmaqdadır.
1.Azərbaycan nağıllarına müqəddimə - biblioqrafiya - fond 160, si -
yahı 1, s.v.1.-  latın  əlifbasında, Azərb.  dilində,  makina yazısı, üzərində
düzəlişlər edilmişdir - 8 v.
Bu saxlama vahidi altındakı qovluqda H.Zeynallının kitaba daxil etmə -
yi  nəzərdə  tutduğu  “biblioqrafiya”  IX  bölümə  (müəllifin  təqdim  etdiyi
“kitabın  içindəkilər”  yazısına  əsasən  (s.v.10)  aid  ədəbiyyat  siyahısı  yer
alır.  Bu  ədəbiyyat  siyahısı  H.Zeynallının A.V.Baqri  ilə  birlikdə  1935-ci
ildə Moskvada “Academia” nəşriyyatında nəşr etdirdikləri “Azərbaycan
türk  nağılları”  adlı  kitabındakı  “Biblioqrafiya”  başlıqlı  bölməyə  daxil
edilmiş biblioqrafik təsvirlərdən yalnız edilmiş bir neçə əlavələri ilə fərq -
lənir  (2).  Məsələn,  2-ci  ədəbiyyat  S.M.Qənizadənin  “Tülkü  və  Çax-çax
bey.- Bakı, 1896.; Səkkizinci vərəqə daha iki ədəbiyyat – 53. A.А.Ра тас -
кевич. Персидские народные сказки. М.-Л. “Academia” C.39-387; 54.
J.Balte, G.Polivka “Anmerkungen zu den kinder u Hausmärch der Brüder
2014/
I
87


Grimm” Leipzig. 1913-1918. I-III. Berlin.”- əlavə edilmişdir. Nə üçünsə
H.Zeynallı öz dəsti-xətti ilə yazdığı bu son iki təsvirin üstündən xətt çək-
mişdir. Həmçinin müəllif 3-cü vərəqə əlavə etdiyi “Biblioqrafik məlumat
Zeynallı  və  prof.  Baqri  tərəfindən  tərtib  edilmişdir”  əlyazmasının  da
üstündən  xətt  çəkmişdir.  Müqayisə  üçün  göstərək  ki,  “Azərbaycan  türk
nağıllarında”  51,  sözügedən  bölmədə  isə  53  ədəbiyyat  qeyd  edilmişdir.
Əslində ədəbiyyat sıyahısında  sonuncu rəqəm  54-dür, lakin  49-cu rə qə -
min ədəbiyyatı yarımçıq buraxılmışdır. 
2. Azərbaycan nağılları / toplayanı H.Zeynallı.-1936- C.I.- fond 160,
siyahı 1, s.v.2.- latın əlifbasında, Azərb. dilində, makina yazısı, üzərində
dü zəlişlər edilmişdir - S. 9-224.-215 v. 
Bu  saxlama  vahidi  altında  aşağıda  təqdim  edilən  nağılların  mətnləri
top lanıl mışdır. Burada da nağıl mətnləri qovluqda yer aldığı ardıcıllıqla,
həmçinin  müəllifin  özünün  qələmə  aldığı  ardıcıllıqla  verilir.  Ümumiy -
yətlə, ikinci, üçüncü və dördüncü saxlama vahidləri altında müəllifin tərt-
ib etdiyi nağılların mətnləri toplanılmışdır. 
10-cu saxlama vahidi altında  nağılların  mündəricatdakı  əksi (Kitabın
içindəkilər - S.10-13. - 3 nüsxə) yer almaqdadır. Nağılların mətndəki ad -
ları mündəricatdakı adları ilə cüzi fərqləndiyi üçün aşağıda nağılların bib-
lioqrafik təsviri hər iki formaya uyğunlaşdırılmışdır. Öncədən qeyd edək
ki, buradakı nağılların hamısı makina yazısıdır və üzərlərində dü zə lişlər
edilmişdir.  Müəllif  özü  nağılları  nömrələmişdir,  lakin  mündəricatdakı
rəqəmlər mətnlərdəki rəqəmlər ilə  bəzən  müxtəliflik  yaradır. Buna görə
də  aşağıdakı  nağılların  təsvirlərində  müəllifin  verdiyi  hər  iki  böl mə nin
rəqəmləri  göstərilmişdir.  Mündəricatdakı  rəqəmlər  ardıcıldır  və
mətnlərdəki rəqəmlərlə fərqlilik yaranarkən bu haqda yeri gəldikcə aşağı-
dakı təsvirlərdə məlumat verilmişdir. Həmçinin aşağıdakı təsvirlərdə bir
neçə nağılın sonunda səhifəsi göstərilməmişdir. Bu həmin nağıl mətninin
həmin qovluqda mövcud olmamasından irəli gəlir. Sadəcə olaraq nağılın
adı mündəricatda qeyd edildiyi üçün bu təsvirlərə daxil edilmişdir. Görü -
nür bu müəllifin yarım qalmış həyatının tamamlanmamış səhifələridir. 
26 nağıl mətninin sonunda müəllif pasport qeydi versə də (bu qeydlər
aşağıdakı  təsvirlərdə  öz  yerini  almaqdadır)  sonra  bu  informasiyaların
üzərindən xətt çəkmiş, belə təsvirə lüzum bilməmişdir. Çünki, o, bu haqda
13-cü saxlama vahidi altında mühafizə edilən qovluqdakı “Qeydlər” böl -
məsində ayrıca informasiya vermişdir. Müəllifin tərtib etdiyi və 2-ci sax -
lama vahidi altında olan nağıllar (I hissə) bunlardır: 
2014/
I
88


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə