Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

olan)  səciyyə daşıdığından,  bu  alət  quruluş  baxımdan  sadə və ifa  xüsu -
siyyətlərinə görə isə dinamik tələblərə cavab verməlidir. 
Bir sıra dərc edilmiş kitab və məqalələrdə alətin qolunun uzunluğu in -
san qolu boyda olduğu üçün onun qolça qopuz adlanması bildirilir. Lakin
müxtəlif türk ellərində qolu insan qolu boyda deyil, daha uzun olan qo-
puza da rast gəlirik. Qeyd edək ki, insan qolu standart ölçüdə olma dı ğın -
dan bu, konkret ölçü (etalon) kimi götürülə bilməz. Aydındır ki, bo yu iki
metrə yaxın olan insanın qolu daha uzun olmalıdır və yaxud əksinə. Fik -
rimizcə,  “qolça”  sözü  burada  qopuzun  qolu  olan  növünü  və  əzizlə mək
mənasını bildirmək üçün işlədilmişdir. Dastanda qeyd edildiyi kimi, “alça
qopuz”, “quruluca qopuz” ifadələrinə də rast gəlirik (1, 121-122). “Quru -
lu ca qopuz” – köklənmiş, ifaya hazır qopuz mənasını ifadə edir. Müasir
dövrdə müxtəlif aşıq havaları ifa edildikdə sazı müvafiq havacata uyğun
şəkildə kökləyirlər. Görünür, qolça qopuz da hər havaya uyğun köklənir-
miş. “Quruluca qopuz” dedikdə, artıq alətin xüsusi köklənməyə ehtiyacı
olmadığı  bildirilir.  Yəni  qopuz  müasir  sazda  olduğu  kimi,  ifa  ediləcək
havaya uyğun kökdə artıq qurulmuşdur. 
“Alça qopuz” deyimində isə sözün kökü “al” (qırmızı, şənlik) olan “al -
ça” – şənlik mənasını bildirir. Yəni istər quruluca qopuz, istərsə də alça
qopuz dedikdə burada birmənalı şəkildə qolça qopuz nəzərdə tutulur. 
Deməli,  qolça  qopuzun  qolunu  istənilən  uzunluqda  hazırlamaq  olar.
Alə tin çanağı üzərində heç bir dəridən istifadə olunmamalıdır. Çünki qo -
puz aləti ən qədim telli alətlərimizdəndir. Çanağının üzərinə dəri çəkilən
telli  alətlər  isə  çox-çox  sonralar  yaranmışdır.  Yəni  dərinin  xüsusi  üsulla
təmizlənməsi və aşılanması üçün uzun bir proses tələb olunur. Bunun üçün
müəyyən bir dövr, mərhələ keçməlidir. 
Qolça qopuzun telləri üç deyil, çoxsaylı olmuşdur. “Quruluca qopuz”
deyimi fikirlərimizi təsdiqləyir. Ola bilsin, üç telin hər biri qoşa səslən di -
rilirmiş. Belə olduqda alətin səsi nisbətən güclənər. Bəzi mənbələrdə qop-
uzun tellərinin at quyruğunun çəngə halda tüklərindən hazırlandığı bil di -
rilir. Fikrimizcə, belə tellər yalnız yaylı alətlər üçün xarakterik ola bi lər.
At quyruğunun tüklərindən hazırlanmış telləri mizrabla çaldıqda alət bo -
ğuq səslənir. Çox güman ki, tellər o dövrdə ya bağırsaqdan, ya da da mar -
dan hazırlanmışdır. Müasir dövrdə isə qopuz üçün sazın metal tellə rin dən
istifadə edilməsi məsləhətdir. 
2014/
I
122


Türkiyənin böyük tarixçi alimi, professor Bahəddin Ögel türk etnosu-
nun yayıldığı müxtəlif coğrafi ərazilərdə qopuzun fərqli ağaclardan hazır-
landığını bildirir: cam (qaraqay), ceviz (qoz), tut, ardıc, sədir və s. (22, 24;
100).
Müasir qolça qopuzun çanağı tutdan, qol hissəsi isə davamlı və möh -
kəm olması üçün qoz ağacından hazırlanmalıdır. Qədimdə qollu alətlərin
tac  hissəsini heyvadan, orada yerləşdirilən  aşıxları isə armud ağacından
hazırlayırdılar.  Çünki  armud  ağacı  digər  ağaclara  nisbətən  sürtünməyə
davamlıdır. Yəni başqa ağaclardan hazırlanmış aşıxlar bir müddət istifadə
edil dikdən  sonra  “boşalır”. Armud  ağacı  isə  işləndikcə  heyvadan  hazır -
lan mış tac hissəyə daha da “sarılır”.  
Azərbaycanın klassik şairi Nizami Gəncəvi bir beytində mizrabla çalı-
nan telli rud çalğı alətindən söhbət açır: 
Qabaqlar sazlarlar şadlıqçün rudu,
Heyva boğazından tutar armudu (23, 184).
Şair ikinci misrada aşıxların armud, tac hissənin isə heyva ağacından
hazırlanmasını poetik dillə çox gözəl təsvir etmişdir. 
Ehtimal olunur ki, Nizaminin yaşadığı XII əsrdə rud alətində olduğu
ki mi, qolça qopuzun da aşıxları armud, tac hissəsi isə heyvadan hazırla -
nır mış. Bu səbəbdən qolça qopuz bərpa edilərkən aşıxlarının armud, tac
hissəsinin heyvadan hazırlanması məqsədəuyğundur. Alətin qoluna bağ -
lanan  pərdələr qədimdə  kirişdən hazırlanmışdır. Müasir dövrdə isə kiriş
əvəzinə sintetik iplikdən istifadə oluna bilər. 
Sumqayıt  şəhərində  qaçqınlıq  həyatı  yaşayan,  el  sənətkarı  Habil  Şa -
hinoğ lu qolça qopuzu bərpa etmişdir (şək. №3). Bildiyimiz kimi, bədii sə -
nət ustaları Dədə Qorqud obrazını yaradarkən, onu qopuzla təsvir et miş -
lər.  İstər Azərbaycan  ərazisində,  istərsə  də  xarici  ölkələrdə  bu  qəbildən
ha zırlanmış sənət əsərləri arasında miniatür janrda əsərlər çəkən əməkdar
rəssam Nüsrət Hacıyevin çəkdiyi qolça qopuz dastanda və eləcə də digər
qorqudşünaslıq  mövzusunda  yazılmış  əsərlərdə  təsvir  edilən  alətə  daha
uyğundur (şək. №4).
2014/
I
123


Şək. №2    Şək. №3          Şək. №4 
Şək. №5 Aşıq Elçin
O, qolça qopuzun çanağını tutdan, qol hissəsini isə davamlı və möh -
kəm  olması  üçün qoz  ağacından  hazırlamışdır. Alətin  tac  hissəsini  hey-
vadan, 6 ədəd aşıxları isə armud ağacından düzəldib. Qolça qopuzun qol-
una bağ lanan pərdələr üçün isə sintetik iplikdən istifadə edilmişdir. Tellər
alətin  səsini  gücləndirməkdən  ötrü  (tarda  olduğu  kimi)  qoşalaşdırılıb
(2+2+2),  hər  iki  tel  unison  köklənir  və  bir  açıq  səs  hökmündədir. Yəni
qolça qo puz da 3 açıq səs ifa edilir. Alət mizrabla, bəzi hallarda isə sağ əlin
barmaq larının ucu ilə səsləndirilir. 
Bərpa edilmiş yeni növ qolça qopuz 9 noyabr 2013-cü il tarixində İcti -
mai TV-nin “Yurd inciləri” verilişində geniş tamaşaçı auditoriyasına təq -
dim olunmuşdur. Aləti Xəlil Göyçəli və Şirvan aşıq mühitinin nüma yən -
 dəsi Aşıq Elçin ifa etmişlər (şək. №5). 
Sonda bir məqama da toxunmaq istərdik. Mütəxəssislər XV-XVI əsr-
lərdə qolça qopuzun tədricən sazla əvəz olunmasını müəyyənləşdirmişlər.
Deməli, qolça qopuz aşıqların tələblərini ödəmədiyindən onlar bu alətin
əsasında yeni növ saz alətini hazırlamışlar. Yəni qolça qopuz bütün para-
metrlərinə görə, müasir sazla müqayisədə çox geridə qalırmış. Belə ol ma -
saydı, aşıqlar bu günümüzədək qolça qopuzdan istifadə edərdilər. 
İşin elmi nəticəsi. Bu günə qədər qolça qopuz kimi təqdim edilən alə -
2014/
I
124


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə