Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə65/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   61   62   63   64   65   66   67   68   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     149 
 
 
4. Həsənqızı Almaz. İki dastan, Bakı: Azərnəşr, 2006, 120 s. 
5.  Mehmetzade  Mirza  Bala.  Sovyet  Azərbaycanında  türk  dilinin  ruslaştırma  ve 
imha siyaseti hakkında, “Kurtuluş”, Berlin: 1936, yıl 3, haziran, sayı 20, s.572-576 
6.  Mənzum  Oğuznamə  (Qədim  türk  dilindən  tərcümə  edən:İ.Osmanlı),  Bakı: 
“Ulu”İKF, 2005, 84 s. 
7. Kazem bek Mirza. İzbrannıe proizvedenie, Baku: Glm, 1985, 420 str.
 
 
Almaz HƏSƏNQIZI 
filologiya üzrə elmlər doktoru 
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 
e-mail: gunsel_gunsel@yahoo co.uk 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     150 
 
 
YADDAŞIN TƏNTƏNƏSİ 
(M.Çəmənli. Burdan bir atlı keçdi. Bakı,“Zərdabi LTD” MMC, 2014) 
 
 
 
 
  
 İnsan,  xüsusilə  onun  beyni,  yaddaşı  sanki  ilahi  bir  sirr,  bəşəri  bir  möcü-
zədir.  Bəzən  lap  uşaqlıqda  rastlaşdığımız  hansısa  hadisəni,  tanıdığın  bir  insanı 
və ya olduğun ixtiyari yeri, məkanı yada salır, anındaca göz önündə canlandırır, 
xəyalən o yerlərdə oluruq. Bəlkə də, elə ona görə müdriklərimiz “Ən sürətli nə-
dir?” sualına “İnsan yaddaşı, insan şüuru” cavabını veriblər. 
Tanınmış yazıçı, publisist, naşir Mustafa Çəmənlinin  “Burdan bir atlı keç-
di”  kitabını  oxuyandan  sonra  istər-istəməz  bu  fikrə  gəlməli  olursan.  Mustafa 
Çəmənlinin adı ədəbi ictimaiyyətə yaxşı tanışdır. Onun indiyədək qələmə aldığı 
“Mənim  dünyamın adamları”,  “İtirilmiş səs”,  “Xallı  gürzə”,  “Səs  qərib olmur”, 
“Fred Asif”,  “Nəğməli  xatirələr”,  “Muğam  dünyasının  Xanı”,  “Səsin ruhu”, 
“Oxu, gözəl”,  “Mən  olmayanda  dostum  ol”,  “Sənətkar  ömrünün  izləri”,  “Ruh-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     151 
 
 
ların  üsyanı”,  “Leyli  və  Məcnun”  –  100 il səhnədə”,  “Çahargah”,  “Şəmsəddin 
Eldəniz”,  “Məcnunun  Məcnunu”,  “Mübariz”,  “Ölüm mələyi”,  “Sənət  hekayə-
ləri”  və  s.  əsərləri geniş oxucu kütləsinin  rəğbətini  qazanıb.  Müəllifin  ədəbi 
aləmdə maraq doğuran belə kitablarından biri də “Burdan bir atlı keçdi” kitabı-
dır.  
Kitab,  əsasən,  dəyərli  el  ağsaqqalı,  fenomenal  yaddaşa  malik  olan  İsa  ki-
şinin  –  Kərbəlalı  İsa  Rüstəm  oğlu  Musayevin  danışdığı  xatirələr,  memuarlar, 
müxtəlif  rəvayət,  tarixi  hadisə  və  şəxsiyyətlərdən,  hünəri,  insanlığı  ilə  xalq 
arasında tanınan, sevilən insanlardan bəhs edir. İsa kişi 6 iyun 1930-cu ildə Ağ-
dam  rayonunun  Zəngişalı  kəndində  anadan  olub.  O,  nadir  yaddaşa,  zəngin  və 
geniş  dünyagörüşünə  malik  el  ağsaqqalı  olub.  Hətta  ziyalılar  məclisində  belə, 
kimsə ona irad tutmağa, onun sözünü kəsməyə cəsarət etməyib. Çünki o, ensik-
lopedik biliyə, zəngin məlumata sahib, möhkəm hafizəsi, nadir yaddaşı olan bir 
insan  kimi  tanınıb.  M.Çəmənlinin  “Burdan  bir  atlı  keçdi”  kitabında  İsa  kişinin 
öz  xatirələrindən,  eləcə  də  gördüyü  və  ya  müxtəlif  adamlardan  eşitdiyi  hadisə, 
əhvalat və rəvayətlərdən bəhs edilir. 
“Burdan  bir  atlı  keçdi”  kitabının  əvvəlində  sanki  bir  proloq  kimi  verilən 
“Yaddaşın  möcüzəsi”  yazısını  oxuyandan  sonra  bu  qənaətə  gəlmək  olur  ki, 
kitabın  sonrakı  bölmələrində  insan  yaddaşı,  yaddaşla  bağlı  hadisələr,  bir  sözlə, 
yaddaşın təntənəsi hakim olacaq. “Yaddaşın möcüzəsi” yazısı elə bil ki, kitabda 
sonra bəhs ediləcək mövzulara sanki bir mayak kimi işıq salır: ”Mən İsa kişinin 
ağsaqqallıq elədiyi yas məclislərində ibrətli söhbətlərinə çox qulaq asmışam, hə-
mişə  də  onun  yaddaşına,  nitqinin  zənginliyinə,  rəngarəngliyinə  heyran  olmu-
şam... Onun  söhbətləri  xalq  yaddaşının  bariz  ifadəsi deyilmi?  Biz  yeri düşəndə 
İsa  kişidən  misallar  çəkirik,  adamlar  onun  söhbətlərindən  doymurlar.Yaxşı 
olmazmı onun söhbətlərinin heç olmasa bir qismini yazıya köçürüm?” (“Burdan 
bir atlı keçdi”. səh.4) 
Kitaba  Mustafa Çəmənlinin  bir  neçə  il  ərzində,  əsasən,  el  ağsaqqalı  İsa 
kişinin  yaddaşından  qələmə  aldığı  xatirələr,  rəvayətlər,  tarixi  hadisə  və  şəxsiy-
yətlər haqqında söhbətləri daxil edilmişdir. Bu yazılar müxtəlif janrlarda olsalar 
da, onların hamısını ümumi bir cəhət birləşdirir: Yazıların hamısında ürəyi xal-
qı,  vətəni  üçün  daim  döyünən,  geniş  həyat  təcrübəsinə  və  dərin  müşahidə  qa-
biliyyyətinə malik olan əsl bir vətəndaşın, dünyagörmüş bir el adamının qəlbinin 
dərinliklərindən süzülüb gələn bir səmimiyyət, qəlbən el-obaya bağlılıq və eyni 
zamanda  xəfif  bir  nisgil  görünür.  O  səmimiyyət, o  bağlılıq,  o  nisgil  ki,  kitabın 
bütün  janrlardakı  yazılarında açıq-aydın duyulur və oxucunu öz ağuşuna alaraq 
kitabın sonunadək onu tərk etmir... 
Redaktoru Gülər Ələkbərqızı olan bu kitaba İsa kişinin-Kərbəlalı İsa Rüs-
təm  oğlu  Musayevin,  eləcə  də  Səlim  Əzimovun,  Şəmil  İsgəndərovun,  Qulam 
Ağayevin, Hüseyn Vəliyevin və kitabın müəllifi Mustafa Çəmənlinin 48 xatirə-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə