Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

1.  Saray  ənənəsindən  miras  qalmış  kübar  məclislərində  formalaşmış
ifa mədəniyyəti.
2. «Musiqi və ədəbi məclislərdə» formalaşmış «peşəkar instrumental
ifa və xanəndəlik sənəti» ənənəsinin formalaşması.
3. Xalq arasında, toy və məclislərdə formalaşmış ifa forması.
4. Dini mərasimlərdə, dərvişlik sənəti ənənələri əsasında formalaşmış
ifa mədəniyyəti.
Saray ənənəsindən  miras qalmış kübar məclislərində formalaşmış ifa
mədəniyyəti xan qızı Natəvanın keçirmiş olduğu musiqi və poeziya məc -
lislərində daha çox vüsət almışdır. Bu məclislərdə bədii və məzmun çalar-
larına  görə  Şərq  poeziyası  ənənələri  formasında  mövcud  olan  ən  yaxşı
qəzəllər,  qəsidələr  və  başqa  şeir  nümunələri  Qarabağ  şairləri  tərə findən
oxunardı və ifa  tərzinə,  forma  xüsusiyyətlərinə görə  kamil sənət  nümu -
nələri olan muğam, təsnif, rəng və diringilər ifa edilərdi. Bunun real təza-
hürünü o dövrdə Azərbaycan şairlərinin yaratmış olduğu şeir nümu nə lə -
rin də  və  muğam  dəstgahlarının  müxtəlif  rəngarəng  struktur  quruluş la -
rında  görə  bilərik.  Əgər  biz  Qarabağ  məclislərində  ifa  olunan  muğam
dəst  gahları cədvəllərini Bakı, Şamaxı məclislərində ifa edilən cədvəllərlə
müqayisə etsək onların fərqlərini aydın şəkildə görə bilərik.
«Musiqi və ədəbi məclislərdə» formalaşmış «peşəkar instrumental ifa
və xanəndəlik sənəti» ənənəsinin formalaşması Azərbaycan musiqi mədə -
niyyətinin peşəkar istiqamətdə inkişafında xüsusi rol oynamışdır. İlk öncə
onu qeyd  edək ki, «musiqi və  poeziya məclisləri»nə o dövrdə ancaq və
ancaq yüksək sənəti, ifa mədəniyyəti olan sənətkarlar dəvət olunardı. Bu
məclislər  bir növ  «sənət  yarışması»  meydanı  idi  ki,  burada  iştirak  edən
hər bir ifaçı çalışırdı ki, özündən qabaq oxumuş və ya çalmış sənətkardan
daha yaxşı çıxış etsin və öz məharətini göstərsin. Muğam ifaçılığında yeni
xalların,  ifa  tərzlərinin  yaranması  və  yüksək  peşəkar  səviyyədə  inkişafı
məhz «musiqi məclisləri»nin hesabına idi.
Xalq arasında, toy və məclislərdə formalaşmış ifa forması ifa mədəniy -
yətində xüsusi rol oynayır. El arasında deyildiyi kimi «xanəndə və ifaçı
toy və düyünlərdə «bişir» (yəni yetişir-N.H.)». Həqiqətən də, xa nən dələr
və  milli  instrumental ifaçılar  toy-düyünlərdə  ifa  edilən  repertuarlar  əsa -
sında xüsusi bir şəkildə formalaşırlar. Toy-düyünlərdə adətən mə lum bir
repertuar  daha çox  ifa edilir. İfaçı  sənətkarlar özlərini bir-birin dən fərq -
ləndirmək  üçün  məlum  repertuarı  öz  dəst-xətləri  ilə,  yeni  variantlarla,
aran ji manlarla ifa etməyə  üstünlük verirlər. Bunun səbəbidir ki, toy-dü -
2014/
I
133


yün lərdə yetişən ifaçı nəsli gözəl improvizə manevrlərinə, parlaq ifa vari-
antlarına malik olurlar. Bu cür ifa tərzinin formalaşması musiqi ifaçı la rı -
nın  peşəkarlığının  artmasına,  onların  ifa  mədəniyyətinin  yüksəl mə sinə
müsbət təsir göstərir.
Dini mərasimlərdə, dərvişlik sənəti ənənələri əsasında formalaşmış ifa
mədəniyyəti  xalq  yaradıcılığı  sahəsində  xüsusi  bir  mərhələdir.  Xalqın
sosial-mədəni həyatında özünə dərin kök salmış dini mərasimlər musiqi-
siz keçmir. Adətən vokal ifada mövcud olan təksəsli ifa formasında işlə -
dilən bəzi ifadə və kəlmələr kütlə tərəfindən xor şəklində davam etdirilir.
Belə  ifa  formalarına  şəbihlərdə  və  digər  dini  ayinlərin  keçi-rilməsində
daha  çox  rast  gəlinir.  Dini  mərasimlər  kütləvi  xarakter  daşıdığı  üçün
orada ifa edilən melodiyalar sadə xalq kütləsi tərəfindən daha çox mən-
imsənilmişdir. Bu mənada dini mərasimlərdə ifa edilən musiqilər məişət-
də özünə dərin kök salmışdır.
XIX-XX əsrin əvvəllərində Qarabağın sosial-mədəni mühitinin öy rə -
nil məsi  göstərdi  ki,  orada  peşəkar  muğam  sənəti  ənənələri  ilə  yanaşı
məişətdə mövcud olmuş dərvişlik və dini musiqi janrları da öz inkişafını
tapmışdır.  Qarabağın  folklorunda  xüsusi  əhəmiyyət  kəsb  edən  musiqi
janr larının inkişafı və orada yetişən görkəmli musiqi ifaçıları və bəstəkar-
ları mə də niy yətin sonrakı inkişaf mərhələsində ümumazərbaycan mə də -
niy yətinin tərəqqisinə böyük təkan vermişdir.
İşin elmi nəticəsi. Araşdırmadan aydın olur ki, Qarabağ musiqi folklo -
runun öyrənilməsində XIX əsr Qarabağ mühitinin öyrənilməsi çox böyük
və mühüm əhəmiyyət təşkil edir. XIX əsrin sonları XX əsrin əvvəllərində
məşhur olan ifaçılıq sənəti nümayəndələrinin repertuarında xalq ədəbiyy-
atı inciləri geniş yer tuturdu. Bu da özlüyündə musiqi folklorunun geniş
istiqamətdə inkişafına səbəb olmaqla yanaşı zəngin ənənələrə malik olan
Qarabağ  mədəniyyəti  və  incəsənətinin  gələcək  nəsillərə  ötürül mə sin də
stimul olmuşdur.
İşin yeniliyi. Məqalədə ilk dəfə olaraq Qarabağın sosial-mədəni mühi-
ti  araşdırılmış  və  orada  möv cud  olmuş  milli  musiqi  ifaçılıq  sənətinin
hansı istiqamətlər üzrə inki şaf etməsi göstərilmişdir.
2014/
I
134


ƏDƏBİYYAT
1.  AMEA  Əlyazmalar  İnstitutunun  Fondu.  İnventar  №  B-5007/25967.
A.Əliverdibəyovun əl  yazısı. Mövzu “Azərbaycan musiqisi”. s. 12
2. Есенин С. Избранные сочинения. Худож. Литература, М., 1962, т.5 с.
205
3. Востриков П. Музыка и песня у азербайджанских татаров. СМОМП.
Тифлис, 1912. Вып.42. отдел 11. с. 34
4.  AMEA  Əlyazmalar  İnstitutunun  arxivi.  C.Bağdadbəyovun  əl  yazısı.
İnventar №149. s. 7
5.  Şuşinski  F. Azərbaycanın   xalq    musiqiçiləri.   Az.Döv.  Nəşriyyatı,  Bakı,
1970, 351 s.
6. Bülbül. Seçilmiş məqalə və məruzələri. Az. EA-nın nəşri B., 1968. s. 135
7. Allahverdiyev M. Azərbaycan xalq teatrı tarixi. Maarif, 1978, s. 118
8. Əbdul Kadır İnan. Tarihde ve bu gün şamanizm. Ankara, 1954, s. 93
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev
2014/
I
135


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə