Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

75. Əbül Qasım. S.520-531.- mündəricatda – Əbilqasım. 
76. Şah Abbasın oğulu (İbrahim Məhəmməd). S.532-538.
77. Məkri zənan. S.539-543.
78. Dərzi qızı.
79. Xoşqədəm. S.544-548.
80. Nəriman haqqında nağıl. S.549-557.
81. Axund və keçəl. S.558-560 - Bakı, Binəqədi.
82. Keçəl və tacir. S.561-566 - Söyləyəni: Binəqədi kəndindən Mah -
mud Əzim oğlu. Toplayanı: Ə.H.Tahirov. 10.5.1936.
5. Azərbaycan nağılları (elmi əsər).- fond 160, siyahı 1, s.v.5.- kiril
(rus) əlifbasında, rus dilində, əlyazma -1937 - 82 v.
“Azərbaycan nağılları” (“Azərbaycan türk nağılları”yazılmış (“Азер -
байджанские тюркские сказки”), lakin sonradan “türk” sözünün üs tün -
dən xətt çəkilmişdir) başlıqlı 82 vərəq həcmində əlyazmasıdır. Müəllif ilk
səhifəyə  №17  yazmışdır.  Mətn  “Azərbaycan  türk  nağılları”  (1935)  ki -
tabına  daxil  edilmiş  “Azərbaycan  nağılları haqqında”adlı  müqəddiməyə
uyğun gəlir (2).
6.  Azərbaycan  nağıllarının  əhəmiyyəti.-  fond  160,  siyahı  1,  s.v.6.-
Latın əlifbasında, Azərb. dilində, makina yazısı.-26 v.
İlk vərəqin üzərində №10 yazılmışdır. Qovluqda “Nağıllarımızın icti-
mai əhəmiyyəti” adlı  iki  nüsxədən ibarət mətn  yerləşdirilmişdir. Birinci
nüsxə 1-dən 13-cü vərəqə qədər orjinal variantdır. İkinci nüsxə isə 14-24-
cü səhifələri əhatə edir. Üzərində düzəlişlər edilmişdir.
7. Azərbaycan nağılları (elmi əsərləri).- fond 160, siyahı 1, s.v.7.- la -
tın əlifbasında, Azərb. dilində, əlyazması.- S.1-15.- 98 v.
“Azərbaycan nağılları”na yazdığı müqəddimənin əlyazması.- S.1-15.
“Azərbaycan nağılları haqqında” məqaləsi.-S.16-98.
8. Azərbaycan nağılları haqqında (elmi əsər ).- fond 160, siyahı 1,
s.v.8.- latın əlifbasında, Azərb. dilində, əlyazması.-S.1-28.- 28 v.
“Azərbaycan türk nağılları (qısa xarakteristikası)”adlı əlyazma şək lin -
də olan məqaləsi.-S.1-28. 
9. Türk xalq nağılları.- fond 160, siyahı 1, s.v.9.- Ərəb və latın əlif-
basında, üç nüsxə.-12 v.
H.Zeynalının nağıllardan bəhs edən üç nüsxədən ibarət məqaləsi. 
1-ci nüsxə.- əski əlifbadakı  əlyazması.-S.1-5
2-ci nüsxə.- latın əlifbasında (orjinal), makina yazısı.- S.6-9.- 4 v.
3-cü nüsxə.- latın əlifbasında.-üzərində düzəlişlər edilmiş makina ya -
zısıdir.-S.10-12.
2014/
I
92


“Türk nağıllarının birinci cildində 86 nağıl toplanmışdır ki, bunlar üç
bölümə ayrılmışdır. I-bölümdə fantastik nağıllar, II-də çocuq, heyvan na -
ğıl ları, III-bölümdə məişətə aid nağıllar təşkil edir (50 nağıl), ikinci bö -
lümdə  (13),  üçüncü  bölümdə  (14  nağıl)  vardır.  Bu  surətdə  “Nərimanof
nağılı” çıxarılacaq olursa, bu məcmuədə tarixi-dastanı nağıla təsadüf edil -
mir ki, buda Azərbaycan türk dili yazılı ədəbiyyatının olduğu kimi fol klo -
runun da maraqlı cizgilərindən birini təşkil edirlər...” mətnə verilmiş bu
gi riş cümlələri yazının müəllifin hazırladığı kitaba daxil etməyi nəzərdə
tutduğunu deməyə əsas verir. “Kitabın içindəkilər” adlı (üzərində “№3”
yazılmışdır) vərəqdəki - “II Giriş – (nağılların qısa xarakteristikası)” adlı
bölmənin olmasını planlaşdırmışdır. Mümkündür ki, bu mətn həmin böl -
mə üçün nəzərdə tutulubmuş.
10. Azərbaycan nağılları haqqında (elmi əsər ).- fond 160, siyahı 1,
s.v.10.- latın əlifbasında, Azərb. dilində, makina yazısı.- 45 v. 
Bu  saxlama  vahidi  altında  kitaba  daxil  edilmiş  82  nağıl  haqqında
aşağıdakı bölmələr mövcuddur:
VII  Qeydlər.-  S.1-4.-  bölmədə  86  nağılın  adı  və  onların  qarşısında
pasport  qeydi  göstərilmişdir.  Bir  neçə  nağıl  adının  qarşısında  heç  bir
informasiya göstərilməmişdir. Pasport qeydi göstərilməmiş nağıllar bun-
lardır: – 10.Qaqıdan çıxan arvat, 11. Kiçik şahzadə, 12.Məlik Məmməd,
13.Taxta qılıc, 15.Suman gülə neylədi, 19.Bulud, 28.Şəmsü – Qəmər, 29.
Dəmir diş qız, 41.Meymunun nağılı, 42.Nardan xanım, 43. Nazik bədən,
44.  Pinəçi  Məhəmməd,  45.  Dad  Xanpərinin  əlindən,  46.  “Naxçıvan  əl
yazısı”- yazılmışdır. 48. Üç şahzadə, 53.Canavar və tülkü baba, 54.Hacı
leylək və tülkü, 55.“əl yazısı”- yazılmışdır, 57. Keçi baba və xayın qurt,
58.Cik-cik xanım, 60.“əl yazısı”- yazılmışdır, 61. Haxnazar, 67.Altı dul
arvadın qəzyəsi, 70.Əzizin nağılı, 82.Şah Abbasın oğlu.
“VII- Qeydlər” bölməsində 17. “Məlik Əkbər”, 18 Xərkan, 27 “Yuxu”,
32 “İki qardaş”, 33.“Ağ gül” verilmiş nağıl adları nə nağıl mətnlərinin, nə
də  mündəricatdakı  nağıl  adları  arasında  rast  gəlinmədi.  Həmçinin,  nağıl
mətnlərində və mündəricatda yer almış 81.”Axund və keçəl”, 82.“Keçəl və
tacir” nağıl adları “VII-Qeydlər” bölməsində göstəril mə mişdir.
VI Şərh və qeydlər.  S.5-9.- bu bölmədə dialektik sözlərə izahlar ya -
zılmışdır. Məsələn: 33.№2-“Nə əyamdı” - uzun bir zamandı.
Bu  bölmə  mündəricatda  (Kitabın  içindəkilər)  “VI  Lüğətcə”kimi  təq -
dim edilmişdir.
Kitabın  içindəkilər.  S.10-13.- 3  nüsxə.-  kitabın  mündəricatı funk si -
yasını yerinə yetirir. 
2014/
I
93


IV Şərh və izahlar. S.21-29 - bölmə bəzi sözlərin mənasını oxuculara
izah etmək üçün yaradılmışdır. Məsələn: 2. “Orda hamı tük salır”...-yəni
qorxur.
11.  Nəşri  nəzərdə  tutulan  “nağıllar”  kitabına  şərhlər -  fond  160,
siyahı 1, s.v.11.- latın əlifbasında, Azərb. dilində, əlyazma şəklində.- 45 v.
Qovluqda  “Azərbaycan  nağılları”  kitabına  daxil  edilmiş  ön  sözün
mətni mühafizə edilir (1.S.7-20). Yalnız əlyazmanın sonuncu vərəqlərdə-
ki  (Səh.42,43,44,  45)  mətni 2005-ci  il nəşrindəki  19-20-ci  səhifələrdəki
məzmuna  uyğun  gəlmir  ki,  bunun  da  səbəbi  kitabdakı  “Redaktordan”
başlıqlı yazıda şərh edilmişdir.
12. Nağıllar kitabına müqəddimə - fond 160, siyahı 1, s.v.12.- latın
əlifbasında, Azərb. dilində, əlyazması və makina yazısı.- 2 nüsxə.- 4 v.
“Həmin  “türk  xalq  nağılları”məcmuəsində  toplanmış  müxtəlif Azər -
bay can rayonlarının bədii xalq yaradıcılığının ən zəngin qismi olan epik
material dil və düşünüş tarixcəsi üçün və dolayısilə mədəniyyətsiz sayılan
xalq  mədəniyyəti  üçün  əsas  məxəzlər[dən]  biri  olmalıdır,  çünkü  burada
xalqın  bütün  dil  mədəniyyəti,  düşünüşünün  inkişaf  xətləri  aydın  görülə
biləcəkdir...”  cümləsi  ilə  başlayan  “Müqəddimə”  sərlövhəli  yazı  yer  al -
maq dadır.
13.  Azərbaycan  nağılları  haqqında  qeydlər  -  fond  160,  siyahı  1,
s.v.13.- latın əlifbasında, Azərb. dilində, əlyazması.-7 v. 
Qovluqdakı  materiallar  Azərbaycan  nağılları  haqqında  qeydlərin  əl -
yaz ması formasıdır.
14.  Azərbaycan  türk  mahnıları  haqqında  -  fond  160,  siyahı  1,
s.v.13.- latın əlifbasında, Azərb. dilində, əlyazması və makina yazısı.- 63 v.
İşin elmi nəticəsi. Məqalədə H.Zeynallının Azərbaycan Respub lika sı -
nın  Dövlət  Ədəbiyyat  və  İncəsənət  Arxivində  H.Zeynallıya  aid  fond
№160, siyah №1-də mühafizə edilən on üç saxlama vahidi haqqında mə -
lu mat verildi.
İşin elmi yeniliyi. İlk dəfə olaraq burada H.Zeynallının şəxsi arxivin -
də ki nağıllara dair materiallardan tam olaraq bəhs edilmiş və bu mənbələr
biblioqrafik tədqiqat mövzusuna çevrilmişdir.
İşin tətbiqi əhəmiyyəti. Məqalə folklorşünaslar, Azərbaycan xalq na -
ğıl larının tədqiqatçıları və biblioqraflar tərəfindən istifadə oluna bilər.
2014/
I
94


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə