Etnik mədəniyyətimizdən
Azərbaycan Turizm İnstitutunun müəllimi
e-mail: binyamin _qemberli@mail.ru
FİZİKİ TƏRBİYƏ MƏDƏNİYYƏTİMİZİN TARİXİNDƏN
Xülasə
Məqalədə xalqımızın fiziki tərbiyə mədəniyyətinin təməl əsaslarını təşkil edən milli
oyunlarımızdan bəhs edilmişdir. Təəssüf ki, bu oyunların bir qismi zaman keçdikcə unu -
dulmuş və çağdaş dövrümüzə gəlib çatmamışdır. Məqalədə həmçinin unudulmaq təhlükəsi
ilə üz-üzə olan bəzi milli düz oyunlarımızın mahiyyəti barədə məlumat ve ril miş dir.
Açar sözlər: fiziki tərbiyə mədəniyyəti, düz oyunları, “üç düz” oyunu, “on iki düz”
oyunu
THE PHYSICAL CULTURE FROM OUR CULTURE
Summary
In the article it is said about the national plays which form the basis of physical train-
ing of our culture. Unfortunately, some of these games have forgotten and haven’t
reached to the modern times. In the article the information about the essence of some
national field games which are in the danger of being forgotten is also given.
Key words: physical training of our culture, field games, game “3 field”, game “12
field”
ОБ ИСТОРИЧЕСКОЙ КУЛЬТУРЕ ФИЗИЧЕСКОГО ВОСПИТАНИЯ
Резюме
В статье говориться о национальных играх, которые является фундаменталной
основой культуры физического воспитания нашего народа. К сожалению, часть
этих игр по прошествии времени забыты и не дошли до современности. В данной
статье даётся информация о сути некоторых полевых игр едва забытых.
Ключевые слова: культуры физического воспитания, полевые игры, игра “3
поля”, игра “12 поля”
Məsələnin qoyuluşu. Azərbaycanın müstəqillik qazanması ilə bir çox
sahələrdə olduğu kimi tariximizin hərtərəfli, obyektiv və elmı əsaslarla
öy rənilməsində, araş dı rıl masında və təbliğ olunmasında da yeni imkanlar
açıl dı. Elə ilk vaxt lar dan yeni araşdırmalar aparıldı, çoxlu elmi məqalələr
ya zıldı, kitablar çap olundu və dərsliklərdə ciddi dəyişikliklər aparıldı.
Bü tün bunlara baxmayaraq hələ də xalqımızın tarixinin, dilinin, yaratdığı
maddi-mədəniy yət nümunələrinin bir çox sahələri lazımınca öyrənilmə -
miş, bəzi sahələr isə tamam diqqətdən kənarda qalmışdır. Belə az öyrə ni -
lən və yaxud da bəzi hissələri heç öyrənilməyən sahələrdən biri xalqı mı -
zın fiziki tərbiyə mədəniyyəti və onun qədim tarixidir.
2014/
I
136
Tarixdən məlum olduğu kimi lap qədim dövrlərdən – yəni yaranışın-
dan başlayaraq insanlar yaşamlarında varolmaları və yaşamları üçün yal-
nız ovçuluq, əkinçilik və maldarlıqla məşğul olmamış, eyni zamanda ya -
şayış uğrunda həm ovçuluq zamanı, həm tayfa (sonralar qəbilə, məmlə -
kət) içi və həm də tayfalararası (sonralar qəbilələr, xalqlar, ölkələr və döv -
lət lərarası) ən amansız mübarizələr də aparmışlar. Bu zaman insanlar bir
çox hərəkət, alət və vasitələrdən istifadə etmişlər. Lakin tarixin sonrakı
dövr lərində təşəkkül tapan tayfa, qəbilə birlikləri və ya dövlətlər, bu bir-
liklərin qurulması, qorunması ilə yanaşı həm də genişləndirilməsi məqsə-
di ilə aparılan müharibələrdə insanlar istifadə etdikləri hərəkət, alət və va -
sitələrdən daha səmərəli, asan, eyni zamanda sürətli istifadə etməyə məc -
bur olmuşlar. Tarixin ilkin çağlarında yaşayış uğrunda mübarizə, sonralar
isə yaradılmış birlik və dövlətləri qorumaq məqsədi ilə istifadə edilən bu
hərəkət, alət və vasitələrin bir çoxu tarixi inkişaf nəticəsində ya unudul-
muş, ya da öz məqsəd və mahiyyətini dəyişərək bizlərə əyləncə və oyun
şəklində gəlib çatmışdır.
Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğu
artıq ən qəti şəkildə təkzibolunmaz faktlarla sübut olunub. Deməli, bura-
da yaşayan insanlar da yaşayış və məişətlərində bu hərəkət, alət və vasi -
tə lərdən geniş istifadə etmişlər. Lakin ən acınacaqlı və təəssüfləndirici hal
odur ki, vətənimizin, millətimizin, dilimizin və mədəniyyətimizin tarixi
dərindən, hərtərəfli və ciddi şəkildə öyrənilmədiyi kimi, xalqımızın fiziki
tərbiyə tarixi, meydan oyunları və onlardan istifadə qaydaları da dərindən
öyrənilməmişdir.
Əsrlərlə xalqımızın istifadə etdiyi və sonrakı nəsillər üçün yaşatdığı bir
çox oyun və hərəkətlər kompleksi həm tariximizə biganəliyimiz, milli
özü nüdərk prosesinin zəifliyi, adət-ənənəmizdən bir çox hallarda və uzun
müd dətə uzaqlaşmağımız, həm də tarixin axışı nəticəsində xalqımıza qar -
şı apa rı lan düşünülmüş, çoxşaxəli və ciddi siyasət nəticəsində və bununla
ya naşı qərb imperializminin assimliyasiya, kürəsəlləşmə və yö nəlt mə si -
ya sə tinə xidmət edən və çox böyük sərmayələr hesabına təbliğ olun du -
ğun dan qısa müddət ərzində geniş yayılan və ölçüyəgəlməz dərə cə də küt -
lə vilik qazanan çoxçeşidli idman və əyləncə növləri ilə rəqabətdə öy rə nil -
mə diyinə, təbliğ olunmadığına və bir çox hallarda isə “cəmiy yətin sivi li -
za siyasına uyğun olmadığı üçün” istifadə edilməsinə maneələr tö rə dil di -
yi nə görə sıradan çıxdı, yaddaşlardan silindi. Unudul ma yanların isə istifa -
də arealı getdikcə daraldı, böyük şəhərlərdən sıxış dırılıb çıxarıldı və yal-
2014/
I
137
nız ayrı-ayrı folklor nümunələrində və bölgələrdə, bəzən isə ucqar kənd -
lər də yaşayan yaşlı nəslin yaddaşında qalıb. Hə lə ki unudulmamış bu
oyun və fiziki tərbiyə növlərinin aqibətinin də digər oyun və fiziki tərbiyə
növ lə rinin aqibəti kimi olmaması – unudulmaması üçün, xalqımızın ya -
ratmış ol duğu və insanlığın bugünə gəlib çatmasında xüsusi yeri və rolu
olan bö yük mədəniyyətin mühüm bir parçası olan fiziki tərbiyə mə də niy -
yətini, onun tarixini, növlərini, məqsəd və ma hiy yətini, inkişaf mər hə lə -
lərini, is ti fadə arealını və ən nəhayət oyun qaydalarını öyrənmək üçün
Azər bay can Təhsil Nazirliyi, Azərbaycan Mə dəniyyət və Turizm Nazir li -
yi, Azər baycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademi ya sı nın Tarix və Folklor İnstitutları tə xirə sa lınmaz tədbirlər gör-
məli, bu oyun la rın və fiziki tərbiyə nü munələrinin top lanması üçün təcili
işə baş lan ma lıdır. Bu işdə, milli oyunlarımız və fiziki tərbiyə element lə ri -
nin top lan ma sı, istifadəsi və təb li ğində fiziki tərbiyə müəllimlərinin rolu
daha bö yük dür.
Azərbaycan xalqının zəngin mədəni irsində hərbi və yarış xarakterli
fiziki tərbiyə və onun tərkibindəki müxtəlif xalq oyun və əyləncələri mü -
hüm yer tutur. Təəssüf ki, xalqımızın milli mədəniyyətinin bu sahəsinə la -
yi qincə əhəmiyyət verilməmişdir. Halbuki, dilimizin, mədəniyyətimizin
ta rixi, yazılı və şifahi folklorumuz daim alimlərimizin diqqət mərkəzində
ol muş və olmaqdadır.
Xalqımızın yaratmış olduğu bir çox maddi və mənəvi mədəniyyət abi -
dəsi fiziki tərbiyə mədəniyyətimizi, onun tarixini, növlərini, yayılma are -
a lı nı və istifadə qaydalarını öyrənmək baxımından vacib və əhəmiy yət -
lidir. Bu mənada döyüş, əyləncə və ov səhnələrini əks etdirən qədim mini -
a türlər, qədim tarixə malik olan bütün bayram və el şənlikləri, qayaüstü
rəsm lər, lüğətlər, tarixdə baş vermiş savaşlar haqqında məlumat verən bü -
tün məxəzlər və arxeoloji qazıntılar nəticəsində əldə edilən bir çox məişət
və döyüş alətləri çox qiymətli mənbələrdir. Amma bu işdə folklorumuzun,
xü susilə qəhrəmanlıq dastanlarımızın rolu əvəzsizdir.
Folklor xalqın bədii tərcümeyi – halıdır; folklorda lirik “mən” xalqın
sənət güzgüsünə düşmüş əksidir. “Yüzilliklərin sərt sınağından çıxmış,
bül lurlaşmış Azərbaycan folkloru sözün həqiqi mənasında tarixə yol yol -
daşlığı edərək dünənlə bu gün arasında söz körpüsü rolunu oynayır” (1,
12). Bu mə nada o, xalq bədii təfəkkürünün səlnaməsi, üz tutulası ən eti -
bar lı və ən çox tarixi, elmi və bədii məlumatları özündə cəmləşdirən və
qo ru yub sax la yan ən sağlam örnəkdir.
2014/
I
138
Dostları ilə paylaş: |