tin əslində ozan çalğı aləti olduğu aydınlaşır. Çalğı alətlərimizin sırasına
bər pa edilmiş daha bir alət daxil olur.
İşin elmi yeniliyi. Qolça qopuzun elmi mənbələr əsasında bərpa olun-
ması işin elmi yeniliyi sayıla bilər. Məqalədə bir sıra qaranlıq məsələlərə
musiqi alətşünaslığı baxımından aydınlıq gətirilir.
İşin tətbiqi əhəmiyyəti. Xordofonlu alətlər qrupuna aid edilən qolça
qopuzun yeni variantı folklor, eləcə də peşəkar xalq çalğı alətləri an-sam bl
və orkestrlərində istifadə oluna bilər.
ƏDƏBİYYAT
1. Kitabi-Dədə Qorqud (tərtibçi, çapa hazırlayanı, ön sözün və lüğətin mü-
əllifi S.Əlizadə). B.: Yeni nəşrlər evi, 1999.
2. Bünyadov T.Ə. Əsrlərdən gələn səslər. B.: Azərnəşr, 1993.
3. Abdullayeva S.A. Azərbaycan musiqisi və təsviri sənət. B.: Oğuz Eli, 2010.
4. Xalıqzadə F.X. “Kitabi-Dədə Qorqud” və musiqi poetikasının bəzi məsə-
lələri. // “Musiqi dünyası”, 2000, №2.
5. M.Kərim. Azərbaycan musiqi alətləri. B.: Yeni nəsil, 2009.
6. Qasımlı M. Ozan ənənəsi. // “Musiqi dünyası” jurnalı №2, 2000.
7. Hüseyni Ə. Orkestrin ulu babası. // “Ədəbiyyat və incəsənət” qəzeti, 1976,
7 avqust.
8. Əliyev V.H. Tarixin izləri ilə. B.: Gənclik, 1975.
9. Xalıqzadə F.X. “Kitabi Dədə-Qorqud” (məqalələr toplusu). // “Kitabi-
Dədə Qorqud”un musiqi sözlüyü. B.: Elm, 1999.
10. Ə.Dağlı. “Ozan-qaravəlli”. III hiccə. AMEA Əlyazmaları İnstitutunun
fondu.
11. Ə.Dağlı. Ozan Qaravəli (I kitab). B.: MBM, 2006 (kitab müəllifin AMEA
M.Füzuli adına Əlyazmalar İnstitutunda C-1021/9974 şifrəsilə qorunan əlyaz-
ması əsasında A.Nəcəfzadə tərəfindən tərtib edilib).
12. Ə.Dağlı. Ozan Qaravəli. II hissə. AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunun fondu. C-1021/9974 şifrəli əlyazma.
13. Qasımlı M. Ozan ənənəsi. // “Musiqi dünyası” jurnalı №2, 2000.
14. Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. B.: MBM, 2003.
2014/
I
125
15. “Dastani Əhməd Hərami”. B.: Şərq-Qərb, 2004.
16. Q.B.Sivasi. Divan. B.: Öndər, 2005.
17. M.Füzuli. Əsərləri. Altı cilddə, I cild. B.: Şərq-Qərb, 2005.
18. R.M.Məsihi. Vərqa və Gülşa. B: Şərq-Qərb, 2005.
19. Marağalı Ə. Musiqi alətləri və onların növləri. // B.: “Qobustan” jurnalı,
№1, 1977 (farscadan tərcümə M.Müsəddiqindir).
20. M.Bardakçı. Maragalı Abdülkadir. İstambul: Pan Yayıncılık, 1986.
21. Семенов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али
(XVII в.). Сокрщ. Перс., текст, Ташкент, 1946 (rus dilində, Dərviş Əlinin
“Orta Asiya musiqisi” risaləsi (V-VI fəsil) əsasında).
22. B.Ögel. Türk kültür tarihine giriş. IX cilt. Ankara: Başbakanlık Basım-
evi, 1987 (türk dilində).
23. N.Gəncəvi. İskəndərnamə (İqbalnamə, tərcümə: M.Rzaquluzadə). B.:
Lider, 2004.
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Paşa Əfəndiyev
2014/
I
126
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi
e-mail: nuriyyehuseynova@yahoo.com
XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ QARABAĞIN SOSİAL-
MƏDƏNİ MÜHİTİ VƏ MİLLİ MUSİQİ MƏDƏNİYYƏTİNİN
İNKİŞAF ASPEKTLƏRİ
Xülasə
Məqalədə XIX-XX əsrin əvvəllərində Qarabağın sosial-mədəni mühiti və oradakı
milli musiqi sənətinin inkişaf aspektləri öyrənilir. Xanəndəlik və muğam ifaçılıq sənəti
haqqında, onların inkişaf istiqamətləri barədə olan məlumatlar da məqalədə öz əksini
tapmışdır.
Açar sözlər: Qarabağ, musiqi, xanəndə, muğam, ifaçılıq sənəti
THE DEVELOPING ASPECTS OF NATIONAL MUSIC CULTURE AND
SOCIAL-CULTURAL ENVIRONMENT OF GARABAG IN XIX-XX
SENTURIES
Summary
In the article the social-cultural environment of Garabag in XIX-XX centuries and
developing aspects of national music culture are studied. The information about singer
and mugham art, their developing sides are given in the article.
Key words: Garabag, music, singer, mugham, singer art
АСПЕКТЫ РАЗВИТИЯ НАЦИОНАЛЬНОЙ, МУЗЫКАЛЬНОЙ КУЛЬТУРЫ
И СОЦИАЛЬНО-КУЛЬТУРНАЯ СРЕДА КАРАБАХА В НАЧАЛЕ
ХIХ-ХХ ВЕКОВ
Резюме
В статье изучается социально-культурная среда и аспекты развития националь-
ного музыкального искусства Карабаха ХIХ- начала ХХ столетий. Также, нашли
свое отражение сведения о певческом(ханэнде)и мугамном исполнительском ис -
кусстве и их путях развития.
Ключевые слова: Карабах, музыка, ханэнде, мугам, исполнительское искус-
ства
İşin aktuallığı mövzunun seçimi ilə müəyyənləşir. Qarabağın XIX-
XX əsrin əvvəllərində mövcud olmuş sosio-mədəni mühiti milli musiqi
sənətinin inkişafına müsbət təsir göstərmişdir. Həmin dövr Azərbaycan
incəsənətinin intibah dövrü kimi əlamətdardır. Qarabağda doğulub boya-
başa çatmış bəstəkarlar, xanəndələr və muğam ifaçıları Azərbaycan incə -
sənətinin inkişafında xüsusi rol oynamışlar. Bu baxımdan Qarabağın so -
sio-mədəni mühitinin öyrənilməsi öz aktuallığını bu gün də saxlamaq-
dadır.
2014/
I
127
İşin əsas məqsəd və vəzifəsi Azərbaycan milli musiqi sənətinin loko-
motivi olan Qarabağdan çıxmış xanəndə və ifaçı sənətkarların yaşamış
olduqları mədəni mühitin spesifik xüsusiyyətlərini, hansı şəraitdə mövcud
olması problemlərini öyrənməkdir.
XIX əsr Şərq, o cümlədən Azərbaycan sosial-mədəni mühitində musiqi
mədəniyyətinin inkişaf dövrünə təsadüf edir. Azərbaycan mədəniyyəti
Şərq mədəniyyətinin tərkib hissəsi kimi o dövrdə özünün ən yüksək in ki -
şaf dövrünü yaşayırdı. Bu dövrdə Azərbaycanda neft istehsalının vüsəti
Bakıya xarici sərmayənin axınına imkan yaratdığı üçün Azərbaycanda
Şərq-Qərb mədəniyyətinin inteqrasiyası üçün geniş imkanlar açılmışdı.
Azərbaycan mədəniyyətinin mühüm şaxəsi olan professio-nal musiqi sə -
nəti, həmçinin milli musiqinin tərəqqisi bütün regionlar üzrə öz intensiv
inkişafını təmin etməklə qədim ənənəvi musiqi janrlarının xüsusi ola raq
üzə çıxmasına şərait yaratdı. Azərbaycanın qərb bölgələrində daha çox in -
kişaf etmiş aşıq sənəti bir tərəfdən, Şirvan, Bakı, Qarabağ bölgə lə rində isə
aşıq sənətilə yanaşı muğam ifaçılıq sənəti daha intensiv inkişaf mərhələs-
inə qədəm qoydu. Aşıq və muğam ifaçılıq ənənəsi öz inkişafını tapdıqca
sənətdə yeni ifaçı nəsli də yetişməyə başladı. İfaçılıq sənəti döv rün es te -
tik-mədəni inkişafı zəminində yeni ifa mədəniyyətini də formalaşdırmış
oldular. Qədim ifa mədəniyyəti təmsilçiləri ilə yeni ifaçı nəslinin bir mə -
kanda, bir mühitdə yaşaması və onların yaşatdığı sənətin yeni mənəvi də -
yərlər üzərində formalaşdırması zərurəti muğam və aşıq sənətlərinin döv -
rün tələblərindən irəli gələn müasir ifa xüsusiyyətlərinin, yeni musiqi jan-
rlarının meydana çıxmasına və inkişafına zəmin yaratdı. Belə münbit tar-
ixi şəraitdə yeni milli musiqi ifaçılarının yetişməsi və onların sənət qüd rəti
sayəsində şifahi ənənəyə söykənən peşəkar musiqi janrlarının yeni forma-
da ictimaiyyətə təqdim olunması mədəniyyətin tərəqqisinə gətirib çıxardı.
XIX əsr Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafında xüsusi
rol oynamış və «musiqi məclisləri» arasında öz nüfuzu ilə seçilən «Qa ra -
bağ musiqi məclisləri»nin mədəni mühitin inkişafında qoyduğu dərin iz -
lərin təsiri Azərbaycanın bütövlükdə ümummədəni nailiyyətləri sırasında
xüsusi əhəmiyyətə malikdir. XIX əsr «Qarabağ musiqi məclisləri»nin o
dövrdə böyüyüb boya-başa çatmış insanların, xüsusən də sənət adam la rı -
nın mədəni inkişafında, onların muğam, xalq mahnı yaradıcılığına də rin -
dən bələd olmasına böyük təsiri olmuşdur. X.B.Natəvanın, M.M.Nəvva -
bın, dövrün tanınmış şair və ədiblərinin, o cümlədən tanınmış muğam ifa -
2014/
I
128
Dostları ilə paylaş: |