“Dədə Qorqud kitabı”nda kosmos-həyat dünyası – ağ, xaos-ölüm dün -
yası – qara rənglə ifadə olunur. Abidədə belə bir mərasimi adət təsvir olu -
nur ki, oğuzlar həmin mərasimdə oğlu olanı – ağ, qızı olanı – qırmızı ota -
ğa, oğlu-qızı olmayanları – qara otağa yerləşdirirmişlər (11, 34).
Tədqiqatlar göstərir ki, bu üç rəng dünyanın ən qədim rəngləri hesab
olunur. V.V.İvanov yazır ki, qırmızı, ağ və qara rənglər rəng adlarının,
müx təlif xalqların ritual və mifologiyalarındakı rəng simvollarının təd -
qiq lərində aşkar olunan üçbucağa uyğun olan əsas ümumbəşəri üçbucağa
daxildir. Və qırmızı-qara-ağ rənglərin üçüzvlü sistemi üst paleolit dövrü -
nün qayaüstü rəsmləri üçün müəyyənedicidir və belə hesab etmək olar ki,
“Homo Sapiens” üçün də səciyyəvidir (12, 8).
Göründüyü kimi, bu üç rəng dünyanın ən qədim rəngləri hesab olunur
və tədqiqatçılar bu rəngləri bütün dünya xalqlarının ən qədim mədəniy -
yətlərində aşkarladıqları üçün onları rənglərin ümumbəşəri üçbucağı
adlandırmışlar. “Dədə Qorqud kitabı”nda da bu üç rəng var. Lakin bura-
da diqqəti cəlb edən rənglərin sayının məhz üç olmasıdır.
Şübhəsiz ki bu üç rəng həyat-ölüm haqqında qədim mifoloji görüşlər-
lə bağlıdır. “Dədə Qorqud kitabı” göstərdi ki, ölüm – qara rənglə, həyat
isə həm ağ (oğlan), həm də qırmızı (qız) rənglə ifadə olunur və burada
cinsi (kişi-qadın) simvolizm var.
Cinsi simvolizm dualizmlə, yəni ikili qarşıdurma ilə bağlıdır. Varlıq
alə min də hər şey ikili sistemə daxildir. Lakin Viktor Terner belə hesab
edir ki, hər bir ikilik öz daxili quruluşuna görə üçlükdür. O yazır ki, nəin-
ki cinsi dualizmi, hətta praktik olaraq dualizmin istənilən formasını daha
ge niş olan üçüzvlü təsnifatın bir hissəsi kimi nəzərdən keçirmək lazımdır
(13, 71).
V.Terner göstərir ki, ikiliyin daxili quruluşunu təşkil edən üçlük üç
rəng lə bağlıdır. Ağ rəng müsbət məna sırası ilə bağlı olub, təkmənalıdır.
Qara rəng də mənfi məna sırası ilə bağlı olub təkmənalıdır. Qırmızı isə
tək mənalı olmayıb, eyni zamanda həm şər, həm də xeyir kateqoriyası ilə
bağlıdır (13, 81-83).
Beləliklə, ağ rəng – birmənalı şəkildə müsbət mənaları (kosmosu, hə-
yatı, xeyiri), qara rəng – birmənalı şəkildə mənfi mənaları (xaosu, ölümü,
şəri), qırmızı isə – çoxmənalı olub, həm kosmosu, həm xaosu bildirir. Bu -
radan nəticə çıxarmaq olar ki, qırmızı iki mənanın (müsbət-mənfi), iki
dünyanın (kosmos-xaos) arasında durur. S.Rzasoy yazır ki, oğuz mi fo lo -
giyasında:
2014/
I
110
ağ – kişi başlanğıcını, kosmosu;
qara – övladsızlığı, xaosu;
qırmızı – ambivalent, ikiişarəli semantem kimi, qadın başlanğıcını, həm
kosmosu, həm də xaosu – kosmosla xaosun hüdudunu işarələyir (10, n254).
Beləliklə, qırmızı rəng ağ rənglə qara rəng arasında aralıq rəng, yəni
ke çid rəngidir. Ağın həyat dünyasını, qaranın ölüm dünyasını bildirdiyini
göz önünə gətirsək, onda qırmızı rəng kosmosla xaos, həyatla ölüm, bir
sözlə, iki zidd dünya arasındakı keçidi işarə edir. Bu halda qırmızının mə -
ra simi mənasının üzərinə işıq düşür. Toy da, yas da iki dünya arasında ke -
çid deməkdir. Yas zamanı ölən insan bu dünyadan (həyat dünyasından) o
dünyaya (ölüm dünyasına) keçid edir. Toy da keçiddir. Burada insan sub-
aylıq dünyasından evlilik dünyasına keçid edir. Novruz bayramı da keçid-
dir. Burada insanlar köhnə zamandan təzə zamana keçirlər. Demək, qır-
mızı rəng keçidi işarələyir. Toyda yalnız qırmızı rəngdən istifadə olun-
ması bu keçidin həyat dünyasının (kosmosun) öz daxilində baş verməsini
bildirir. Yasda qara şalla bərabər qırmızı şaldan istifadə olunması həyat
dünyasından (kosmosdan) ölüm dünyasına (xaosa) keçidi ifadə edir.
İşin elmi nəticəsi. Məqalə mərasimlərdə qırmızı rəngin istifadəsi haq -
qında aydın təsəvvür yaradır.
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə qırmızı rəngin kosmosla xaosu,
həyatla ölümü, bir sözlə, iki zidd dünya arasındakı keçidi ifadə etdiyi bil -
dirilir.
İşin tətbiqi əhəmiyyəti. Məqalədən folklorşünaslar, xüsusilə mərasim
folkloru ilə məşğul olan tədqiqatçılar istifadə edə bilərlər.
ƏDƏBİYYAT
1. Жуковская Н.Л. Категории и символика традиционной культуры мон-
голов. Москва, «Наука», 1988
2. Nur R. Oğuznamə. İskəndəriyyə, 1928
3. Abdulla B. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, “Çaşıoğu”,
2004
4. Xəlil A. Türk xalqlarının yaz bayramı və Novruz. Bakı: Elm və təhsil, 2012
5. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1992.
6. Nəbiyev A. Novruz. B., 1989.
7. Топоров В.Н. Космос / Мифы народов мира. В 2-х томах. Том 2.
Москва: Советская энциклопедия, 1982, с. 9-10
8. Лосев А.Ф. Хаос / Мифы народов мира. В 2-х томах. Том 2. Москва:
Советская энциклопедия, 1982, с. 579-581
2014/
I
111
9. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s.
10. Rzasoy S. Oğuz mifologiyası Bakı, «Nurlan», 2009
11. Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya F.Zeynalov və
S.Əlizadənindir. Bakı: Yazıçı, 1988
12. Иванов Вяч.Вс. Художественное творчество, функциональная асим-
метрия мозга и образные способности человека / Труды по знаковым систе-
мам, вып. 16. Тарту, 1983
13. Тернер В. Символ и ритуал (сб. трудов). Москва: Наука, 1983
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
2014/
I
112
Dostları ilə paylaş: |