Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

ƏDƏBİYYAT
1. Azərbaycan nağılları. 5 cilddə. / tərt. ed.: H.Zeynallı; red.: İ.Abbaslı.
Bakı: Şərq-Qərb, 2005.-C. I.- S.7-20.
2. Азербайджанские тюркские сказки / перевод, статьи и коммен-
тарии А.Багрия, Х.Зейналлы; под общей редакцией Ю.М.Соколова;
Илл.,  концовки,  инициалы,  переплет,  фарзац  и  супер-обложка
Н.А.Ушаковой.-М.: Academia,1935.-697 c.
Çapa tövsiyə edən: Fil.ü.e.d. Muxtar İmanov
2014/
I
95


Aygün QASIMOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 
“Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” 
şöbəsinin kiçik elmi işçisi 
e-mail: aygun_qasimova@mail.ru
HÜSEYN ARİF YARADICILIĞINDA “SAZ” OBRAZI
Xülasə
Məqalə  çoxəsrlik ədəbi  ənənələrə  söykənən,  türkün  ruhundan,  qopuzundan qida la -
nan,  şifahi  xalq  ədəbiyyatının  zəngin  janrlarından  faydalanan  H.Arifin  yara dıcı lığında
«saz» obrazı haqqındadır. Saz obrazı şairin yaradıcılığı boyu davam edir, fəlsəfi məzmun
kəsb  edir,  şeirlərindən  poemalarına  keçir,  müxtəlif  məqamlarda  geniş  mahiyyət  kəsb
edir, xalq təfəkkürünün, milli özünüdərkin  timsalı kimi özünü göstərir. Onun hər şeirin -
də sazın ahəngi, ritmi duyulur.
Açar sözlər; saz, obraz, aşıq, poema, xalq ədəbiyyatı 
ABOUT “SAZ” CHARACTER IN THE ACTIVITY OF HUSEYN ARIF
Summary
The article is about “saz” character in the activity of H.Arif who based on literary tra-
ditions of many centuries, inspired from the spirit and gobuz of Turks and benefited from
the rich genres of folk-lore. Saz character lasts during the activity of poet, attains philo-
sophical  meaning,  passes  to  poems  from  the  poetries,  has  great  meaning  in  different
moments, shows itself as a symbol peoples’ thought and self-perception. Harmony and
rhythm of saz is sensed in his each poet.
Key words: saz, character, ashug, poetry, folk-lore
ОБРАЗ “САЗА” В ТВОРЧЕСТВЕ ГУСЕЙНА АРИФА
Резюме
Статья  посвящена образу «саза» в творчестве Гусейна Арифа, опираюшегося
на многовековые литературные традиции, впитавшего в себя дух тюрка, древнего
гопуза,  благотворно  использовавшего  богатое  жанровое  многообразии  устного
народного творчества. Образ саза проходит через все творчество поэта, из стихо-
творений переходит в его поэмы,  он носит философское содержание, имеет свое-
образный характер в различных ситуациях, предстает как символ народного мыш-
ления и национального самопознания. В каждом стихотворении поэта ошущается
гармония и ритм мелодии саза.
Ключевые слова: саз, образ, ашуг, поэма, народная литература
Məsələnin  qoyuluşu. Görkəmli  şair  H.Arif  hər  zaman  saz-söz  sənə-
tinə hörmətlə yanaşmış, çoxsaylı ustadnamələrini, qoşma və gəraylılarını,
poemalarını  xalq  yaradıcılığından,  etnoqrafik  yaddaşdan  ilham  alaraq
2014/
I
96


yazıb. Buna görə onun yaradıcılığında saz obrazının ayrıca tədqiqinə xü -
susi ehtiyac vardır. 
İşin  məqsədi. Məqalədə  qarşıya  qoyduğumuz  əsas  məqsəd  H.Arif
poemalarında xalq müdrikliyinin poetik təcəssümünü əks etdirmək. 
XX  əsr  Azərbaycan  poeziyasının  unudulmaz  sənətkarlarından  olan
H.Arif  öz  poetik  gücünü  xalq  yaradıcılığından,  aşıq  sənətindən,  şeirin
sirli-sehrli hikmətindən alıb. Türkün qədim ozanları həmişə qopuza arxa-
landığı,  onun  hikmətinə  tapındığı  kimi,  H.Arif  də  saz-söz  sənətinə  hör-
mətlə  yanaşıb,  çoxsaylı  ustadnamələrini,    qoşma  və  gəraylılarını,  poe-
malarını xalq yaradıcılığından, etnoqrafik yaddaşdan ilham alaraq yazıb.
Bu mənada Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlı, Aşıq Ələsgər yolu-
nun layiqli davamçısıdır. 
Hüseyn Arif  saz-söz  sənətinə  ancaq  bədii  yaradıcılığı  ilə  xidmət  et -
məklə  kifayətlənməyib. Azərbaycanın  müxtəlif  bölgələrini  gəzib,  şifahi
xalq ədəbiyyatı nümunələrini, aşıq sənətinin incilərini toplayaraq yenidən
xalqa qaytarıb. O, Azərbaycan Aşıqlar Birliyinin sədri işlədiyi müddətdə
aşıq  sənəti  ənənələrinin  qorunması,  gələcək  nəsillərə  ötürülməsi  üçün
əlindən gələni əsirgəmir, respublikamızın ən ucqar rayonlarından iste dad -
lı  gəncləri  paytaxta  dəvət  edərək  onların  aşıq  sənətindəki  istedadlarının
parlamasına imkan yaradırdı.Onun bütün fəaliyyəti folklorla, aşıq sənət-
inə həsr olunmuşdu: “Şairin yaradıcılığı xalq ədəbiyyatı ilə, folklorla qı -
rılmaz tellərlə bağlıdır. Onun yazdığı qoşma və gəraylılar dillər əzbəridir.
Aşıq  poeziyası  ilə  bağlı  bir  sıra  elmi-nəzəri  məqalələrin  də  müəllifidir.
Aşıq Alının, Ağ Aşığın ədəbi irsinin toplanmasında Hüseyn Arif xeyli iş
görmüşdür.” (2,58) 
Ancaq onu da qeyd edək ki, şair öz ustadlarını heç vaxt təkrarlamamış,
aşıq şeri üslubunda novator bir sənət nümunəsinə imza atmışdır. Aşıq sə -
nətinin əsasında dayanan qopuz zaman-zaman təkmilləşərək, müasir saza
qədər böyük bir inkişaf yolu keçdiyi kimi, aşıq yaradıcılığı da əsrlər boyu
cilalanaraq sənətkarlıq baxımından daha mükəmməl şəkil almış, yeni for -
ma  və müasir  məzmun  kəsb  etmişdir.  Bunu  H.Arif  yaradıcılığında izlə -
mək o qədər də çətin deyil. 
H.Arifin poeziyası sözün həqiqi mənasında mükəmməl və cazibədar-
dır. Çünki bu yaradıcılıq çoxəsrlik ədəbi ənənələrə söykənib, türkün ru -
hundan, qopuzundan qidalanıb, şifahi xalq ədəbiyyatının zəngin janrların -
dan faydalanıb. Diqqət yetirsək görərik ki, saz obrazı şairin yaradıcılığı
2014/
I
97


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə