Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə42/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     93 
 
 
topayıb öyrənməklə məşğul olan V.İ.Dal belə deyir “Məsəl xalq arasında gəzən, 
ancaq  hələ  tam  atalar  sözü  təşkil  etməyən  səlis,  qısa  danışıqdır.  Xalq  dilində, 
ifdələrdə  qəbul  olunmuş  nəsihətlər,  şərti  danışıq  tərzi,  adi  ifadə  üsuludur”  (7). 
Bu  tərifə  əsaslansaq,  şərh  etməliyik  ki,  atalar  sözü  və  məsəllər  forma  və  zahiri 
xüsisiyyətlərinə görə deyil,məhz məzmunlarına görə bir-birlərindən ayrılırlar. 
Buradakı  məzmun  fərqi  olduqca  incə  və  gözəgörünməyən  olduğuna  görə 
çox  zaman  hər  iki  qism  bir-birinə  qarışdırılır.  Elə  ona  görə  də  H.Zeynallının 
atalar sözü və məsəlləri forma, zahiri cəhətlərinə görə fərqləndirilməsilə razılaş-
maq çətindir. Ancaq mənalarına görə bölgüsü ilə razılaşmaq olar. Atalar sözü və 
məsəllərin  məzmun,  məna  fərqi  tam  ifadə  edir,  onlarda  ümumiləşdirmə,  fikir 
dərinliyi  mühüm  yer tutur. Əksinə,  məsəllər çox  zaman  bu  və  ya digər konkret 
hadisəyə  aid  olub,  natamam  fikri  ifadə  edir.  Əgər  atalar  sözlərində  mühakimə 
tam  və  hərtərəfli  isə,  məsəllərdə  hadisəyə  işarə  vurulur,  adı  çəkilir,  tamamlan-
mağa  ehtiyac  vardır.  “Azərbaycan  atalar  sözü”  kitabının  müqəddiməsi  xırda 
nöqsanlarına  baxmayaraq,  elmi  nəzəri  cəhətdən  hazırlıqlı  bir  folklorşünas 
tərəfindən  yazılmış,  burada  xalq  ədəbiyyatı  nümunələri  tarixilik  və  bədiilik 
nöqteyi-nəzərindən düzgün qiymətləndirilir (8, s.15). 
 H.Zeynallının  bu  müqəddiməsində  irəli  sürdüyü  fikirlər  çox  illər  sonra 
görkəmli  folklorşünas  Samət  Əlizadənin  fikirləri  ilə  üst-üstə  düşürdü.  Prof. 
Samət Əlizadə elm aləmində özünün bəlli etdiyi  “Oğuznamə” abidəsinə “Müd-
rikliyin  sönməz  işığı”  adlı  ön  sözündə  haqlı  olaraq  yazırdı:  “Atalar  sözləri  bu-
günkü  oxucuya  nə  verir,  hər  bir  paremik  vahidin  ən  qiymətli  cəhəti  nədədir: 
yığcamlığındamı, nəsihətamiz ruhunda, obrazlılığında, ahəngindəmi və ya dərin 
ictimai-fəlsəfi  məzmunundamı?  Əlbəttə,  bu  xüsusiyyətlərin  ideal  vəhdətində! 
Hətta biz atalar sözlərinə su, çörək, udduğumuz  havatək o qədər vərdiş etmişik 
ki,  az  qala,  onları  adiləşdirmişik:  gündəlik  məişət  nitqimizdə  də,  elmi  tədqi-
qatlarda da... Doğrudan da, atalar sözü bütün sözlərdən uludur, cümlə miqyaslı, 
traktat siqlətli sözüdür; hər bir atalar sözündə bir kitablıq fikir, məlumat xəzinəsi 
vardır” (9, s.10). 
H.Zeynallının  “Azərbaycan  atalar  sözü”  kitabında  müqəddimədən  sonra 
“məxəzlərimiz” adlı qeydlər gəlir. Müəllif göstərir ki, əlimizdə 6minə yaxın ata-
lar sözü və məsəllər vardır. O, davam edir ki, onlardan müəyyən qismini (hər bir 
qismdə  nümunələrin  sayı  rəqəmlərlə  göstərilir)  11-12  il  bundan  əvvəl  toplamı-
şam,  əlimizə  keçən  qəzet,  jurnallarda  nə  qədər  nümunəyə  rast  gəlmişəmsə,  bir 
yerə yığmışam. ”Məktəb“, SMOMPK və s. mənbələrdən isə nümunələri olduğu 
kimi  götürmüşəm.  H.Zeynallı  sonra  yazır  ki,  M.Qəmərlinski,  F.Köçərli,  S.Qə-
nizadə  və  başqalarının  kitablarında  olan  atalar  sözləri  və  məsəllər  də  buraya 
daxil  olmuşdur.  Sonra,  müəllif  bu  işdə  ona  yaxından  kömək  edən  ayrı-ayrı 
şəxslərin də adlarını çəkir. Burada Qasım Qasımov, Əliskəndər Cəfərov, Fərhad 
Ağazadə, Əbülqasım Hüseynzadə və başqalarının adları çəkilir. Diqqətəlayiqdir 
ki,  H.Zeynallı  həmin  kitabın  meydana  gəlməsində  ona  kömək  edən  vətən-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     94 
 
 
daşların  hərəsinin  zəhmətini  öz  müqabilində  qiymətləndirir  və  minnətdarlığını 
da bildirir. 
Kitabın tərtib prinsipləri  haqqında H.Zeynallının  qeydləri diqqətəlayiqdir. 
Müəllif  portfelinə  toplanmış  nümunələri  tərtib  etmək  üçün  çox  fikirləşmiş, 
yollar axtarmışdır. Hər şeydən əvvəl Avropada, Rusiyada, digər türk xalqlarında 
çap olunmuş belə kitabların tərtibatını öyrənmiş, üstün, qüsur cəhətlərini gözdən 
keçirmiş.  Atalar  sözlərinin  düzülüşündə  iki  əsas  prinsip-əlifba  sırasına  görə  və 
mövzulara  görə  üzərində  çox  fikirləşmişdir.  İkinci  yolu  daha  üstün  saymış, 
bunun  üstünlüyünü  də  kitabın  müqəddiməsində  vermişdir:  “Əlifba  sırası  ilə 
düzülən  bu  məcmuələr  oxucunun  ağlına  gələn  nümunəni  o  saat  tapa  bilmək 
əyləncəsinə xidmət edir. Bu əyləncə isə o qədər aldadıcıdır ki, çoxu arzu olunan 
atalar sözünü o saat tapa bilmədiklərini  mənim  məcmuələrim üçün nöqsan say-
mışlar”.  Ona  görə  də  H.Zeynallı  əlifba  sırası  ilə  düzmə  prinsipini  qəbul  etmir, 
mövzular üzrə təsnif etməyi qərara alır (8).  
 Yuxarıda  Azərbaycan  atalar  sözlərinin  toplanma  tarixindən  danışanda 
XIX əsrdə çap olunan nümunələrin də  böyük  bir  qisminin  məhz  mövzular üzrə 
düzüldüyünü  qeyd  etmişdik.  H.Zeynallı  həmin  mənbənin  də  adını  çəkir,  ondan 
da  istifadə  etdiyini  yazır.  Mövzu  üzrə  bölgü  prinsipinə  əsas  səbəb  isə  “Zehnə 
gələn hər bir  məsəli  və  ya savı o saətdə tapılması mülahizəsi olmuşdur”. Sonra 
H.Zeynallı yazır:”Krım” məsəl və savlarını cəm edən professor Samalyoviç həm 
əlifba  sırasını,  həm  mənzum  cəhətləri  təqib  etmiş,  almanlar  da  ,  fransızlar  da 
əlifba üsulu qəbul etməklə bərabər sistemin gərəksizliyini sezdiklərinə görə əsas 
üçün  səs  olmamış,  bəlkə  ifadə  edilən  ən  əhəmiyyətli  söz  alınmışdır”.  H.Zey-
nallıya görə mövzulara görə bölünmə prinsipinin özünün də nöqsanları da vardır. 
Çünki  bəzən  elə  atalar  sözü  olur  ki,  onları  hara  daxil  etmək  lazım  gəldiyini 
aydınlaşdırmaq  qeyri-mümkündür.  Məsələn,  “keçi  handan,  qaya  handan”  və  s. 
Adlarını çəkdiyi kitablar içərisində H.Zeynallı V.İ.Dal, İllustrov, Kalaşevin çap-
larını daha mükəmməl hesab edir. Ancaq onların da quruluşu H.Zeynallını təmin 
etmir. Çünki  bölünən  mövzular belə  başlayır: “Allah, padşah, məmurlar, qanun 
və  s.”.  Müəllifə  görə  bunlar  idealist  nöqteyi-nəzərdən  qurulmuşdur,  şöbələr 
məntiqcə bir-birinə tuş gəlmirlər.  
Sonra  H.Zeynallı  yazır:  “Biz  isə  bunların  hamısını  nəzərə  aldıqdan  sonra 
materialistcəsinə  yanaşmaq  və  həyatda  olduğu  kimi  və  tarixilik  nöqteyi-
nəzərindən  ictimai  və  iqtisadi  dəyişmələrdən  göründüyü  kimi  insanın  əvvəlcə 
yaşadığı yerdən başladıq ”. Buna görə də kitab iki böyük hissəyə ayrılır: inasan 
və  təbiət,  insan  və  cəmiyyət.  Bu  iki  böyük  hissənin  də  özlərinə  görə  xırda 
bölgüləri vardır. Əlbəttə, H.Zeynallının bölgüyə materialistcəsinə yanaşmış, saf-
şürük  etmiş,  xalqa  məxsus  olanları  seçib  kitabda  bir  çox  cəhətlərinin  dövrün 
tələbləri müqabilində qurulmasına gətirib çıxarmışdır. Məsələn, H.Zeynallı qeyd 
edir ki, onsuz da kitabda din, Allah və bu mövzuda atalar sözləri azlıq təşkil edir. 
Deməli,  müəllif  bunları  saf-çürük  etmiş,  xalqa  məxsus  olanları  seçib  kitabda 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə