Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

sənəti xalq dil və mədəniyyətinin əsas qolu olmuşdur. Türk xalqları ara -
sın da Nəsrəddin Xoca ilə başlayan lətifəçilik ənənəsi daha sonrakı dövr-
lərdə özünəməxsus  şəkildə inkişaf etmişdir. Bu ənənə uyğurlar  arasında
da  yüz  illərdir,  mövcuddur.  Uyğur  tarixində  Kaşğarda  yaşayan  Seley
Çakkan, Türfanda yaşayan Molla Zeydin kimi şəxsiyyətlərdən sonra XX
əsrdə İlidə  yenə  məşhur  bir  xalq  lətifəçisi  «dövrümüzün  Molla  Nəsrəd -
dini»  adıyla  tanınan  Hisam  Qurban  meydana  çıxdı.  Ən  əsası  İli  böl-
gəsində Hisam Qurbanı örnək alan bir qrup yarandı. 
Gülmək insanın ruhuna qida, cisminə isə dərmandır. İnsanlar gülmək-
lə  öz  əhval-ruhiyyələrini  ifadə  edir,  sıxıntılarını  unudurlar.  İli  uyğurları
boş  vaxtlarında  çalıb-oynamağı,  mahnı  oxumağı,  söhbət  etməyi,  lətifə
söyləməyi çox sevir. Buna görə də İli uyğurları arasında lətifə sənəti Xin -
jianqda kı digər bölgərlə müqayisədə daha çox inkişaf etmişdir. Bu məna-
da lətifə, qaravəlli, təqlid və s. janrlar mövcuddur. Bunların arasında İlinin
yerli dil və mədəniyyətinin ən bariz nümunəsi olan İli çakçakları özünə -
məx sus yerlərdən birini tutur. 
1. İli çakçakları haqqında ümumi məlumat
Müasir  uyğur  dilində  çakçak  sözü  «çak»  sancmaq feilinin  təkrarlan-
masından  yaranıb  “zarafatlaşmaq”  mənasını  verir.  Digər  mənada  bu,
şifahi xalq ədəbiyyatında bir janrın adıdır. 
Çakçak şifahi xalq ədəbiyyatının bir növü olaraq sənətkarların dilində
xalqın qarşısında bədahətən söylənilən, izləyicilərə güclü zövq verən bir
sənətdir.
Lətifəçiliyin digər növlərinə baxdığımız zaman çakçakın özünəməxsus
xüsusiyyətlərinin olması ilə qarşılaşırıq. Çakçaklar hazırlıqsız xalqın qar -
şısında yaranır, təkrarlanmır, dili sadə, lakonik, komik və dərin mənalıdır.
Adətən, bir və ya bir çox çakçakçılar çoxlu insanın toplandığı və za ra -
fat etmək üçün əlverişli şəraitin olduğu yerlərdə bir-birinə çakçak söy lə -
yirlər. 
1) Çakçak zamanı bir çakçakçının və ya öz aralarında rəqabət apar -
maq üçün iki və daha artıq adamın olması zəruridir. Çakçakçının dil mə -
harətinin üstün, hazırcavab, təfəkkürünün dərin, fantaziyasının qüvvətli,
təhliletmə qabiliyyətinin çox yüksək olması, bəlağət sahibi olaraq xalqın
önündə  lətifə  söyləyib  izləyiciləri güldürməsi, şəraitdən asılı olmayaraq
ürəkli danışması, bir neçə sənətdən xəbərdar olması vacibdir.
2) Çakçakı dinlədikdən sonra anlayıb dərhal cavab verə bilən bir qrup
2014/
I
71


izləyicinin olması vacibdir. Adətən, hər çakçakın müəyyən mədəni mühi-
ti  olmalıdır.  Bax,  o  mühitlə  əlaqə  yarada  bilmək  çakçakın  əsl  mənasını
ortaya qoyur. Çakçak söylənərkən ona diqqətlə qulaq asanların zarafatın
mənasını dərk edib ona uyğun bir dillə cavab vermələri və digər qaydalara
uymaları, əyləncə məkanında olanların da çakçakçının sözlərini öz üzər-
lərinə götürmələri, burada məqsədin sadəcə gülmək və əylənmək olduğu-
nu dərk etmələri vacibdir. 
3) Yaxşı bir çakçak mühiti hazırlanmalıdır. Çakçakçı əyləncə məkanın-
da  olanlarla  birlikdə  çakçak  mühitini  təşkil  etdiyi  üçün  çakçak  yerində
çakçakçının  səsinin  rahat  eşidilə  biləcəyi  qədər  səssiz  və  geniş  olması
vacibdir.  Çakçakçılar  ilə  deyişənlər  arasında  danışma,  anlaşma  və  ca-
vablaşma müddətləri öz aralarında nizamlanır. Əyləncə məkanında əhval-
ruhiyyə nə qədər yüksəkdirsə, çakçakçıların da əhvalı o qədər yüksək ola-
caq.  İlinin  çakçak  ənənəsi  uzun  zamandan  bəri  inkişaf  edərək  bugünkü
yüksək çakçak əyləncə mədəniyyətini formalaşdırmışdır.
2. İli çakçaklarının şəkillənmə əsasları
İli  çakçaklarının  tarixi  çox  qədimdir.  Yaxın  keçmişdə  İlidə  yaşamış
çakçakçılardan Bavuxan Kor, Zordun Nüsrət (ləqəbi Sibə), Qopur (ləqəbi
Ding  Hulu),  Molla  Meytar  Helfitim  (XIX  əsrin  birinci  yarısında
yaşamışdır),  Yakurbeg  Poçi  (XIX  əsrin  ikinci  yarısında  yaşamışdır),
İşkiyar Namet, Beriz Nesirov kimi şəxsiyyətlərin adını çəkə bilərik (1, 17;
2, 33; 3, 26). XX əsrin sonlarında yaşamış xalq sənətçisi Abduvəli Carul -
layev, şair Teyibcan Əliyev kimi şəxsiyyətlər dövrlərinin məşhur çakçak -
çı larından olmuşlar. Bu gün İlidəki yazıçılardan İsak Basiti, Sədiq Dursun
kimi adamlar öz müasirləri arasında müəyyən statusa sahib çakçakçılar-
dandır. Müasir dövrümüzdə məşhur İli çakçakçıları arasında Hisam Qur -
ban, Rozi Abduvəli, İbrahim Ablahan, Ebeyxan Çokur, Bolus Nizamidin,
Səttar  Baki,  Dilmurad  Sabir,  Sali  Savut,  Leti  İmin,  Rəşid  Məhəmməd,
Kamil Xocaəhməd, Məcid Əbdürrəhman, Şövkət Cumaş, Hibi (Həbi bul -
lah)  Əbdürrəhim,  Turdiahun  Rozem,  Mahibədər  İbrahim,  Halmurad
Ömər, Yaqub Hacı, Ababekri Obul, Sabircan Sadıq, Perhad Mahmud kimi
şəxslərin adını çəkə bilərik.
Niyə  İlidə  çakçak  bu  qədər  inkişaf  edə  bildi  və  geniş  ictimai  təmələ
sahib oldu? Düşünürük ki, bunun səbəbi aşağıdakılardır:
1.  Gözəl  təbiət  və  ətraf  mühitin  təsiri. Kaşğarlı  Mahmudun  «Divani
Luğat-it-Türk»də  dediyi  kimi,  İli  bir  çayın  adıdır.  İlinin  iqlimi  cənubi
2014/
I
72


Xinjianqınkı kimi quru, çöl iqlimi deyil. Əksinə İlinin hər bucağı şırıl-şırıl
axan çaylarla, yamyaşıl dağlarla, ucsuz-bucaqsız bağçalarla doludur. Belə
gözəl təbiət bu torpaqda yaşayan insanlara hər zaman sonsuz ümid, qüv -
vət vermiş, onları istiqanlı və xoş bir həyata çağırmışdır. Beləliklə, bura-
da olan insanların qəlbləri həyat eşqiylə dolmuşdu. Hər şeyə ümidlə ba -
xan, həsrətə də, məmnuniyyətə də gülərək qarşılıq verən çox cəsur, mərd
xarakter onlarda adi hala çevrilmişdir. Bu xüsusiyyətlər xalq ədə biy ya tın -
dakı çox cəsarətli növ kimi çakçakın bu torpaqlarda yaranması və bu günə
qədər yaşamasının əsas səbəblərindən biridir.
2.  Sosial  mühitin  təsiri. Çakçakların  İlidə  inkişaf  edib  bugünkü  hala
gəlməsinin  bir  neçə yüzillik  tarixi  və  sosyal  səbəbləri  var.  Başqa  sözlə,
XVII  əsrdən  sonra  Cunqar  Monqolları  və  Mançu  Çinq  İmperatorluğu
tərəfindən Cənubi və Şimali Xinjianqda yaşayan qəbilələrdən kütləvi şə-
kildə İliyə köç etmək məcburiyyətində qalan uyğurların fərqli ləhcələri və
şivələri bu bölgədə bir-birlərinə qarışmış və yerli ləhcə formalaşdırmışdır.
Bununla yanaşı, müxtəlif bölgədəki uyğurların dil və sənət növlərinin bir-
birindən təsirlənərək müsbət cəhətlərinin qəbul edilməsi nəticəsində daha
təsirli,  yeni  bir  sənət  növü  olan  çakçakın  yaranmasının  sosial  təməlini
qoy  muşdur. Digər tərəfdən XIX əsrin 70-ci illərindən başlayaraq rus mə -
dəniy yəti  və  onun  vasitəsilə  gələn  Qərb  mədəniyyəti  Xinjianqda  ən  bi-
rinci İliyə təsir etmiş, müasir elm, sənət və mədəniyyət burada Xinjianqın
digər bölgələrindən daha çox inkişaf etmişdir. Sözügedən təsirlər nəti cə -
sində xalqın mədəniyyət səviyyəsi, qədimdənqalma sosial sinif fərqlilik-
ləri  daralmağa,  insanların  sosial  əlaqələrindəki  bərabərlik  daha  da  yük-
səlməyə başlamışdır. Beləliklə, çakçakçılar sadə əyləncə yerlərində deyil,
bəlkə, hakimlər, minbaşılar və zənginlərin qarşısında da çakçak söyləyib
xalqı güldürmək cəsarəti qazanmışdılar. Çakçak söylənilən yerdə yüksək
vəzifəli  insanların  olub-olmaması,  zəngin  və  ya  kasıb  olması,  çakçak
məkanında kimliyin təməlini formalaşdırmışdır.
3. Zəngin və yerli təməllərin təsiri. İli uyğurlarının zəngin xalq sənəti
misraları,  xüsusilə  müxtəlif  güldürmə  sənət  növləri  çakçakların  inkişafı
üçün  özünün  mədəni  əsasını  qoruyub  saxlamışdır.  İlidə  çakçaklarla  ya -
naşı, digər İli türkləri, İli 30 oğul soyu, 12 məqamı kimi yerli xüsusiy yət -
lərə sahib qeyri-maddi mədəni miraslar mövcuddur. İli çakçaklarının kö -
kü İli soylarında oynanan Samsa yakış (qutab bişirmək), Öpke kuyuş (ağ
ciyər bişirmək), Tamğa süritini tartiş (divara şəkil çəkmək), Kakkuk say -
ritiş  (qu  quşunu  oxutdurmaq),  Kotek  bastı  kılış  (kök  qalıntısına  basdır-
2014/
I
73


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə