Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

3. Abdurusul  Seyit.  İlinin  tarihinde yaşayan  çakçakçılar.  Miras  dergisi,  c.4,
Ürümçi, 2008
4. Abdurusul  Seyit.  İlinin  tarihinde yaşayan  çakçakçılar.  Miras  dergisi,  c.4,
Ürümçi, 2008
5. Abdurusul Seyit. Çakçakçılar çayhanesi, c.1, s. 154, Ürümçi, 2008
6. Hisam çakçakları. Xinjianq halk yayınevi, Ürümçi, Şübat 2006
7. Abdurusul  Seyit.  Çakçakçılar  çayhanesi,  Xinjianq  yaş  ömürler  yayınevi,
c.1, Ürümçi, Eylül 2008
Türkiyə türkcəsindən çevirəni: Qumru ŞƏHRİYAR
Çapa tövsiyə edən: Fil.ü.f.d. Əfzələddin Əsgərov
2014/
I
83


Validə HƏSƏNOVA 
AMEA Mərkəzi Elmi Kitabxanasının doktorantı
e-mail: valide_a@yahoo.com
HƏNƏFİ ZEYNALLININ ARXİVİNDƏ 
“AZƏRBAYCAN NAĞILLARI”
Xülasə
Məqalədə  folklorşünas  alim  H.Zeynallının  nağılşünaslıq  fəaliyyəti  araş   dırıl mışdır.
Daha  öncələri  onun  bu  sahədəki fəaliyyəti  müxtəlif  çalışmalarda  işıqlandırılsa  da  tam
olaraq  alimin  şəxsi  arxivindəki  mənbələr  təd qiqata  cəlb  edilməmişdir.  Buna  görə  də
yazıda Azərbaycan Respub likasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində H.Zey nal -
lıya aid fond №160, siyah №1-də on dörd qovluq haqqında məlumat verilmiş və onun
bu  arxiv  sənədlərini  əhatə  edən  “Azərbaycan  nağılları”  kitabından  bəhs  edilmişdir.
Qovluqlarda  alimin  “Azərbaycan  nağılları”  kitabına  daxil  et mə yi  nəzərdə  tutduğu
bölmələr haqqında materiallar yer almaqdadır. Buna görə də arxivdəki saxlama vahidləri
daxilində  mühafizə  edilən  ma te rial lar  biblioqrafik  təsvir  edilmiş  və  yeri  gəldikcə  bu
materiallar haqqında məlumat təqdim edilmişdir.
Açar  sözlər:  Hənəfi  Zeynallı,  arxiv,  folklor,  nağılşünaslıq,  H.Zeynallı nın  arxiv,
“Azərbaycan nağıllar”
“AZERBAIJAN TALES”  IN THE ARCHIVE H.ZEYNALLY
Summary
The folktale activity of the scientist H. Zeynally analyzed in the article. Despite the
activities of his in this area illustrated in various studies, the resources of his personal
archive did not involve in the research. Therefore, in the article, the information about
14 folders which belong to H. Zeynally in the archive of State Literature and Art stock
N 160, List N 1 was given and talked about his “Azerbaijan Tales” book which consists
of his archive documents. In the folders, the materials about sections which he wanted
to  add  to  his  “Azerbaijan Tales” book include. Therefore,  under protection  of  archive
storage  units  materials  described  bibliographic  and  information  about  these  materials
have been submitted. 
Key words: Hanafi Zeynally, archive, folklore, tale, H. Zeynally’s archive, “Azer -
baijan Tales”.
"АЗЕРБАЙДЖАНСКИЕ СКАЗКИ" B АРХИВE Х.ЗЕЙНАЛЛЫ
Резюме
В  статье  анализируется  работа  ученого-фольклориста  Х.Зейналлы  в  области
собирания народных сказок. Несмотря на то, что и раньше его деятельность в дан-
ной  области  освещалась в  различных  работах,  полностью  источники из  личного
архива ученого к исследованию привлечены  не  были. Поэтому в статье рассмат-
риваются четырнадцать папок, хранящихся в списке № 1 фонда № 160, относяще-
гося  к  Х.Зейналлы  и  хранящегося  в  Государственном  Архиве  Литературы  и
Искусства  Азербайджанской  Республики,  и  повествуется  об  охватывающей  эти
2014/
I
84


архивные  документы  книге  "Азербайджанские  сказки".  В  папках  имеются  мате-
риалы о разделах, которые ученый планировал включить в книгу "Азербай джан -
ские сказки". Поэтому материалы, хранящиеся в архиве в качестве единиц хране-
ния,  описаны  в  библиографическом  порядке,  и  время  от  времени  приводится
информация об этих материалах. 
Ключевые слова: Ханафи Зейналлы, архив, фольклор, собиратель сказок, ар -
хив Х.Зейналлы, "Азербайджанские сказки".
Məsələnin  qoyuluşu. Hənəfi  Zeynallının  elmi  yaradıcılıq  irsi  Azər -
bay can folklorşünaslığı  tarixində mühüm rola malikdir. Onun Azər bay -
can xalq nağılları ilə ilgili fəaliyyətində “Azərbaycan nağılları” adlı topla-
ma-tərtib işi müasir milli nağılşünaslıqda fərqli aspektlərdən diqqət önün -
də tutulmuş və fərqli fikirlərin meydana gəlməsinə səbəb olmuşdur. Bü -
tün bu fərqliliklərə alimin öz arxiv materialları əsasında işıq tutulmuşdur. 
İşin məqsədi.  Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncə -
sə nət Arxivində H.Zeynallıya aid fond №160, siyahı №1-də on üç saxla-
ma vahidi altında mühafizə edilən  “Azərbaycan nağılları” adlı tərtib işi -
nin  quruluşu,  bölmələri  və Azərbaycan  xalq  nağılları  haqqında  möv cud
informasiyanı araşdırmaqdır.
2005-ci ildə Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin “Azər -
baycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq -
qında” 12  yanvar 2004-cü il tarixli sərəncamına əsasən 5 cilddən ibarət
“Azərbaycan  nağılları”  kitabı  nəşr  olunmuşdur.  Kitabın  I  cildinə  hələ
1936-cı  il-də  Azərbaycan  folklorunun  toplanması,  nəşri  və  tədqiqində
böyük xidmətləri olan folklorşünas alim Hənəfi Zeynallının  nəşrə hazır-
ladığı  “Azərbaycan  nağılları”  adlı  tərtib  işindən  istifadə  edil miş dir  (1).
Cildə  İ.Abbaslı  tərəfindən  “Redaktordan”  başlıqlı  giriş  sözü  və  H.Zey -
nallının vaxtilə qələmə aldığı “Azərbaycan nağılları haqqında” adlı yazısı
ön söz əvəzi verilmişdir. 2005-ci ildə nəşr edilmiş “Azərbaycan nağılları”
kitabının tərtib forması H.Zeynallının arxivindəki tərtib işindən fərqlənir.
Birinci  hissəyə  daxil  etmək  istədiyi  nağıllardan  iki  mətn  (Aristonun
nağılı, Duralı) bura əlavə edilməmiş, ikinci hissədən isə 12 nağıldan altısı
bu kitaba daxil edilmişdir. Üçüncü hissədə 24 nağıldan 10 nağıl seçilərək
oxuculara  təqdim  edilmişdir.  Ümumulikdə  56  nağıl  mətnindən  istifadə
edilmişdir. Eyni zamanda müasir təhlildə də bir qədər fərqliliyə yol veril -
mişdir. Buna görə də H.Zeynallının nağılşünaslıq fəaliyyətini olduğu kimi
qiymətləndirilməsi üçün onun arxivinin təsvirini əks etdirmək daha məq -
sədə uyğun olardı. 
2014/
I
85


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə