Əsrlər boyu xalq həyatda gördüyünü, təcrübədə sınadığını obrazlı şə-
kildə ümumiləşdirmiş və folklorun müxtəlif janrlarında gələcək nəsillərin
istifadəsi üçün qoruyub saxlamışdır.
Bu sahədə əhəmiyyətli işlər görülsə də, onlarla monoqrafiya, yüzlərlə
mə qalə yazılsa da, bu monoqrafiya və məqalə lə rdə fiziki tərbiyə, xalq oyun
və əyləncələrinə həsr olunan bilgilər çox qısa və səthi xarakterdə ol muşdur.
Azərbaycan alimləri qəhrəmanlıq dastanlarımızı araşdırarkən etnoge -
nez və xalqımızın etnik tarixinə, dilinin inkişaf xüsusiyyətlərinə və mər -
hə lələrinə, dövlət quruluşuna, idarəetmə sisteminə və formalarına xüsusi
diq qət yetirmiş, bu sahədə çox əhəmiyyətli işlər görmüşlər. Ədəbiy yat -
şünas Ş.Cəmşidov “Dədə Qorqud kitabı”nın xalqımız üçün nə dərəcədə
əhəmiyyətli olduğunu göstərmək üçün ya zır: “... “Ki tabi-Dədə Qorqud”
azəri xalq ədəbiyyatının qədim yazılı abidəsidir. O, tarixçi üçün xalqı mı -
zın tarixi, ədəbiyyatşünas üçün onun epo peyası, etnoqraf üçün isə milli
əlamətlər səlnaməsidir...”(4, 53). Alimin ob raz lı dediyi bu tezisdə böyük
bir həqiqət var və bu sözləri tarixi qədim olan digər qəhrəmanlıq dastan-
larımıza da aid edə bilərik. Elə buradaca onu da əlavə etmək istəyi rik ki,
qəhrəmanlıq dastanlarımız da daxil ol maq la xalqımızın yaratdığı bü tün şi -
fa hi xalq ədəbiyyatı, folklor nümu nə ləri fiziki tərbiyə sahə sin də çalışan
mütəxəssislərimiz üçün isə xalqımızın fi ziki mədəniyyətini öyrənə bilə cə -
yi ən əhəmiyyətli xammaldır. Çünki bu dastanlar və folklor nümu nə ləri
xalqımızın inkişaf tarixində əhəmiyyətli rol oy na yan fiziki tərbi yə nin
qədim liyini, planlı şəkildə təşkil olunmasını, rəngarəngliyini və xalqı mız
arasında geniş yayılmasını göstərən ən tutarlı dəlillərin toplandığı əvəz -
olun maz, vazkeçilməz mənbədir.
Şifahi xalq ədəbiyyatımızın bir çox nümunələrində, miniatürlərdə, qa -
ya üstü rəsmlərdə və bir çox tarixi məxəzlərdə at çapmaq, qılınc oynat-
maq, nizə atmaq, güləşmək, ox atmaq, çovkan oynamaq, ağırlıq qaldır-
maq, qayıq sürmək, üzmək və s. kimi idman növləri ilə yanaşı aşıq oyna-
maq kimi “əyləncəli” oyunlara çox rast gəlirik. Təəssüf ki, bu mühüm
mə sələ fiziki tərbiyə sahəsində çalışan mütəxəssislərimizin və tədqi qat çı -
ların diqqətindən bugünədək kənarda qalmış, xüsusi tədqiqat obyektinə
çev ril mə mişdir.
Fiziki tərbiyə məsələlərinin öyrənilməsi və araşdırılması olduqca bö -
yük əhəmiyyətə malikdir. Belə ki, bu araşdırmalar xalqımızın yaratdığı
bö yük mədəniyyətin ayrılmaz bir hissəsi olan fiziki tərbiyə mədəniyyə-
tinin, onun tarixinin, xalqımızın həyat şəraitinin, adət-ənənəsinin və mü -
2014/
I
139
da fiə qüdrətinin öyrənilməsi ilə yanaşı bugünkü və gələcək nəsillərə çat-
dırılması üçün gözəl bir vasitədir. Bu həm də xalqımızın yaratdığı böyük
mədəniyyətin bir çox sahələrinə olduğu kimi fiziki mədəniyyətinə də baş -
qa xalqların iddia etməsinin qarşısını almaqda xüsusi əhəmiyyətə ma lik dir.
Bu mövzunu öyrənməkdə əsas məqsədlərimizdən biri də xalqımızın
müdafiə qüdrətinin əsasını təşkil edən fiziki tərbiyənin xarakterini, tari-
xiliyini, rəngarəngliyini, xalqımız arasında necə yayıldığını və bugünkü
tərbiyənin formalaşmasında və inkişafında oynadığı mühüm rolu müəy -
yən qədər işıqlandırmaqdır.
Ümumiyyətlə, Azərbaycanda istifadə olunan bütün oyun və fiziki tər-
biyə növlərindən bizə gəlib çatanlar mahiyyətinə, istifadə edilmə yeri,
zamanı və qaydalarına, təşkilatlanmasına və s. xüsusiyyətlərinə görə çox
rəngarəngdir. Qəti olaraq onu demək olar ki, bütün oyunlar və fiziki hə rə -
kət növləri ilkin çağlarda hərbi xarakterdə olub.Amma sonralar za man
keç dikcə bəzi oyun və idman növləri öz ilkin mahiyyətini itirərək sırf əy -
ləncə xarakteri almış və yalnız əyləncə məqsədi ilə istifadə edil mişdir, bə -
zi oyunlar isə ilkin mahiyyətini saxlasa da həm əyləncə növü kimi, həm
də hərbi sahədə istifadə edilmişdir. Azərbaycanda keçirilən el şənlikləri
və bayramlarda əyləncələr zamanı hətta hərbi xarakterli hə rə kət lər və
oyunlar belə dünyanın bir çox xalqlarından fərqli olaraq (dün yanın bir
çox xalqları əyləncə məqsədi ilə qladiator döyüşləri təşkil edirdi) baş qa -
sına zərər verməyəcək şəkildə əyləncəli təşkil edilirdi.Həm də hərbi xa -
rak terli hərəkət və oyunlardan belə əyləncə məqsədi ilə istifadə edilən za -
man xüsusi variantlardan istifadə edilirdi. Bunu biz “Dədə Qorqud kitabı”
dastanının III boyunda Banuçiçəklə Beyrəyin, VI boyunda isə Selcan
xatunla Qantu ra lının yarışması zamanı aydın görürük (5, 28,74; 3, 43).
Həm əyləncə, həm də hərbi məqsədlə istifadə olunan oyunlara aşağıda -
kıları misal göstərə bilərik:
1. Atma oyunları;
– ox atma (Altunqabaq, Piyalə və ox və s.oyunlar),
– nizə atma,
– sapand atma,
– şeşpər atma.
2. Alət oynatma oyunları;
– kəbbadə oyunu,
– qılınc oynatma.
3. Güləş və s.
2014/
I
140
Öz ilkin mahiyyətini itirərək yalnız əyləncə məqsədi ilə istifadə olunan
oyun lara misal olaraq isə aşağıdakıları göstərə bilərik.
1. Atla oynanan oyunlar;
– “çovqan” oyunu
– “papaq” oyunu
– “sürpapaq” oyunu (1).
2. Aşıq oyunları;
– qalaqurma (bəzi bölgələrdə qalaşey də deyilir) oyunu,
– “soltanı” oyunu
– “yazan” oyunu.
3. Düz oyunları;
– “üç düz” oyunu
– “on iki düz” oyunu və s.
Biz çalışacağıq ki, gələcək araşdırmalarımızda hərbi və ya əyləncə
xarakterli olmasından asılı olmayaraq bütün oyunlarımız və fiziki tərbiyə
növlərimiz haqda geniş məlumat verək. İndi isə yaddaşlardan silinməkdə
olan “Düz oyunu” haqqında ətraflı məlumat vermək istəyirik.
Düz oyunları. Ötən yüzilliyin 50-60-cı illərində Naxçıvanın (indiki
Ba bək rayonu) Nehrəm kəndində təhsilindən, vəzifəsindən, yaşından və
möv qeyindən asılı olmayaraq hər bir adamın böyük maraq və həvəslə
oynadığı düz oyunları bu gün demək olar ki, heç yerdə oynanmadığından
yaddaşlardan silinib gedir. Bugün çox böyük sərmayələr hesabına və sis-
temli olaraq təbliğ olunan şahmat, dama, nərd, kart, domino kimi oyunlar -
la rəqabətdə sıradan çıxan düz oyunları yaşlı nəslin son nümayəndə lərinin
yaddaşlarında ömrünün bəlkə də sonunu yaşayır.Məhz bunu nəzə rə alaraq
biz düz oyunun tarixdən tamamı ilə silinməsinin qarşısını almaq məqsədi
ilə bu oyunun üzərində durduq.
Düz oyununun iki növü bizə gəlib çatıb:
1. “Üç düz” oyunu.
2. “On iki düz” oyunu.
Düz oyununun bizə gəlib çatan hər iki növü fərdi şəkildə oynanır. Xü -
su si oyun meydançası (sxemi) tələb edən bu oyunlar indiki təbiri ilə desək
stol üs tü oyundur. Əvvəllər isə bu oyun istənilən bir yerdə torpaq üzərində
çəkilərək oynanılırdı.
“Üç düz” oyunu. Bizim fikrimizcə “Üç düz” oyunu qədim yurd daş la -
rı mı zın istifadə etdiyi ilk oyunlardan biridir. Belə ki, oyun sxeminin sadə -
liyi, oyun qaydalarının asanlığı, hər zaman və hər yerdə oynanıla bilməsi,
2014/
I
141
Dostları ilə paylaş: |