76
Ritualı icra edən ağsaqqalın ardından kişilər, qadınlar və
uşaqlar əllərini göyə qaldırıb uca səslə təkrar edirlər: Biyik
Tösre!( Böyük Tanrı!) Başqort xalqınıs donqaənın işet!
(Başqırd xalqının dualarını eşit!) Telöktören qabul it!
(Diləklərini qəbul et!)( Н е ф е д о в Ф.Д. Ушкуль. //
Башкирия в русской литературе, 1990, с. 129-134)
Arxaik qurbanvermə rituallarından biri ilk məhsulun simvolik
qurban verilməsidir. Bu rituala görə meyvənin ilki, ovun ilki
(bizim deyilişlə nübarı) və s. məhsul və ov hami ruhlarına
qurban edilir.İlk məhsul qurban edilincəyə qədər onlardan
istifadə yasaqdır. Yalnız qurban verdikdən sonra təntənəli
şəkildə şənlik edilir və yasaq aradan qaldırılmış olur. Bizdə
nübarı ailənin ağsaqqalına verirlər ki, bu da bir şəkildə həmin
qurban vermənin türklərdə əcdad ruhu ilə əlaqəli olmasını
göstərir.
Novruzdan sonra bitkini, təbiəti, taxılı və çörəyi
simvolizə edən “Səməni”nin axar suya atılması da ilk
məhsulun hami ruhlara qurban verilmə şəkillərindən biridir.
İlk
məhsulun
qurban
verilməsi
ritualının
bəzi
elementləri
türk
xalqlarından
biri
olan
çuvaşlarda
qalmaqdadır. Burada ilk məhsul mərasim duası edilmədən
yeyilmir.
Arxaik rituallardan biri də ayrıca olaraq ət qurbanı
verməkdir. Bu ritual zamanı qurbanlıq heyvanın ətindən bir
parça ocağa atılır. Altaylarda məişətə uyğun olan içkilərin sağ
əlin şəhadət barmağı ilə ruhların şərəfinə çilənməsi adəti
qalmaqdadır. Azərbaycanda qurbanlıq qoyunun qabaq
qolunun aypara şəkilli qığırdağını (xəmmirçəy) kəsib niyyət
duası edərək evin tavanına doğru üç dəfə atırlar. Əgər
77
qığırdaq tavana yapışıb qalarsa, bu niyyətin qəbul olacağının
əlamətidir.
Arxaik qurban rituallarından biri də ibtidai ovçuluq
ənənəsi ilə bağlıdır. Bu Od qurbanıdır. Bu həm də “Nübar
qurbanı” ilə sarmaşıq bir şəkildədir. Belə sarmaşıqlıq qədim
Hindistanın Veda dinində müşahidə olunur. Burada od tanrısı
Aqni iki rolda çıxış edir: qurbanı göyə - tanrıya aparan
vasitəçi və şəninə himnlər oxunan, qurbanlar verilən əsas
tanrılardan biri kimi(17,593).
Sonralar atəşpərəstlik dinlərində (məzdəkizim, parsizm,
iezidizm) od ilahi qüvvə kimi deyil, təmizləyici, arındırıcı
qüvvə kimi çıxış edir.Amma odla arınma ideyası bir sıra
dinlərə daxil olur. Hətta nə qədər qəribə görünsə, də orta
əsrlərdə fanatiklərin odda özünü yandırmasında da arxaik
ritual elementləri müşahidə olunur.
Bir sıra Sibir xalqlarında sağ heyvan qurban vermə adəti
vardır. Qurbanlıq üçün seçilmiş ağ rəngli maral təsərrüfatda
istifadə olunmur və ruhlara qurban edilərək azad edilir. Bu
adət xantı, mansi, nens, selkup, evenk və başqa xalqlarda
qalmaqdadır. Türk xalqlarından tuvalarda bu adət vardır.
Altaylar, xakaslar, buryatlar tanrıya qurban dedikləri ağ rəngli
atı sərbəst buraxırlar (17,593).Azərbaycan atalar sözündə sağ
qurban vermənin izləri müşahidə olunur:”Balığı burax
dəryaya, balıq bilməsə də xaliq bilər”.Burada ibtidai övçuluq
dövrünün arxaik qurban ritualı ilə dini təsəvvürlər sarmaşıq
şəkildə özünü göstərir.
Qurbanı sağ vermək və onu sərbəst buraxmaq “günah
keçisi” ilə də qismən izah oluna bilər. Bu motiv Bibliyanın
“Əski çağırış”ında da (Lev.16:10) vardır. Bunun əsas mənası
ondan ibarətdir ki, sərbəst buraxılan qurban həmin yerin
78
bütün günahlarını götürüb oradan uzaqlaşdırır və bir şəkildə
arınmağa, təmizlənməyə xidmət etmiş olur. Bəzi xalqlarda
hətta
heyvanların
ilahiləşdirilməsi
inancı
(məsələn,
Hindistanda inəklər və ilanlar) da müşahidə olunur.
İ.Kafesoğluna görə,“bozqır türklərinin inanclarını üç
əsas nöqtədə ümumiləşdirmək olar:
a)Təbiət qüvvələrinə inanma;
b)Əcdad kultu;
c)Gök Tanrı”(22,42).
İbtidai dövrün xalq inanclarında bir çox tanrı adları
təbiət qüvvələrini göstərir. Hind tanrılarından Aqnı oddur,
İndıra ildırım və yağış ilahəsəidir.Hind-İran mifologiyasında
Frangrasiyan (Əfrasiyab) savaş tanrısıdır. Sanskritcədəki
Dyaus “parlaq səma” mənasındadır.Əski yunan tanrılarından
Apollon günəş və gənclik, Afrodita bahar və eşq ilahəsidir.
Qədim Misirdə Nil bərəkət tanrısının adıdır. Zərdüşt dininin
baş tanrısı Ahuraməzdanın təmsilçisi oddur və s. (22,44).
Buradan çıxış edərək qurbanların da bunlara uyğun
olaraq verildiyini müəyyənləşdirmək olar. Yəni:
1)Təbitət qüvvələrinə və ya təbiət ruhlarına verilən
qurbanlar;
2)Əcdad ruhlarına verilən qurbanlar;
3)Tanrıya verilən qurbanlar.
Novruz bayramı ilə bağlı adətlərdə bu qurbanların izləri
özlərini bu və ya başqa şəkildə göstərir:
Səmənini cücərdərək və sonra onu axar suya ataraq
“nübar qurbanı” veririk. Qeyd edək ki, Səməni və Zəmi eyni
mənşəli anlayışlardır və məhsul və əkin hami ruhlarıdır.
Səməni bir sıra türk xalqlarındakı Saban (Saman=Səmən) ilə
eyni termindir. Buna M.Kaşqarlının “Divan”ındakı savda rast
79
gəlirik “Sabanda sandırış bolsa...). Maraqlıdır ki, türkmənlər
tonqala Saman otu (odu) deyirlər. Azərbaycanda qalmış
Səməni Saban (səpin, əkin, taxıl və s.) mərasiminin (Saban
toyunun-Sabantuyun)yalnız bir elemntidir.Digər elementləri
isə Volqaboyu türklərində qalmaqdadır.
Yumurta döyüşmək və xoruz döyüşdürmək kimi
adətlərdə də əski təbiət qüvvələrinə qurban vermənin izləri
müşahidə olunur. Belə döyüşlərin səviyyələri müxtəlif ola
bilər: quşlar səviyyəsində, heyvanlar səviyyəsində və insanlar
səviyyəsində.
Quşlar
səviyyəsindəki
döyüşü
yumurta
döyüşmə, xoruz döyüşdürmə kimi sonradan oyun və əyləncə
xarakteri almış adətlər göstərməkdədir. İt boğuşdurmaq, qoç,
öküz, dəvə və s. döyüşdürmək isə heyvan səviyyəsini göstərir.
İnsan səviyyəsində bu güləşlə ifadə olunur. Romalılara
Etrusklardan keçmiş qladiator oyunu da arxaik qurban
ritualının insan səviyyəsini ifadə etməkdədir. İndi sakral
mahiyyətini itirib profanlaşmış, oyun və əyləncəyə çevrilmiş
bu adətlərin arxaik ritual semantikası qurban verməkdir.
Türk inanc sisteminin əsas komponentlərindən biri olan
əcdad (ata) kultu və onunla bağlı verilən qurbanın izlərinə
Novruz adətlərində rast gəlirik.Bunun ən bariz forması məzar
ziyarətləridir. İnanca görə ata öldükdən sonra onun ruhu
övladlarını, qohumlarını və yaxınlarını qorumaqda davam
edir. Qaynaqlara görə, Asya hunları hər ilin may ayının
ortalarında atalara qurban verirlərmiş. Onlara görə, əcdad
məzarları müqəddəs sayılmışdır. Avropa hun tarixində
Atillanın ikinci Balkan səfərinin (447) səbəblərindən biri
olaraq hun hökmdar ailəsi qəbirlərinin Marqos (Belqrad
yaxınlığında
Dunay
üzərində
şəhər-qala)
yepiskopu
tərəfindən açılaraq qarət edilməsi göstərilir. Bənzər bir hadisə
Dostları ilə paylaş: |