Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

Mütəxəssislərin rəyinə görə, ozançılıq XVI əsrə qədər yaşamış, sonra
tədricən aşıq sənətinə çevrilmişdir. Yəni XV əsrdən etibarən Azərbaycan
və  Anadoluda  ozanı  aşıq,  Qırğızıstan,  Türkmənistan  və  Özbəkistanda
bax  şı, Qazaxıstanda akın, Altay türkləri isə qam-şaman adlandırmışlar.
Xalq  artisti,  sənətşünaslıq  üzrə  elmlər  doktoru,  professor  M.Kərim
unu dulmuş  qolça  qopuzu  bərpa  etmiş  və  alət  “Qədim  musiqi  alətləri”
folklor ansamblında istifadə olunur (şək. №2). Alətin səslənməsində mü -
əy yən qüsurlar olduğundan təkmilləşdirilməsinə ehtiyac var. Bu səbəbdən
qolça qopuz müasir dövr ifaçılıq sənətinin tələblərinə cavab vermir. On -
dan arzu olunan səviyyədə, mükəmməl alət kimi istifadə etmək mümkün
deyil. Fikrimizcə, M.Kərimin hazırladığı həmin alətdə morfoloji reforma -
lar aparılmalıdır. Əslində bu alətin əsl adı “ozan”dır. Bu barədə növbəti
bö lümlərdə fikirlərimizi geniş şəkildə bildirəcəyik. 
Etimologiyası. “Dədə Qorqud kitabı”ndan bəllidir ki, körpələr dün ya -
ya  gələrkən  onlara  heç  də  təsadüfi,  düşünülməmiş  adlar  qoymaz dılar.
Körpələr şəxsiyyət kimi formalaşandan sonra əlamət, xasiyyət, gör kəm və
başqa xüsusiyyətlərini nəzərə alan Dədə Qorqud onlara ad verib de yirdi:
“Sən oğlını “Bamsam” deyü oxşarsan: bunın adı Boz ayğırlıq Bam sı Bey -
rək olsun! Adını bən dedim, yaşını Allah versün! – dedi” (1, 67). Yaxud,
dastanın “Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım, hey!...” bo -
yunda: “Bir buğa öldürmüş sənin oğlın, adı Buğac olsun. Adını bən ver -
düm, yaşını Allah versün, – dedi” ifadələrinə rast gəlirik (1, 39). 
Göründüyü kimi, Dədə Qorqud buğanı məğlub etdiyinə görə Dirsə xa -
nın  oğlunu  Buğac  adlandırmışdır.  Belə  məqamlarla  dastan  boyu  tez-tez
rastlaşırıq. 
Dilçilikdə motivə uyğun söz yaradıcılığı kimi dəyərləndirilən bu üsul-
la  adqoyma  çalğı  alətlərimizə  də  sirayət  etmişdir. Yəni  sənətkarlar  icad
etdikləri alətlərə kortəbii,  təsadüfi adlar qoymazdılar. Əksər adlar alətin
əsas xüsusiyyətləri ilə motivlənmişdir. Alətlərin sözaçımını araşdırdıqda
bunun bir daha şahidi oluruq. 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru F.Xalıqzadə
qo puzun sözaçımı ilə bağlı olduqca maraqlı məlumat verir: “Ozanların ən
başlıca musiqi alətinin adı – qopuz sözünün etimologiyası hələ də qaran-
lıq məsələ olaraq qalır. Belə ki, qopuz sözü ilə qopsamaq, qobzamaq və
ya  qovzamaq  feili  arasında  müəyyən  bir  bağlılıq  olsa  da,  onların  hansı
birinin  ilkinliyini  söyləmək  asan  deyildir.  Bir  tərəfdən  alətin  adı  həmin
feildən törəyə bilərdi. Digər tərəfdən isə sözün tərkibindəki “buz”, “puz”
hissəsinə təqlidi əhəmiyyət də verilə bilər”  (9, 162-163). 
2014/
I
116


Tədqiqatçı,  folklorşünas,  ictimai  və  siyasi  xadim  Əlihüseyn  Dağlı
“Ozan  Qaravəli”  adlı  əlyazmasında bir  sıra  çalğı  alətləri  ilə yanaşı, qo-
puzdan da söhbət açır (10). O, özənsəsli (idiofonlu) ağız qopuzu haqqın-
da da geniş məlumat verir (11, s. 37; 68-70; 164). Dədə Qor qudun ifa et -
diyi qolça qopuzun sözaçımından bəhs edərkən Ə.Dağlı ma raq lı fikirlər
söyləyir.  Onun  qeydlərinə  görə,  qopuz  sözü  “ucadan,  hün dür dən  gələn
səs” deməkdir. Ə.Dağlı hətta Kəpəz dağının adının da ko puz, yəni qopuz
sözündən  yarandığını  bildirir:  “Ləhcələrdə  qopuz  ko buza  çevrilmişdir.
Daha sonra “k” “q” ilə, “b” isə “p” samiti ilə dəyiş dirilir. Məsələn, “Al -
ban”-“Alpan”**  sözlərində olan təki, axırda qopuz kobuz kimi, kobuz da
“Kəpəz” təki çağırılar” (12, s. 123-128).
Filologiya üzrə elmlər doktoru, professor M.Qasımlı qopuzun sözaçı -
mını qədim türkcədə “qop” (“qab”-“qaf”) – ucalıq, yüksəklik, müqəddəs-
lik,  göylər  –  ruhlar  aləminə,  Tanrı  dünyasına  yaxınlıq  anlamında,  “uz”
(“üz”-“öz”) isə nəğmə, musiqi, avazlı səs mənasını bildirdiyini qeyd edir
(13, 40-43). 
Başqa ehtimala görə, qopuz – “qopan” və “oğuz” sözlərinin əsasında
yaranmışdır. Yəni qopuz “oğuzdan qopan səs”, yaxud “oğuzun səsi” an -
lamını bildirir. 
Sual yaranır: Niyə haqqında söhbət açdığımız aləti qolça qopuzu ad -
lan dırırlar? 
Şair, folklorşünas alim, filologiya elmləri doktoru, əməkdar incəsənət
xadimi Ağalar Mirzənin verdiyi məlumata görə, qopuz ilk yarandığı dövr -
də yalnız çanaqdan ibarət olmuşdur. Çanaq heyvanat (tısbağa zirehi) və
ya təbabət (qabaq, hind qozu qabığı və s.) mənşəli materiallardan olmuş-
dur.  Quru  bağırsaqdan  hazırlanan  tellərin  bir  ucu  çanağın  bir  hissəsinə,
digər ucu isə çanağın əks hissəsinə düyünlənərək bağlanırmış. Tellər saz-
dan fərqli olaraq təzənə ilə deyil, barmaqların ucu ilə dartılmaqla, bir növ
çanaqdan teli qopartmaqla (qanun alətində olduğu kimi) səsləndirilirmiş. 
Bəlkə də, qopuz sözü etimoloji baxımdan belə məqamlarda araşdırıl-
malıdır:  “səsin qoparılaraq uzadılması”. Yəni  iki feilin  – qopmaq, uzat-
maq  sözlərinin  ilk  hecalarından,  qısaldılmış  şəkildə  “qop+uz”  deyimi
yaranmışdır.  İllər  ötmüş,  sənətkarlar  belə  qopuzu  təkmilləşdirmiş,  onun
çanağına qol pərçim etmiş və alət “qolça qopuz” adlandırılmışdır. Belə ki,
_______________
** Alpan – Dəvəçi (indiki Şabran – A.N.) rayonunda kənddir (Ə.Dağlının qeydi).
2014/
I
117


qolça qopuz dedikdə, “qollu qopuz” fikri nəzərdə tutulur. Xatırladaq ki,
qədim  dövrlərdə  bütün  növlərdən  olan  çalğı  alətlərinə  qopuz  deyiblər:
vurmalı (zərb alətləri) qopuz; yaylı (qıl, yəni telli) qopuz; ağız, yaxud do -
daq qopuzu (nəfəs) və eləcə də qolça qopuz (telli-mizrablı). Qopuzun di -
gər növlərinin heç birinin qolu yoxdur. Bu səbəbdən “Dədə Qorqud ki ta -
bı”nda haqqında söhbət açdığımız alət daha çox qolça qopuz kimi təqdim
edilir. Bəzən dastanda alça qopuz, quruluca qopuz ifadələrinə də rast gə -
lirik. Nümunə üçün “Quruluca qopuzım gətürün, ogün məni!” (1,  121),
yaxud, “Aydır: Marə, alça qopuzum ələ alun, məni ogün!” (1, 122) kimi
cümlələri qeyd edə bilərik. Burada “quruluca qopuz” – kök-lənmiş, ifaya
hazır mənasını ifadə edir. “Alça qopuz” deyimində sözün kökü “al” (qır-
mızı, şənlik) olan “alça” – şənlik mənasını bildirir. Yəni das tanda birmə-
nalı şəkildə qolça qopuz təsvir edilir. 
Müasir dövrdə bəzən qədimdə olduğu kimi, küllü çalğı alətlərinə “saz -
lar” deyə müraciət olunur. Xüsusən İran və Türkiyədə yaşayan soydaş la -
rı mız bu sözü daha çox işlədirlər.
Nəticə olaraq dastanda qopuza qolça sözünün əlavə edilməsi faktı xor -
dofonlu qopuzun digər müxtəlif qruplara (idiofonlu, aerofonlu, membrano-
fonlu) aid edilən növlərinin də olduğunu təsdiqləyir. Yəni qolça qopuzdan
başqa  vurmalı  qopuz  (membranofonlu),  ağız  qopuzu  (idiofonlu),  do daq
qopuzu (aerofonlu), yaylı qopuz (xordofonlu) kimi ifadələr işlə dil mişdir. 
Ədəbi  mənbələrdə. “Dədə  Qorqud  kitabı”ndan  başqa  poeziyamızın
təmiz türkdilli abidəsi olan “Əhməd Hərami” (XIII əsr) dastanında, Qazi
Bürhanəddin Sivasinin, Məhəmməd Füzulinin, Rüknəddin Məsud Məsi -
hinin şeirlərində də qopuzun adına tez-tez rast gəlirik. Həmin əsərlərdən
bir sıra seçmə nümunələrə diqqət yetirək. 
“Əhməd Hərami dastanı”:
“Nühüft” eyləyibən çəngi dizildi,
Qopuzu şeştə avazı düzildi (15, 88). 
Qazi Bürhanəddin Sivasi: 
Ney kibidür uş vücudum yanaram bu ney 
Düşərəm odına udam yana derəm qopuzi (16, 189). 
Məhəmməd Füzuli:
Rəməzan oldu, çəkib şahidi-mey pərdəyə ru,
Mey üçün çəng dutub, təziyə açdı geysu,
2014/
I
118


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə