Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə64/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   61   62   63   64   65   66   67   68   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     147 
 
 
dildə yazmış və bununla da o, ağır elmi fikirlərin sadə şəkildə ifadə olunmasının 
mümkünlüyünü əyani şəkildə ortaya qoymuşdur. 
Müəllif  özündən  əvvəl  Oğuznamə  ilə  bağlı  həm  Azərbaycanda,  həm  də 
dünyada aparılmış tədqiqatlardan bəhrələnmiş, zəngin qaynaqlar əsasında  möv-
zunu  obyektiv  şəkildə  öyrənməyə  müvəffəq  olmuşdur.  Qeyd  etməliyik  ki, 
Ə.Əsgər müraciət etdiyi qaynaqlara yaradıcı yanaşmış, yeri gəldikcə, öz tənqidi 
mülahizələrini söyləməkdən çəkinməmişdir. 
“Oğuznamə  yaradıcılğı”  əsərinin  ən  böyük  məziyyətlərindən  biri  də  odur 
ki, müəllif dilçiliklə bağlı tədqiqat aparan araşdırıçıların marağına səbəb ola bi-
ləcək  bir  sıra  problemlər  qaldırmışdır.  Oğuzlarla  türkmanları  bir  etnos  olaraq 
differensillaşdıran  müəllif türkmanların  etnik tərkibinə  nəzər salmışdır. Onların 
tərkibinə oğuzlardan əlavə, qıpçaq, karluk, uyğur və başqalarından da müəyyən 
qrupların  qatılmasına  diqqət  yetirmişdir.  Ardınca  “oğuz  qrupu”  adı  ilə  təqdim 
olunan dillərdə qıpçaq, karluk, uyğur dil ünsürlərinin  varlığına əsaslanaraq, on-
ların  “oğuz”  deyil,  “türkman  qrupu”  adlandırılmasını  təklif  etmişdir.  Beləliklə, 
yalnız bu məsələni qeyd etməklə qalmamış, onu əsaslandırmağa çalışmış və fik-
rimizcə, məqsədinə nail olmuşdur.  
Bundan əlavə, kitabın mühüm bir hissəsi türk-oğuz tayfaları ilə bağlı mə-
lumatlara həsr olunmuşdur. Burada tədqiqatçı bir sıra etnonimlərin – töles, niqü, 
türqiş,  kibir,  padar  və  s.  haqqında  geniş  təhlillər  aparmışdır.  Həm  bu  etnonim-
ləri, həm də onların bağlı olduqları yer adlarını – etnotoponimləri müasir adları 
ilə müqayisəli şəkildə şərh etmişdir (1, 35-40).  
Bütün deyilənlərdən görünür ki, bu əsər yalnız ədəbiyyatşünaslar, folklor-
şünaslar  üçün  deyil,  dilçilər,  xüsusən  onun  ən  az  öyrənilən  sahələrindən  biri  – 
onomastika ilə məşğul olan tədqiqatçılar və bütövlükdə türkoloqlar üçün dəyərli 
bir mənbə kimi həmişə diqqət mərkəzində qalacaqdır. 
Bir  məsələ  haqqında  isə  ayrıca  bəhs  etməyi  lazım  bilirik.  Məlumdur  ki, 
məşhur alim Əhməd Cəfəroğlu (1899-1975) Türkiyəni 1940-1951-ci illərdə qa-
rış-qarış gəzərək, çoxsaylı folklor materialları toplamış və onları doqquz kitabda 
nəşr etdirmişdir. Həmin silsilədən “Anadolu elləri ağızlarından dərləmələr. Van, 
Bitlis, Muş, Karaköşə, Əskişəhir, Bolu ve Zonquldaq elləri ağızları”(2) kitabın-
da  Türkiyənin  Zonquldaq  mahalında  yaşayan  Ayşə  Sülinin  dilindən  toplanan 
“Bol Börək” nağıl variantı da vardır. Həmin nağıl variant tərəfimizdən Azərbay-
can  dilinə  uyğunlaşdırılaraq,  2006-cı  ildə  “İki  dastan”  adlı  kitabda  (4,60-65) 
nəşr edilmişdir. “Bol Börək” nağıl variantı oxuculara təqdim edilərkən, bu mate-
rial müəyyən qədər təhlilə cəlb edilmiş, onunla “Dədə Qorqud”dakı “Qambürə-
nin oğlu Bamsı Beyrək boyu” arasında müqayisələr aparılmışdır. O zaman “Bol 
Börək”  nağıl  variantının  dastandakı  üçüncü  boydan  xeyli  fərqli,  daha  bəsit  bir 
şəkildə olması diqqətimizi cəlb etmişdi. Sevindirici haldır ki, “Oğuznamə yara-
dıcılığı”  əsərini  oxuyarkən,  bu  problemlə  bağlı  bir  çox  məsələlər  aydınlığa  qo-
vuşmuş oldu. Belə ki, Oğuznamənin süqutunun  mənzərəsini  yaradarkən, Ə.Əs-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     148 
 
 
gər  bu  problemi  professionallıqla  şərh  edərək  yazmışdır:  “Kitabi-Dədə  Qor-
qud”a  salınmış  on  iki  boydan  yalnız  dördü  XX  əsrə  özünü  çatdıra  bilmişdir: 
“Dəli  Domrul”,  “Basat",  “Qazan  xanın  evinin  yağmalanması”  və  “Bamsı  Bey-
rək”. Çoxsaylı oğuznamələrdən yalnız dörd boy!” (1, 272). 
Həmin dörd boyun yaşayan nişanələrilə bağlı Ə.Əsgər əsasən O.Ş.Gökya-
yın  tədqiqatlarına  istinad  edərək  maraqlı  təhlillər  aparmışdır.  “Bamsı  Beyrək” 
boyunun nağıl variantları müasir Türkiyə coğrafiyasının, demək olar ki, hər tərə-
findən  yazıya  alınmışdır”  (1,  276),  –  deyən  müəllif,  təəssüf  ki,  Cəfəroğlunun 
topladığı  variantdan  bəhs  etməmişdir.  Lakin  bu  boyun  rayihəsini  daşıyan  digər 
nağıl  variantlarla  bağlı  çox  dəyərli  təhlillər  aparmış,  qənaətlərini  sübuta  yetir-
məyə  müvəffəq  olmuşdur:  “Yaşlı  valideynin  övlad  həsrəti  və  ilahidən  verilən 
“şirin pay”, “axirət yoldaşı at”, qürbət ölkə və orada keçirilən zindan həyatı, qür-
bətdən dönüş və ərə verilən nişanlı, üstəlik oğul arzusu ilə gözləri tutulmuş vali-
deynlər, yeddi qızın ümidi cəngavər qardaş və s. türk qəlbini oynadan hadisələr-
dir. Bu hadisələrin “Bamsı Beyrək” boyundakı düzümü (kompozisiyası) isə türk 
folklorunun ən gözəl incilərindən birini yaratmışdı. Bu üzdən şifahi söz yaradı-
cılığının bu nadir incisinin uzun müddət öz aktuallığını saxlamasına təbii yanaş-
maq lazımdır” (1,276). 
Eyni  fikirləri Ə.Cəfəroğlunun topladığı  nağıl  variantı  haqqında da demək 
mümkündür. 
Xatırladaq  ki,  professor  Tofiq  Hacıyev  Murad  Acinin  “Qıpçaq  çölünün 
yovşanı”  əsərinə  həsr  etdiyi  “Qıpçaq  çölü  haqqında  elmi  ballada”  məqaləsində 
doğru olaraq  yazır:  “Qıpçaq çölünün  yovşanı” əsəri  bizə deyir ki,  hər türk xal-
qının tarixini öz oğlu yazmalıdır. Düz deyir. Türk xalqlarının və milli dövlətləri-
nin dünyaya təqdim olunan, dünya ensiklopediyalarına salınan tarixini  yadlar – 
özgələr  yazıblar  –  öz  xalqlarının  və  dövlətlərinin  mənafeyi  baxımından  təsvir 
ediblər. Türk xalqlarının tarixi bir-birindən təcrid olunmuş şəkildə öyrənilib; ona 
görə də ümumi kökə gedən yol həmişə qaranlıq qalıb” (3). 
Əminik ki, Azərbaycan xalqının soykökünə gedən yola işıq salan, əcdadı-
mızı bizə tanıdan, milli-etnik yaddaşımızı yaşadan “Oğuznamə yaradıcılığı” əsə-
ri elmi ictimaiyyətin diqqətini cəlb edəcəkdir. Şübhəsizdir ki, oğuznamələr əbədi 
aktual mövzu kimi hər zaman araşdırıcıların, xüsusən filoloqların diqqət mərkə-
zində olaraq qalacaqdır. Onlarla bağlı yazılan elmi əsərlər də oğuznamələrlə bir-
likdə yaşayacaqdır. 
 
ƏDƏBİYYAT 
 
1. Əsgər Əfzələddin. Oğuznamə yaradıcılığı, Bakı: Elm və təhsil, 2013, 340 s. 
2.  Caferoğlu  Ahmet.  Anadolu  İlleri  Ağızlarından  Derlemeler,  Van,  Bitlis,  Muş, 
Karaköşe, Eskişehir, Bolu ve Zonguldak illeri ağızları, Türk Dil Kurumu yayınları: 591, 
Ankara: Ankara Üniversitesi Basımevi, 1995, XXIII+ 288 s. 
3. Hacıyev Tofiq. Qıpçaq çölü haqqında elmi ballada, “Ədəbiyyat qəzeti”, Bakı: 
12 avqust 2005, № 32(3421) 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə