69
uca Tanrı Turaya dua edilir. Amma düşünmək olar ki, çox
qədim dövrlərdə “Yer ana”ya yalvarılmış, ona müraciət
olunaraq dua edilmişdir. Ona üstünlük veilməsinin izləri
aydın cizgilərlə saxlanmışdır(17,371).
Çox əski bir məlumata görə qərbi
Afrika tayfalarından
birində hər il mart ayında bir qadın və bir kişini öldürmək
adəti olmuşdur. Öldürülənlərin cəsədlərini yeni şumlanmış
sahədə basdırardılar. Şimali Afrikada vameqi tayfasında isə
sentyabr-oktyabr aylarında məhsul yığımı və yeni səpin vaxtı
bir qız öldürərmişlər. Lakin bunun əkinçiliklə bağlı qurban
olması birbaşa göstərilmir(17,365). Məhsul üçün insan
qurbanı vermək adəti Quayakilanın (Ekvador) sakinlərində,
beçuanlarda, Mindanao adasında yaşayan baqobolarda, Hind-
Çin vai və şanlarında, Hindistanın qond və kxondlarında
mövcud olmuşdur(17,365).
Şimali Amerika hindularında, adətən, qarğıdalı və
digər mədəni bitkilər “mais anası”, “bizim həyatımız”, “üç
bacı” şəklində təcəssüm etdirilir(17,366).
Avropa kəndlilərində taxıl sahəsinin hami ruhları xalq
inanclarında və əkinçilk adətlərində öz təcəssümünü tapır.
Məsələn: çörək qız,
buğda adam, çörək ana və s. (17,366).
V.Vundt belə “məhsuldarlıq demonları”na böyük
əhəmiyyət vermişdir. O bunları “daxili məhsuldarlıq
demonları” (torpaqda, bitkidə, meyvədə) və “xarici
məhsuldarlıq demonları” (hava ruhu, yağış ruhu, günəş ruhu
və məhsula təsir edən digər təbii qüvvələr) olaraq iki yerə
ayırmışdır (Vundt V. Mif i reliqiya. S. 357-367). Bu məsələyə
C. Frezer də geniş yer vermiş və “Qızıl budaq” əsərində bitki
ruhunun belə təcəssümünü ölüb - dirilən tanrı mifi ilə
əlaqələndirmişdir (Frezer D. Zolotaya vetv. Ql. XXIX-XLIII).