Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

 
65 
Xalq ənənsində “dəsmal vermək” və ya “dəsmal atmaq” 
ayrılıq  əlamətidir.  “Torba  tikmək”  də  müasir  paremioloji 
mənasına görə mərdimazarlıq, pislik etmək və s. kimi neqativ 
semantik  əhatəyə  malikdir.  Amma  “torba  tikməyin”  arxaik 
ritual  semantikası  xaos  dünyasına  yola  salmaqdır.  Atılan 
torba,  şal,  qurşaq,  dəsmal  və  papaq  da  xaos  dünyasına  səfəri 
simvolizə etməkdədir.  
Beləliklə, Novruz özündə arxaik ritualdan gələn bir sıra 
elementləri  mühafizə  etmişdir.  Ritualın  “rəsmi  hissəsi”  -
hərəkət  və  sözlə  yanaşı,  karnaval,  şənlik  və  ya  şölən 
hissəsində  də  bəzi  elementlər  qorunmuşdur.  Novruz  mədəni 
kompleksinə  daxil  olan  bu  tipli  elementlər  üzərində 
müşahidələrdən  aydın  olur  ki,  arxaik  ritual  keçidin  bir  neçə 
səviyyəsini özündə ehtiva etməkdədir: 
1)Sudan  keçmək.  İnancı:  Su  anası.  Rudimenti: 
Səməninin suya atılması və s. 
2)Oddan keçmək. İnancı: Gök  Tenqri, Gün. Rudimenti: 
Tonqaldan tullanmaq və s. 
3)Havadan  keçmək.  İnancı:  Yel  baba.  Rudimenti: 
Kəndirbaz oyunu və s. 
4)Yerdən keçmək. İnancı: Yer Tanrısı. Rudimenti: Yerə 
(quyuya, mağaraya, lağıma və s.) girmək. 
5)  Bitkidən  keçmək.  İnancı:  Qaba  ağac.  Rudimenti: 
Ağac koğuşundan keçmək və s. 
6)  Heyvandan  keçmək.  İnancı:Gök  böri,  Qağan  Aslan. 
Rudimenti: Heyvan dərisinə girmək və s. 
Bunların  hər  biri  ayrıca  olaraq  açıq  kodla  Novruz 
komponentlərində görünməsə də, onun invariant strukturunda 
yer  tutur.  Mövcud  olanların  paradiqmaları  müxtəlif  folklor 
mətnlərində  rəngarəng  şəkildə  motivlənərək  obrazlı  ifadə 


 
66 
olunmuşdur.  Ayrıca olaraq,  “Oğuz Kağan”da, “Dədə Qorqud 
kitabında”,  “Oğuznamələr”də,  Azərbaycan  xalq  nağıllarında, 
atalar  sözlərində  və  s.  epik  folklor  nümunələrində  arxaik 
ritualdan  gələn  bu  (Uluslararası  Bilgi  Şöleni,  Atatürk  Kültür 
Merkezi  Yayınları,  sayı  100,  Ankara,  1995,  s.221-227.)keçid 
səviyyələrinin  çeşidli  ifadə  formalarını,  obrazlarını  və 
motivlərini  müşahidə  edirik.  Belə  motivlənməni  xalq 
deyimlərində, paremioloji mətnlərdə də görmək olar: 
1. Su: Su aydınlıqdır, Su qədər ömrün olsun! 
2. Od: Od haqqı, Ocaq haqqı.  
3. Yer: Yerin yeddi qatından keçmək. 
4. Yel: Yel baba, Yel baba, 
    Əlçimimi ver baba və s. 
Arxaik ritualın diaxron inkişafı orta əsrlərin rəsmi məra-
simlərindən  keçdiyi  dövrdə  geniş  mənada  inteqrasiya  prose-
sində  olmuş  və  qarşılıqlı  təsirlərə  uğramışdır.  Bu  xüsusilə, 
özünü  ibtidai  mədəniyyətdən,  yəni  elə  başlanğıcından  diffe-
rensial  xarakter  daşıyan  yaxın  mədəniyyətlərlə  əlaqədə  və 
münasibətdə göstərir. Ona görə də bu mədəniyyətə kompleks 
yanaşmaq lazımdır. Buraya xüsusilə, aşağıdakılar daxildir: 
1. Rituallar. 
2. İnanclar. 
3. Oyunlar.  
Bunları  eyni  zamanda  funksiyalarına  görə  (magik, 
mistik, komik və s.) araşdırmaq lazımdır.  
Arxaik  ritualdan  gələn  bir  çox  elementlərin  sakral 
funksiyası  passivləşmiş,  profan  xarakter  alaraq  əyləncə 
funksiyası  ilə  əvəzlənmiş  və  bayramın  karnavallığını,  şənlik 
üçün şərait yaradan vasitələrini gücləndirmişdir. 
 


 
67 
NOVRUZ MÖVSÜM MƏRASİMİ KİMİ 
 
Əlbəttə,  Novruzun  bir  sıra  səciyyəvi  cəhətləri  onun 
mövsüm  mərasimi  komponentlərində  özünü  göstərir.  Burada 
baharın  gəlişi  rituallarla,  oyunlarla,  tamaşalarla,  şənlik,  şölən 
və  toyla  qeyd  olunur.  Hələ  XI  əsrdə  M.  Kaşqarlının  yazıya 
aldığı örnəklərdə bu mərasimlərin izlərini görürük:  
Qış yay bilə tokuştı 
Kınqır közün bakıştı 
Tutuşqalı yakıştı 
Utqalımat uqraşur (1c, 170) 
 
Yılkı yazın əzlənür  
Otlap anın ətlənür 
Bəqlər sənüz atlanur 
Sevnip ögür ısrışur (1c. 285) 
Bənzər örnəkləri şifahi ənənəd gəlib çatmış kumuk xalq 
yaradıcılığında da müşahidə edirik: 
Qelin katın tursana 
Savru başmak qiysene 
Sandıkqa kol ursana 
Bu bayrak saqa karay 
Kise yavluk taksana! 
 
Yazbaş qeldi yaynaşıp 
Bar qayvannar oynaşıp 
Kızınq kise saylasın 
Qelininq takma çıksın. 
Bizqe çomartlık etip 
Şaytannı uyun yıksın! 


 
68 
Abzarında kölleri 
Köllerinde kazları 
Bayrakqa yavluk ilme 
Muna qazir kızları! 
Şatman, Navruz qyunyu mubarak! (9,8-9). 
Motivləri  eyni  olan  bu  şeir  nümunələrində  yaz  və  qış 
təsvir olunur, baharın, başqa deyilişlə, Novruzun vəsfi verilir. 
Novruzunm  mövsüm  mərasimi  konteksti  kifayət  qədər  geniş 
əhatəlidir.  Çünki  buraya  qohum  xalqların  oxşar  mədəniyyəti 
ilə müqayisələr aparılması da daxildir. 
Çuvaşlarda  ən  vacib  dini  bayram  və  mərasimlər 
əkinçiliklə  bağlıdır.  Bu  mərasimlər  başqa  əkinçi  xalqlarda 
olduğu  kimi  yeni  il  qabağı  günəşin  qış  dönüm  nöqtəsində 
olduğu  vaxt  başlanır  və  bundan  sonra  yazın  başlanması 
bayramı  gəlir.  Amma  ən  əsas  bayramlar  yaz  səpini  ilə  bağlı 
olaraq  keçirilir.  Buraya  Aka  patti,  Akatuy  və  ya  Sabantuy 
daxildir.  Yayın  əvvəlində  məhsul  yığımı  ilə  bağlı  olaraq  Uy 
çuk  (polevaya  jertva-tarla  qurbanı)  və  Sinse  bayramları  qeyd 
olunur.  Bu  bayramlar  bir  həftə  və  daha  çox  davam  edir.  Bu 
bayramlarda  bütün  kənd  və  və  ya  bir  neçə  kənd  bir  yerdə 
iştirak  edir.  Mərasimi  yaşlı  adamlar  və  ya  xüsusi  seçilmiş 
adamlar  idarə  edirlər.  Hər  bir  kənd  üçün  mərasim  xüsusi 
olaraq  müəyyənləşdirilmiş 
yerdə  keçirilir.  Mərasimin 
keçirilməsi  üçün  seçilən  belə  yerlər  əsasən  meşə  və  ya  tala 
olur.  Bayram  zamanı  bütün  kənddən  toplanmış  pulla  alınmış 
heyvan  qurbanı  kəsilir.  Xüsusi  seçilmiş  adamlar  bayramla 
bağlı  yasaqlara  riayət  olunmasına  nəzarət  edirlər.  Məsələn, 
Sinse zamanı heç bir kənd təsərrüfatı və torpaq işləri görmək 
olmaz.  Çünki  bu  günlərdə  “yer  ana  hamilədir”.  Bu  yasağı 
pozan  olarsa  o  çox  ciddi  şəkildə  cəzalandırılır.  Mərasimdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə