Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   27   28   29   30   31   32   33   34   35

 
137 
olmuş olsa, xeyrə  yoza bilsin. Ata-ana uşaqlara, danışıqlarına 
məvazib  olmaq  üçün  təkid  edərlər.  Özləri  də  o  gecə  uşaqları 
danlamaqdan  və  qarğış  etməkdən  çəkinərlər,  xüsusilə  ölüm 
barəsində söhbət etməzlər.  
Bu  gecənin  rəsmlərindən  biri şal,  ya  bərək  sallamaqdır. 
Cavan  oğlanlar  qohum-qonşu  damına  gedərək,  şal,  ya 
bərəklərini  /bel  şalını/  bacadan  içəriyə  sallayarlar.  Ev  sahibi 
onun  ucuna  bayramlıq  olaraq  bir  zad  bağlayar,  nişanlı 
oğlanlar  qayınatanın  damına  gedib,  şal  sallayarlar.  Sabah 
hamı  səhər  tezdən  yuxudan  durarlar.  Oğlan  uşaqları  evdən 
çıxıb,  üç  dəfə  su  arxından  atılarlar.  Bəziləri  qəbiristanlığa 
gedib, orada olan daş qoçun qarnının altından keçərlər.  
Arvadlar  isə  obaşdan  özünü  kəhrizə  yetirərlər  və 
səhənglərini  doldurub  qayıdarlar.  Bu  su  gərək  gün 
çıxmamışdan  evə  yetişmiş  ola.  Su  qabı  evə  yetişincə  yerə 
qoyulmalıdır.  Bu  suya  çərşənbə  suyu  deyirlər.  O  gün  çay 
gərək  bu  su  ilə  qoyulsun.  Deyərlər  çərşənbə  suyu  üçün  hər 
kimin muradı olsa, ona yetişər. 
Bayramdan qabaq evləri tökər, təmizlər və çırparlar. Ev 
çırpmaq  bu  mənadadır  ki,  qəbiristanlığın  şimalında  “Əliyar 
güneyinin” ətəyində olan, məxsus ağ /müxtəsər sarıya çalan / 
bir  torpaqdan  gətirib,  yekə  teştlərdə  suya  töküb,  süpürgəni 
ona batırıb divarlara çalarlar. Beləliklə, divarları ağardarlar.  
Ürfə.İlin  axır  gününə  ürfə  deyirlər.  Hər  evdə  bu  gündə 
halva  bişirilib  Navalaya  /lavaş  çörək  arasına  /  büküb 
dəstərxana  bağlayıb,  qəbiristanlığa  aparılar.  Hər  tayfa  öz 
qəbiristanlığında bir başdan başlayaraq, hər kəsin ən yaxın və 
əziz  adamının  qəbrinə  yetişdikdə  qəlbilərini  qəbrin  üstünə 
qoyub,  fatihə  verərlər.  Fatihə  verildikdən  sonra  dəstərxan 
açılar, qəlbidəki halva orada onların arasında paylanar. Bu iş 


 
138 
axıracan  davam  edər.  Beləliklə,  bir  növ  halva  ilə  dolu  gedən 
qəlbilər cürbəcür halvalarla dolu evə qayıdar. 
İlin  təhvil  zamanı  qabaqcadan  təqvimlərə  yazılmış 
olar.  Lakin  o  zaman  yaxınlaşdıqda,  bir  məryəm  qurdunu  bir 
mis  tasın  içinə  salıb  ətrafında  oturub,  ona  göz  tikərlər. 
Məryəm qurdu  dalısı üstə aşanda deyərlər il təhvil oldu. Bir-
biriləri  ilə  görüşüb-öpüşüb,  bayramı  təbrik  edərlər.  Uşaqlara 
bayramlıq  verərlər.  Uşaqlara  alınan  təzə  paltarları  bayramın 
qabaqkı  axşamı  onların  ixtiyarlarında  qoyular.  Ciblərinə, 
ovuclarına  yemiş,  şirni  təkərlər.  Uşaqlar  təzə  paltarlarını 
başları üstə qoyub sabahın həvəsi ilə şirin yuxuya dalırlar.  
Bayramın ilk günü hüzür yerlərinə gedərlər. Hüzür yeri 
keçən  ildə  bir  adamı  ölmüş  evə  deyirlər.  Son  illərdə  hüzür 
yerlərinə  getmək  rəsmini  də  ürfə  gününə  salıbdırlar  ki,  daha 
bayram  günü  qəm-qüssə  və  ölüm  söhbəti  arada  olmasın. 
Bayram günü hamı təzə paltar geyib, görüş üçün bir-birilərini 
evinə  gedərlər.  Uşaqlara  hər  yerdə  pul,  rəngli  yumurta  və 
sairə kimi bayramlıqlar verilər.  
Tayfa  əhalisi  /kişilər  və  oğlanlar  /  bir  yerə  yığışıb, 
birlikdə tayfa evlərinə gedib, bayramı təbrik edərlər. Hər evdə 
şirni,  quru  yemişlər,  plov,  halva,  qızılgül  mürəbbəsi  və  sairə 
yeməlilər  qabağa  qoyular.  Ev  sahibi  gələnlər  üçün  nar,  alma 
və  boyalı  yumurtadan-zaddan  verər  və  bu  bayramlıqlar  bir 
nəfərin  vasitəsilə  kisəyə  tökülər.  Beləliklə,  hamı  evləri 
gəzəndən  sonra  axırıncı  evdə  bayramlıqları  arada  paylarlar. 
əlbəttə, payın çoxunu uşaqlara verərlər. 
İl  təhvil  olanda  hamı  çalışar  ki,  öz  evində  və  ailəsinin 
yanında  olsun.  Bayramın  ilk  dörd  günü  o  ilin  dörd  fəslinin 
nümunəsi  kimi  nəzərdə  tutular,  onların  üzü  ilə  gələn  fəsillər 
barəsində  qəzavət  olunar.  Bayram  günləri  “sizdəh”  /13/ 


 
139 
gününə qədər böyüklü-uşaqlı küçələrdə /arvadlar həyətlərdə / 
cürbəcür  oyunlar  oynarlar.  Böyüklər  badam  ilə  “təkmə  cüt” 
/tək  ya  cüt  /  oynarlar.  Bu  oynanılan  badamların  sayı  çox 
olduğuna  görə  ovucda  gətirmək  əvəzində  yerdə  bir  miqdar 
ayırıb  əli  altında  saxlayaraq,  hərifdən  tək  və  ya  cüt  dediyini 
soruşar,  sonra  bir  dəfə  badamları  cüt-cüt  sayıb  udub-uduzanı 
təyin  edərlər.  Ondan  sonra  əgər  badam  sahibi  uduzmuş  olsa, 
badamları  yericə  hərifə  verər.  Əgər  udmuş  olsa,  bir  dəfədə 
sayılıb  və  onun  bərabərini  hərifdən  alar.  Badam  sayı  əl-əl 
sayılar  və  hər  əl  də  beş  dənədir,  məsələn,  42  dənə  olsa,  bu 
hesabla səkkiz əl və bir cüt olar. 
Kişilər  küçələrdə  pullu  aşıq  qumarı  və  yumurta 
döyüşdürmək  və  ya  “damı”  oyunu  və  uşaqlar  aşıq  sovurmaq 
və  cızıq  oynarlar.  Arvadlar  da  “löpik  mıncıq  və  möşdaş 
/beşdaş / oyunu kimin oyunlarla məşğul olarlar. 
Sizdəh günü /13-cü günü / Yekəndə “sizdəh” /13/ günü 
başqa  yerlər  kimin  tutulmaz,  təkcə  oğlan  uşaqları, 
yeniyetmələr  şirkət  edər  və  neçə  nəfər  birlikdə  naharlarını 
götürüb çölə, yaxın dağlara gedərlər. Böyüklər, demək olar ki, 
bu  işə  qarışmaz,  kənddən  eşiyə  çıxmazlar.  Bəzən  qızlar, 
arvadlar  fürsətdən  istifadə  edərək,  çölə  pencərə  gedib,  eyni 
halda  şənlik  edərlər.  Üst-üstə  demək  olar  ki,  sizdəh  /13/ 
mərasimi  Yekanatda  o  biri  şəhərlər,  məxsusən,  fars  tərəfləri 
kimi tutulmaz. 
Sizdəh  günü,  demək  olar  ki,  bayram  günlərinin 
qurtarmağı deməkdir. Bu gündən  sonra  səfərə gedən çoxalar. 
Kəhrizlərin  suyuna  qıra  /qərə/  atılar  və  əkinəcəklərə  su 
verilər. Mədrəsələr açılar, iş günləri rəsmən başlayar. Deməli 
sizdəh  /13/  günü  qış  rahatlıqlarının  və  bayram  günlərinin 


 
140 
sonu, 
ciddi 
çalışmaların, 
fəaliyyətlərin 
başlanğıcının 
bəşarətçisidir. 
 
Yumurta 
döyüşdürmə 
/çaqqışdırma/ 
– 
Kəhrizyekəndə  Novruz  bayramı  günlərində  müxtəlif  oyunlar 
oynanılır.  Bu  oyunların  biri  yumurta  döyüşdürmək  oyunudu 
ki,  bişmiş  yumurta  ilə  iki  adam  arasında,  iki  /ya  bir  qatar/ 
yumurta ilə oynanılır. Oyunçuların biri  /yumurtası bərk olan/ 
yumurtanı ovcunun içində gizlədib, təkcə onun baş tərəfini bir 
az  açıq  qayıraq,  /yatar/,  o  biri  açıq  qalan  yerindən 
mülayimətlə  döyər.  Hər  kəsin  yumurtasının  başı  sınsa,  o  biri 
tərəfini /künəsini-arxasını/ döndərib ovucun içində saxlayır. O 
biri hərif yumurtasının başı ilə yenə də çaqqışdırar. Bu zaman 
iki  halət  üz  verə  bilər.  əgər  o  yumurtanın  küpəsi  sınsa, 
yumurtanı hərifə verməlidi. Əgər o biri salim yumurtanın başı 
sınsa,  bu  dəfə  o,  yumurtanı  döndərib,  yatar  və  o  biri  hərif 
yumurtasının  küpəsi  ilə  o  yatan  yumurtanın  küpəsinə  çalar. 
Bu zaman  yumurtasının hər iki tərəfi sınan hərif  yumurtanı o 
biri hərifə  verməli olar. Bu oyunda bəzən hər  iki  yumurtanın 
hər  iki  tərəfi  sınar.  Bu  zaman  udub,  uduzmaq  arada  olmaz, 
hər kim öz yumurtasına sahib olar. 
Lakin bu oyun sadə yox, çoxlu təşrifat və çənə vurmaqla 
keçirilər. O cümlədən hər iki hərif hər iki yumurtanı dəfələrlə 
dadarlar.  Yumurtanı  dadmaq  belədir  ki,  həriflər  yumurtanın 
hər  iki  tərəfini  ehmalcasına  üst  ənglərinin  qabaq  dişinə 
döyərlər  və  onların  səsindən  yumurtaların  hansının  bərk 
olduğu  bilinər.  O  zaman  bir-birilərinə  “Sən  yat...,  sən  yat” 
deyə,  yatmalıdır.  Əlbəttə,  yumurtası  bərk  olan  yatmalıdı. 
Yatmaq  isə  haman  yumurtanı  ovcunda  gizlədib,  aşağıda 
saxlamaqdır.  Bəzən  yumurtaların  biri  bərklikdə  tapılmış 


 
141 
olursa, o biri hərif onu baş-baş döyüşdürməyə hazır olmaz. O 
şəxs  yumurtasının  başını  bir  az  əyləməlidir.  O  biri  tərəf 
mürəttəbən “əy”,  ya “əyil” deyə  yumurtanı əyməyə əmr edir. 
Yumurtanın  nə  qədər  əyilməli  olduğunu  təyin  etmək  üçün  o 
şəxs  /yumurta  sahibi/  barmağında  ağzından  bir  az  tüpürcək 
götürüb  yumurtanın  başından  bir  az  aşağı  o  tüpürcək  ilə  bir 
xal salar. Bu zaman yenə də çənə vurmaq başlanır. 
– Yox ... bir az aşağlıq /xal/ sal... 
Hər  halda  razılaşdıqdan  sonra  o  xal  salınan  /əyilən/ 
yumurta  yatmalı  və  o  biri  tərəf  yumurtasının  başı  ilə 
mülayimətlə o xalın yerindən o yumurtanın başına çalmalıdır. 
Bəzən  hərif  çətin  razılaşsa,  o  biri  hərif  haman  şəraitdə 
yumurtaları əvəz etməkdə hazır olar. 
Qatar  oyununda  bir  neçə  /məmulən  –  10/  yumurtanı 
qatar  düzərlər.  Bu  oyun  məlulən  çoxlu  bişmiş  yumurta 
hazırlamış olan dükanlarda oynanılmış olar. 
Hər  iki  hərif  yumurtaları  dadıb  neçə  dəfə  yerlərini 
dəyişdirəndən  sonra  nəhayət  onların  biri  bir  tərəfdən 
yumurtanı  götürüb  yatar  /ovcunun  içində  saxlayar/,  o  biri 
hərif  də  ikin  ci  yumurtanı  götürüb,  onun  ovcundakı 
yumurtanın  açıq  qalan  yerindən  /başından/  çalır.  Yumurtalar 
bu  çaqqışdırmada  bir-bir  sınarlar  və  hər  kəsin  əlindəki 
yumurtanın  hər  iki  tərəfi  sınsa,  onu  yerə  qoyub,  qatardan  bir 
ayrı  yumurta  /tərtib  üzü  ilə/  götürər.  Burada  yumurtası  sınan 
yatmalıdır. Oyunun sonunda hər kimin əlində bir tərəfi salim 
yumurta qalsa, o, oyunu udmuş olur və yumurtaları götürər. O 
biri  tərəf  isə  yumurtaların  pulunu  dükançıya  verər.  Söz  yox 
ki, bu oyunların şirinliyi, gözəlliyi də haman təşrifatlara, çənə 
vurmaqlardadır.  Biz  bu  oyunların  tamaşasına  duraraq  ləzzət 
aparırıq. 


 
142 
Buna  görə  də  Yekəndə  bərk  yumurtlayan  toyuq  qədri 
bilinər.  Bir  atalar  sözü  də  deyir  ki:  “Toyuğun  pisi  bərk 
yumurtalar.  Misri toyuq  /morqi-şaxdar/ adlanan ev quşlarının 
yumurtası məmuli toyuqlardan çox bərk olar”. 
 


 
143 
NƏTİCƏ 
 
Tədqiatdan  belə  qənaətə  gəlmək  olur  ki,  Novruz  çox 
zəngin  bir  mədəniyyət  hadisəsidir  və  özündə  ən  qədim 
dövrlərin  təsəvvürlərini,  inanclarını,  rituallarını,  oyunlarını, 
tamaşalarını,  adət  və  ənənələrini,  təqvimlərini,  mövsüm 
mərasimlərini,  el  bayramları  və  şənliklərini,  milli  mətbəxini 
və bunlarla sıx şəkildə bağlı olan folklorunu birləşdirir.  
Yeni  gün  mənası  bildirən  Novruz  sözünün  təqvimlə 
bağlı olaraq və onun ilk günü mənasında işlənməsi qənaəti də 
özünü  doğruldur.Yeni  tərtib  olunmuş  hicri  təqvimin  ilk  günü 
1075-ci  ilin  fərvərdin  ayının  birindən  (yəni  martın  21-dən) 
başlanır.  Təqvimlər  təkmilləşdirildiyi  zaman  bu  tarixlər  də 
onunla bərabər dəqiqləşdirilmişdir.  
Yeni təqvimlə müəyyənləşən yeni ilin ilk gününün adını 
bildirən  Novruzdan  öncəki  dövrün  hələ  astral  cisimlərin 
vəziyyəti ilə tam müəyyənləşməmiş xalq təqvimlərində də “il 
başı” anlayışı olmuşdur. 
İl  başı  (Yılbaşı)  təbiətin  qış  yuxusundan  oyanışı  ilə, 
yerdə açan ilk çiçəklə, quşların gəlişi ilə, ulduzların görünüşü 
ilə  və  başqa  əlamətlərlə  müəyyənləşdirilmişdir.İlbaşını 
müəyyənləşdirən  xalq  təqvimi  tədricən  astroloji  təqvimlə 
birləşmiş və Novruzda sabitləşmişdir. 
Məsələnin  bu  tərəfi  yeni  eranın  hadisəsidir.Bunun  xari-
cində  olan  məsələlərin  əksəriyyəti  isə  ən  qədim  dövrlərdən 
başlayaraq gələn ənənəvi xalq mədəniyyəti ilə bağlıdır.  
Novruz  mərasimində  təbiət  kultu,  əcdad  kultu  və  od 
kultu  birlikdədir.Türk  xalqları  odun  hər  şeyi  təmizlədiyinə, 
pis ruhları qovduğuna inanmış, xəstəliklərdən qorunmaq üçün 
oddan istifadə olunmuşdur.Bu səbəbdən də od və ocaqla bağlı 
inanclar  atalar  sözlərində  və  alqışlarda  öz  izlərini 
saxlamışdır.Tanrıya verilən qurbanlar oda atılmışdır.  


 
144 
ƏDƏBİYYAT 
 
1. Akçora Erginöz, Tarihimizde ve Kültürümüzde Nevruz, 
Elazığ  Eğitim,  Sanat,  Kültür,  Araştırma,  Tanıtma  ve  Hizmet 
Yay. , Elazığ, 1999  
2. Türk Dünyasında Nevruz Dördüncü Uluslar Arası Bilgi 
Şöleni Bildirileri, Atatürk Kültür Merkezi Başkanlığı Yayınları, 
Ankara, 2001,s.21–24/141–146 
3.  Tan  Nail,”Atatürklü  Nevruz  Bayramları”  ,  Türksoy, 
Mayıs 2003, S:9,s.39–41 
4. Erol Ali, “Nevruz Üzerine Bir Yazı”, Azerbaycan Türk 
Kültür Dergisi, Mart-Nisan 2005, S:359, s.30–31 
5. Gökmen Mor . Nevruz Türk bayramıdır.  
6.  Kazımoğlu  M.  Xalq  gülüşünün  poetikası.  Bakı,  Elm, 
2006, 268 s. 
7.  Əsgərov  Ə.  Azərbaycan  sehirli  nağıllarında  qəhrəman 
(səciyyəsi  və  mənşəyi).  Namizədlik  disseryasiyası,  Bakı,  1992, 
164 s. 
 8.  Urmançe  F.  Tatar  xalık  ijatı.  Kazan,  Məqarif,  2002, 
335 s. 
9. Kumuk xalk avuz yaratıvçuluqu. Maxaçkala, 2002. 
10.  Biruni  Əbu  Reyhan.  Asarul  Baqiye  (Pamyatniki 
minuvşix pokoleniy). Taşkent, 1975. oxus-hotel.com 
11. Kaşgarlı M. Divanü Lugat-it Türk. Ankara, 1985. 
12. Balasaqunlu Y. Kutadqu biliq. 
13. Xəyyam Ömər. Novruznamə. Farhang.al-shia.ru 
14. Nizamülmülk. Siyasətnamə.B., 1989. 
15. Gəncəvi N. İsgəndərnamə.B., 1964. 
16. Gəncəvi N. İsgəndərnamə. B., 1983. 
17. Tokarev S.A. Rannie formı reliqii. M., 1990. 
18. Bünyadova Ş. Nizami və etnoqrafiya. B., 1992. 


 
145 
19.  Çəminzəminli  Y.V.  Azərbaycanda  Zərdüşt  adətləri. 
Əsərləri, III c. B., 1977. 
20. Doroşenko E.A. Zoroastriytsı v İrane. M., 1982. 
21.  Dadaşzadə  M.  Azərbaycan  xalqının  orta  əsr  mənəvi 
mədəniyyəti. B., 1985. 
22. Kafesoğlu İ. Eski Türk Dini. Ankara, 1980. 
23.  Karimov  K.K.  Tenqrianstvo  —  drevnee  verovanie 
törkov  i  monqolov.  //  Ural-Altay:  çerez  veka  v  buduhee.  Ufa, 
Qilem, 2005, s. 407-409.  
24. Altay folğklor. Qorno-Altaysk, 1995, s. 112. 
25. Başqort xalıq ijadı. III t. Tіd. Ə.S і l ө y m ө n o v, baş. 
əјd.  avt.  M.S  ө  Ң  i  t  o  v,  komment.  avt-rı:  R.Rөjөpov, 
M.SөҢitov, Ə. Sіlөymөnov. Іfі, 1998. 
26.Ҫ  m  i  n  e  v  Z.  Başqorttarda  tөѕre  kulğtı.  //  Aqidel, 
2002, №8. 
27 S і  l ө  y  m ө  n o v Ҫ.M.,  Soltanqөrөeva R.Ҫ. Başєort 
xalєınıѕ yola folğklorı. // Başqort xalıq ijadı. Іfі, 1995, 11-se bit. 
28. P o t a p o v L.N. Umay — bojestvo drevnix törkov v 
svete  gtnoqrafiçeskix  dannıx.  //  Törkoloqiçeskiy  sbornik  M., 
1972, s. 270-271. 
29.Tatar mifları. Kazan, 1996, s.15. 
30.Q a d l a n o v Q.R. Otnositelğno “Tgnqri” — bojestva 
törko-monqolov  (Po  kulğtovım  tekstam).  //  Törkoloqiя  88, 
Frunze: İlem, 1988, s. 551-552. 
31.S a l t ı k o v İ.V. Başkirskie narodnıe pesni. // Materia-
lı i issledovaniя po folğkloru Başkirii i Urala. Ufa, 1974, s. 261. 
32.X  i  s a  m  i t d  i  n o v a F.Ə.  Başqort mifoloqiяəı.  Іfі. 
2002. 


 
146 
33.  K  l  я  ş  t  o  r  n  ı  y  S.Q.  Mifoloqiçeskie  söjetı  v 
drevnetörkskix  pamяtnikax.  //  Törkoloqiçeskiy  sbornik.  1977, 
M., 1981, s.117-138. 
34. Mifoloqiçeskiy slovarğ, M., 1991, s. 536, 557, 642. 
35. B i ç u r i n N.Ə. Sobranie svedeniy o narodax, obitav-
şix v Sredney Azii v drevnie vremena. M.-L., t. I. 1950, s. 144. 
36. S t e b l e v a İ.V. Pogtika drevne-törkskoy literaturı  i 
ee transformaüiя v ranneklassiçeskiy period. M., 1976, s. 76. 
37.  Hüseynoğlu  K  .  Qədim  Turan:  Mifdən  tarixə  doğru
Bakı: 2006, s.102 
38.  Şərəfxanlı  N.  Dədə-Qorqud  jurnalı  “Ərgənəkon 
Bayramı Novruz” Bakı: 2003 səh. 50.  
39. Nəbiyev A. Novruz. B., 1989. 
40.  Xəlil  A.  Mahmud  Kaşqarlının  “Kitabi-divani-lüğət-it 
türk” əsərində ədəbi mətnlər. B., 2001. 
41. Obrяdı i obrяdovıy folğklor. M., 1982. 
42. Ançikov E.V. Vesennяя obrяdovaя pogziя na Zapade i 
u slavяn. SPb., 1903-1905. 
43. Propp V.Ə. Russkie aqrarnıe prazdniki. L., 1983. 
44.  Gtnoqrafiçeskie  istoki  folklornıx  яvleniy.  Russkiy 
folklor. L., 1987. 
45.  Narodnıe  znaniя.  Folğklor.  Narodnoe  iskusstvo.  M., 
1991. 
45.  Levinton  Q.A.  K  voprosu  o  funküiяx  slovesnıx 
komponentov ovrяda//Folğklor i gtnoqrafiя. L., 1970.  
46.  Folğklor  i  gtnoqrafiя.  Svяzi  folğklora  s  drevnimi 
predstavleniяmi i obrяdami. L., 1977. 
47.  Slavяnskiy  i  balkanskiy  folğklor.  Obrяd  i  tekst.  M., 
1981. 


 
147 
48.  Toporov  V.N.  K  rekonstruküii  indoevropeyskoqo 
rituala i ritualğno-pogtiçeskix formul. (Na materiale zaqovorov) 
// Tr. Po znakovım sistemam. Tartu, 1969. 
49.  Verdiyeva  Z.  Ağayeva  F.  Adilov  M.  Azərbaycan 
dilinin semasiologiyası. Bakı, Maarif, 1979. 
50.Bayramqızı  Ə.  Türk  xalqlarının  ortaq  Yeni  Gün 
bayramı. Xalq qəzeti, 21 mart, 2009. 
51.  Abdulkerim  Rehman.  Tarihten  günümüze  Nevruz 
kutlamaları. Türk kültüründe Nevruz. Uluslararası  Bilgi Şöleni, 
Atatürk  Kültür  Merkezi  Yayınları,  sayı  100,  Ankara,  1995, 
s.221-227. 
52.Ahmadali Askarov. Özbəkistanda Nevruz tekrar halkın 
bayramı oldu. Uluslararası Bilgi Şöleni, Atatürk Kültür Merkezi 
Yayınları, sayı 100, Ankara, 1995, s.237-243. 
53. Meletinskiy E.M. Poetika mifa. Moskva, Nauka, 1976. 
54. Freydenberq O.M. Mif  i  literatura drevnosti.  Moskva, 
Nauka, 1978. 
55.  Novruz  bayramı  ensiklopediyası.  Bakı,  Şərq-Qərb, 
2008. 
56. Qasımzadə F.F. Novruz-bahar bayramı.Bakı, 1989.  
57.T hmasib  M.H.  Xalq  d biyyatımızda  m rasim  v  
mövsüm  n ğm l ri.  Namiz dlik  dissertasiyası.  Bakı,  ADU 
kitabxanası, 1945, 133 s.
 
58.M mm dhüseyn  T hmasib.  M qal l r  //T rtib 
ed nl r: M.C f rli, O.Əliyev. Bakı, Elm, 2005, 219 s. 
59. T hmasib M.H. VII  sr  q d r Az rbaycan şifahi 
xalq  d biyyatı.  //Az rbaycan  d biyyatı  tarixi,  3  cildd ,  I 
c., Bakı, Az rb. SSR EA N şriyyatı, 1960, s.5-36. 
60.ƏliyevaX.Məmmədhüseyn  Təhmasibin  folklorşünaslıq 
fəaliyyəti.Namizədlik dissertasiyası.Bakı, 2008. 
 


 
148 
61.Nəbiyev  A.  Azərbaycan  xalq  ədəbiyyatı.  Turan, 
Bakı:2002 1-ci hissə s.255 
62. Nəbiyev A. İlaxır çərşənbələr Azərnəşr Bakı: 1992 s. 7 
63.Həkimov  M.  Oğuz-tərəkəmə  xalq  mərasimləri  və 
meydan tamaşalar.Maarif,Bakı:1997,s. 6 
64.Cəfərzadə  Ə.  Novruz  Bayramı”  Dədə  -  Qorqud.  2004, 
№1 s.161 
65.Kitabi Dədə - Qorqud , Gənclik, Bakı 1977 s.30 
66.Şəhriyar  Q.  “Yellə  bağlı  folklor  örnəkləri”//  Kitabi 
Dədə - Qorqud s.176 
67.Dədə-Qorqud jurnalı,2003,1sayı 
68.
http://www.mct.gov.az/?/az/tradition/2221/99
 (2.06.09) 
69. Azərbayca Folkloru Antalogiyası Gəncəbasar folkloru, 
Səda nəşr evi Bakı: 2004, s.19 
70. 
Əfəndiyev 
P. 
Azərbaycan 
folklorşunaslığın 
problemləri 2-ci hissə Bakı: 2004, s.196 
71.  Mirzə  A.  “Novruz  Naxışları  ”  Borçalı  Bakı:  2002,  s. 
31-33. 
72. Seyidov M. Yaz bayramı. Bakı, Gənclik, 1990, 96 s. 
73.  Seyidov 
M.  Azərbyacan 
mifik  təfəkkürünün 
qaynaqları Bakı: 1983 s. 103. 
74. Azərbaycan Folkoru Antologiyası 1-ci cild, Bakı: 1968 
s. 30. 
75.Mirzə A. Mehdiyev İ. Novruz Töfhələri, Gənclik, Bakı: 
1990 s. 21. 
76.  Nəbiyev  A.  Mərasimlər,  Adətlər,  Alqışlar.  Gənclik, 
Bakı: 1993, s. 25. 
77.  Quliyev.H.,  Həsənov  Ş.  “Azərbaycanda  Bahar  Bayra-
mı”// Qobustan jurnalı,Bakı, A.S.S.R. nəşri. 1986 №1,s. 61 
78.  Şəhriyar  Q.  “Elimizə  bahar  gəlir”//  Dədə-Qorqud 
jurnalı 2006 səh №1,. 174.  


 
149 
79.Hüsenyzadə  Ə.Novruzi-inqilab.”Füyuzat”  jurnalı,  15 
mart 1907.Füyuzat (1906-1907).Bakı, Çaşıoğlu, 2006, 672 s. 
80. Rzasoy S.Folklorşünaslıq tariximizdən:  Məmməd Hü-
seyn Təhmasib.”İnternet və İntellekt” nəzəri-eksperimental labo-
ratoriyasının bülleteni, Sayı, 1, Bakı, “Nurlan”, 2001, s.89-94. 
81. Əliyev O. Yaz bayramı. Kitablar aləmində jurnalı. B.: 
1990, № 4, s. 25-26. 
82.  Ağayev  E  Azərbaycan  mifologiya  elminin  inkişaf 
istiqamətləri(Prof.  Mirəli  Seyidovun  tədqiqatları  əsasında), 
Bakı, 2007. Namizədlik dissertasiyası, 180 s. 
83.Əfəndiyev  P.Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,Bakı, 
1992. 
Bayburin A.K. Ritual v tradiüionnoy kulğture. SPb., 1993. 
Qolan A. Mif i simvol. M. – İerusalim, 1994. 
İvanov  Vяç.Vs.,  Toporov  V.N.  İssledovaniя  v  oblasti 
slavяnskix drevnostey. M., 1974. 
Kateqorii buddiyskoy kulğturı. SPb., 2000.  
Korostovüev M.A. Reliqiя Drevneqo Eqipta. M., 1976.  
Levi-Brölğ  L.  Pervobıtnoe  mışlenie  //  Levi-Brölğ  L. 
Sverxcestestvennoe v pervobıtnom mışlenii. M., 1994. 
Losev A.F. Znak. Simvol. Mif. M., 1982.  
Lotman  Ö.M.  Neskolğko  mısley  o  tipoloqii  kulğturı  // 
Əzıki kulğturı i problemı perevodimosti. M., 1987.  
Mifı narodov mira. M., 1991. T.1.  
Popolğ Vux.// Mifı isçeznuvşix üivilizaüiy. Saratov, 1996.  
Propp V.Ə. İstoriçeskie korni volşebnoy skazki. SPb, 1996.  
Rıbakov B.A. Əzıçestvo Drevney Rusi. M., 1987.  
Taylor G.B. Pervobıtnaя kulğtura. M., 1989. 
Tokarev S. A. Rannie formı reliqii. M., 1990. 
Abrahams R.D. Patterns of performance. Baltimore. 1983. 
http://venec.com/
  


 
150 
Ağaverdi Xəlil. 
Türk xalqlarinin yaz bayramları və Novruz, 
Bakı, «Elm və təhsil», 2012. 
 
 
 
Nəşriyyat direktoru: 
Prof. Nadir Məmmədli 
 
Nəşriyyat redaktoru: 
 
 
Kompüterdə yığdı: 
 
 
Korrektoru: 
 
 
Kompüter tərtibçi si və  
texniki redaktoru: 
Ramin Abdullayev 
 
 
Kağız formatı: 60/84 16/1 
Mətbəə kağızı: №1 
Həcmi: 150 səh. 
Tirajı: 300 
 
 
Kitab AMEA Folklor İnstitutunun Redaksiya-Nəşriyyat 
şöbəsinin Kompüter Mərkəzində yığılıb səhifələnmiş, 
«Elm və təhsil» NPM-də hazır depozitivlərdən 
ofset üsulu ilə çar olunmuşdur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə