96
Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş
insan həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın
isinməsi, dirilməsi isteəyi ilə bağlı yaranmışdır. Əski inamlara
görə insan fayda verməyən ölü hesab edilirdi. Məhz bu
mənada torpağın məhsul verməsini dayandırması, onun
donması, insanın həyat nemətlərindən məhrum oması kimi
dərk edilirdi(62,7).
Tədarük üçün yığılan azuqə ehtiyatı tükəndikcə insanda
torpağı oyatma, əkəmk, becərmək azrzusu artırdı torpaq isə
birdən – birə oyanmırdı. Onun oyanması üçün su, istilik, hava
lazım idi. Elə bu istəklə bağlı bu
dörd ünsürün birləşmədindən
xalq özünün zəngin adət - ənənə etiqad və ayinlərini
yaratmışdır və bu çərşənbələri kütləvi şənliklərlə qey etmişlər.
Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin
ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”,
“sular novruzu”, “gül çərşənsbə” kimi də tanınır. Su
çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Özündə suyun
müqəddəsliyini, insanlarının həyatında onun əvəzsiz rolunu
tanıtmaq məqsədilə bayram edilir. Su çərşənbəsi günü
qabların suyunu təzələmək, xəstələrə bulaq suyu vermək,
axan su uzərindən atlanmaq, yuyunub arınmaq, paltarları axar
suda suya çəkmək düşərli hesab olunur. Suyun müqəddəsliyi,
murdar götürməməsi, axan suyun saflığı, insanlara ən doğma
sirri belə suya danışmaq inamını yaratmışdır. Qorxulu
yuxularında suya danışılması ilə insanı izləyən qəzaların dəf
olunması inamı, türk mifoloji mətnlərin əsasını təşkil edir.
Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi
günü təzə sudan keçənlər, azar bezarını ona verənlər il boyu
xəstəliklərdən azad olardılar. Həmin gün su uzərində bir sıra
ayinlər icra edilərdi.
97
İnsanlar ağırlıqlarını tökmək üçün bu çərşənbədə -
təmiz suda yuyunurlar. Başından, sağ-sol çiyinlərindən üç
dolça suyu töküb, sonrada yeddi qaşıq təmiz suda
qaynadılmış üzərrik suyunu başına, boynuna, sağ-sol
çiyinlərinə, üz-gözünə çiləyib deyir:
Ağırlığım uğurluğum
Dağlara, daşlara,
Göydən
uçan quşlara,
Çayda üzən yaşılbaşlara,
Namərd yoldaşlara
mənlə çinməyən sirdaşlara
Barsız – bəhrəsiz ağaclarla
Sonsuz dul arvadlara
Balağı battaq arvadlara,
Dabanı çatdaq qarılara (63,10).
Təmiz suda çimib saflaşdıqdan sonra bütün ailə üzvləri
şam süfrəsinə əyləşirlər. Şam süfrəsi qurtardıqdan sonra açıq
havaya çıxılır. Axar su başına gedirb üç dəfə axar su ustundən
hoppanıb ağırlığını tökür oxuyurlar:
Sular axar burular,
Can gülüm cancan!
Axıb – axıb durular,
Can gülüm can – can!
Baharın
novruz günündə
Can gülüm can – can!(5,10).
Suyun mifik düşüncədə, praktik həyatda dəyəri, onun
müqəddəsliyi ilə əlaqədar el arasında birbirindən mənalı, mə-
qamlı ata deyimləri, alqış – duaları, qarğışları, bəd duaları,
falları vardır. Bu atalar sözü və məsəllərdə, hətta sadə tap-
macalarda belə minlərlə inam etiqad, adət, ənənə izləri qalır.