Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə67/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   61   62   63   64   65   66   67   68   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     154 
 
 
həmişə uyğun gəlmir. Əgər hadisələr arasındakı  fasilə  illərlə, onillərlə  hesabla-
narsa, bu, özünü daha aydın göstərir. Məsələn, İsa kişinin danışdığı “Şah İsmayıl 
Xətai”  hadisə-rəvayətində kitab  müəllifi  M.Çəmənli Teymurləngin oğlu Miran-
şahla  bağlı  söylənən  əhvalata  (səh.53)  və  yenə  həmin  yazıda  Şeyx  Cüneydlə 
bağlı danışılanlara(səh.54) elmi-tarixi baxımdan yanaşır və tarixi faktların uyğun 
rəvayətlər  fonunda  təhrif  olunmasına  yol  vermir,  elmi  dəlillərlə, tarixi  faktlarla 
belə meyllərin qarşısını alır. Oxşar məqama “İş ilahi deyəndi eyy!”(səh.63) yazı-
sında da rast gəlmək olar. Müəyyən məqamlarda xatirə-rəvayət müəllifinin dərin 
həyat  təcrübəsi  əldə  etməsi,  eləcə  də  cəmiyyətdə  baş  verən  müxtəlif  ictimai-
siyasi  hadisələr  bəzən  xatirə  müəllifini  bu  hadisələrə  əvvəlkinə  nisbətən  ayrı 
aspektdə  yanaşmağa  vadar  edir.  Xatirə-rəvayətlərin  əhəmiyyəti  yalnız  onların 
obyektiv qiymətləndirilməsi  ilə deyil, təsvir edilən hadisələrin əsl  mahiyyətinin 
şərhi ilə nəticələnir. Bu baxımdan belə yazılar çox böyük əhəmiyyətə malik olur 
və  əlavə  mənbə,  fakt,  bəzən  tarixi  sənəd  səviyyəsində  –  zəngin  informasiya 
mənbəyi kimi qiymətləndirilir.  
Xatirə-rəvayətləin,  memuarların  əsas  şəkli  nişanəsi  yaddaşdır.  Bir  termin 
kimi  «memuar»  tərcüməsi  «yaddaş»  olan  fransız  sözü  «memoire»dir  ki,  bu  da 
sözün  rusca  transkripsiyasından  ibarətdir.  Lakin  məsələ  yalnız  etimoloji  qay-
danın  nəzərə  alınmasında  deyil.  Səciyyə  etibarilə  memuarların,  xatirələrin  bir 
qaynaq kimi keçmişə aid özünəməxsus xüsusiyyəti, onun ilk mənbə kimi qəbul 
edilməsidir. Hələ Aristotel yaddaş və xatirə haqqında fikir yürüdərək belə hesab 
edirdi  ki,  yaddaş  keçmiş  təəssüratların  dərk  edilməsidir.  Xatirə  isə  öz  növbə-
sində,  şəxsi,  obyektiv,  bəzən  isə  subyektiv  düşüncədir.  Yaddaş  abstrakt  təfək-
kürlə  qismən  şəkil  vasitəsilə  bağlıdır.  Xatirə  isə  şəklin  mühitə  müəyyən  dərə-
cədə  aid  edilməsinin  dərk  olunmasıdır.  Bu  mənada  “Burdan  bir  atlı  keçdi” 
kitabında  yer  alan  “Qarabağın  maralı”,  “Azərbaycan”,  “Yurd  həsrəti”,  “Paxılın 
qəlbi qandır”, “Hacı belə Hacıydı”, ”Müdrik qoca”,”Halallıq” yazıları daha çox 
vətənə  məhəbbət  hissləri,  Azərbaycançılıq  ideyası  daşıyır  və  ibratamiz  həyati 
notlara  köklənir.  Adı  keçən  yazılardakı  yaddaş  idraki-psixoloji  bir  proses olub, 
bu  və  ya  başqa  dərəcədə  insan  şüurunun  bütün  aktlarında  iştirak  edir.  Çünki 
yaddaşsız insan, cəmiyyət, mədəniyyət, eləcə də ədəbiyyat yoxdur. 
 Məlum  həqiqətdir ki, bəzən  böyük  bir şəxsiyyət, tanınmış  bir  insan, şah, 
padşah, bəy, xan, ağa yaxşı vətəndaş ola bilmir. Pis vətəndaşın isə, sözün bütün 
anlamlarında və mənalarında, “Yaxşı İnsan” olması mümkün deyil. Ən azından 
ona görə ki, əsl  vətəndaşda  isani keyfiyyətlər –  ləyaqət, mənəvi saflıq, Vətənə, 
xalqa  məhəbbət  hissləri  qabarıq  görünməli,  bu  anlayışlar  onun  üçün  həyat 
amalına çevrilməlidir. Əks  halda  bu  insanın cəmiyyətdəki  hadisələrə, hər  hansı 
sosial-siyasi naqisliklərə, baş verən əyintilərə, ümumiyyətlə, ictimai münasibət-
lərə baxışları ya birtərəfli, subyektiv olacaq, ya da heç olmayacaq. Çünki insan-
cəmiyyət  münasibətlərindəki  gizli  riyakarlığı,  saxtakarlığı  heç  bir  zahiri  parıltı 
ilə pərdələmək, gizlətmək mümkün deyil.  


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     155 
 
 
 Özünü  “Əsl  vətəndaş”,  “Millət,  xalq  fədaisi”  kimi  göstərən,  hər  şeyi  öz 
çürük “alver” məntiqi ilə ölçən və beləliklə də xalqını, millətini yox, ancaq özü-
nü, ailəsini və onun toxunulmaz olduğunu təmin etdiyini düşünən adam əslində 
yanılır. Çünki belələri çox vaxt müəyyən həssas məqamlarda özləri də bilməyə-
rəkdən cılız daxili aləmlərini açır və bununla da bir növ öz çirkin  “mən”lərinin 
qurbanına  çevrilirlər.  Lakin  “Burdan  bir  atlı  keçdi”  kitabında  adları  keşən  Mir 
Möhsün  Nəvvab,  Məhəmməd  ağa  Müctəhidzadə,  Xurşudbanu  Natəvan,  Üzeyir 
Hacıbəyli,  Molla  Məhəmməd  Qarabaği,  Həmidə  xanım,  Nuru  paşa,  Əsədulla 
bəy, Xan əmi, Novruzlu İsgəndər, Sokrat Musayev və onlarla başqaları Qarabağ, 
eləcə də Azərbaycan tarixində əbədi olaraq qalan, silinməz izlər qoyan insanlar 
olmuşlar. Onlara həsr olunan xatirə-rəvayətlər digər yazılı  mənbələrdən keçmiş 
illərin,  hadisələrin, əhvalat və rəvayətlərin  yaddaşda dəqiq əksolunma üsulu  ilə 
fərqlənir.  Məhz  yaddaşın  köməyi  ilə  xatirə  müəllifləri  danışdıqları  hadisələrin 
incəliklərini və o insanların daxili aləminin dolğun təsviri vasitəsilə çox önəmli 
tarixi faktları oxucuları çatdırmış olurlar. 
Yaddaş  insanın  xarici  aləmlə  mürəkkəb  əlaqəsinin  nəticələrindən  biridir. 
Lakin  bu,  baş  vermiş  hadisələrin  passiv  inikası  deyildir,  o,  həm  də  insanın 
təcrübi  fəaliyyəti  ilə  əlaqədardır.  Bu  mənada  Mustafa Çəmənlinin  “Burdan  bir 
atlı  keçdi”  kitabına  daxil  edilmiş  xatirələrin  və  əhvalatların  əsasını  hadisələrin 
yaddaş vasitəsilə əks olunmasının fəal xüsusiyyəti təşkil edir. Lakin bu əksolun-
ma  keçmişin  tamamilə  eyni  olan  reproduksiyası  deyil,  xatirə,  memuar  müəllif-
lərinin –  Kərbəlalı İsa Musayev (İsa kişi), Səlim  Əzimov, Şəmil İsgəndərov və 
Qulam Ağayevin təcrübi fəaliyyətinə yönəldilmiş məqsədidir. Keçmiş hadisələr 
isə  əski  insan  təfəkkürü  ilə  sıx  bağlı  bir  proses  olub  şüurlu  olaraq  nəzərdə  tu-
tulmuş müəyyən məqsəd və məramın nəticəsində meydana çıxır. Bu isə əslində 
gələcəyi, gələcək arzu və amalları işarələmiş olur...  
 İnanırıq  ki,  istedadlı  qələm  sahibi,  zəngin  təxəyyülə,  geniş  intellektual 
səviyyəyə  malik  olan  Mustafa Çəmənli  bundan  sonra  da  bədii  dəyəri  yüksək, 
eləcə də cəmiyyəti maraqlandıran, eyni zamanda narahat edən problem məsələ-
lərlə zəngin olan yeni-yeni əsərləri ilə oxucularının və geniş ədəbi ictimaiyyətin 
görüşünə gələcək, onların bədii zövqünü oxşaya biləcəkdir. 
 
Tahir Orucov 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA Folklor İnstitutunun 
aparıcı elmi işçisi 
tahiroruclu@gmail.com 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə