Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

 
95 
 
 


 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
(60). 
«
 
 
 
 
 
» 
 
. .
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

«
-
» 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
-
 
 
 
 
 

 
«
-
»
 
 
 

 
 
 
 
 
 

 
 
 
 
 
(60).  
 Çərşənbələr 
novruz 
bayramının 
əvəzolunmaz 
atributlarındandır.  Hər  bir  çərşənbə  təbiətin  bir  ünsürü  ilə 
əlaqələndirilmiş  və  beləliklə  insanların  təsəvvürlərində 
ilaxırçərşənbələr  yaxud  ilin  axır  çərşənbələri  yaranıb 
müqəddəsləşdirilmişdir.  


 
96 
 Novruz  ulu  əcdadlarımızın  əski  bayramlarından  olmuş 
insan həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın 
isinməsi, dirilməsi isteəyi ilə bağlı yaranmışdır. Əski inamlara 
görə  insan  fayda  verməyən  ölü  hesab  edilirdi.  Məhz  bu 
mənada  torpağın  məhsul  verməsini  dayandırması,  onun 
donması,  insanın  həyat  nemətlərindən  məhrum  oması  kimi 
dərk edilirdi(62,7). 
 Tədarük üçün yığılan azuqə ehtiyatı tükəndikcə insanda 
torpağı  oyatma,  əkəmk,  becərmək  azrzusu  artırdı  torpaq  isə 
birdən – birə oyanmırdı. Onun oyanması üçün su, istilik, hava 
lazım idi. Elə bu istəklə bağlı bu dörd ünsürün birləşmədindən 
xalq  özünün  zəngin  adət  -  ənənə  etiqad  və  ayinlərini 
yaratmışdır və bu çərşənbələri kütləvi şənliklərlə qey etmişlər. 
 Su  çərşənbəsi  boz  ayın  dörd  müqəddəs  çərşənbəsinin 
ilkidir.  Xalq  arasında  o,  “əvvəl  çərşənbə”,  “gözəl  çərşənbə”, 
“sular  novruzu”,  “gül  çərşənsbə”  kimi  də  tanınır.  Su 
çərşənbəsi  suya  tapınma  inamı  ilə  bağlıdır.  Özündə  suyun 
müqəddəsliyini,  insanlarının  həyatında  onun  əvəzsiz  rolunu 
tanıtmaq  məqsədilə  bayram  edilir.  Su  çərşənbəsi  günü 
qabların  suyunu  təzələmək,  xəstələrə  bulaq  suyu  vermək, 
axan su uzərindən atlanmaq, yuyunub arınmaq, paltarları axar 
suda suya çəkmək düşərli hesab olunur. Suyun müqəddəsliyi, 
murdar götürməməsi,  axan suyun saflığı,  insanlara ən doğma 
sirri  belə  suya  danışmaq  inamını  yaratmışdır.  Qorxulu 
yuxularında  suya  danışılması  ilə  insanı  izləyən  qəzaların  dəf 
olunması  inamı,  türk  mifoloji  mətnlərin  əsasını  təşkil  edir. 
Əzəli  inamlarda  su  sağlamlığın  mənbəyi  idi.  Su  çərşənbəsi 
günü  təzə  sudan  keçənlər,  azar  bezarını  ona  verənlər  il  boyu 
xəstəliklərdən  azad  olardılar.  Həmin  gün  su  uzərində  bir  sıra 
ayinlər icra edilərdi.  


 
97 
 İnsanlar  ağırlıqlarını  tökmək  üçün  bu  çərşənbədə  - 
təmiz  suda  yuyunurlar.  Başından,  sağ-sol  çiyinlərindən  üç 
dolça  suyu  töküb,  sonrada  yeddi  qaşıq  təmiz  suda 
qaynadılmış  üzərrik  suyunu  başına,  boynuna,  sağ-sol 
çiyinlərinə, üz-gözünə çiləyib deyir: 
Ağırlığım uğurluğum 
Dağlara, daşlara, 
Göydən uçan quşlara
Çayda üzən yaşılbaşlara, 
Namərd yoldaşlara  
mənlə çinməyən sirdaşlara 
Barsız – bəhrəsiz ağaclarla 
Sonsuz dul arvadlara 
Balağı battaq arvadlara, 
Dabanı çatdaq qarılara (63,10). 
Təmiz  suda  çimib  saflaşdıqdan  sonra  bütün  ailə  üzvləri 
şam  süfrəsinə  əyləşirlər.  Şam  süfrəsi  qurtardıqdan  sonra  açıq 
havaya çıxılır. Axar su başına gedirb üç dəfə axar su ustundən 
hoppanıb ağırlığını tökür oxuyurlar: 
Sular axar burular, 
Can gülüm cancan! 
Axıb – axıb durular, 
Can gülüm can – can! 
Baharın novruz günündə 
 Can gülüm can – can!(5,10).  
 Suyun  mifik  düşüncədə,  praktik  həyatda  dəyəri,  onun 
müqəddəsliyi ilə əlaqədar el arasında birbirindən mənalı, mə-
qamlı  ata  deyimləri,  alqış  –  duaları,  qarğışları,  bəd  duaları, 
falları  vardır.  Bu  atalar  sözü  və  məsəllərdə,  hətta  sadə  tap-
macalarda belə minlərlə inam etiqad, adət, ənənə izləri qalır. 


 
98 
İnanclar: 
İlk  çərşənbədən  başlayaraq  qonşuya  axşamcağı  ələk, 
maya  od  verilməz.  Zərurət  olanda  istəyə  gələnin  başınnan 
örpəyini götürüb sonra verərdilər.  
Su  çərşənbəsində  yas  yerinə,  hüzrə,  qəbirüstə  getməz 
evi  əvvəlcə  təmizləyərlər.  Çünki  çərşənbədə  evə  süpürgə 
çəkmək olmaz(64,161). 
 
Ata deyimləri: 
“Suda boğulan ağlamaqla yox,çapalamaqla xeyir tapar. 
Suyun lal axanı,adamın yerə baxanı. 
Su bir yerdə qalanda iylənər. 
Su axdığı yerdən bir də axar. 
Suda boğulan saman çöpündən yapışar. 
Su bardağı suda sınar. 
Su murdarlıq götürməz”(62,16). 
 
İnanclar: 
“Süfrəyə su dağılması aydınlıqdı. 
Su içən adamı qəfil vurmazlar. 
Su içən adamı danışdırmazlar. 
Lal axan sudan keçməzlər. 
Yuxuda su görmək aydınlıqdı. 
Səfərə çıxan adamın arxasınca su atarlar. 
Odu su ilə söndürmək günahdır(62,16).” 
 
Su türkəçarələri: 
Su  çərşənbəsində  övladı  olmayan  qadının  başından 
qırxaçar camdan su töksən övladı olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə