47
Türkiyədə yaz bayramı həm Novruzda, həm də
Hıdırellezdə qeyd olunur.Novruz daha çox Anadolu
sahəsində
yayğındır.Hıdırellez ise Türkiyədə ən geniş yayılmış yaz
mövsüm mərasimidir.Novruz martın 21-də, Hıdırellez isə
may ayının 6-da bayram edilir.Azərbaycanda fevral ayında
keçirilən Xıdır Nəbi mərasiminin Hıdırelleze müəyyən
bənzərliyi olsa da, fərqli xüsusiyyətləri də vardır.Xıdır Nəbi
qışın ortasında, Xıdırellez ise yazın ortasında keçirilir.
Mərasimin mövsümlə əlaqəsindən belə anlaşılır ki, bunlardan
biri qışın yola salınmasına göstərilən sakral ritual dəstəyi,
digəri isə yazın gəlişinin təntənəsidir.Birincidə misteriya,
ikincidə isə karnavallıq aparıcı mövqedədir.
Əski türk mövsüm mərasimlərindən biri olan Hıdırellez
bayramı hər il yazda, may ayının beşindən altısına keçən gecə
keçirilir. Novruza bənzər xüsusiyyətləri vardır. Eyni zamanda
digər türk xalqlarında müşahidə etdiyimiz mövsüm
mərasimləri ilə ortaq cəhətləri də kifayət qədərdir. Türk və
islam mifologiyasında xüsusi bir yeri olan Xızır obrazı
özündə əski ritual və inancların izlərini saxlamışdır. Qışın
bitib baharın gəlməsi mövsüm mərasimi olaraq qeyd
edilməkdədir. Burada Xızır baharı simvolizə edir. Bu
bayramda insanlar müxtəlif törənlər təşkil edər, müxtəlif
ayinlər icra edərlər. İslam inancına görə Xızır haqq vergisi
almış şəxsiyyətdir. Tanrı tərəfindən müsəlmanlığı qorumaq
vəzifəsi verilmişdir. İstənilən zaman zühur edə bilən mübarək
bir şəxsiyyətdir. Rəvayətə görə, Xızır ilə İlyas qardaş və ya
dostdur. Xızırın ab-i həyat suyu içərək ölümsüzlük qazanması
söylənilir. Əsas vəzifəsi darda qalanlara yardım etmək,
yaxşılıq etmək, təbiətin yaşıllanmasını tə`min etmək, bolluq,
bərəkət, qismət və sağlamlıq verən bir vəlidir, kəramət