65
Xalq ənənsində “dəsmal vermək” və ya “dəsmal atmaq”
ayrılıq əlamətidir. “Torba tikmək” də müasir paremioloji
mənasına görə mərdimazarlıq, pislik etmək və s. kimi neqativ
semantik əhatəyə malikdir. Amma “torba tikməyin” arxaik
ritual semantikası xaos dünyasına yola salmaqdır. Atılan
torba, şal, qurşaq, dəsmal və papaq da xaos dünyasına səfəri
simvolizə etməkdədir.
Beləliklə, Novruz özündə arxaik ritualdan gələn bir sıra
elementləri mühafizə etmişdir. Ritualın “rəsmi hissəsi” -
hərəkət və sözlə yanaşı, karnaval, şənlik və ya şölən
hissəsində də bəzi elementlər qorunmuşdur. Novruz mədəni
kompleksinə daxil olan bu tipli elementlər üzərində
müşahidələrdən aydın olur ki, arxaik ritual keçidin bir neçə
səviyyəsini özündə ehtiva etməkdədir:
1)Sudan keçmək. İnancı: Su anası. Rudimenti:
Səməninin suya atılması və s.
2)Oddan keçmək. İnancı: Gök Tenqri, Gün. Rudimenti:
Tonqaldan tullanmaq və s.
3)Havadan keçmək. İnancı: Yel baba. Rudimenti:
Kəndirbaz oyunu və s.
4)Yerdən keçmək. İnancı: Yer Tanrısı. Rudimenti: Yerə
(quyuya,
mağaraya, lağıma və s.) girmək.
5) Bitkidən keçmək. İnancı: Qaba ağac. Rudimenti:
Ağac koğuşundan keçmək və s.
6) Heyvandan keçmək. İnancı:Gök böri, Qağan Aslan.
Rudimenti: Heyvan dərisinə girmək və s.
Bunların hər biri ayrıca olaraq açıq kodla Novruz
komponentlərində görünməsə də, onun invariant strukturunda
yer tutur. Mövcud olanların paradiqmaları müxtəlif folklor
mətnlərində rəngarəng şəkildə motivlənərək obrazlı ifadə
66
olunmuşdur. Ayrıca olaraq, “Oğuz Kağan”da, “Dədə Qorqud
kitabında”, “Oğuznamələr”də, Azərbaycan xalq nağıllarında,
atalar sözlərində və s. epik folklor nümunələrində arxaik
ritualdan gələn bu (Uluslararası Bilgi Şöleni, Atatürk Kültür
Merkezi Yayınları, sayı 100, Ankara, 1995, s.221-227.)keçid
səviyyələrinin çeşidli ifadə formalarını, obrazlarını və
motivlərini müşahidə edirik. Belə motivlənməni xalq
deyimlərində, paremioloji mətnlərdə də görmək olar:
1. Su: Su aydınlıqdır, Su qədər ömrün olsun!
2. Od: Od haqqı, Ocaq haqqı.
3. Yer: Yerin yeddi qatından keçmək.
4. Yel:
Yel baba, Yel baba,
Əlçimimi ver baba və s.
Arxaik ritualın diaxron inkişafı orta əsrlərin rəsmi məra-
simlərindən keçdiyi dövrdə geniş mənada inteqrasiya prose-
sində olmuş və qarşılıqlı təsirlərə uğramışdır. Bu xüsusilə,
özünü ibtidai mədəniyyətdən, yəni elə başlanğıcından diffe-
rensial xarakter daşıyan yaxın mədəniyyətlərlə əlaqədə və
münasibətdə göstərir. Ona görə də bu mədəniyyətə kompleks
yanaşmaq lazımdır.
Buraya xüsusilə, aşağıdakılar daxildir:
1. Rituallar.
2. İnanclar.
3. Oyunlar.
Bunları eyni zamanda funksiyalarına görə (magik,
mistik, komik və s.) araşdırmaq lazımdır.
Arxaik ritualdan gələn bir çox elementlərin sakral
funksiyası passivləşmiş, profan xarakter alaraq əyləncə
funksiyası ilə əvəzlənmiş və bayramın karnavallığını, şənlik
üçün şərait yaradan vasitələrini gücləndirmişdir.
67
NOVRUZ MÖVSÜM MƏRASİMİ KİMİ
Əlbəttə, Novruzun bir sıra səciyyəvi cəhətləri onun
mövsüm mərasimi komponentlərində özünü göstərir. Burada
baharın gəlişi rituallarla, oyunlarla, tamaşalarla, şənlik, şölən
və toyla qeyd olunur. Hələ XI əsrdə M. Kaşqarlının yazıya
aldığı örnəklərdə bu mərasimlərin izlərini görürük:
Qış yay bilə tokuştı
Kınqır közün bakıştı
Tutuşqalı yakıştı
Utqalımat uqraşur (1c, 170)
Yılkı yazın əzlənür
Otlap anın ətlənür
Bəqlər sənüz atlanur
Sevnip ögür ısrışur (1c. 285)
Bənzər örnəkləri şifahi ənənəd gəlib çatmış kumuk xalq
yaradıcılığında da müşahidə edirik:
Qelin katın tursana
Savru başmak qiysene
Sandıkqa kol ursana
Bu
bayrak saqa karay
Kise yavluk taksana!
Yazbaş qeldi yaynaşıp
Bar qayvannar oynaşıp
Kızınq kise saylasın
Qelininq takma çıksın.
Bizqe çomartlık etip
Şaytannı uyun yıksın!