80
də milad öncəsi 79-cu ildə hun hökmdarını moğol ohuanlarla
savaşa sövq etmişdi.
Əski türklərdə əcdadlara mal və can qurbanları
verilmişdir. Əski türklərdə ən böyük qurban bozqırlı türkün
müqəddəs bir duyğu ilə sarıldığı atdır. Bir çox türk
qəhrəmanları öldüyü zaman atları ilə birgə dəfn olunmuşdur.
Digər heyvanlardan cinsi erkək olanlar qurban üçün daha
uyğun sayılmışdır(22,50).
İnsan qurbanı verilməsi də hökmdar məzarlarından
aydın olur. Belə ki, Atillanın ölümü münasibətilə bir çox
adamların öldürülərək məzara qoyulmasını bildirən VI əsr
tarixçisi Jordanesin qeydinə görə Göy türk xanlarının
məzarları başında düşman orduları başçılarının qurban
edilməsi kimi bir məlumat da bura əlavə edilə bilər(22,51).
İnsan qurbanı vermək qədim dünyanın bir çox xalqlarında
rastlanmaqdadır.
Qədim türklər ölmüş müqəddəslərə səcdə edər, onlara
həyatlarının xüsusi günlərində və məqamlarında müraciət
edərdilər. Belə təsəvvür olunur ki, ölülərin ruhu göydə
Tanrının yanında olur və dirilərin bütün hərəkətlərini görür,
şəri pisləyir, xeyiri bəyənirlər. Dirilərin xeyir əməllərindən
ruhlar da xoşlanırlar. Başqırdlar ölüləri “Tösrö qolo” –“Tanrı
qulu” adlandırırlar və ölümə də o dünyaya getmək deyirlər:
“Asılına qayttı” (əslinə qayıtdı, başlanğıcına qayıtdı, Tanrıya
qayıtdı) və ya “ete qat kikkö kitköndör”-göyün yeddinci
qatına getdi- deyilir.
Başqırdlarda batırların(pəhləvanların) ənənəvi mərasim
(yola) güləşi zamanı əcdad ruhların müraciət olunur:”Ey
mənim atam, ey mənim Tuyış atamın ruhu, mənə yardım et”.
Ona görə də “Yola küreşe” (mərasim güləşi) müqəddəs
81
mahiyyət daşıyır və onda qaydaları pozmaq yolanı pozmaqdır
və suçdur.Güləş zamanı yasağı pozanları öldüyü zaman
günahkarlara
aid
qəbiristanlıqda
dəfn
edirlər.
Əcdada sitayiş etmək və ona müracət etmək etnosun ruhi
yenilənməsi və möhkəmlənməsi qaynaqlarından biridir.
Əcdad kultu, onların ruhlarına hörmət etmək insanların
şüurunda dünyanı, kainatı bütövləşdirir və bununla da bu
dünyadakı və o dünyadakı həyatın sonsuzluğununu, ritm və
ölçü kateqoriyalarını dərk etməyə kömək edir. Əcdadlarımız
Tanrı inancında mənəvi sabitliyin dəyərini dərk edərək bu
inanc vasitəsilə həyat fəlsəfələrini təmin etmiş, böyüyünə
sayğı, kiçiyinə qayğı göstərərək ruhi qidasını uca Tanrıdan və
müqəddəs saydığı əcdad ruhlarından almışdır.
Müasir mədəniyytdə də əcdad ruhları ən əziz günlərdə
ziyarət edilir, onlarla təmas, ünsiyyət yaradılır. Novruz
bayramında bayram axşamı evlər işıqlandırılmalı və qapılar
bağlanmamalıdır. Çünki belə günlərdə əcdad ruhları öz
yaxınlarını
ziyarət
edər,
onların
yaxşı
yaşadığını,
əminamanlığı, mehribanlığı, bolluq və rifahı görüb sevinərlər.
Belə olduğu zaman əcdadların ruhları şad olur.
Türk inanc sistemində Tanrıçılığın xüsusi mövqeyi
vardır(23;24;25;26;27;28;31və b.). Din kimi mövcudluğu
milad öncəsi V əsrə aid edilən Gök Tanrı Asya hunlarında tək
ulu varlığı təmsil etmişdir. Ancaq sonrakı dövrlərdə günəş,
ay, ulduz kultları da müşahidə olunur. Hun hökmdarı hər
sabah doğan günəşə və gecə bədirlənmiş aya təzim
edərmiş(22,60).
M. Eliade türk icmalarında qurban vermə törənlərində
şamanın heç bir vəzifə tutmadığını, bunun ancaq müasir
dövrümüzdə torpaq və bərəkət ilə bağlı “Bay Ülgen”e verilən
82
qurbana aid olduğunu bildirir. At qurbanı mövzusunda
şamana düşən rolun son zamanlarda göründüyü isə V.
Köppers tərəfindən təsbit edilmişdir (22,58).
Qüdrətli əcdadların hami ruhuna kamlar (şamanlar) da
müraciət edir. Bu zaman magik xarakterli mərasim mətni
Xarnau söylənir. Bu janr, qeyd etdiyimiz kimi, magik
məzmunlu, sakral mahiyyətlidir, müxtəlif təbii qüvvələrə,
heyvanlar aləminə müraciətlə oxunur: Ruhumun əmrilə
Qorqudun qəlbilə Tülke ata sağaltdın
Sağaltsan mən burdayam! Başqırdlarda Tulpı, Sukak
ata, Kuzkurta, Karmkuta kimi müxtəlif hami ruhlar vardır.
Onların hamısı insanlarla səma arasında əlaqə yaradır və
onları qoruyurlar. Bayram günləri onlar yerə enir və insanlara
baş çəkirlər.Azərbaycanlılarda insanları onların hami ruhları
olan Qaraçuxalar qoruyurlar. Bayram günlərində Qaraçuxalar
ayaq üstə olur və bütün günü yatmazlar. Bununla da bayramın
nikbin ovqatda davam etməsinə ruhi bir dəstək vermiş olurlar.
Altay kamlarının ritual duasında Tenqriyə “Göylərin bö-
yük atası Tenqri xan” deyə müraciət olunur(24). Tenqri inan-
cının da başlanğıcında dual sistemin mövcudluğunu ehtimal
etmək olar. Bu xüsusilə Tenq-er (Tenqri) və Tenq-qiz (Ten-
qiz) adlarında özünü göstərir.Oğuzların ilkin tanrı panteonun-
da 6 (Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) tanrıdan biri də
Tenqizdir. Əgər Tenq eri Günəş kişi kimi anlasaq, o zaman
Tenq-qizi de Günəş qadın kimi başa düşməliyik. Günəşə
müraciətlə oxunan “saçlı qız” ifadəsi də bunu göstərir.
Amma bu daha sonra vahid Tanrı ideyasında birləşmişdir.
Tanrıçılıq duasının əlimizdə olan mətnləri islamın müqəddəs
kitabındakı ayələrlə səsləşməkdədir:
Ey Tösrem! =Ey Tanrı!
Dostları ilə paylaş: |