Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


NOVRUZQABAĞI MƏRASIMLƏR:ÇILƏLƏR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

 
87 
NOVRUZQABAĞI MƏRASIMLƏR:ÇILƏLƏR  
VƏ ÇƏRŞƏNBƏLƏR 
 
Azərbaycan  folklorşünaslığında  ən  az  öyrənilən 
sahələrlədən  biri  də  Novruz  bayramı  öncəsi  qeyd  olunan 
çərşənbələrdir.Çərşənbələrlə bağlı problemləri aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
1. Çərşənbə adının mənası. 
2. Çərşənbənin mənşəyi. 
3. Çərşənbənin ritual kompleksi. 
Eyni  zamanda  çərşənbələrin  təqvim  kimi  əsaslarının 
araşdırılmasına  da  ciddi  ehtiyac  vardır.  Çünki  çərşənbə 
mərasimlərinin də ritual əsası onun təqvimdəki yeri və mənası 
ilə  əlaqəlidir.Çərşənbələrin  hansı  təqvim  olması  haqqında 
folklorşünaslığımızda aydın bir fikir  yoxdur. Bunun əvəzində 
çərşənbələrin təqvim xarakterini açmaq üçün heç bir elmi əsas 
yaratmayan və xalq təqvimi ilə bağlı olmayan məhəlli adların 
müxtəlif variantlarından bəhs olunur.Məsələn, Novruza bir ay 
qalmış  qeyd  olunan  4  ilaxır  çərşənbədən  birincinə  “birinci 
çərşənbə”,  “yalançı  çərşənbə”,  “əzəl  çərşənbə”,  “su 
çərşənbəsi” , ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, 
“üskü  çərşənbə”,  “od  çərşənbə”,  üçüncüsünə  “üçüncü 
çərşənbə”,  “ölü  çərşənbə”  (məzar  ziyarətinə  görə),  “yel 
çərşənbə”,  dördüncüsünə  “axır  çərşənbə”,  “ilaxır  çərşənbə”, 
“torpaq  çərşənbə”  və  s.  deyilir.Məsələn,  Şuşada  birinci 
çərşənbədən  öncəki  çərşənbəyə  yalançı  çərşənbə,  digər  dörd 
ilaxır  çərşənbələrə  isə  “birinci  tək”,  “ikinci  tək”,  “üçüncü 
tək”,  “dördüncü  tək”  və  “axırıncı  tək”  deyilmişdir.  Bunların 
sayını  artırmaq  olar.  Amma  buradakı  yerli  adlandırmalar  nə 
adın, nə də təqvimin mənasını aydınlaşdırır.  


 
88 
Novruz  adının  mənasının  “yeni  gün”  olduğunu 
bilirik.Çərşənbənin  isə  bu  qədər  aydın  izahı  yoxdur. 
Çərşənbənin  “çəhar  şənbə”  sözündən  olduğunu  nəzərə  alsaq 
onu “dörd şənbə” və  ya “dördüncü şənbə” kimi hərfi tərcümə 
etmək  olar.Amma  bu  bizə  aydın  bir  məlumat  vermir.İndi 
İranda  işlənən  hicri  təqvinmin  həftə  adlarına  diqqət  etsək 
orada  “şənbə”  sözünün  sıx  şəkildə  işləndiyini  görürürük: 
yekşənbə,  doşənbə,  seşənbə,  çeharşənbə,  pəncşənbə,  şənbə, 
come.Milad  təqviminə  görə  buradakı  “çümə”  “beşinci  gün”, 
“yekşənbə”  “bazar  günü”,  “çəharşənbə”  isə  “üçüncü  gün” 
dür. Bu Azərbaycanda işlənən həftə adlarında “çərşənbə”dir.   
“Çeharşənbə”  sözündəki  “çehar”  4-dür.  “Şənbə”nin 
mənası  isə  aydın  deyil.Amma  bunun  qədim  bir  substrat 
olduğu  müşahidə  edilməkdədir.Bu  Şərqdə  istifadə  olunmuş 
qədim  təqvimlərdən  biridir  və  bu  təqvimin  əlamətdar  günü 
“şənbə”dir.Bunun 
sami 
xalqlarında 
“Şabbat” 
forması 
qalmaqdadır.Slavyanlarda  “Subbota”nın  da  eyni  yerdən 
qaynaqlandığını  düşünmək  olar.Ola  bilər  ki,  bu  altıgünlük 
“həftə”nin altıncı və ya istirahət günü olmuşdur.Yaxın əsrlərə 
qədər Rusiyada beşgünlük “həftə”nin olduğu da tarixi faktdır. 
“Şabbat”ın  şənbə  şəklində  iran  xalqlarında  və  türklərdə 
işlənməsi  mümkündür.Yəhudilərdə  “Şabbat”  indi  də  qeyd 
olunur.”Şabbat”ın İudaizmlə bağlı dini bir mənası vardır. Ola 
bilər  ki,  İslam  öncəsi  Xəzər  xaqanlığının  əhalisinin  İudaizm 
dininə mənsub olması sonralar da bu xalqların təqvimində öz 
izlərini  saxlamışdır.Amma  biz  “Şənbə”ni  altıncı  günü  deyil, 
“dörd  şənbə”  adı  ilə  ikinci  günündən  üçüncü  günə  keçən 
axşam qeyd edirik. Görünür burada bir neçə təvim kəsişməsi 
vardır.Bizim  də  11-19-cu  əsrlər  boyunca  işlətdiyimiz  hicri 
təqvimi,  20-ci  əsrdən  işlətdiymiz  miladi  təqvimi  ilə  yanaşı 


 
89 
iudaizm  dövründə  işlənmiş  təqvim  də  bu  və  ya  digər  şəkildə 
burada  özünü  göstərir.  İudaizmdən  keçən  “Şabbat”, 
Xristianlıq  və  İslam  mühitində  ikinci  plana  keçir.Xristian 
slavyanlar  “Subbota”nı  deyil,  daha  çox  xristian  mahiyyəti 
daşıyan 
və 
İsus 
Xristosla 
bağlı 
olan 
“Dirilməni”(voskriseniya),  müsəlmanlar  isə  “Şənbə”ni  və  ya 
“Çərşənbə”ni  deyil,  islami  həmrəylik  nümayiş  etdirən 
“Cümə”ni  qeyd  edirlər.Bununla  yanaşı  “çərşənbə”nin 
mübarək gün olması ilə bağlı ənənə də unudulmamışdır. 
Şənbənin  altıncı  gün  olduğunu  bilirik.  Bu  da  dünyanın 
altı  gündə  yaradıldığı  və  ən  sonda  insanın  yaradıldığı 
haqqında  dini  bilgilərlə  əlaqəli  görünür.Dünyanın  altı  gündə 
yaradılması  “Şənbə”ni,  dünyanı  yaradan  dörd  ünsürün 
(su(ab),  od(atəş),  hava(bad),  torpaq(xak))  də  hər  birinin  bir 
“şənbəlik”  həftə  sistemində  yaradılması  da  “Çərşənbə”ni 
(dörd  şənbə)  müqəddəsləşdirir.İstər  ilkin  kosmoqoniya  kimi, 
istər  xalq  təqvimi  kimi,  istərsə  də  dini  bilgi  kimi  bu  özünü 
doğruldur.Amma,  bu  yenə  də  “Şənbə”nin  xalq  inanclarında 
hami  ruh  və  ya  başqa  bir  kult  elemnti  ilə  bağlı  olmasını  və 
onun arxaik ritual əsaslarının mövcudluğunu istisna etmir.   
 Novruzun  gəlişi  -  əmək  mövsümününü  başlaması 
demək  idi.  Bu  insanları  sevindirirdi.  Bu  baxımdan  da  onlar 
qoyun – quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, 
pendirin  bol  olması  üçün  müxtəlif  nəğmələr  yaratmışdır. 
Novruzqabağı  nəğmələr  adı  ilə  tanınan  həmin  nəğmələr  üç 
yerə  ayrılır.  Çillə  nəğmələri,  ilaxır  çərşənbə  nəğmələri, 
bayram məişəti nəğmələri(61,255).  
 Novruza  hələ  90  gün  qalmış,  yəni  qışın  böyük  çillənin 
girməsiylə bağlı çillə şənlikləri keçirilər və müxtəlif nəğmələr 
oxunardı.  Bəzi  bölgələrdə  həmin  nümunələrə  “Çilləkəsdi”, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə