Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə63/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     144 
 
 
Ilerimiz bagmydyr 
Üsti kese dagmydyr, 
Asmandaky ak guşlar 
Meniň joram sagmydyr. 
 
Gözel ýaşlyk çagymyz 
Bagy-bossan bagymyz, 
Türkmen ilim bagtlydyr 
Mugtdyr, duzy-gazymyz. 
 
Müň kerem Biribara 
Myhman gelýär Diýara, 
Dost-doganlyk ýol açar 
Ýakynlaşdy daş ara. 
 
Halallykdyr ýolumyz 
Uzar barha golumyz, 
Dünýä türkmenlerinde 
Şan-şöhratly ilimiz. 
 
 
 
 
 
Depä çykasym gelýär 
Desse bogasym gelýär, 
Desse boýly jan jora 
Seni göresim gelýär. 
 
Depe depeden beýik 
Depeden iner keýik, 
Meniň türkmen döwletim 
Hemme döwletden beýik. 
 
Çykdym depäň üstüne 
Dogan gördüm dessine, 
Dogan orak orýança 
Saýa boldum üstüne. 
 
Gayalar gayasynda 
Daglaryng gayasynda, 
Mening didam dynch alar 
Gullering sayasynda. 
 
Agach agaja bakar 
Arasyndan suw akar. 
Merding bolan yerinde 
Namartlara kim bakar!? 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     145 
 
 
Rəylər 
 
 
OĞUZNAMƏ HAQQINDA ARAŞDIRMA 
 
Məlumdur ki, sovet siyasi rejiminin senzura sisteminin basqısı nəticəsində 
Azərbaycanda uzun illər folklorşünaslıq sahəsində milli məfkurəyə söykənən bir 
sıra mövzular diqqətdən kənarda qalmışdır. Çünki sovet ideoloqlarının da yaxşı 
bildiyi  bir  həqiqət  vardı  –  Mirzə  Bala  Məmmədzadənin  (1898-1959)  sözlərilə 
desək: “Millətlərin oyanış, yüksəliş və düşüş tarixləri göstərir ki, milli xüsusiy-
yətlərini və milli kültürlərini qoruyub yaşatmağa müvəffəq olan hər millət, gec-
tez milli bir dövlət qurmağa namizəddir. Milli xüsusiyyətlərini və milli kültürlə-
rini  itirmiş  olan  millətlər,  milli  mənliklərini  və  ilham  alacaq  milli  qaynaqlarını 
da itirmişlər deməkdir. Bu kimi millətlərin gələcəyi yoxdur. Onlara ölmüş nəzə-
rilə baxmaq lazımdır” (5, 572).  
Azərbaycanın öz müstəqilliyini  yenidən bərpa etməsi  xalqın  milli  mənsu-
biyyətinin,  qədim  mədəniyyətinin,  dövlətçilik  ənənəsinin,  cahangirlik  tarixinin 
göstəricisi olan tədqiqatların aparılması üçün geniş imkanlar yaratdı.  
Qeyd etmək lazımdır ki, dünya xalqlarının bir çoxu öz tarixi keçmişilə bağlı 
yaratdığı nümunələrdə əcdadını vəsf etmiş, soy-kökü ilə bağlı iftixar duymuş, bəzən 
dədə-babalarını ideallaşdıraraq, onları fövqəltəbii qüvvələrlə bağlamağa çalışmışlar. 
Görkəmli alim Mirzə Kazım bəy (1802-1870) “Firdovsi əsərlərində fars əsatiri” adlı 
məqaləsində bu barədə yazır: “Müasirlərinin və xələflərinin hisslərini riqqətə gətir-
mək  üçün  qədim  insanlar  öz  əcdadlarının  ləyaqəti,  qəhrəmanlıq  və  ecazkarlığı 
haqqında təsəvvürləri şişirtməkdən çəkinməmişlər” (7, 308). 
Düşündürücü bir qənaətdir. Dünya mədəniyyətinin inkişafının bütün mər-
hələlərində  əcdadlar  haqqında  düşünmək,  fikir  yürütmək  insanı  riqqətə  gətirən 
əsas amillərdən biri olmaqla yanaşı, həm də öz xalqı üçün ən mühüm xidmət ki-
mi  dəyərləndirilməlidir.  Bu  mənada  filologiya  üzrə  fəlsəfə  doktoru  Əfzələddin 
Əsgərin “Oğuznamə yaradıcılığı” əsəri diqqəti cəlb edir. 
Tədqiqat, adından da göründüyü kimi, oguz əcdadlar haqqında epik poetik 
mətnlərin  –  “gənclər  üçün  Quran  ayəsinə  dönməli  olan”  (6,3)  oğuznamələrin 
təhlilinə həsr edilmişdir. Lakin  müəllif daha dəqiq bir araşdırma aparmaq  məq-
sədilə oğuznamələrdə vəsf olunan oğuz elinin tarixi mənzərəsini yaratmış, ardın-
ca  oğuzlarla  türkmanları  bir  etnos  olaraq  differensiallaşdırmışdır.  Oğuznaməni 
bu kontekstdə araşdıran müəllif onun türkman eli mühitində oğuz əcdadlar haq-
qında dastanlar kimi yaranması fikrini irəli sürmüşdür: “Bir etnosiyasi birlik ola-
raq oğuzlar, doğrudan da, türkmanların əcdadı idi. Onlar bu tarixi hadisəni epik 
hadisəyə çevirib öz əcdadları olan oğuzlar haqqında dastanlar yaratdılar” (1,53).  
Qeyd edək ki, müəllif Oğuznamənin yaşadığı etnik mühitlə funksional əla-
qələrini,  buradan  da  epik  semantikasını  üzə  çıxarmışdır.  Tədqiqatçının  Oğuz-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     146 
 
 
namə  yaradıcılığının gedişatını  izləyə  bilməsi də onun Oğuznamənin  etnik  mü-
hitini aydınlaşdırması  hesabına  mümkün olmuşdur. Təsadüfi deyil ki, araşdırıcı 
Oğuznamə yaradıcılığının gedişatını türkman etnik mühiti içərisində gedən pro-
seslər kontekstində öyrənmişdir. 
Maraqlıdır  ki,  kitabda  “oğuz”  sözü  ilə  yanaşı,  “kayı”,  “yiqdir”,  “alayunt-
lu”, “çaruqluq”, “bayat” və s. kimi etnonimlər haqqında da mülahizələr irəli sü-
rülmüş, Oğuz elinin (oxu: Oğuz dövlətinin) siyasi meydana çıxışı Göytürk döv-
lətinin süqutundan sonrakı mərhələ ilə bağlanmışdır.  
Ə.Əsgər Fəzlullah Rəşidəddinin “Cami-ət təvarix” (XIII) və Əbülqazi Ba-
hadır  xanın  “Şəcəreyi  tərakimə”  (XVII),  eləcə  də  başqa  oğuznamə  mətnlərini 
şifahi ənənəyə münasibətdə təhlil etmiş və onların mətn xüsusiyyətlərini üzə çı-
xarmışdır. 
Kitabda  Oğuznamə  mətnləri  təsnif  edilərək  dörd  qrupa  ayrılmış  (Təsvir 
üsulu  ilə  yaranmış  müəllif  mətnləri;  şifahi  ifadan  yazıya  alınan  mətnlər;  tərtib 
üsulu  ilə  yaranmış  mətnlər  və  epik  ədəbiyyat), onların  hər  biri  haqqında  ətraflı 
şərhlər verilmişdir. Artıq uzun illərdən bəri elmi ictimaiyyətin müzakirə obyekti 
olan “Dədə Qorqud” oğuznamələri, oradakı  boyların sayı, sırası, onların  yazıya 
alınması, nüsxələri ilə bağlı çox düşündürücü təhlillər aparılmışdır. 
Müəllif  oğuznamələrin  yaradıcısı  və  ifaçısı  olan  ozan  sənətini  də  diqqət-
dən kənarda qoymamışdır. Mötəbər qaynaqlara və türk dastan ifaçılığının ümu-
mi qanunauyğunluqlarına söykənən araşdırıcı ozan sənətinin xüsusiyyətləri haq-
qında  müəyyən  təsəvvür  yaratmağa  nail  olmuşdur.  Eyni  zamanda,  tədqiqatda 
Oğuznamənin  poetik  formasının  şifahi  ifaya  münasibətdə  öyrənilməsinin  gə-
rəkliyi irəli sürülmüş və bununla bağlı problemlərə diqqət yetirilmişdir.  
Tədqiqatında Ə.Əsgər Oğuznamənin süqutunu səfəvilərin hakimiyyətə gə-
lişi  və  bu  hadisənin  nəticəsində  türkman  etnosisteminin  dağılması  ilə  əlaqələn-
dirmişdir.  Müəllifə  görə,  bu  hadisə  ideoloji  sistemin  dəyişməsi  ilə  müşayiət 
olunmuş  və  beləliklə,  Oğuznamə  öz  dayaqlarını  itirərək  süquta  doğru  üz  qoy-
muşdur. 
Bu  araşdırma  bir  sıra  yeniliklərilə  folklorşünaslığımız  üçün  mühüm  əhə-
miyyət kəsb edir. Əvvəla, müəllif tədqiqatında qədim abidələrlə bağlı gələcəkdə 
aparılacaq  araşdırmalar  üçün  açar  rolunu  oynayacaq  bir  sistemin  əsasını  qoy-
muşdur. İlk baxışda oxucuya elə gələ bilər ki, kitabın strukturunda fəsil, yarım-
fəsil və paraqrafların sayı çoxdur. Lakin təhlilləri izlədikcə, bu bölgü sisteminin 
məhz müəyyən bir problemin həllini nəzərdə saxlamaq məqsədinə xidmət etdiyi 
ortaya çıxır. 
Araşdırmada  diqqət  çəkən  məsələlərdən  biri  də  onun  dilidir.  Son  illərdə 
bir  çox  hallarda  elmi  əsərlərin  içərisi  gərəksiz  terminlərlə  doldurulur  və  bu  da 
onun  dilini  lazımsız  yerə  ağırlaşdırır.  Ə.Əsgər  isə  Azərbaycan  dilinin  imkanla-
rından çox məharətlə istifadə edərək, əsərini axıcı, təmiz, eyni zamanda, elmi bir 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə