87
NOVRUZQABAĞI MƏRASIMLƏR:ÇILƏLƏR
VƏ ÇƏRŞƏNBƏLƏR
Azərbaycan folklorşünaslığında ən az öyrənilən
sahələrlədən biri də Novruz bayramı öncəsi qeyd olunan
çərşənbələrdir.Çərşənbələrlə bağlı problemləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Çərşənbə adının mənası.
2. Çərşənbənin mənşəyi.
3. Çərşənbənin ritual kompleksi.
Eyni zamanda çərşənbələrin təqvim kimi əsaslarının
araşdırılmasına da ciddi ehtiyac vardır. Çünki çərşənbə
mərasimlərinin də ritual əsası onun təqvimdəki yeri və mənası
ilə əlaqəlidir.Çərşənbələrin hansı təqvim olması haqqında
folklorşünaslığımızda aydın bir fikir yoxdur. Bunun əvəzində
çərşənbələrin təqvim xarakterini açmaq
üçün heç bir elmi əsas
yaratmayan və xalq təqvimi ilə bağlı olmayan məhəlli adların
müxtəlif variantlarından bəhs olunur.Məsələn, Novruza bir ay
qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincinə “birinci
çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su
çərşənbəsi” , ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”,
“üskü çərşənbə”, “od çərşənbə”, üçüncüsünə “üçüncü
çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel
çərşənbə”, dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”,
“torpaq çərşənbə” və s. deyilir.Məsələn, Şuşada birinci
çərşənbədən öncəki çərşənbəyə yalançı çərşənbə, digər dörd
ilaxır çərşənbələrə isə “birinci tək”, “ikinci tək”, “üçüncü
tək”, “dördüncü tək” və “axırıncı tək” deyilmişdir. Bunların
sayını artırmaq olar. Amma buradakı yerli adlandırmalar nə
adın, nə də təqvimin mənasını aydınlaşdırır.