Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə4/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   2   3   4   5   6   7   8   9   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     8 
 
 
çareyi karnıra  muhkem // Döğerlermiş der  imiş  vay arkam (Güvahi, XVI) (20, 
241-242).  İkinci  variantın  qəbil  edilməsi  mətnşünaslıq  baxımından  bir  sıra  çə-
tinliklər törədir. Bizcə, birinci variant daha məntiqidir və dastanın mətni ilə bağlı 
faktlarla izah oluna bilər. Bu tipli katib səhvlərinə bir neçə yerdə təsadüf edilir. 
Nəşrlərdə  əksəriyyətlə  girdigüm  şəklində  oxunmuş  sözü  gərdigüm  “gər-
diyim” şəklində oxuduqda tol tola gərdigüm misrası  “Uc-uca gərdiyim”  məna-
sında anlaşılır. 
2-ci misranın yazılış şəkli belədir: ﻢﻏدﻮﻗ  ﯽﯿﻟﺮﺧود یرارﻻﻮط. Mətndə یرارﻻﻮط 
tolararı  şəklində  yazılmış  söz  یراو  ﻻﻮط  tola  varı  kimi  düzəldilməlidir;  tola  və 
varı  sözləri  sinonim  mənalı  leksik  vahidlərdir,  hər  ikisi  “tam,  bütün”  mənası 
ifadə edir. Tola sözünə bu  mənada V.V.Radlov, “Abuşka”, Pavet de Courteille 
lüğətlərində,  orta  əsrlərə  aid  cağatay  abidələrində,  müasir  altay,  uyğur,  özbək, 
qırğız (tolo), tatar. dialekt. (tula), qaraqas (dolo) dillərində intensiv şəkildə rast-
lanmaqdadır  (11, III,  259). Tola  sözünün  sinonomi  olan  varı  sözü  əski  türk  və 
uyğur  abidələrində  barı  “bütün”  variantında  keçir  [11,  II,  63;  7,  84):  Karluk 
tirigi  barı  türgişkə  kəlti  (Moyun  Çor,  40);  Bu  barı  xəzinə  bu  altun  kümüş  /  Er 
atka  üləgükə  tərdim  üküş  (Qutadğu  Bilig,  173).  Çağdaş  türkməncədə  də  barı 
sözü  “tamam,  bütün”  mənasında  işlənməkdədirr.  Orta  əsrlərdə  Anadoluda  və 
Azərbaycanda  yazılmış  əsərlərdə  bu  sözə  varı  “tamam,  bütün,  hamı”  şəklində 
təsadüf  edilir:  Varı  şehvet  barmağından  tökülür  (Şeyyad  Hamza.  Yusuf  ve 
Zeliha – XIII); Anda geldi  bunlar cümle varı;  Kılayım zirü zeber  ne kim varın 
(M.  Darir.  Yusuf  ve  Zeliha  –  XIV);  Kul  karavaş  irdi  her  ne  kim  varı;  Hamle 
kıldı koşun bir gezden varı (Yusuf Meddah. Varka ve Gülşah – XIV) ; Bunı çün 
işitti  Heccac  ol  zaman,  Nevha  kıldı  varısı  zarü  figan  (Ahmedi  Tebrizi.  Esrar-
name Tercümesi – XV); Yasadı halkını gördü çerisin / Bir araya getirdiler varı-
sın (Şerifi. Şehname Tercümesi – XVI) və s. 
Doxurlayı feili bağlamasının kökünü dokı- /doxu- / tokı- / toxu- “bir biri-
nə,  iç-içə  keçirmək”  feili  təşkil  edir.  Eyni  mənada  bu  feilə  “Müqəddimətül-
ədəb”in  Şüşdər  nüsxəsində  və  “Süheylü  Növbahar”da  rast  gəlinir:  Sokuşturdı 
barmaklarını,  dokudı  barmaklarını  (36,  47);  Belâ  süŋüsini  anuŋ  tokıya  //  Ki 
sunmadın aşa dua okıya (Süheylü- Nev- Bahar, 362). Doku- / toku- / doxu- feili 
V.V.Radlov  lüğətində  cağatayca  sözlüklərə  istinadən  tok-  “birləşdirmək,  bir  - 
birine keçirmek” şəklində qeydə alınmışdır (25, III, 1, 1145). Fikrimizcə, doku- 
/toku- / doxu- (və  ya tok- /dok-) feilinə artırılan - r (və  ya -ur) şəkilçisi  feildən 
isim düzəldən leksik şəkilçi kimi vasitə, alət mənası ifadə edir: doxur “iki əşyanı 
bir-birine  keçirmək  üçün  vasitə;  kiriş”.  Müq.  et:  tokurçı  “toxucu”[  33,  279)  . 
Tuvacada dukur- “pərçimləmək” və dukuruk “pərçim” sözləri vardır (27, 159). 
Altaycadakı  torkıır  (<  tokırır)  “pərçim”  sözünün  də  eyni  kökə  bağlı  olduğunu 
ehtimal  etmək  olar  (26,  176).  Bu  halda  doxur  //  doxır  (<  tokur  //  tokır)  sözü 
“yayın uclarını bir-birinə bağlayan vasitə; kiriş” mənası ifadə edir. Beləliklə də, 
sözün yaranmasını və qrammatik quruluşunu bu şəkildə izah etmək mümkündür: 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     9 
 
 
Doxu  // doxı (< toku- // tokı- ) “iki əşyanı  bir-birinə keçirmək”  +  -  r  (doxur  // 
doxır  “pərçim;  kiriş”)  +  -  la  (doxurla-  “kirişləmək;  kirişlə  bağlamaq”  )  +  (y)u 
(doxurlayı “kirişləyib; hissələri bir- birinə bağlayıb…”). 
 3-cü misranın  yazılış şəkli  belədir: ﻢﻠﺸﮐ  ﻞﯿﻗ  هﺪﻣﻮﻟا یدرﻮﯾ  ﯽﻐﯾ . İndiyə qədər 
bu  misraya  verilmiş  izahların  məntiqi  cəhətdən  tutarsızlığı  cümlədə  3-cü  yerdə 
işlənmiş  هﺪﻣﻮﻟا  sözünün  yanlış  oxunması  ilə  bağlıdır.  Buradakı  هﺪﻣﻮﻟا  yazılışını 
nəşrlərdəki kimi əlümdə şəklində deyil, alumda şəklində oxumaqla həmin mən-
tiqsizliyi  aradan  qaldırmaq  mümkündür:  alu  sözünə  “Ət-töhfə”,  V.  V.  Radlov 
lüğəti  və  bir  çox  başqa  qaynaqlarda  “alış,  alış-  veriş”  mənasında  rastlanır  (25, 
386-387;  33,  8).  Çox  güman  ki,  sözün  ilkin  şəkli  alığ  kimi  olmuş,  sondakı  ğ 
samitinin  düşməsi  nəticəsində  ı>u  dəyişməsi  baş  vermiş,  yuvarlaq  samitli  alu 
variantı  meydana çıxmışdır. Müq. et: V.V.Radlov  lüğətində alığ-satığ “alış-ve-
riş” (25, 386). Alumda sözündəki -m elementi I şəxs mənsubiyyət, -da formantı 
çıxışlıq  hal  şəkilçisidir.  -da  şəkilçisinin  yerlik  hal  əvəzinə  çıxışlıq  hal  şəkilçisi 
funksiyasında  işlənməsinə  əski  türk  və  uyğur  abidələrinin  dilində,  yakutcada, 
Azərbaycan  dilinin  dialektlərində  rast  gəlmək  mümkündür:  Tabğaçda  adırıltı 
“Türk halkı Tabğaçdan ayırıldı” (Ton. 2); Ölümte ozmış “O ölümden kurtuldu” 
(Irk Bitig, 75); Kırkızda yantımız “Kırgız ilinden geri döndük” (Ton., 29). Müa-
sir Azərbaycan və türk dillərində -da ümumən yerlik hal şəkilçisi kimi işlənmək-
dədir. “Dədə Qorqud kitabı”nda da vəziyyət eyni şəkildədir. Lakin bununla bir-
likdə  “Dədə  Qorqud”  dastanlarında  -da  şəkilçisinin  çıxışlıq  hal  şəkilçisi  vəzi-
fəsində işlənməsinə aid də kifayət qədər örnəklər vardır: Qaytabanda qızıl dəvə 
sənüŋ  gedər  /  Mənüm  də  içində  yüklətüm  var  /  Qomağum  yoq  qırq  namərdə  / 
Ağayılda  tümən  qoyun  sənüñ  gedər  /  Mənüm  də  içində  şişlügüm  var  /  Qoma-
ğum  yoq qırq  namərdə (D. 33);  Ağ  ban evlər dikiləndə  yurdı qalmış / Qarıcuq 
anam oluranda yeri qalmış / Oğlum Uruz ox atanda puta qalmış, / Oğuz bəgləri 
at  çapanda  meydan  qalmış  /  Qara  mudbaq  dikiləndə  ocaq  qalmış...  (D.  44); 
Ağayılum güdəndə çobanum mısın? (D. 269); Aruz maŋa bu işi edəcəgüŋ bilsə 
idüm / Qara qoçda qazılıq atum binər idüm (D. 297). 
4-cü  misranın  yazılış  şəkli  belədir: 
بوﺮﯾو
 
ﻢﻏوﺪﻟا
 
 
ﯽﻟﺎﻣ  ﺮﻐﯾا
 
ﺮﻐﯾا
 
.  Misradakı 
ayğır malı və ayğır sinonim sözlər olub, hər ikisi “ilxı”mənasını ifadə edir. Adə-
tən bir neçə dişi atdan ibarət olan kiçik ilxıda bir ayğır saxlanırdı; ilxıda iki ayğı-
rın olması  hərc-mərclik  yarada bilərdi. Buna görə də bir neçə dişidən və ayğır-
dan  ibarət  olan  kiçik  ilxılar  biri-birindən  ayrı  otlağa  çıxarılmalı  idi.  Rusiyanın 
Sankt-Peterburq  şəhərində  mühafizə  edilən  XVI  əsrə  aid  “Oğuznamə”dəki  bir 
atalar  sözündə  də  açıq  şəkildə  buna  işarə  edilir:  Üyür  üyürü  ya  əgrəkdə,  ya 
oğraqda “İlxı ilxını ya su içərkən göldə, ya da ümumi toplanma yerində (görər) 
”  (19,  59).  Bir  neçə  atdan  ibarət  olan  kiçik  ilxılarda  bir  ayğırın  mövcudluğu 
bütövlükdə  kiçik  ilxının  (üyürün)  ayğır  termini  ilə  adlandırılmasına,  sinekdoxa 
hadisəsinə şərait  yaratmışdır. Qaynaqlarda ayğır  sözünün  “erkək at”  mənası  ilə 
yanaşı  “ilxı,  bir  ayğırı  olan  kiçik  ilxı”  mənası  da  əks  olunmuşdur.  V.V.Radlov 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə