Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə68/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   61   62   63   64   65   66   67   68   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     156 
 
 
70 
Folklorşünas təqvimi 
 
 
 
 
 
 
Rza 
 Xəlilov  
 
  
GÖZƏL ALİM, QAYĞIKEŞ İNSAN 
 
Ən böyük kəşf insanın özündə olanı tapmaqdır. 
(V.Şekspir) 
Dünya şöhrətli aktyor Çarli Çaplinin oğlanlarının maraqlı 
bir xatirəsi var. Onlar yazırlar ki, atamız çəkdiyi, özünün də baş 
rolda oynadığı, bütün dünyanı gülməyə və onun haqqında ürək 
dolusu danışmağa məcbur edən məşhur səssiz filmlərini tez-tez 
evə gətirərdi. Biz də oturub bu filmlərə həvəslə və maraqla ba-
xardıq. Filmdə kadrlar dəyişdikcə atamız tez-tez onlara şərhlər, 
izahlar verər, xüsusi bir pafosla, həvəslə danışardı. Biz isə onda 
buna  adi  bir  hal  kimi  baxardıq.  Ancaq  o  vaxt  burasını  düşün-
məzdik ki, biz Çarli  Çaplinin səssiz  filmlərini onun elə öz səsində dinləyən az-
saylı adamlardanıq. 
Mən də 13 il bindan əvvəl – Rza müəllimi tanıdıqdan sonra, yəni onun sə-
mimiyyətlə,  qayğıkeşliklə  yoğrulmuş  xarakterinə  bələd  olandan,  onun  nurlu 
çöhrəsini,  insanlara  qarşı  təmənnasız  xeyirxahlığını  görəndən  sonra  Ç.Çaplinin 
oğlanlarının bənzər fikirlərini Rza müəllim haqqqında düşünmüşəm. Fikirləşmi-
şəm ki,  bizlər – AMEA  Folklor İnstitutunun əməkdaşları  və ümumiyyətlə, Rza 
müəllimi tanıyanlar, onunla ünsiyyət quranlar, onun əsl insan xüsusiyyətlərini və 
hər  bir  insana təmənnasız qayğısını,  xeyirxahlığını görən azsaylı  insanlardanıq. 
Çünki  Rza  müəllimin  parlaq  şəxsiyyəti,  böyük  insanlığı  və  hüdud  bilməyən 
alicənablığı  onu  tanıyanların  hər  biri  üçün  əlçatmaz  bir  zirvə,  əvəzsiz  bir 
nümunədir. O, yüksək əxlaqı  və kübar davranışları  ilə əsl  Azərbaycan kişisinin 
yüz  illəri aşıb gələn kristal  xarakterlərinə  malik çağdaş, eyni zamanda  “köhnə” 
bir kişi, qeyrətli bir vətəndaşdır. Rza Xəlilovun xarakterinə, eyni zamanda idraki 
düşüncə  tərzinə,  ilk  baxışdan  sezilməyən,  lakin  sonradan,  tədricən  müəyyənlə-
şən dərinlik və genişlik xüsusiyyəti də xasdır. 
 Rza Xəlilov Azərbaycan cəmiyyətinin elə  nadir  insanlarındandır ki, əmi-
nəm ki, onu tanıyan  istər gənc  nəsil,  istər orta nəsil,  istərsə də  yaşlı  nəsil onun 
insani  xüsusiyyətlərindən  nəyi  isə  özü  üçün  örnək  götürüb,  nəyi  isə  özü  üçün 
əxz edib.  


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     157 
 
 
 Rza müəllimin bu xüsusiyyətlərindən örnək götürən belə insanlardan biri 
elə  mən  özüm  olmuşam.  Mən  ondan  çox  az  insanda  gördüyüm  son  dərəcə 
qayğıkeşliyi  və diqqətcilliyi özüm üçün örnək götürmüşəm. Rza  müəllim gözəl 
alim,  qayğıkeş  və  xeyirxah  bir  insandır.  O,  təvazökar,  səmimi,  vicdanlı,  xeyir-
xah,  intizamlı,  əxlaqlı  və  mədəni  bir  insandır.  Onu  tanıyanların,  onunla  az-çox 
ünsiyyətdə olanların  hamısı,  şübhəsiz,  bununla razılaşar ki, bütün  bu sadalanan 
keyfiyyətlər Rza müəllimi xarakterizə edən başlıca cəhətlərdir. R. Xəlilov sabit, 
təmkinli, müdrik, eyni zamanda çox kövrək bir insandır. Ən müxtəlif situasiya-
larda,  ziddiyyətli  və  mürəkkəb  vəziyyətlərin  yarandığı  məqamlarda  belə,  Rza 
müəllimin  mənəvi  keyfiyyətləri,  insanlığı,  alicənablığı  və  qayğıkeşliyi  həmişə 
ön plana keçir. Məncə, söyləyəcəyim ən azı iki fakt Rza Xəlilovda bu cəhətlərin 
nə dərəcədə qabarıq şəkildə olduğunu əyani şəkildə sübut edə biləcək. 
Birinci fakt. İş elə gətirmişdi ki, 2003-cü ildə mənim namizədlik disserta-
siyası  üçün  götürdüyüm  elmi  işin  –  “Qaravəlli  janrının  poetikası”nın  yazılması 
üçün nəzəri məlumatlar son dərəcə az idi. Və mən bəzən dissertasiyadan bir ne-
çə  səhifə  yazmaq  üçün  həftələrlə  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitab-
xanasında,  AMEA  Mərkəzi  Elmi  Kitabxanasında,  BDU-nun,  ADPU-nun  Elmi 
kitabxanalarında  olurdum.  Mövzu  haqqında  kiçik  bir  nəzəri  məlumat  tapanda 
sevincimin  həddi-hüdudu  olmurdu.  Necə  deyərlər,  dissertasiya  işim  səhifə-sə-
hifə  yox,  az  qala  abzas-abzas  yazılırdı.  Demək  olar  ki,  bütün  Folklor  İnstitutu-
nun  əməkdaşları  bu  mövzunun  çətinliyini  bilirdi.  Bunu  bildiklərindən  bir  çox 
əməkdaşlar  və  dostlarım  məni  ruhlandırmağa  çalışır,  öz  məsləhətlərini  verir-
dilər. Onların içərisində mənə ən çox diqqət yetirənlərdən, məsləhət verənlərdən 
biri Rza müəllim idi. Belə məqamlarda mən Rza müəllimə artıq əziyyət vermək 
istəmədiyimdən  ondan  mənə  nəzəri  materialları  tapmaqda  kömək  etməsini  on-
dan xahiş etmirdim. Lakin buna baxmayaraq, o, mənim mövzuma aid material-
larla  rastlaşdıqca  qeydlər  götürür,  lazım  gəldikdə  isə  onların  surətini  çıxarıb 
mənə gətirirdi. Və hər dəfə də onları mənə verəndə məni ruhlandıraraq deyərdi: 
“Tahir,  narahat  olma,  mən  sənin  potensialına,  işgüzarlığına  bələdəm.  İnanıram 
ki, sən bu mövzunun öhdəsindən gəlib yaxşı bir iş ortaya qoyacaqsan”. Belə də 
oldu – mən bu çətin mövzunun öhdəsindən gəlib 2007-ci ilin 18 yanvarında, Rza 
müəllim kimi insanların və digər dəyərli dostların köməyi ilə namizədlik disser-
tasiyasını uğurla müdafiə etdim. 
İkinci fakt. Bilənlər bilir ki, mən xeyli vaxtdır ki, AMEA Folklor İnstitutu 
Həmkarlar  Təşkilatının  sədriyəm.  İşimin  peşə  xüsusiyyəti  ilə  əlaqədar  olaraq, 
əsas  fəaliyyətim  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  uyğun  olaraq 
işçilərin əmək hüquqlarını qorumaq və mədəni-kütləvi işləri həyata keçirməkdə 
İnstitut rəhbərliyinə kömək etməkdən ibarətdir. Digər tərəfdən, aztəminatlı işçi-
lərin  ehtiyacları  ilə  maraqlanmaq,  Təşkilata  ərizə  ilə  müraciət  etmiş  institut 
əməkdaşlarına  maddi  yardımlar  göstərmək,  onları  sanatoriya-kurort  müəssisə-
lərinə  yollayışlarla  təmin  etmək  də  Həmkarlar  Təşkilatının  sədri  kimi  mənim 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə