Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

 
99 
Su  çərşənbəsində  qorxan  adamın  başından  üç  dəfə 
sağdan, üç dəfə soldan su yöksən qorxusu keçər. 
Su  çərşənbəsində  qorxan  adama  qorxduğu  yerdə  su 
içirdərlər(62,17). 
 
Alqışlar:  “Kiabi  Dədə  -  Qorqud”dastanlarında  su  ilə 
bağlı deyimlər alqış, qarğış dualarına rast gəlirik:  
Qamən axan görglü suyun qurumasın!(65,30) 
Qara başım qurban olsun ,suyum, sana!(65,69). 
Soyuq – soyuq içət olsun gəlinciyim! 
Qara dağın yüksəyi ol, qanlı suyun daşqını ol(65,80). 
Suyla bağlı tapmacalar: 
Ay gedər ha il gedər 
 gecə gündüz yol gedər     ( su ) 
Yer altında gümüş kəmər ( su ) 
Gedər – gedər gözü yox 
 Yorğa gedər tozu yox      ( su ) 
Od  Çərşənbəsi  ilaxır  çərşəmbələrin  ikincisidir.  Buna 
xalq  arasında  “üsgü  çərşənbə”,  “üskü  gecəsi”,  “ikinci 
cərşənbə” və  yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs 
hesab edilirdi. Çox qədim keçmişdə  yeni anadan olmuş uşağı 
odun başına dolandırmaqla paklar ancaq bundan sonra ananın 
qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab 
edilər,  buna  görədə  ana  onu  rahatlıqla  qucağına  ala 
bilməzmiş.  Bu  inamın  və  buna  əsaslanan  xüsusi  mərasimin 
çox  aydın  izi  bugün  də  “Çevir  ocağa,  al  qucağa”  kimi  atalar 
sözlərində yaşamaqdadır(57). 
Od  çərşənbəsi  əski  görüşlərlə  bağlı  olub  günəşə,  oda, 
odu  qoruyub  saxlamaq  inamına,  tapınma  ilə  əlaqədar 
yaranmışdır.  Zərdüşt  görüşlərindən  hələ  çox  –  çox  əvvəl 


 
100 
insanlar  təbiəti  canlandıran,  yeri  isidən  günəşi,  onun  yerdəki 
rəmzi  olan  odu  təsəvvürlərində  rəmzləşdirmişdir.  Belə  bir 
etiqad  yaranmışdır  ki,  insanlar  günəşi  və  odu  nə  qədər 
əzizləsələr,  oxşasalar  təbiət  o  qədər  isinər,  insanlara 
xöşbəxtlik gətirər.  
Ata deyimləri: 
Od imandandır. 
Od qalar köz olar, qız qalar söz olar. 
Od qalayıb oda düşmüşük. 
Odla zarafat eyləyən ağlar qalar. 
Od yanar yerdən tüstü çıxar. 
Od olan özünü yandırar. 
Od eyləyəni fələk eyləyə bilməz. 
Oda pənah aparanın ocağı sönməz(62,21). 
 
İnanclar: 
Od çərşənbəsində ocaqdan od verməzlər. 
Od çərşənbəsində ağlayan ağacı kəsən sonsuz qalar. 
Od çərşənbəsində ocağı boş qoymazlar. 
Od girsli olarsa uzaqdan qonağın gələcək. 
Ocağa yanaşanda salam verərlər. 
Odun gecə hirs eləməsi yaxşı əlamət deyil. 
Ocaqda  kül  titrəyəndə  od  xeyrə  oynayır  deyirlər.  Odun 
ailədə bir körpə dünyaya gətirəvəyinə inanırlar(62,22). 
Alqışlar: 
Ocağın odlu olsun,qazanın qaynar. 
Ocağın bərəkətli olsun. 
Ocağın nurlu olsun. 
Ocağın odlu olsun. 
Ocağına nur çilənsin. 


 
101 
Ocağın qaralmasın. 
Ocağın saçlı olsun. 
 
Qarqışlar: 
Oda düşəsən. 
Od ocaq tapmayasan. 
Oddan söndürənin olmasın. 
Od ocağa həsrət qalasan. 
Ocağın qalanmasın. 
Ocağın qazan görməsin. 
Ocağın ağlar qalsın. 
 
Tapmacalar: 
Evdən - evə qızıl yaylıq       ( od ) 
Yel  çərşənbəsi  ilaxır  çərşənbənin  üçüncüsüdür.  O,  xalq 
arasında “Külək oyadan çərşənbə ” “Küləkli çərşənbə”, “Yelli 
çərşənbə”  adı  ilə  tanınır.  Yel  çərşənbəsində  külək  öz 
istiqamətini  bir  neçə  dəfə  dəyişir.  Deyərlər  ki,  küləyin  gün 
ərzində 
bu 
qədər 
istiqamətini 
dəyişməsi 
havanın 
təmizlənməsinə işarədir.  
İnanca  görə  Yel  Tanrı  tərəfindən  göndərilən  qüdrətli 
gücdür.  Bu  güc  bəzən  insanlara  kömək  edər,  bəzən  də  onları 
cəzalandırar.  Quranda  da  tanrıların  əmrilə  küləyin  əsdiyi 
çayları,  dənizləri  köpüklədiyi  bu  köpükdən  bəşəriyyəti 
yaratdığına inanılır(66,176). 
Atalar sözləri: 
Yel əsməyincə yarpaq tərpənməz 
Yelə tüpürsən öz üstünə qayıdar 
Yel qayadan nə aparar? 
Yelnən gələn selnən gedər, yelnən gələn gülnən gedər 


 
102 
Yel əsib qoz tökülüb 
Yel aparadığını qaytarmaz 
Yellə dost olan yellənə - yellənə qalar(62,35). 
 
Tapmacalar: 
Nə əli var nə ayağı,  
Dağıdır dəli sayağı 
Şıqhaşırıq açır qapı    ( yel ) 
 
Hər yan ələk – vələkdir, 
İsti tamam kələkdir 
Dəyirmana can verər 
Xırmana da gərəkdir(62,39).    ( yel ) 
 
İnanclar: 
Yel  çərşənbəsi  gecəsi  söyüd  ağacının  altına  keçib  niyət 
elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə 
və söyüdün budaqlarını ağaca toxutsa diləyin yerinə yetər. 
Yeli əsdirəni söyməzlər. 
Torpaq ən sonuncu çərşənbəmizdir.Bu son çərşənbəmiz 
uşaqlar üçün daha maraqlı və əyləncəli keçir. Torpaq təbiətin 
insanlara  bəxş  etdiyi  ən  qiymətli  nemətlərindəndir.  Bu 
çərşənbənin  “torpaq  -  çillə  -  beçə  çərşənbəsi  ”  də 
adlandırırlar. Bundan başqa bu çərşənbə xalq arasında “ilaxır 
çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə - suri” adları ilə də 
tanınır.  Məlum  olduğu  kimi  sonuncu  çərşənbədə  nəhayət 
torpaq oyanır. Bununla da torpaq artıq əkinə hazır vəziyyətdə 
olur.  İlin  axır  çərşənbəsi  ilin  ən  əziz  günlərindəndir.  Axır 
çəşənbənin  axşam  şənlikləri  daha  gur  keçirilir.  Üzərlik 


 
103 
yandırlır,  tonqallar  yandırılır,  bacalardan  torblalar  sallanır, 
qulaq falına çıxılır, papaq atılır, yumurta döyüşdürülür.  
Axır  çərşənbə  gününün  başlıca  özəlliyi  ondan  ibarətdir 
ki,  qəbir  üstünə  gedilər,ölülərin  ruhuna  quran  oxunar,  dua 
edilər.  Azərbaycan  türklərində  bir  adət  də  budur  ki,  həmin 
çərşənbə axşamında od üstündən  yeddi dəfə o  yan – bu  yana 
atılar,  bununla  da  adamlar  köhnə  ilin  azar  -  bezarını,  dərt  - 
bəlalarını  özlərindən  qovub  təzə  ilə  sağlam  canla  qədəm 
qoyacaqlarına,  gələcək  azar  -  bezardan  qorunacaqlarına 
inanırlar(67).  
İnanclar: 
Axır  çərşənbə  günü  axşam  çağları  qonşuların  qapısını 
sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya 
bir  neçə  sözü  yozub,  bəxt  haqqında  müəyyən  mülahizələr 
söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı  yandır”, “yaxşı 
olacaq”  və.s  olarsa  hər  şeyin  yaxşı  olacağı  guman  edilir. 
Əksinə,  “söndür”,  “viran  qalsın”  və.s  kimi  sözlər  eşidiləndə 
pis tərəfə yozulur(68).  
Axır  çərşənbə  gecəsində  bir  tərəfinə  qırmızı  o  biri 
tərəfinə  qara  qələm  qoyulumuş  yumurtanın  axar  suyun 
qırağında  gizlədərlər.  Niyyətin  baş  tutacaqsa  yumurtanın 
üstünə qırımızı, baş tutmayacaqsa qara xət çəkilər – deyərlər. 
Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə 
bir  ucuna  pambıq  dolanmış  iki  iynə  salırlar  əgər  iynələr 
yaxınlaşarsa, ürəyində niyət tutan adam tezliklə öz sevgilisinə 
qovuşacaqdır deyərələr. 
Axır  çərşənbə  gecəsində  almanın  qabıqlarını  qırmamaq 
şərtilə  bütöv  soyub  yeyirsən.  Güzgünü  həmin  qabıqlarla 
biryerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı 
görərsən – deyərlər  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə