74
heyvan qurban etmək daxildəki sehrli qüvvədən xilas olmağa
cəhd etməkdir(17,590).
“Aldatma nəzəriyyəsi”nə görə qurban vermə adəti
aldadıcılar tərəfindən düşünülmüş, guya ruhlara, əcdadlara,
tanrılara veirilirmək adı altında sadəlövh adamların hesabına
yaşamaq məqsədi izləmişdir. Amerika etnoqrafı Pol Radin
sübut etmişdir ki, aldatma sisteminin ilkin rüşeymləri hələ
sinifli cəmiyyətə qədər mövcud olmuşdur(17,590).
S.A. Tokarev qurban ritualının beş əsas aspektini
göstərir:
1)İbtidai təsərrüfat şərtləri (ovçuluq, maldarlıq və
əkinçilik);
2)Yaş-cins qarşılıqlı münasibətləri;
3)Ölülərə müraciət;
4)Tayfalararası münasibət;
5)Sosial təbəqələşmənin ilkin formaları (17,591).
Tanrıya qurban vermə ritualının bir sıra komponentləri
başqırd türklərində qalmaqdadır. Burada Tanrıcılıqla bağlı
xalq deyimləri, inanclar və mərasim mətnləri qorunmuşdur.
Ey kiktö yöşöise Biyik Tösre!= Ey göydə yaşayan böyük
Tanrı!
Bez başqorttar izqe urınqa kildek! =Biz başqırdlar müqəddəs
yerə gəldik!
Bez ixlas yiröktön,= Bütün
səmimi ürəkdən,
Röxmötle yiröktön= Şükür dolu ürəkdən,
Hin yaratqan qorbandarzınqı= Sən yaradan qurbandır ki,
Alıp kildek!=Alıb gəldik!
Bına əisö inəez, saf böröndör!= Buyur, saf qoyunlar!
Harı qöröbölöy bal= Kəhraba kimi bal