Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

İşin məqsədi. Azərbaycan qadın yaradıcı  sənətkarlarının milli mədə -
niy yətdə tanınması, onların  ayrıca folklor örnəklərimiz, müxtəlif  layla,
nəğ mə bayatılarının yaradıcısı kimi çıxış etmələrinin Əzizə Cəfər za  dənin
yaradıcılığı  əsasında  öyrənilməsi  araşdırmanın  başlıca  məqsədi  olaraq
götürülmüşdür.
Görkəmli yazıçı Ə.Cəfərzadənin yaradıcılığı və tədqiqatçılıq fəaliyyəti
Azərbaycan xalq ədəbiyyatı, milli-etnik xüsusiyyətləri öyrənilməsi, təb li -
ği işi ilə seçilir. İstər müxtəlif mövzularda qələmə aldığı romanları, is tərsə
də ciddi elmi araşdırmalarında ədib həmişə xalq ənənələri, inam, dü şün -
cə lərin, ən  əsası,  şifahi yaradıcılığın  qorunmasına  çalışmışdır. Yazı çının
bu təb liğ və təqdimə böyük səy göstərməsi həm də Azərbaycan fol klo ru -
nun  mədəni  irsimizdə  zənginləşməsinə  bağlıdır.  Folklorşünaslıq  fəa liy -
yətində  Ə.Cəfərzadə  xalq  ədəbiyyatının  bir  çox  nümunələrinin  toplan-
ması, araş dırılması istiqamətində aşıq sənəti, yaradıcılığına da ayrıca yer
ayırmışdır. Onun “Azərbaycan aşıq və şair qadınları” adlı iki cildlik topla-
ma kitabı, “Azərbaycan poeziyasında xalq şeiri üslubu”, “Aşıq Sənəm”,
“Şirvan aşıqları və onların yaradıcılığında bəzi məqamlar” və sair kitab və
məqa lələri bu qəbildəndir. Aşıq sənətinin müqəddəsliyi, qədimliyi, milli-
əxlaqi keyfiyyətlərinə toxunan Ə.Cəfərzadə yazırdı: “Aşıq sənəti muğam-
dan da ha qədim olub ilk azəri-türk varlığını tərənnüm edən başlıca sənət
növü  ki  mi  tanınmış,  hər  bir  azəri  türkünün  həyatında  ayrıca  rol  oy na -
mışdır... Aşıq sənəti hər bir azəri türkünün qəlbində tamdır, birdir, onun
hə yat  eşqini, dərdini,  sevinclərini, toy-düyün,  mağar ləzzətlərini, qürbət
həsrətini  əks  etdirir,  xalqın  tarixindən,  onun  qəhrəmanlıq  keçmişindən
danışır və ən adi insan duyğuları, böyük həyat eşqini-məhəbbəti tərənnüm
və vəsf edir” (9,177).
Xalq ədəbiyyatı örnəklərinin bir çoxunun yaradıcısının qadın-anaların
olmasını diqqətdə saxlayan tədqiqatçı şifahi sənətin layla, oxşama, bayatı
şəkilli  nadir  incilərinin  məhz  bu  başlanğıcdan  yol  aldığını  bildirmişdir.
Qeyd olunan xalq şeiri şəkilləri ilə yanaşı, aşıq yaradıcılığı, sənətində də
qa dınların böyük tarixi xidmətlərindən bəhs  edən Ə.Cəfərzadə Azər bay -
can qadın aşıq şairlərinin böyük bir hissəsinin milli mədəniyyətimizdəki
ye rini və rolunu araşdırmışdır. Xalq ədəbiyyatının yaradılması və təbliği
işin dəki Azərbaycan qadının əməyini yazılı ədəbiyyatımızdakı söz usta -
lığı ilə birləşdirməklə yazıçı böyük bir dövrün mənəvi xəzinəsinin məhz
qa dın qəlbi, dünyasında yaranmasını təqdim etmişdir. Ə.Cəfərzadə nin bu
2014/
I
62


is tiqamətdə “Azərbaycanın aşıq və şair qadınları”  adlı kitabda tərtib et -
miş dir. 
Əzizə Cəfərzadənin müfəssəl olaraq məlumatlandırdığı aşıqlardan biri
Aşıq Pəridir ki, tədqiqatçı onun haqqında danışarkən aşığı əhatə edən ədə -
bi mühitə xüsusilə toxunmuşdur. Qarabağ şairlərinin çox az bir zamanda
tanıdığı Aşıq Pəri öz hazırcavablığı, tədbirliliyi ilə söz sahiblərinin rəğbə-
tini qazanmışdır. Aşıq Pərini Azərbaycan saz,  söz  qadınlarının sırasında
ve rən Ə.Cəfərzadə aşığın ümumi yaradıcılığını əhatə edən qoşma, gəraylı
şeir  şəkillərindən  nümunələr  vermiş,  onun  deyişmələrinə  xüsusi  olaraq
diqqət  yetirmişdir.  Məmməd  bəy  Aşiq,  Cəfərqulu  xan  Nəva,  Mirzəcan
Mə dədov kimi ədəbi mühitin təmsilçiləri  ilə dostluq edən Aşıq Pəri ən
uğurlu deyişmələrini də elə onlarla saz, sözə köçürmüşdür:
C.Nəva 
Sən ey Pəri, mələk pərvərdəsisən,
Həmişə deyirdin biz çakər ona.
Nədən ötrü bizdən kənar gəzərsən.
Nə mane olubsan sərasər ona.
Aşıq Pəri
Nə şayisdə bu sözləri danışmaq    
Büsyardır mərdi-xidmətkar ona.
Saymırdın sultanı, xanı, paşanı 
Nə şah bir söz deyər, nə sərdar ona (1, 59).
Qeyd edək ki, Aşiq Pəri bütün yaradıcılığı boyu daha çox özünün və
qadınların  dərdlərindən,  dünyanın  vəfasızlığından,  hakimlərin  zülmünə
bağlı şikayət motivli qoşmalar yazmışdır: 
Bir Pəri dil aramında qan ağlar,
Çəkilib sinəmə dügünlü dağlar,
Ölübdür bülbülüm, lal olub bağlar,
Saralıb-sovulub güllər ağlaram (1,56.).
Ə.Cəfərzadədən  əvvəl  F.Köçərli  də  Aşıq  Pərinin  şeirlərini  toplamış,
həyat  və  yaradıcılığını  tədqiq  etmişdir.  Araşdırmalar  göstərir  ki,    Aşıq
Pərinin bədii irsi qoşma, gəraylı və deyişmələrdən başqa,  bağlamalarla da
zəngindir. Vaxtilə F.Köçərli yazırdı:  “Əlimizdəki qoşma, gəraylı və de-
2014/
I
63


yişmələrindən  başqa  Aşıq  Pərinin  bağlamaları  da  olmuşdur.  Bağlama-
qıfılbəndlərin  məzmunu düz  yazıldıqda  belə açmaq çətin  ikən,  savadsız
yazıldıqda açılması daha böyük zəhmət tələb edərdi” (3,5). Buradan aydın
görünür  ki,  F.Köçərli    bu  bağlamaları  görmüş,  bisavad  mollanın  xəttini
oxuya bilmədiyindən onları  nəşr edə bilməmişdir.
Bununla yanaşı, “Aşıq Pəri və müasirləri” kitabında şairənin müasir-
lərindən Mirzəcan Mədədov, Cəfərqulu xan Nəva, Məhəmmədbəy Aşiq,
Mirzə Həsən Mirzə və Əsəd bəyin də tərcümeyi-halları verilmiş, onların
Aşıq Pəriyə  həsr etdikləri və onunla şeirləşdikləri   parçalar kitaba daxil
edilmişdir. “Aşıq Pərinin poeziyamıza xidmətlərindən bəhs edən Ə.Müz -
nib  yazır:  ”Molla  Pənah Azərbaycan  məhəlli  klassiklərinin  bünövrəsini
yaratdısa, Aşıq Pəri ətrafında topladığı adamlar ilə, mü-sabiqəyə girişdiyi
şairlər ilə elin sevə-sevə dinləməkdə olduğu de-yişmələri genişlətdi və ya -
zışmaları  sürətlə  heca  vəzninin  qol-budaq  atmasına  yardım  etmiş  ol -
du”(3,13). Ə.Müznib daha sonra yazırdı ki, Aşıq Pəri bu dili klassik ədə -
biyyatımıza keçirməyə qədəm qoyan şairlərimizdəndir. Aşıq Pəri öz döv -
ründə şeir demək bacarığı, məclislərdə tar çalıb oxuması, şairlərlə deyiş -
məsi ilə  müasirlərinin nəzərini cəlb etmişdir. “XIX əsrdə xalq şeiri tər -
zində yazan Məhəmməd bəy Aşiq, Mirzə, Nəva, Əsəd və b. Aşıq Pəri ilə
maraqlanmış, onunla şeirləşmişdilər. Məsələn, Nəva deyir:
Aşıqlardan səni çox etdim tərif.
Əl çəkərsən din-imandan, ey Pəri.
Məhəmməd bəy Aşıq Pərini “məhbubi-kamilə” adlandıraraq deyir:
Bilməzəm ki, ey məhbubi-kamilə,
Nəsihət etməzsən neyçün cahilə?
M.H. Mirzə xəstə ikən yazır: 
Bu qəm bəstərində, möhnət içində,
Daim fikrimdədir xəyalın sənin.
Şirin hərəkətli, şəkər sözlüsən.
Yoxdur yer üzündə misalın sənin” (3,14).
Yuxarıdakı  nümunələrdən  göründüyü  kimi,  onların  hamısı  xalq  şeiri
ənənələrini davam etdirmiş,  bu üslubda gözəl nümunələr yaratmışlar, on -
lar həm  də bir-birləri ilə yazışmışlar.
Əzizə Cəfərzadənin bəhs etdiyi aşıq qadınlarımızdan “Qobustan” jur-
nalının sorağında olduğu, yalnız 1975-ci ildə qocaman sənətkarla görüşü
gerçəkləşən Aşıq  Sənəmdir.    “Balakənin  Gülüzən  kəndindən  olan Aşıq
Sənəm vaxtilə Əzizə Cəfərzadəyə bu məzmunda bir bayatı göndərmişdir:
2014/
I
64


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə