Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

anana muncuq, atana tütün qabı al! Nə edirsən, et, dedim. Mən əvvəldə
söyləmişdim, qadınlar ağılsızdır, yorğan salıram deyə əlinə iynə batıran
az  deyil.  Beşinci  mərtəbəyə  çıxdım,  gördüm,  bir  nənə  ələk  ilə  kömür
ələyir. Bir saxsı qabdakı çiçəyin polisin başını partladacağını mən hardan
bilim? Onu dedik, bunu dedik, nəhayət, olmadı, qadınımı dəyişdirim deyə
düşündüm, əgər yavaş yeriyirsə, əvəzinə başqa bir at verərik, deyirdik ki,
baxdıq ki, sən demə, üç yaşındakı uşaq imiş. Xırman onun günahı uc ba -
tından yanmayıb, benzin tökmüşdük, atəş bir anda söndü. Gözləyə-göz lə -
yə  saqqalına  körük  yapışdırıb  restoranda  rahat  bir  şəkildə  rəqs  et mə yə
başlamış, ya da üçdişli çəngəldə əlinizə bir şey çıxmadı, atırıq, atırıq, bir
şey  çıxmadı,  atırıq,  dolmur,  atırıq,  dolmur. Axırda  ona  –  bunu  dartaraq
keçirək, yaxşı olsa, atarsan – dedik. Elə deyilmi? Bir uşaq zəncirini qırıb
hara gedə bilər ki? Qurd köpəyi, Kazak köpəyi deyirsən, heç biri İsmət -
xanın köpəklərinə çatmaz» (5, 154).
6. Çakçaklarda istifadə olunan bədii vasitələr
İli çakçaklarında müxtəlif bədii vasitələrdən istifadə olunur, bunlardan
ən əsası aşağıdakılardır:
1) Bənzətmə
Çakçakçı yaxşı-yaxşı araşdıraraq insanın xarakteri, davranışı, geyimi,
danışması, ya da hərəkətlərindəki diqqəti çəkən xüsusiyyətləri göz önünə
gətirərək  onunla  zarafat  edir.  Bənzətmə  çakçakda  ən  əsas  vasitə  sayılır.
Məsələn, «İnsanlara lağ etməyi sevən lovğa bir adam Hisam ilə yolda ge -
dərkən onu məsxərəyə tutmuşdur:
– Eşşək balası kimi yeriyirsən, niyə düz-əməlli yerimirsən?
Hisam dərhal cavab verdi:
– Sənə qoşulub arxanca getdiyim üçün belə yeriyirəm. Bir çarəsi var -
mı?» (6, 9). 
Bu çakçakda Hisam özünü eşşək balasına bənzədən lovğa adamı eşşə -
yin ardınca gedən eşşək balasının hərəkətini ustalıqla təkrarlamasına bən -
zədir. 
2) Mübaliğə
Çakçak söylərkən çakçak obyektinin danışmasından və hərəkət tərzin -
dən bəzi xüsusiyyətlər həddən artıq şişirdilərək ifadə edilir. Beləcə həcv
meydanı ortaya çıxır. Məsələn, «Dilmurad: İki artist özlərini öyür. Biri o
birisinə deyir ki, mən səhnədə elə bir mahnı söylədim ki, izləyicilərin mə -
nə  verdikləri  çiçəklərdən  arvadıma  bir  çiçək  dükanı  açdım.  İkincisi  də
2014/
I
77


lov ğa-lovğa deyir ki, mən səhnədə elə bir mahnı söylədim ki, izləyicilərin
atdığı kərpiclə arvadıma dükan tikdim» (7, 154).
Bu  çakçakda  birinci  artistin  hədiyyə  aldığı  çiçəklərdən  çiçək  dükanı
açması,  ikincisinin  isə  izləyicilərin  qəzəblə  atdığı  kərpiclərin  çoxluğun-
dan bir dükan tikməsi güclü mübaliğədir. 
3) Canlandırma
Çakçaklarda bəzən canlılardakı və cansız şeylərdəki xüsusiyyətlər in -
sana yüklənməklə, ya da insan xarakterinin canlı və cansız əşyalara yük-
lənməsi ilə çakçak söylənilir. Məsələn, «Lətigilin çox canlı bir inəyi var -
dı. Bir çoban «mən ona sənin yerinə baxaram» – deyə mart ayında dağa
aparıb bir həftə sonra dərisini gətirdi. Bu işə təəccüblənən Ləti çobandan
soruşdu:
– İnək necə oldu?
– İlan vurdu.
– Yer-göy buzdu, nə ilanı?
– Sən bilmirsən. İlanlar canlanmağa başladı. 
– Qışda kömür alan ilanlar var, eləmi?» (7, 154) 
Bu çakçakda çakçakçı çobanın inəyi ilanın vurduğunu iddia edərək kə -
sib  özünün  yediyini,  acgöz  xarakterini  açmaq  üçün  qışda  qış  yuxusuna
getmədən inəyi kəsdiyinə görə ilanın kömür almasını söyləməklə insan-
ların  qışda  kömür  almasını  ilanda  canlandırmışdır.  Bu  canlandırma  da
insana bənzətmə formasıdır.
4) İncələşdirmək
Çakçakın dili çox incədir. Çakçakda sərt və kobud ifadələrdən istifadə
etmək  qəti  qadağandır.  Başqasının  fiziki  qüsurlarını  dilə  gətirmək  də
qadağandır. Məsələn, «Bir kişi Qulçadan Urumçuya iclasa gedirmiş. Yola
çıxmazdan  əvvəl  bir  nəfərlə  söhbət  etmişdir.  Söhbət  etdiyi  adam  «Hara
gedirsiniz?» – deyə soruşanda «Urumçuya» – deyə cavab vermiş. Soruşan
adam «bizim uşaqlar da Urumçuda oxuyur» – deyəndə «narahat olmayın,
övladınızı görsəm, mütləq salamlayaram» – demiş. Bu zaman «görsəm»
sözünü  yüksək  səslə  vurğulayaraq  qarşı  tərəfin  «kor»  ləqəbinə  işarə
etmişdir.  İkinci adam isə «sizin gəldiyinizi eşidən kimi bizim uşaqlar si -
zin  yanınıza  uça-uça gələr»  – deyərək «uçaraq»  kəlməsini  yüksək  səslə
vurğulayaraq qarşı tərəfin «tutuquşu» ləqəbinə işarə etmişdir».
«Bir gün bir nəfər bağına qara qaysı ağacı əkdirirmiş. Dostu gəlib «Al -
lan, Allah, hər yer qara qaysı ağacıdır» deyərkən, onun «qara» lə qəbinə
işarə  etmişdir.  O biri də onun  «soyuq»  ləqəbinə işarə edərək  «hə,  qışda
2014/
I
78


kənarı da soyuq olsun deyə əkdirirəm», deyə cavab vermişdir»
1
.
Yuxarıda göstərilən iki çakçak nümunəsində ləqəblər birbaşa söylən-
mədən, dolayı yolla məharətlə, gizli şəkildə vurğulanır.
5) Qarşılaşdırma
Çakçaklarda bəzən yaxşı ilə pis bu və ya digər formada qarşı laş dırı la -
raq fikir daha açıq ifadə edilir. Məsələn, Bolus: uzaq kənddən bir dostum
şəhərə  gəlib.  Söhbət  əsnasında  ondan  soruşdum:  «Ömründə bir  dəfə  də
olsun şəhərə getmədən ölən neçə nəfər var, görəsən?» Dostum bu suala
belə cavab verdi: «Bu şəhərdə mərmər tavanlı on otaq tikdirib birində özü
qalıb doqquzunu görmədən ölən neçə nəfər adam var?»
Bu çakçakda kəndliləri şəhəri görmədən ölür deyə təhqir edən adama
qarşı «şəhərlilər evlərini möhtəşəm inşa etsə də, ondan gözü dolusu isti-
fadə etmədən ölür» deməklə cavab verir. Burada kəndlilərin vəziyyəti ilə
şəhərlilərin vəziyyəti müqayisə edilir.
«Sali Savut: Bir gün dostumla kəndə – nənəsinin yanına getdik. Əliboş
getməyə utandıq və bir qutu şəkər aldıq. Nənə çox çalışdı, şəkərin ağzını
aça bilməyib əsəbiləşdi:
– Axmaqlar, şəkərin ağzını yapışdırdıqları yapışqanla ayaqqabı yapış -
dır saydılar, yaxşı olardı» (7, 30).
Bu çakçakda ağzı çətin açılan şəkərlə aldıqdan bir neçə gün sonra isti-
fadəyə  yararsız  olan  ayaqqabılar  müqayisə  edilərək  ticarət  sahəsindəki
saxtakarlıq tənqid edilir. 
6) Kinayə
Çakçaklarda kinayədən istifadə edilir. Kəlmənin ifadə olunduğu zaman
mənası bilinsə də, əslində, kəlmənin alt qatında onun əks mənası gizlənir.
Beləcə,  həyatdakı  pisliklər  tənqid  edilir.  Məsələn:  «Bir  gecə  saçları
dağınıq, qəribə geyimli bir qadın Hisama deyir:
– Hisam qardaş, məni evimə qədər ötürərsən? Yolda qorxaram.
– Niyə qorxursan?
– Cindən qorxuram. 
Hisam deyir:
– Heç nə olmaz, ay bacı, qorxmadan düz evə gedin. Bu halınızla sizi
görən cinlər də sizdən qorxub qaçacaqdır» (6, 13).
_____________
1.  Qara  qaysının  təbiəti  soyuqdur  deyə,  adətən,  qurudularaq  mürəbbə  bişirilir.
Hərarəti aşağı salmaq üçün dərman kimi istifadə olunur. 
2014/
I
79


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə