83
Ber erzölö yuqəıs = Bir yerdə yoxsan,
Bar erzölö barəıs! = Hər yerdə varsan!
Hinnön yarzam, = Səndən yardım,
Hinnön Fərman!= Səndən fərman!
Bu sabit formullar Tanrıya müraciətlə, yalvarışla
Tanrıya qurban vermə mərasimində iştirakçılar tərəfindən
söylənir. Belə dualar eyni zamanda bir işə başlayanda, uzaq
səfərə çıxanda və həftənin xüsusi günlərində və ya
ümumiyyətlə, Allahadan bir şey diləyəndə edilir:
Ey, Tösre tönqölöm!! =Ey Tanrı böyük!
Barəıs! =Varsan! Berəes! =Birsən!
Tisdöşes vö= Tayın yox.
Oqşaşın yuq! =Oxşarın yox.
Ni boyorəas bula,=Nə buyursan olar.
Boyorəmas yuq! =Buyurmadığın yox!
Türk xalqlarında Tanrı ilə yanaşı bəzi bölgələrdə Xuda
deyilişi ilə də rastlaşırız. Məsələn, Başqırdıstanın bəzi
rayonlarında (Çişmin, Urşak, Çermasan, Karmasan) Xuda adı
saxlanmaqdadır. Başqırdca buna kişi tanrı-Əot, Qot, qadın
tanrı-Mada deyilir. Qerman xalqlarında, məsələn, ingilislərdə
God-tanrı (almanlarda-Gott), Mother-ana (almanlarda –
Mitter). Burada qoşa ilahi varlıq Əot/Qot və Mada/Maza ilə
qarşılaşırıq. Ehtimal edilir ki, bu inanc sisteminin kökləri
Tanrıçılıqdan da daha öncəki inanc sistemlərinə aiddir.
Tölöqemdes barın bir! =Diləyimin hamısın ver!
Dişömbe kinindö= Düşənbə günündə
Bönqömbör tıunqan kinindö.= Peyqəmbər doğulan gündə
Hinnön əorayım, =Səndən
istəyirəm
İxlas yalbaram.= Səmimiyyətlə yalvarıram,
Hinnön əorayım.= Səndən istəyirəm
84
Ey, Xozayım! Ey, Tösrem! =Ey Xudam! Ey Tanrım!
İzqe sönqöttö,= Xeyirli saatda dualarımı
Qabul it!=Qəbul et!
Bu mərasim duası mətnində ərəb və fars sözlərinin
işlənməsindən də göründüyü kimi o İslam dönəmində
dəyişikliyə uğramış və İslami bir mahiyyət qazanmışdır.
Ayrıca olaraq Xuda inancının izləri yaz mövsümü ilə
bağlı mərasimlərdə müşahidə olunmaqdadır. Azərbaycan
folklorunda saxlanmış “Qodu-qodu” mərasimi Xudaya veilən
qurbanla bağlı mərasimin bəzi ünsürlərini təsəvvür etməyə
imkan verir:
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu
burdan keçəndə
Qırmızı gün gördünmü?
Bizcə Qodu Xuda inancı ilə bağlıdır və onun şərəfinə
keçirilən mərasimdə onun rəmzi və xalq deylişi ilə ifadəsidir.
Qodunun (Xudanın) da günlə (Günəşlə) əlaqəli olması bu
inancda da astral kultların, xüsusilə də, günəş kultunun
mövcudluğunu göstərir. Bu mənada “Günəşi çağırma” arxaik
ritualının “Tanq Tenqri” və “Qodu-qodu” variantları arasında
müqayisələr aparmaq mümkündür. “Tanq Tenqri” ritualının
izləri VI-VIII əsrlərə aid əski yazılı mətnlərində (33;35;36;40
və b.) qalmaqdadır:
Tanq Tenqri kelti!
Tanq Tenqri kelti!
Tanq Tenqri özü kelti!
Tanq Tenqri ritualında olduğu kimi, Qot (Xoda)
mərasimi də tonqal ətrafında toplaşaraq, əlləri göyə açaraq,
yalvarış və dua etməklə keçirilir.