Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   27   28   29   30   31   32   33   34   35

 
125 
NOVRUZ SÜFRƏSİ 
 
Novruz  süfrəsi  xalqın  ən  milli  süfrəsidir.  Bütün  ailə  üzv-
ləri bu bayramı – yeni ilin son çərşəmbə gününü mütləq öz evin-
də-eşiyində  ailəsi  ilə  birlikdə  Novruz  süfrəsi  arxasında  keçir-
məyə  çalışır.  Yeni  il  gecəsi  ailə  üzvləri  süfrəyə  əl  uzatmazdan 
əvvəl  üz  –  gözünü  ömür  uzadan,  bəd  gözdən,  pis  gözdən  hifz 
edən  üzərlik  tüstüsünə  verir,  üç  dəfə  üzərliyin  tüstüsünü  özünə 
tərəf yerpəkləyir, başına duz dolandırıb ocağa atırlar (63,6). 
Üzərriyim ünnüyüm, 
Ümidim düyünnüyüm 
Nənəm sənə tapşırdı, 
Qızdığım, gəlinliyim((39,43) 
 
Üzərrksən havasan, 
Cəmi dərdə davasan. 
Hər yerdə sən yanarsan, 
Qada, bala apararsan(78,61). 
Bayram  süfrəsi  Novruz  şamları  yandırıldıqdan  sonra 
açılardı.  Novruz  mərasimi  zamanı  süfrəyə  qoyulan  şirniyyat 
və bişirilən xörəklər Azərbaycan milli mətbəxinin əsas qolunu 
təşkil  edir.  Novruz  süfrəmizi  süfrələrimizin  bəzəyi, şahı  olan 
plov  daha  da  gözəlləşdirir.  Plov  bayram  axşamı  üçün  çpox 
gözəl  atributdur.  Bayram  günü  hər  bir  evdə  mütləq 
bişirilməlidir.  İslam  dini  inanclarına  görə  düyü  müqəddəs 
hesab olunur və bolluq rəmzidir(78,174).  
Plovun bir çox növü məlumdur döşəmə plov, səbzi plov, 
çığırtmalı  plov  və.s.  Novruz  süfrəsinin  müxtəlif  şirniyyatlar 
bəzəyir.  Bura  şəkərbura,  paxlava,  şəkərçörəyi,  külçə,  halva 
və.s. aid edilir. Bunlardan ən çox novü olan paxlavadır. O, üç 


 
126 
dörd növdə hazırlanır. Bunlar Bakı paxlavası, Rişdə paxlavası 
və Gəncə paxlavasıdır. 
Zəngin  kulinariyaya  sahib  olan  xalqımız  novruz  bayra-
mında  bişiridiyi  bəzi  şirniyyatları,  bir  zaman  sitayiş  etdiyi 
günəşlə  ayı  simvollaşdıraraq  bişirir.  Məsələn  şəkərbura  ayın, 
qoğal isə günəşin  rəmzi sayılır. Novruz bayramı bişirilən şir-
niyyatların hazırlanması zamanı ibtidai insanların astral təsəv-
vürləri  nəzərə  alınmışdır.  Bunu  bayram  şirnilərinin  formal 
əlamətləridə təsdiqləyir. Bu formal əlamətlər içərisində günəş 
və  ay  kulturunun  üstünlüyü  özünü  açıq  şəkildə  göstərir.  Şə-
kərbura  badambura  aypara  şəklinə  salınaraq  ayı  simvolizə 
edirsə,  şəkərbura  və  qara  bayram  keçirilən  evlərdə  bişirilən 
şorqoğalının  girdə  forması  günəşə  işarədir.  Ayı  simvollaşdı-
ran  şirniyyatlar  –  badambura,  şəkərbura,  sarı,  günəşi  simvol-
laşdıran simvollar şorqoğal, şəkərçörəyi isə sarı qırmızı rəng-
də olur. Paxlavada astral kultu əsasən ulduzları simvollaşdırır. 
Onun rombşəklində olması buna işarədir(78,174).  
Bayram günü süfrəyə baş hərfi “sin” ilə başlayan  yeddi 
nemətin  qoyulması,  yeddi  taxıl  növünün  (buğda,  darı,  qarğı-
dalı,  noxud,  mərci,  lobya)  cücərdilməsi  və  onların  bayram 
süfrəsinə  düzülməsi,  məcliəs  yeddi  dəstə  üzərriyin  və  yeddi 
ədət pulun qoyulması, orta əsrllərdə novruz bayramının yeddi 
gün qeyd edilməsi və başqa adətlərdə maraqlıdır(78,173).  
Yuxarıda  qeyd  etdiyim  kimi  hər  bir  müsəlman 
süfrəsində  “sin”  hərfi  ilə  başlayan  yeddi  təamun  başlaması 
mütləqdir.  Abdulxalq  Çayın  firkinə  görə  həmin  tamlar 
bunılarıdır:  sumaq,  səbzə,  sirkə,  sincit  (iydə),  sir(sarımsaq), 
səməni və sikkədir (63,6-7). 
Oğuz-tərəkəmə 
aqilləri 
göstərdiyi 
təamların 
müqəddəsliyini belə şərh edirlər.  


 
127 
Sumaq  –  İşdah  açır,  mədə  bağırsaqda  həzmi 
asanıaşdırır, susuzluğu aradan qaldırır, ağızboşluğunda xoş iy 
ətir yaradır, adamı gumrahlaşdırır onda şən əhval yaradır. 
Səbzə  -  İşdahanı  artırır  həzmə  kömək  edir.  Səbzə  eyni 
zamanda  yemək  zamanı  ağız  boşluğunda  şirə  vəzlərinin 
təmzilənməsinə də kömək edir. 
Sirkə  -  Ən  çox  üzüm,  əncir,  xurma  və  baldan  çəkilir. 
Sirkə  vurmuş  xörəklər  mədəd  tez  həzm  olunur,  susuzluğu 
aradan qaldırır, işdahanı artırır. 
Sincit  (iydə)  –  Oğuz  tərəkəmə  təbibləri  arıq,  cələfsiz, 
beliboş  (sidik  saxlaya  bilməyən)  uşaqların  mualicəsi  zamanı 
bundan istifadə etmişlər. İki üç qram iydə unu ilə kərə  yağını 
qarışdırıb onun  yaxmasını  və həmçinin iydənin  özünü  yemək 
məsləhətdir. 
Sarımsaq  –  Minbir  dərdin  dərmanıdır.  O,  bağırsaqdakı 
qurdları  tökür  görmə  qabiliyyətini  artırır,  gözdə  əmələ  gələn 
qızartıları, dırnaq qırılmasını aradan qaldırır. 
Sikkə  -  Aqillərin  inamına  görə  xeyir  xəbərin,  yeni  ildə 
var-dövlətin, sülhün əks-sədası kimi yozulur. 
Səməni  –  iki 
məqsədlə  göyərdilir. 
1-ci niyyət baharın gə-
lişi, canlanması, təbiə-
tin  dirçəlməsi,  canlan-
msı.  2-ci  oğuz  elat  tə-
rəkəmələri ona “ömür-
gün  uzadan”,  “niyət 
səməni”si,  “yeni  gü-
nün  mejdəçisi”  kimi 
baxırlar. 


 
128 
NOVRUZ XONÇASI VƏ  
XONÇAYLA BAĞLI ADƏTLƏR 
 
 Bayram xonçası arxaik ritualdan gələn ritual yeməyinin 
və  ya  geyiminin  sonrakı  dövrlərin  xalq  mərasimlərinə 
transformasiya  olunmuş  formasıdır.Xonçanın  ritual  seman-
tikası  arxaikləşsə  də  mərasim  mənası  bu  və  ya  başqa  şəkildə 
öz mühafizəkarlığını qoruyur.Bu ilk növbədə özünü mərasim 
xonçalarının  zəruri  bir  hadisə  kimi  mövcudluğunda  göstərir. 
İndi  xonçanın  sakral  dəstəyi  düşünülməsə  də,  dekorativ 
funksiyanın  alt  qatında  qeyri-adilik  müşahidə  olunur.Xonça 
sanki  xöşbəxtlik  yolunda  mənəvi  bir  element  kimi  anlaşılır. 
Bir sıra mərasim nəğmələrində də xonça iştirak edir:  
Xonçalı novruz gəlir, 
Qonçalı novruz gəlir. 
Sürmə çəkin qaşına  
noğul səpin başına 
Tonqalları oddlayın, 
Tüfəngləri addayın, 
Xonçalı Novruz gəlir, 
Qonçalı Novruz gəlir(39,43). 
Bayram  süfrəsini  xonçasız  təsəvvür  etmək  qeyri 
mümkündür.  Xonçanı  müxtəliv  şirniyyatlar:  şəkərbura, 
paxlava,qoğal  ən  əsası  rəngli  yuurtalar  və  səməni  bəzəyir. 
Xonçaları aşağdakı kimi qruplaşdırmaq olar: 
“Bayram  payı”  xonçası  –  Kasıb,  ehtiyacı  olana  əl 
tutmaq  istəyən  imkanlı  qohum  və  ya  qonşu  bayramı  bəhanə 
edib  yaxsıca  bir  xonça  tutur.  Bu  xonça  müxtəliv 
şirniyyatlardan ibarət olur və bayram payı xonçası adını alır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə