Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə43/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     95 
 
 
saxlamağa  çalışmışdır.  H.Zeynallının  həmin  prinsipinin  də  nöqsanları  çoxdu. 
Bəzən  atalar  sözü  və  məsəl  mövzu  etibarilə  müəllifin  ayırdığı  başlığa  uyğun 
gəlmir. Ona görə də əgər bir nəfər həmin atalar sözünü axtarmaq istəsə, çox çə-
tinlik çəkər, bəlkə də, bütün kitabı gözdən keçirməyə məcbur olar. Ancaq onu da 
deyək  ki,  belə  vəziyyət  bir  sıra  atalar  sözərində  meydana  gəlir,  özü  də  azlıq 
təşkil  edir.  Bütün  bunlara  baxmayaraq  H.Zeynallının  belə  bölgüsü  qənaətbəxş 
hesab edilə bilər. 
Kitabın yaxşı cəhətlərindən birisi də odur ki, hər bir atalar sözünün qaba-
ğında, elə o səhifədəcə onların haradan götürüldüyü, Azərbaycanın hansı yerinə 
aid  olduğu  yazılmışdır.  Hətta  bəzi  atalar  sözlərinin  hansı  şəxsdən  alındığı  da 
qeyd  edilmişdir.  Məsələn,  ”Qarabağ-Haqverdiyev,  Şəmkir-P.h,  Şəki-P.Əfən-
dizadə” və s. işarə vardır. Atalar sözləri artıq ayrıca sahə kimi formalaşan struk-
tur  paremiologiyada  bir  çox  baxımdan  özünü  doğrultmuş  struktur-semiotik  ya-
naşma  üsulunun  tətbiqi  ilə  getdikcə  daha  geniş  təhlil  və  araşdırma  obyektinə 
çevrilməkdədir. Paremik vahidlərin, o cümlədən atalar sözlərinin bir elin dünya 
haqqında  təsəvvürləri  toplusunda,  onun  dünyanı  dərkində  yeri  və  mahiyyətini 
üzə  çıxarmaqda  struktur  paremiologiya  əhəmiyyətli  rol  oynamışdır.  Lakin 
struktur analiz, əlbəttə, həmin o açar deyil ki, paremiologiyanın bütün bağlı qa-
pılarına düşsün. 
Bununla belə, paremik vahidlər kimi atalar sözlərinin struktur istiqamətdə 
öyrənilməsi  baxımından  ciddi  fikir  ayrılıqlarına  baxmayaraq,  struktur  analizin 
məhz  yanaşma  tərzi  kimi  araşdırıcıları  açıq-aydın  özünə  cəlb  etməsi  də  bir 
gerçəklikdir (10, 9). 
H.Zeynallının  “Azərbaycan atalar sözü və  məsəlləri” kitabının  lap sonun-
da  onun  elmi  dəyərini  artıran  daha  iki  hissə  vardır.  Bunlardan  birinci  lüğətdir. 
Burada  atalar  sözlərində  rast  gəlinən  Azərbaycanın  müxtılif  ləhcələrinə  aid 
sözlərə  izahat  verir.  Sonrakı  hissə  isə  belə  adlanır:”  Atalar  sözünü  daha  dərin 
araşdırmağa dair gördüyümüz və mütaliəsini tövsiyyə etdiyimiz əsərlər”. Burada 
SMOMPK-da,  “Məktəb”  məcmuəsində  toplanan  nümunələr,  M.V.Qəmərlinski, 
Y.V.Çəmənzəminli,  S.M.Qənizadə,  B.Çobanzadə,  S.Hikmət  və  başqalarının 
kitabları  tövsiyyə  olunur.  Başqa  türk  xalqlarının  atalar  sözləri  və  məsəllər 
kitablar  içərisində  Qordlevski,  Semoyloviç,  Nəcib  Asim,  Gəldiyev  və  başqa-
larının da  məcmuələri  vardır. Üçüncü hissədə  isə rus müəlliflərinin kitablarının 
adları  çəkilir.  Bütün  bunlar  H.Zeynallının  mütaliə  dərəcəsinin  necə  geniş  oldu-
ğunu göstərir.  
 H.Zeynallının “Azərbaycan atalar sözü və məsəlləri” kitabı Azərbaycanda 
müəyyən elmi prinsiplər əsasında tərtib olunmuş ilk dəyərli folklor kitablarından 
biri  kimi  indi  də  öz  qiymətini  saxlamaqdadır.  Toplanma  və  araşdırılma  işinin 
üzvi surətdə vəhdətdə olduğu bu məcmuə Azərbaycan folklorşünaslığı tarixində 
əhəmiyyətli bir yer tutur. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     96 
 
 
İşin  elmi  nəticəsi:  Çoxsahəli  fəaliyyət  imkanlarına  malik  olan  Hənəfi 
Zeynallının  bir  folklorşünas  kimi  atalar  sözü  və  məsəl  janrı  haqqında  fikirləri, 
bu  mülahizələrin  nəzəri  əhəmiyyəti  və  onların  başlıca  müddəaları  məqalədə  öz 
əksini tapmışdır.  
İşin elmi yeniliyi: Məqalənin əsas elmi yeniliyi onun mövzusunun aktual-
lığı  ilə  müəyyənləşir. Hənəfi  Zeynallının  bir  folklorşünas kimi  Azərbaycan  fol-
klorşünaslıq  tarixində  nəzəri  fikirləri  sistemli  olaraq  öyrənilərək  tədqiqata  cəlb 
edilmişdir.  
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalə  Azərbaycan  folklorşünaslığında  xüsusi 
rolu və yeri olan görkəmli folklorşünas Hənəfi Zeynallının folklorşünasığımızda 
nəzəri fəaliyyətinin təcəssümünü müəyyənləşdirmək istiqamətində mühüm elmi 
əhəmiyyətə malikdir. 
 
ƏDƏBİYYAT 
 
1.  Zeynallı  H.  Azərbaycan  atalar  sözü.  Bakı,  Azərbaycanı  Tədqiq  və  Tətəbbö 
Cəmiyyəti Xəlqiyyat bölməsi, 1926 
2.  Zeynallı  H.  Azərbaycan  atalar  sözü.  Transliterasiya  edəni:  R.  Xəlilov,  tərtib 
edənlər: Rza Xəlilov, Afaq Xürrəmqızı. Bakı, «Elm və təhsil», 2012, 174 s. 
3.  İbrahimov  İ.  Azərbaycan  atalar  sözü  və  məsəllər.  Azərbaycan  şifahi  xalq 
ədəbiyyatına dair tədqiqlər. I kitab, səh.118-177, Bakı, 1961 
4. Atalar sözü (toplayanı Əbülqasım Hüseynzadə), Bakı, 1981 
5. Arazam Kürə bəndəm (tərtib edən B.Abdullayev), Bakı, 1986, s.77-100. 
6.Əfəndiyev  P.  Azərbaycan  folklorşünaslığının  problemləri  V.  Bakı:  Elm  və 
təhsil, 2011, 336 səh. 
7. Dal B.İ. Tolkovıy slovarğ. t-III, Moskva, 1912 
8. Qurbanova N. Hənəfi Zeynallı. Bakı, Yazıçı, 1989, səh.15-16s 
9.  Oğuznamə.  /Kitaba  S.Əlizadənin  yazdığı  “Müdrikliyin  sönməz  işığı”  adlı  ön 
söz. Bakı, Yazıçı, 1987, s.10-11 
10.  Atalar  sözü.  /Kitaba  C.Bəydilinin  yazdığı  “Bütün  sözlərdən  ulu  sözlər”  adlı 
ön söz. Bakı, Öndər nəşriyyat, 2004, 264 səh. 
 
Çapa tövsiyə edən: Fil.ü.f.d. Əfsələddin Əskər
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə