Dədə Qorqud ● 2015/I 95
saxlamağa çalışmışdır. H.Zeynallının həmin prinsipinin də nöqsanları çoxdu.
Bəzən atalar sözü və məsəl mövzu etibarilə müəllifin ayırdığı başlığa uyğun
gəlmir. Ona görə də əgər bir nəfər həmin atalar sözünü axtarmaq istəsə, çox çə-
tinlik çəkər, bəlkə də, bütün kitabı gözdən keçirməyə məcbur olar. Ancaq onu da
deyək ki, belə vəziyyət bir sıra atalar sözərində meydana gəlir, özü də azlıq
təşkil edir. Bütün bunlara baxmayaraq H.Zeynallının belə bölgüsü qənaətbəxş
hesab edilə bilər.
Kitabın yaxşı cəhətlərindən birisi də odur ki, hər bir atalar sözünün qaba-
ğında, elə o səhifədəcə onların haradan götürüldüyü, Azərbaycanın hansı yerinə
aid olduğu yazılmışdır. Hətta bəzi atalar sözlərinin hansı şəxsdən alındığı da
qeyd edilmişdir. Məsələn, ”Qarabağ-Haqverdiyev, Şəmkir-P.h, Şəki-P.Əfən-
dizadə” və s. işarə vardır. Atalar sözləri artıq ayrıca sahə kimi formalaşan struk-
tur paremiologiyada bir çox baxımdan özünü doğrultmuş struktur-semiotik ya-
naşma üsulunun tətbiqi ilə getdikcə daha geniş təhlil və araşdırma obyektinə
çevrilməkdədir. Paremik vahidlərin, o cümlədən atalar sözlərinin bir elin dünya
haqqında təsəvvürləri toplusunda, onun dünyanı dərkində yeri və mahiyyətini
üzə çıxarmaqda struktur paremiologiya əhəmiyyətli rol oynamışdır. Lakin
struktur analiz, əlbəttə, həmin o açar deyil ki, paremiologiyanın bütün bağlı qa-
pılarına düşsün.
Bununla belə, paremik vahidlər kimi atalar sözlərinin struktur istiqamətdə
öyrənilməsi baxımından ciddi fikir ayrılıqlarına baxmayaraq, struktur analizin
məhz yanaşma tərzi kimi araşdırıcıları açıq-aydın özünə cəlb etməsi də bir
gerçəklikdir (10, 9).
H.Zeynallının “Azərbaycan atalar sözü və məsəlləri” kitabının lap sonun-
da onun elmi dəyərini artıran daha iki hissə vardır. Bunlardan birinci lüğətdir.
Burada atalar sözlərində rast gəlinən Azərbaycanın müxtılif ləhcələrinə aid
sözlərə izahat verir. Sonrakı hissə isə belə adlanır:” Atalar sözünü daha dərin
araşdırmağa dair gördüyümüz və mütaliəsini tövsiyyə etdiyimiz əsərlər”. Burada
SMOMPK-da, “Məktəb” məcmuəsində toplanan nümunələr, M.V.Qəmərlinski,
Y.V.Çəmənzəminli, S.M.Qənizadə, B.Çobanzadə, S.Hikmət və başqalarının
kitabları tövsiyyə olunur. Başqa türk xalqlarının atalar sözləri və məsəllər
kitablar içərisində Qordlevski, Semoyloviç, Nəcib Asim, Gəldiyev və başqa-
larının da məcmuələri vardır. Üçüncü hissədə isə rus müəlliflərinin kitablarının
adları çəkilir. Bütün bunlar H.Zeynallının mütaliə dərəcəsinin necə geniş oldu-
ğunu göstərir.
H.Zeynallının “Azərbaycan atalar sözü və məsəlləri” kitabı Azərbaycanda
müəyyən elmi prinsiplər əsasında tərtib olunmuş ilk dəyərli folklor kitablarından
biri kimi indi də öz qiymətini saxlamaqdadır. Toplanma və araşdırılma işinin
üzvi surətdə vəhdətdə olduğu bu məcmuə Azərbaycan folklorşünaslığı tarixində
əhəmiyyətli bir yer tutur.
Dədə Qorqud ● 2015/I 96
İşin elmi nəticəsi: Çoxsahəli fəaliyyət imkanlarına malik olan Hənəfi
Zeynallının bir folklorşünas kimi atalar sözü və məsəl janrı haqqında fikirləri,
bu mülahizələrin nəzəri əhəmiyyəti və onların başlıca müddəaları məqalədə öz
əksini tapmışdır.
İşin elmi yeniliyi: Məqalənin əsas elmi yeniliyi onun mövzusunun aktual-
lığı ilə müəyyənləşir. Hənəfi Zeynallının bir folklorşünas kimi Azərbaycan fol-
klorşünaslıq tarixində nəzəri fikirləri sistemli olaraq öyrənilərək tədqiqata cəlb
edilmişdir.
İşin tətbiqi əhəmiyyəti: Məqalə Azərbaycan folklorşünaslığında xüsusi
rolu və yeri olan görkəmli folklorşünas Hənəfi Zeynallının folklorşünasığımızda
nəzəri fəaliyyətinin təcəssümünü müəyyənləşdirmək istiqamətində mühüm elmi
əhəmiyyətə malikdir.
ƏDƏBİYYAT
1. Zeynallı H. Azərbaycan atalar sözü. Bakı, Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti Xəlqiyyat bölməsi, 1926
2. Zeynallı H. Azərbaycan atalar sözü. Transliterasiya edəni: R. Xəlilov, tərtib
edənlər: Rza Xəlilov, Afaq Xürrəmqızı. Bakı, «Elm və təhsil», 2012, 174 s.
3. İbrahimov İ. Azərbaycan atalar sözü və məsəllər. Azərbaycan şifahi xalq
ədəbiyyatına dair tədqiqlər. I kitab, səh.118-177, Bakı, 1961
4. Atalar sözü (toplayanı Əbülqasım Hüseynzadə), Bakı, 1981
5. Arazam Kürə bəndəm (tərtib edən B.Abdullayev), Bakı, 1986, s.77-100.
6.Əfəndiyev P. Azərbaycan folklorşünaslığının problemləri V. Bakı: Elm və
təhsil, 2011, 336 səh.
7. Dal B.İ. Tolkovıy slovarğ. t-III, Moskva, 1912
8. Qurbanova N. Hənəfi Zeynallı. Bakı, Yazıçı, 1989, səh.15-16s
9. Oğuznamə. /Kitaba S.Əlizadənin yazdığı “Müdrikliyin sönməz işığı” adlı ön
söz. Bakı, Yazıçı, 1987, s.10-11
10. Atalar sözü. /Kitaba C.Bəydilinin yazdığı “Bütün sözlərdən ulu sözlər” adlı
ön söz. Bakı, Öndər nəşriyyat, 2004, 264 səh.
Çapa tövsiyə edən: Fil.ü.f.d. Əfsələddin Əskər
Dostları ilə paylaş: |