Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə2/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   2   3   4   5   6   7   8   9   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     4 
 
 
 
Məsələnin  qoyuluşu.  “Dədə  Qorqud  kitabı”nın  mükəmməl  elmi-tənqidi 
mətninin  hazırlanması  üçün  abidə  sözbəsöz,  sətirbəsətir  araşdırılmalı,  mətnin 
ayrı-ayrı  hissələri  arasındakı  struktur-məntiqi  və  qrammatik-üslubi  əlaqələr  də-
qiq şəkildə müəyyənləşdirilməlidir.  
İşin  məqsədi.  Tədqiqatın  əsas  məqsədi  abidənin  III  və  XI  boylarındakı 
soylamalarda buraxılmış oxunuş və məna yanlışlıqlarını düzəltmək, həmin soy-
lamaların  (mənzum  parçaların)  nəsr  hissələrinin  məzmunu  ilə  bağlılığını  bərpa 
etməkdir. 
“Dədə Qorqud kitabı”nın ilk dəfə elm aləminə tanıdıldığı vaxtdan keçən 2 
əsr  müddət  ərzində  dastanın  mətni  üzərində  müxtəlif  istiqamətlərdə  səmərəli 
tədqiqatlar aparılmışdır. Bu müddətdə abidənin bir neçə müəllif tərəfindən ayrı-
ayrılıqda elmi-tənqidi mətni hazırlanmış, sözlərin oxunuşu və qüsurlu mətn par-
çalarının bərpası və bütövlükdə mətnin struktur-semantik parametrlərinin dəqiq-
ləşdirilməsi  baxımından  bir  çox  əhəmiyyətli  işlər  görülmüşdür.  Lakin  bununla 
belə,  abidənin  mətnində  oxunuşu  və  mənası  mübahisə  doğuran  bir  sıra  sözlərə 
və qüsurlu mətn parçalarına bu gün də təsadüf edilməkdədir. Bu cəhətlər dastan-
dakı  mənzum  parçalarda  (soylamalarda)  xüsusilə  nəzərə  çarpır.  Bəllidir  ki, 
nəzm  hissələri  çox  hallarda  dastanın  rüşeym  kimi  yarandığı  ilkin  dövrlərdə  or-
taya çıxır və sonralar bu nəzm parçaları ümumi mətn daxilində bir növ paylaşdı-
rılır. Bununla əlaqədar olaraq dastan mətnindəki  mənzum parçalar nəsr hissələ-
rinə nisbətən daha qədim tarixi xüsusiyyətləri özündə əks etdirir və onların tərki-
bində arxaik sözlər və qrammatik formalar uzun müddət dəyişilməz şəkildə qo-
runub  saxlana  bilir.  Bu  qədimliyi,  ilkinliyi  bilavasitə  dastanın  semantik-qram-
matik strukturunu, təhkiyə axarının spesifik xüsusiyyətlərinə məxsus qanunauy-
ğunluqları  müəyyənləşdirməklə  təsbit  etmək  mümkündür.  Əks  halda,  istənilən 
dastan mətnində, o cümlədən də “Dədə Qorqud kitabı”nda yanlış oxunmuş söz-
lər və qrammatik formalarla yamaq vurulmuş nəzm parçalarının ortaya çıxması 
qaçınılmazdır. Bu xüsuslar diqqətə alınaraq  məqalədə III və XI boylarda keçən 
iki  soylamadakı  katib  xətalarının  düzəldilməsinə,  sözlərin  düzgün  oxunuş  va-
riantlarının  müəyyənləşdirilməsinə,  cümlələr  arasındakı  məntiqi  bağlılığın  bər-
pasına və soylamaların məzmununun dəqiqləşdirilməsinə cəhd göstərilmişdir. 
I. Dastanın mətnində oxunuşu mübahisələrə səbəb olan parçalardan biri 3- 
cü boyda (Bamsı Beyrək boyunda) Beyrəyin əsirlikdən qayıdıb oxatma yarışın-
da  iştirak  edərkən  öz  yayına  müraciətlə  söylədiyi  soylamanın  mətnidir.  Həmin 
soylamanın Drezden  nüsxəsindəki  variantının  biz  aşağıdakı  şəkildə oxunmasını 
təklif edirik: 
(1)Tol tola gərdigüm
(2)Tola varı doxurlayı qoduğum 
(3)Yağı yurdı alumda qıl kişlüm
(4) Ayğır malı, ayğır verüb alduğım 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     5 
 
 
(5) [Ağ] tozlu qatı yayum. 
(6) Buğa verüb alduğum 
(7) Boğma kirişüm
(8) Buŋlu yerdə qodum gəldüm 
(9) Otuz toquz yoldaşum, iki arğışum (D. 109) 
Vatikan  nüsxəsinin  katibi  qısaltma  yolunu  seçərək  soylamada  oxunuşu 
mübahisələrə səbəb olan ilk üç misranı mətndən çıxarmışdır: 
Ayğır verüb alduğum 
Ağ tozlu qatı yayum. 
Buğa verüb alduğum 
Burma kirişüm. 
Buŋlı yerdə qodum gəldüm 
Qırq yoldaşum, iki arğışum (Vat. 44). 
Abidənin  nəşrlərində  soylamanın  ilk  misraları  müxtəlif  şəkillərdə  oxun-
muş və misraların hüdudlarının müəyyənləşdirilməsində fərqli üsullardan istifa-
də edilmişdir. 
V.V.Bartold  soylamanın  ilk  iki  misrasını  tərcüməsiz  buraxmış,  qeydlər 
bölməsində bu hissənin anlaşılmaz olduğunu, böyük bir ehtimalla həmin hissədə 
Beyrəyin  əylənmək  məqsədi  ilə  yüngül  xasiyyətli  qadınların  yanına  girərkən 
özünün burada olduğunu bildirmək üçün yayını çadırın önünə qoymasından söh-
bət getdiyini göstərmişdir (4, 268). 
M.Ergin 2-ci  misradakı  یرارﻻﻮط  yazılış  şəklini 1-ci  misranın, 3-cü  misra-
dakı yağı yurdı ifadəsini isə 2-ci misranın sonuna artırmışdır:  
Tul tulara girdügüm tulararı Duxarluyı koduğum yağı yurdı Elümde 
kıl kişlüm ayğır malı / Ayğır virüp alduğum ağ tozlu katı yayum (9, I, 143).  
Tədqiqatçı əsərinin indeks-gramer bölümündə tul, tular, duxarlu sözlərinə 
heç bir izah vermədən onların qarşısına sual işarəsi qoymuşdur. 
O.Ş.Gökyay  1-ci  misradakı  ﻢﮑﯾدﺮﮐ  yazılış  şəklini  doğru  olaraq  gerdügüm 
kimi oxumuş, ilk iki misrada sözlərin sırasını düzgün müəyyənləşdirmişdir: 
Tul tulara gerdügüm / Tuladarı duharlayı koduğum /Yağı yurdu elümde 
kıl kişlüm ayğır malı / Ayğır verüp alduğum ağ tozlu katı yayum (12, 50). 
Lakin  buna  baxmayaraq,  sonrakı  misralarda  sözlərin  sıralanmasında  və 
oxunuşunda  yanlışlıqlara  yol  verdiyi  üçün  ilk  hissənin  məzmunu  haqqında 
konkret bir fikir söyləyə bilməmişdir. 
H.Araslı soylamaya daha sərbəst yanaşmış, artıq hesab etdiyi sözləri mətn-
dən çıxararaq onu daha qüsurlu bir vəziyyətə salmışdır: 
Tul  tulara  girdiyim  /  Tuladarı  doxarlıyı  qovduğum  /Yağı  yurdu  əlimdə 
qıl kişlim / Ayğır verib aldığım, (ağ) tozlu qatı yayım (1, 62) . 
F. Zeynalov və S. Əlizadə bu oxunuş variantını qəbul etməklə yanaşı, yur-
  sözünü  yordı  kimi  vermiş  və  3-cü  misrada  H.  Araslının  mətndən  çıxardığı 
ayğır malı ifadəsini yenidən mətnə əlavə etmişlər:  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə