Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

çılarının keçirilən musiqi məclislərində mütəmadi olaraq iştirakı bu «Mu -
siqi məclisləri»nin şöhrətini artırmaqla yanaşı, xalq musiqi yaradıcılığının
yüksək inkişafı üçün xüsusi təməl yaradırdı. Uzun illər sazəndə üç lü yün -
də  C.Qaryağdıoğlu  ilə  bir  yerdə  çalışmış  görkəmli  tarzən,  xalq  Artisti
Q.Pirimov xatirələrində o dövrü xatırlayarkən yazır ki, «Hələ XVIII əsrin
axırları  və XIX  əsrin əvvəllərində  Şuşa  şəhərində  məşhur olaraq  ad qa -
zanmış  bir  çox  xalq  sənətkarları  klassik  musiqi  parçalarını,  muğamatın
əhali arasında yayılmasına səbəb olaraq onun əsasını qoymuşlar. Bun lar -
dan Yusifi və Həsənçəni göstərmək olar ki, bunlar hər ikisi sənətkarlıq eti -
barilə  bir  dərəcədə  olmuşlar.  Bu  dövrün  xalq  sənətkarlarından  xanəndə
Qaraçı  Əsədi  dəxi  göstərmək  lazımdır…  XIX  əsrin  birinci  yarısında
(1825-1870) olan məşhur xalq sənətkarlarından aşağıdakıları qeyd etmək
olar: Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Keştazlı Haşım, Dabbax Mə -
həmmədqulu,  Koca  Məhəmməd  Mərdanbəy  oğlu,  Dabbax  Zalış,  Şükür
Roşən nəvəsi, Rəsul Heydər oğlu, qürbətli Həsən, Ağdamlı Muxtar, Kər -
bəlayi  Məhəmməd oğlu və Dəli  İsmayıl yuxarıda  göstərilən xalq  sə nət -
karlarından olmuşlar» (1, 12).
XIX əsrdə Şuşanın, bütövlükdə götürdükdə isə Qarabağın sosial-mə -
dəni həyatında musiqi sənəti, xüsusən də muğam, xanəndəlik, aşıq ifaçılıq
sənətləri  xüsusi  vüsət  almışdır.  Bir  müddət  Azərbaycanda  yaşamış  və
mədəni inkişafı öz gözləri ilə görmüş rus şairi S.Yesenin Şuşa haqqında
xatirələrini «Seçilmiş əsərləri»ndə belə qeyd edir. «Şuşalıların gözəl səsi
var. Əgər onlardan biri oxumağı bacarmırsa, deməli, o, şuşalı deyil» (2,
205). Həqiqətən də, Qarabağın sosial-mədəni həyatında xalq yaradıcılığı
və musiqi sənəti xalq tərəfindən o qədər əziz tutulurdu ki, hətta muğam
sənətindən söhbət düşəndə xalq tərəfindən zərbi-məsələ çevrilmiş belə bir
ifadə-«şuşalı oxuyanda da, ağlayanda da segah üstündə ağlayardı» cüm-
ləsi  tez-tez  işlədilərdi.  Bu  fikri təsdiqləyən  digər  bir  tutarlı  mənbədə  də
göstərilir  ki,  «Azərbaycanda  oxumaq  üçün  əsas  material  xalqın  adət-
ənənələrini əks etdirən və xalqın özü tərəfindən yaradılan xalq nəğ mə lə -
ridir.  Lakin  xanəndələr  təkcə  xalq  mahnıları oxumaqla kifayətlənmirlər.
Xalq mahnılarından başqa azərbaycanlıların muğam havaları da məşhur-
dur. Muğamların tərkibi müxtəlifdir. Oxumaq üçün söz seçmək xa nən də -
nin özündən asılıdır. Heç bir ictimai yığıncaq, ailə şənliyi xanəndəsiz ke -
çinməz. Azərbaycanlılar muğamı çox sevirlər” (3, 34). 
Qarabağın-Şuşanın sosial mühitini öz gözləri ilə görmüş və bu ab-hava
ilə yaşamış A.Əliverdibəyov yazır ki, « Şuşada xalq maarifinə çox əhə -
2014/
I
129


miyyət  verildiyi  üçün  hər  bir  məhəllədə  məktəb  açılmışdı.  Məktəb lərdə
mükərrər şeir müsabiqəsi – “beytləşmə” təşkil edib isdedadlı şagird ləri iki
sıraya  təqsim  edib,  hər  bir  sıra  öz  müxalifinə  qalib  olmağa  səy  və  təlaş
edərdi. Bu məktəblərin ən mötəbərlərindən 1) Molla Kəlbə linin; 2) Mirzə
Əliqulunun; 3) Molla Həmidin; 4) Mirzə Kərimin; 5) Molla Əli Xəlifənin
və başqalarının təşkil etdiyi məktəbləri göstərmək olar. Məktəblərdə nəzm
və əşardan başqa musiqi nəzəriyyəsinə artıq dərəcədə əhəmiyyət vermişlər.
Musiqi məktəblərindən məşhuru Nəvvab Mir Möhsün ağa ibn Hacı Seyid
Əhməd Qarabağinin məktəbi idi» (1, 3). 
XIX-XX  əsrlər  Şuşanın  sosial-mədəni  mühiti  haqqında  «Qarabağna -
mə»lərdə,  Ü.Hacıbəylinin,  C.Bağdadbəyovun,  F.Şuşinskinin,  Q.Pirimo -
vun, A.Əliverdibəyovun,  M.S.İsmayılovun,  Bülbülün,  M.S.Mansurovun
və başqalarının xatirələrində istənilən qədər məlumatlar var. Bu xatirələr
arasında  C.Bağdadbəyovun,  F.Şuşinskinin,  Bülbülün  xatirələrini  müqa-
yisəli şəkildə incələsək, o dövrdə xanəndəlik sənətinin hansı istiqamətdə
inkişaf etdiyini açıq şəkildə görə bilərik. Məsələn, C.Bağdadbəyov yazır
ki,  «Şuşada bir  neçə  nəfər məşhur  həvəskar  xanəndələr var  idi. Onların
hərəsi bir sənət və iş sahibi olduqlarından onlar oxuduqları məclisdə pul
və ya digər mükafat almazdılar. Məşədi Dadaş Məşədəli oğlu Murad xa -
nov,  Ağdamlı  Muxtar,  Məhəmməd  Qaryağdıoğlu  (C.Qaryağdıoğlunun
böyük qardaşı  N.Hüseynova), Qarazərli Kəlbə Baba professional sənət -
karlardan  seçilməyən  ən  məşhur  həvəskar  xanəndələr  olmuşlar»  (4,  7).
Şuşanın xanəndəlik sənətindən yazan F.Şuşinski qeyd edir ki, « XIX əsrin
ortalarında  xanəndə sənəti ilə əlaqədar olaraq kamança, tar musiqi alətləri
də  təkmilləşir,  eyni  zamanda  yeni  ifa  üsulları  meydana  çıxırdı…Xarrat
Qulu  çox  yaxşı  hafizəyə  malik  bir  sənətkar  olmuşdur.  Dəstgahların  şa -
girdlər tərəfindən düz oxunmasına, xüsusilə səsin büllur kimi saf çıxma -
sına  fikir  verərmiş…Xarrat  Qulunun  məktəbində  xanəndələrin  oxumaq
tərzləri belə bir ümumi qayda və ənənəyə əsaslanırdı: Xanəndə dizi üstə
oturub oxuyardı. Onlar qavalı çox gözəl vurar, oxuyarkən tərpənməz, bə -
zən isə gözlərini də yumardılar» (5, 23-24). Xanəndə sənətini aşıq sə nət -
karları ilə müqayisə edən görkəmli müğənni Bülbül, fikrimizcə, maraqlı
müqayisə metodundan istifadə edir və yazır ki, «Xanəndə sənəti əsrlər bo -
yu yaranan ənənələrin izlərini saxlamışdır… xanəndənin ənənəvi kostyu-
mu qızıl və gümüşdən düzəldilmiş bəzəklərlə, alətləri isə sədəflərlə bə zə -
dilirdi. Bu cəhətdən aşıqlar öz sadə geyimlərinə və bəzəksiz-düzəksiz saz -
larına  görə  həmin  xanəndələrdən  tamamilə  fərqlənirdilər.  Keçən  əsrdə
geniş yayılmış sazəndələr dəstəsi adətən xanəndədən (o həm də qaval vu -
2014/
I
130


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə