Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə69/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   61   62   63   64   65   66   67   68   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     158 
 
 
fəaliyyət  prioritetlərimə  daxildir.  İşlədiyim  bu  müddət  ərzində  xeyli  sayda 
İnstitut əməkdaşı bu məqsədlərlə mənə müraciət etmişdir. Mən də Folklor İnsti-
tutunun rəhbərliyinin qarşılıqlı razılığı ilə müraciət edən İnstitut əməkdaşlarının, 
demək olar ki, hamısının müraciətlərinə əməl etmişəm. Bu illər ərzində yadıma 
gəlmir ki, Rza müəllim bircə dəfə də olsun özünün şəxsi işi ilə və ya sanatoriya-
kurort müəssisələrinə yollayışla bağlı mənə müraciət etsin. Əksinə, Rza müəllim 
özünə yox, bir neçə aztəminatlı İnstitut işçilərinə (bu yazıda konkret olaraq onla-
rın adlarının çəkilməsi ən azı qeyri-etik olardı – T.O.) yardım edilməsini dönə-
dönə  məndən  xahiş  edib.  Mən  də  təbii  ki,  Rza  müəllimin  bu  insani  xahişlərini 
ürəklə,  canla-başla  yerinə  yetirmişəm.  Ən  azından  ona  görə  ki,  bu  alicənablıq, 
bu  insanlıq Ulu Tanrının öz bəndəsinə  bəxş etdiyi insani  xüsusiyyətlərin,  bəlkə 
də, ən birincilərindən və ən alilərindəndir. 
Bu  insani  xüsusiyyətlərlə  yanaşı,  Rza  Xəlilov  Azərbaycan  folklorşünas-
lığında öz dəsti-xətti, öz yolu olan folklorşünas-alimlərdəndir. Folklorşünaslığın 
böyük yoluna özündən əvvəlki elm adamlarından öyrənə-öyrənə gələn Rza Xə-
lilov Azərbaycan  folklorşünaslığında  yaradıcı ömrünü şifahi  xalq  yaradıcılığına 
həsr  edən  folklor  fədailərimizdəndir.  R.  Xəlilov  folklorla  bağlı  istənilən  məsə-
lələrdə  bəhs  edilən  problemin  birbaşa  mahiyyətə  varmaq,  onu  dəqiqliklə  an-
lamaq və analiz etmək qabiliyyətinə malikdir. 
Onun  taleyi  də,  ömür  yolu  da  ürəyi  folklorla,  xalq  yaradıcılığı  ilə,  şeirlə, 
ədəbiyyatla döyünən bir şair ailəsi ilə bağlı olub. Rza Xəlilov 11noyabr 1944-cü 
ildə Bakı şəhərində ziyalı ailəsində – Azərbaycanın tanınmış, istedadlı şairlərin-
dən biri olan Zeynal Xəlilin ailəsində anadan olub. 1960-1962-ci illərdə Bakıda 
fəhlə-gənclər orta məktəbində oxumaqla yanaşı, M.F.Axundov adına Respublika 
kitabxanasında foto-laborant vəzifəsində çalışıb. 
Rza Xəlilov 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Uni-
versitetinin (o vaxtkı S.M.Kirov adına ADU) şərqşünaslıq fakültəsinin ərəb dili 
və ədəbiyyatı şöbəsinə daxil olmuşdur. O, 1966-67-ci il tədris ilində Misirin Qa-
hirə Universitetində ərəb dilindən dil təcrübəsi keçmişdir. R.Xəlilov 1968-ci ildə 
Bakı Dövlət Universitetini ərəb filologiyası ixtisası üzrə bitirmişdir. O, 1969-71-
ci  illərdə  İraqda  ərəb  dili  üzrə  tərcüməçi  vəzifəsində  işləmişdir. 1971-ci  ildə 
İraqdan  qayıtdıqdan  sonra  Rza  Xəlilov  AMEA  (o  vaxtkı  Azərbaycan  Elmlər 
Akademiyası) Nizami adına Ədəbiyyat İnstitutunda folklorşünaslıq ixtisası üzrə 
aspiranturaya daxil olmuşdur. 
R.Xəlilov 1978-82-ci illərdə Yəmən Ərəb Respublikasında Sovet səfirliyi-
nin  iqtisadi  işlər  üzrə  müşavirinin  aparatında  tərcüməçi  vəzifəsində  işləmişdir. 
O,  1983-cü  ildən  Ədəbiyyat  İnstitutunda  işləməyə  başlamışdır.  Rza  Xəlilov 
1989-cu ildə 10.01.09 “Folklorşünaslıq” ixtisası üzrə “Azərbaycan və ərəb sehrli 
nağıllarında  qəhrəman  obrazları”  mövzusunda  namizədlik  dissertasiyasını  mü-
dafiə etmişdir. O, 1994-2001-ci illərdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk 
Universiteti  Fənn-Ədəbiyyat  fakültəsinin  “Şərq  dilləri”  bölməsində  işləmişdir. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     159 
 
 
2001-ci ildən AMEA Folklor İnstitutunda böyük elmi işçi, 2005-ci ildən aparıcı 
elmi işçi vəzifəsində işləmişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xə-
lilov 2013-cü ildən AMEA Folklor İnstitutunda “Klassik folklor” şöbəsinin mü-
diridir. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  –  folklor  nümunələrinin  toplanıb  sis-
temləşdirilməsi  və  tərtibi  sahəsində  Rza  Xəlilovun  böyük  xidmətləri  olmuşdur. 
O, dəfələrlə Dərbənd, Şirvan, Quba və Muğan bölgələrində folklor ekspedisiya-
larında iştirak etmiş, xalqın əvəzsiz söz xəzinəsini toplayıb yazıya almışdır. 
İndiyə  qədər  R.Xəlilovun  yeddi  kitabı:  Aşıq  Əsəd  (toplama  və  tərtib), 
Bakı:  Elm,  1979  (B.Abdullayevlə);  “Cənubi  Azərbaycan  ədəbiyyatı  antologi-
yası” kitabında “Cənubi Azərbaycan folkloru” bölümü (tərtib), Bakı: Elm, 1981; 
Ərəb nağılları, Ərəb dilindən rus dilinə tərcümə, Şərq almanaxı, XIII buraxılış, 
1984;  Allah  yıxdığı  evi  qızlar  tikər”  (O.Əliyevlə  birlikdə),  Bakı:  Yazıçı,  1994, 
Məmmədvəli  Qəmərli,  Atalar  sözü  (transliterasiya  və  nəşrə  hazırlamaq),  Bakı: 
Səda,  2003;  Mirzə  Abbas  Abbaszadə.  “Arvad  ağısı”  (ön  söz, transliterasiya  və 
nəşr);  Bayatılar  və  manilər,  Transliterasiya,  ön  söz  və  sözlüyün  müəllifləri, 
Bakı,  Səda,  2004;  “Arvad  ağısı”(A.Xürrəmqızı  ilə  birlikdə),  Bakı,  Səda,  2004, 
50-dən artıq tezis və elmi məqalənin müəllifidir. 
2014-cü  il  noyabr  ayının  11-də  gözəl  alim,  qayğıkeş  bir  insan,  yorulmaz 
tədqiqatçı olan Rza Xəlilovun 70 yaşı tamam oldu. Bu yaş insan ömrünün müd-
riklik çağıdır. Biz şərəfli bir alim ömrü yaşayan bu müdrik insanı – Rza müəlli-
mi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cavanlıq eşqi, işlərində daha 
böyük  uğurlar  arzu  edirik.  Əminik  ki,  Rza  müəllim  bundan  sonra  da  yeni-yeni 
tədqiqat əsərləri, kitabları,  məqalələri  ilə bizləri sevindirəcək, Azərbaycan  folk-
lorşünaslığını  və  şərqşünaslığını  daha  da  zənginləşdirəcəkdir.  70  yaşınız müba-
rək, Rza müəllim! 
 
Tahir  Orucov 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA Folklor İnstitutunun 
aparıcı elmi işçisi 
e-mail: tahiroruclu@gmail.com 
 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     160 
 
 
 
 
 
REDAKSİYAYA TƏQDİM OLUNAN YAZILARIN NORMATİV 
QAYDALARI 
 
1.  Elmi-ədəbi  toplumuz  “Dədə  Qorqud  kitabı”nın  poetika,  mətnşünaslıq, 
ideya-məzmun  problemlərinin  tədqiqi  istiqamətində  aparılan  və folklorun  müx-
təlif elmi-nəzəri, praktik məsələlərini əhatə edən, heç yerdə çap olunmamış yük-
sək elmi səviyyəli araşdırmaları və eləcə də yazıya alınmış yeni folklor nümunə-
lərini çapa qəbul edir. 
2. Məqalələr Azərbaycan dilində qəbul olunur. 
3. Redaksiyaya təqdim olunan məqalələrin həcmi 15 səhifədən artıq olma-
malıdır. 
4. Redaksiyaya təqdim olunan məqalələrdə müəllifin adı, soyadı, iş yeri və 
e-mail ünvanı göstərilməli, xülasə və açar sözlər verilməlidir. 
5. Xülasə 100, açar sözlər 10 sözü keçməməlidir.  
6.  Şəkillər,  rəsm,  not,  qrafik  və  cədvəllər  çapda  düzgün,  aydın  çıxacaq 
vəziyyətdə olmalıdır. 
7. Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kod-
laşdırılmalıdır. 
8.  Məqalələr,  xülasə  və  açar  sözlər  Winword  proqramında,  Times  New 
Roman  şrifti,  14  punto  böyüklüyündə  yazı  tipi ilə  yazılaraq  diskdə  və  A4  vərə-
qində təqdim olunmalıdır. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     161 
 
 
MÜNDƏRİCAT 
 
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar 
Vahid ADİL ZAHİDOĞLU. “DƏDƏ QORQUD KİTABI”NDAKI  İKİ  SOY-
LAMA HAQQINDA.......................................................................................................3 
 
Folklorşünaslıq: problemlər, tədqiqlər 
Fikrət TÜRKMƏN. İPƏK YOLUNUN ANADOLU VƏ TÜRKMƏNİSTAN 
MƏDƏNİ ƏLAQƏLƏRİNDƏKİ ROLU....................................................................24 
Şirin BÜNYADOVA. MİSGİN  ABDAL  YARADICILIĞINDA  MADDİ  MƏ-
DƏNİYYƏT ÜNSÜRLƏRİ..........................................................................................32 
Avtandil  AĞBABA.  AŞIQ  SÜMMANİ  HAQQINDA  RƏVAYƏTLƏR  VƏ 
HƏQİQƏTLƏR.............................................................................................................42 
Mətanət YAQUBQIZI. ƏSKİ DÜŞÜNCƏ – SİMVOL – HƏQİQƏT..............48 
Qalib SAYILOV. DASTANLARDA VAHİD ALLAH İNANCI.....................56 
Aygün  QASIMOVA.  POETİK  EL  MÜDRİKLİYİNİ  ŞƏRTLƏNDİRƏN 
AMİLLƏR.....................................................................................................................66 
Elçin  QALİBOĞLU  (İMAMƏLİYEV).  ASTRAL  DÜNYANIN  YARADIL-
MASI İLƏ BAĞLI MİFLƏR VƏ ƏFSANƏLƏR......................................................73 
İlhamə ƏHMƏDOVA. MİLLİ ƏXLAQ VƏ DAVRANIŞ NORMALARI TA-
RİXİ KİMLİK GÖSTƏRİCİSİ KİMİ........................................................................81 
Xəzangül  MƏMMƏDOVA.  H.ZEYNALLININ  “AZƏRBAYCAN  ATALAR 
SÖZÜ” KİTABI............................................................................................................89 
Cəmilə  İSBƏNDİYAROVA.  KLASSİK  ƏNƏNƏ  VƏ  XX  ƏSR  AZƏRBAY-
CAN MƏHƏBBƏT DASTANLARI............................................................................97 
Sevinc  ƏLİYEVA.  HEYVANLAR  HAQQINDA  NAĞIL  VƏ  TƏMSİLLƏR 
FOLKLOR ARAŞDIRMALARINDA......................................................................107 
Günay ORUCZADƏ. XX ƏSRDƏ YAZILI ƏDƏBİYYATLA FOLKLORUN 
ƏLAQƏSİ....................................................................................................................117 
             
Azərbaycan folklorundan yeni nümunələr 
QƏRBİ AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ. Nailə ƏSKƏR...................124 
 
Qardaş türk folkorundan 
TÜRKMƏN LALƏLƏRİ. Qumru ŞƏHRİYAR........................................................135 
 
Rəylər 
OĞUZNAMƏ HAQQINDA ARAŞDIRMA. Almaz HƏSƏNQIZI.........................146 
YADDAŞIN TƏNTƏNƏSİ. Tahir Orucov................................................................151 
 
Folklorşünas təqvimi 
GÖZƏL ALİM, QAYĞIKEŞ İNSAN. Tahir  Orucov..............................................157 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     162 
 
 
 
CONTENTS 
Gorgud studying: investigations, discoveries 
Vahid ADIL ZAHIDOGLU. ABOUT TWO FRAGMENTS WRITTEN IN 
VERSE IN THE “BOOK OF DADA GORGUD” ......................................................3 
 
Folk-lore studies: problems, researches 
Fikret TURKMEN. THE ROLE SILK ROAD  IN ANATOLIA AND 
TURKMENISTAN CULTURAL RELATIONS........................................................24 
Shirin BUNYADOVA.  MATERIAL CULTURE IN THE WORKS OF 
MISKIN ABDAL...........................................................................................................32 
Avtandil  AGHBABA.  LEGENDS  AND  TRUTHS  ABOUT  ASHUG  SUM-
MANI..............................................................................................................................42 
Matanat  YAQUBQIZI.  AN  ANCIENT  MIND  –  THE  SYMBOL  –  THE 
TRUTH..........................................................................................................................48 
Galib SAYILOV. THE BELIEF OF ONE ALLAH (GOD) IN EPOSES.......56 
Aygun QASIMOVA. POETİC FOLK WISDOM FACTORS.........................66 
Elchin  GALIBOGLU  (IMAMALIYEV).  MYTHS  AND  LEGENDS  ABOUT 
THE CREATION OF ASTRAL WORLD.................................................................73 
Ilhame  AHMADOVA.  NATIONAL  MORALS  AND  BEHAVIOR  NORMS 
AS THE HISTORICAL INDICATORS OF HISTORICAL PERSONALITY......81 
Khezangul MAMMADOVA. THE BOOK “AZERBAIJAN PROVERBS” BY 
HANAFI ZEYNALLI...................................................................................................89 
Jamila ISBANDİYAROVA. CLASSICAL TRADITION AND AZERBAIJAN 
LOVE EPOSES OF THE 20
TH
 CENTURY................................................................97 
Sevinj    ALIEVA.  THE  MAIN  SCIENTIFIC  DIRECTION  AND  PRINCIP-
LES  OF  TALES  ABOUT  ANIMALS  AND  FABLES  IN  FOLKLORE  INVESTI-
GATIONS....................................................................................................................107 
Gunay  ORUJZADE.  THE  RELATION  BETWEEN  FOLKLORE  AND 
WRITTEN LITERATURE IN THE 20
TH
 CENTURY............................................117 
 
New samples from Azerbaijan folk-lore............................................................124 
From fraternal Turkish folk-lore......................................................................135 
Reviev..................................................................................................................146 
From folk-lore life..............................................................................................157 
 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     163 
 
 
СОДЕРЖАНИЕ 
 
Горгудистика: поиски, открытия 
Вахид АДИЛ ЗАХИДОГЛУ. О ДВУХ СТИХОТВОРНЫХ ОТРЫВКАХ В 
«КНИГЕ ДЕДЕ КОРКУТА»........................................................................................3 
 
 
Фольклористика: проблемы, исследования 
Фикрет ТУРКМЕН. РОЛЬ ШЕЛКОВОГО ПУТИ В РАЗВИТИИ КУЛЬ-
ТУРНЫХ СВЯЗЕЙ МЕЖДУ АНАТОЛИЕЙ И ТУРКМЕНИСТАНОМ..........24 
Ширин БУНЯДОВА. МАТЕРИАЛЬНАЯ КУЛЬТУРА В ТВОРЧЕСТВЕ 
МИСКИН АБДАЛА....................................................................................................32 
Автандил АГБАБА. ЛЕГЕНДЫ И ИСТИНЫ ОБ АШУГЕ  
СУММАНИ..................................................................................................................42 
Матанат ЯГУБГЫЗЫ. ДРЕВНЫЙ ОБРАЗ МЫШЛЕНИЯ - СИМВОЛ - 
РЕАЛЬНОСТЬ.............................................................................................................48 
Галиб САИЛОВ. ЕДИНОБОЖЬЕ В ДАСТАНАХ (ЭПОСАХ) ................56 
Айгюн  ГАСЫМОВА.  ФАКТОРЫ  ПОЭТИЧЕСКОЙ  НАРОДНОЙ  МУД-
РОСТЬИ........................................................................................................................66 
Эльчин ГАЛИБОГЛЫ (ИМАМАЛИЕВ). МИФЫ И ЛЕГЕНДЫ СВЯЗАН-
НЫЕ С ЗАРОЖДЕНИЕМ АСТРАЛЬНОГО МИРА............................................73 
Илхаме  АХМЕДОВА.  НАЦИОНАЛЬНАЯ  НОРМА  ВОСПИТАНИЯ  И 
ПОВЕДЕНИЯ КАК ИСТОРИЧЕСКИЙ ПОКАЗАТЕЛЬ....................................81
 
Хазангюль  МАМЕДОВА.  КНИГА  ХАНАФИ  ЗЕЙНАЛЛЫ  «АЗЕРБАЙ-
ДЖАНСКИЕ ПОСЛОВИЦЫ».................................................................................89 
Джамиля ИСБЕНДИЯРОВА. КЛАССИЧЕСКАЯ  ТРАДИЦИЯ И  АЗЕР-
БАЙДЖАНСКИЕ ЛЮБОВНЫЕ ДАСТАНЫ (ЭПОСЫ) ХХ ВЕКА.................97 
Севиндж  АЛИЕВА.  СКАЗКИ  О  ЖИВОТНЫХ  И  БАСНИ  В  ФОЛЬ-
КЛОРНЫХ ИССЛЕДОВАНИЯХ..........................................................................107 
Гюнай ОРУДЖЗАДЕ. СВЯЗЬ ФОЛЬКЛОРА С ПИСЬМЕННОЙ ЛИТЕ-
РАТУРОЙ В XX ВЕКЕ.............................................................................................117 
 
Новые образцы Азербайджанского фольклоре...........................................124 
Из тюркского фольклора................................................................................135 
Рецензии..........................................................................................................146 
Из жизни фольклора.....................................................................................157 
 
 
 
 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     164 
 
 
 
 
 
 
Bakı, “Nurlan” nəşriyyatı, 2015 
 
 
Ədəbi işçilər: 
Sənubər Kərimova 
Nail Qurbanov 
Qumru Şəhriyar 
 
Nəşriyyat direktoru: 
Elşən Hətəmzadə 
 
Operator: 
İlahə Qurbanova 
 
Kompüter tərtibçisi: 
Ramin Abdullayev 
 
 
Kağız formatı: 60/84 32/1 
Mətbəə kağızı: ¹1 
Həcmi: 164 səh. 
Tirajı: 400 
Qiyməti müqavilə ilə 
 
Toplu “Nurlan” nəşriyyat-poliqrafiya mərkəzində hazır diapozitivlərdən 
ofset üsulu ilə çap olunmuşdur. 
 
Toplunun üz qabığındakı şəkil: Mirzəxan Qafarovun 
“Dədə Qorqud” lövhəsi 
 
Ünvan: Bakı, 370004, 8-ci Kiçik Qala döngəsi, 31 
Tel: 492-93-14; Fax: 492-93-14 
E-mail ünvanı: 
dede.qorqud.11@mail.ru
 
 

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə