Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə59/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     131 
 
 
Deyir, ürəyimdə yaram var, 
Üsdə xal-xal qaram var. 
Aç ürəyim başını, 
Gör yammamış haram var. 
 
Belə  günnər  olub.  Anam  seyit  qızıydı,  keşdi  ürəhkeşmiyə.  Ürəyi  gedirdi, 
yıxılırdı da yerə. Anamı gəlif biri soruşurdu: Ay Püstə xala, filan şey filan olacax? 
Mənim  o  qardaşım  diriləcəh?  Nə  dilnən  danışırdı  bilmirəm,  qayıdıp  deyirdi,  yox, 
öləcəh, gedəcəh. O əlini  nəyə  vurardı,  Allahın  bini  bərəkəti... anası seydidiydi də-
dəsi  yox.  Dədəm  də  Abbasqulu  bəynən  xaloğluydu.  İki  bacı  –  biri  gedib  Abbas-
qulunun dədəsinə düşmüşdü, biri də mənim dədəmin dədəsinə düşmüşdü. 
Abasqulu bəy hər vaxd yayda gəlirdi, çadır qururdu bağın altında. İki arvadı 
varıydı.  Biri  Nazdı  xanım,  biri  Maçan  xanım.  Maçan  xanım  kürd  qızıydı,  Nazdı 
xanım  bizdərdəniydi.  Qızı  Tacıxanım  mənnən  yaşıdıydı.  Bir  Səryəsi  də  varıydı, 
onu heş görmədim. 
Üş  dənə  də  oğlu  varıydı.  Oğlannarın  adı  yadımnan  çıxıf.  Dədəmi,  bax  o 
kəndi-zadı  pütün  sürgün  elədilər  tuttular,  mənim  dədəmə  heş  nə  olmadı.  Saxlıyır 
da.  Biri  bir  söz  deyəndə  deyridi,  Abbasqulu  bəy  deyirdi,  tapançanı  takqıllatmağa 
adam  tapmırsınız,  mənim  üsdümə  takqılladırsınız?  Hər  yay  bağda  çadır  qurardı, 
gəzərdi.  Elə  olurdu,  bir  həfdə  gedirdi,  arvad-uşağı  qalırdı.  Onnan  sora  gəlirdi. 
Gələndə də həmməşə bir heyvan dədəm kəsərdi, arvad-uşağına verərdi.  
Necənçi ildə öldüyü yadıma gəlmir. Onu vurdular da, Qəmlo vurdu. Qəmlo... 
Ordan  yol  vardı,  keçirdi.  Bunların  kəndi  Baxçaçaya  gəlmişdi.  Dədəm  həmməşə 
deyirdi,  Qəmlo  mənim  xalam  oğlunu  burda  vurdu.  Qəmlo  vurmuşdu.  Kalbay 
İsmayıl  varıydı.  Getmişdi,  Abbasqulu  bəy  gedir  ki,  Kalbay  İsmayıl,  gəl  daşı 
ətəyinnən  dəvir,  qalxoza  gir.  O  da  deyir,  Abasqulu  bəy,  sənnən  çörəy  kəsmişəm. 
Mən indi durum malımı, heyvanımı aparım verim qalxoza. Desinnər Kalbay İsma-
yılın malı, heyvanı belə oldu. Elə şey olmaz. Qəmlo, kinoda görmüşəm e, Kalvayı, 
gəl,  vurum  bunu.  Deyir,  yox,  onnan  duz-çörəh  kəsmişəm,  olmaz.  Duz-çörəyi  itir-
mir. Elə ki, girriyir-girriyir, orda vurmuşdu. 
Dədəm  ordan  keçəndə  elə  ağlıyırdı  ki...  Deyirdi  mənim  xalam  oğlunu  bax 
burda vurdular, bax burda vurdular. Onnarın arvatdarını nə təhər görmüşəm, gəlir-
dilər.  Hərəsi  bir  at  minirdi,  nə  təhər  paltar  geyirdilərsə,  əyağının  uçunnan  başına-
can. Bir dənə gözdəri qalırdı, qollu-kışdı. Atdan düşənnən soora onu soyunurdular. 
Onda  mən  uşağıydım.  Abbasqulu  bəy  də  Vedidə  olurdu.  Mənim  atam  da  Vedidə 
olurdu. Soora köşdülər gəldilər Qarabağlar deyilən yerə. 
Mənim, bəlkə, yazaydılar, on dənə kitav olardı, yadımnan çıxıp, bala.  
 
Eləmi, bala dağı,  
Bürüyüf lala dağı. 
Bütün yaralar sağalsa,  
Sağalmaz bala dağı. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     132 
 
 
Ağ evlər, uca dağlar, 
Qar yağar tarma bağlar. 
Günnərim belə keşsə, 
Ürəyim yara bağlar. 
 
Yaralandım yanımnan, 
Kuşdar doymaz qanımnan. 
Elə dərdə tüşmüşəm, 
Bezar oldum canımnan. 
 
Mən yandım, ələm yandı, 
Cibimdə qələm yandı. 
Mən özümnən deyiləm, 
Kirədə balam qaldı. 
 
Deyri qəribəm, ağrir başım,  
Yanımda yox qardaşım. 
Vaxd gəldi, ötdü yaşım,  
Ağla, ana, ağla. 
 
Qərib gedər, yol itirər,  
Başına bala gətirər. 
Qərib ölsə, kim götürər, 
Ağla, ana, ağla. 
 
Qəribəm bu vətəndə,  
Qərif quşdar ötəndə. 
Qəribin vay halıdı 
Baş yasdığa yetəndə. 
 
Qədir Allah yazıları yazanda 
Əvvəl başda mənimkini yazıfdı. 
Dəryada balığa, havada kuşa, 
Mənimkini belə qara yazıfdı. 
 
Başına döndüyüm, ay Lələ Kərəm, 
Gözdərim tor gətdi, ürəyim vərəm. 
Dəryalar mürəkgəf, meşələr qələm, 
Alimlər yazdıxca dərdim var mənim. 
 
Dərdimi desəm dərt bilənə, 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     133 
 
 
Dərt başına gələnə. 
Dedim, qızım, çox etibar eləmə 
Hər üzünə gülənə. 
 
Dağlar başı ala qar, 
Alaçarpoy ala qar. 
Nə qədər qar yağmışdı,  
Yağmamışdı belə qar. 
 
 
Ağca Əliyeva Namaz qızı, 1924, Vedi, 22 yaşına qədər Vedidə yaşayıb. 
Salyan rayonu, Arbatan kəndi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     134 
 
 
Qardaş türk folkorundan 
 
 
TÜRKMƏN LALƏLƏRİ 
 
Türkmənlər VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, ba-
yat, bəydilli  boylarının  birləşməsi  ilə  meydana gələn Oğuz qövmlərindəndirlər. 
“Türkmən” etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə 
kəsinlik  qazanmışdır.  Qərb  tarixçiləri  türkmənləri  saf  qanlı  türk  adlandırdıqları 
kimi, bəzi müəlliflər də onları türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki 
Türkmənistan  böyük  tarixi  Türküstanın  ən  qədim  insan  yaşayan  bölgələrindən 
biridir.  Burada  aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur 
ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar
13
.  
Məşhur  orta  əsr  tarixçisi  Rəşidəddinə  görə,  “Oğuzların  Mavəraünnəhr, 
İran və  Azərbaycanda  nəsilləri  çoxalmış, digər  yerli türklərlə qaynayıb-qarışdı-
ğından  taciklər  onlara  “türk-manənd”,  yəni  “türkə  bənzər”  adını  vermişlər... 
Oğuzlar  “Türkmən”  adı  aldıqdan  sonra  digər  Türk  tayfaları  olan  qarluq,  xələc, 
qıpçaq,  kanqlı  və  uyğurlardan  ayrılmışlar”
14
.  Mahmud  Kaşğarlı  isə  müsəlman 
olan  qarluq,  çigil  və  yağmalara  da  əvvəllər  “türkmən”  deyildiyini  yazmışdır
15

Məşhur  macar  alimi,  türkoloq  Rasonyi  türkmənləri  “müsəlman  Oğuzlar”  deyə 
adlandırmış  və  göstərmişdir  ki:  “İsık-göl  tərəfində  türkmənlər  –  müsəlman 
Oğuzlar  və  qarluklar  yerləşmişdilər...  Bugünkü  Türkmən  oymaq  adlarının  bir 
çoxu qədim Oğuz oymaq adları ilə eyniyyət təşkil etdikləri üçün türkmənləri də 
oğuz saymamız gərəkir”
16

Türkmənləri  dünyaya  tanıtdıran  ən  böyük  şəxsiyyət  Səlcuq  bəy  və  onun 
övladları olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan 
Səlcuq bəy digər peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxan-
lılarla  savaşmış,  Qəznəviləri  məğlub  etdikdən  sonra  tarixdə  məşhur  Səlcuqilər 
dövlətini  qurmuşdur.  XI  əsrdən  XIV  əsrə  qədər  Türküstandan  Aralıq  dənizinə 
qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq bəyin oğulları Arslan, Yusif, 
Musa, nəvələri Toğrul, Çağrı,  nəticələri  Alp  Arslan, Məlik şah  və  başqaları  bir 
neçə dövlət qurmuş, bu dövlətlərdən bəziləri Böyük Səlcuqilər İmperatorluğuna 
tam bağlı olmuş, bəziləri isə müstəqil dövlətlər olmuşlar.  
Hal-hazırda türkmənlər Türkmənistan Respublikasının ərazisində məskun-
laşmışlar. Respublikasının ərazisi 488 100 kv.km, əhalisi təqribən 5 180 000 nə-
fərdir. Türkmənlərdən başqa ölkədə özbəklər (9,7%), qazaxlar (1,96%), tatarlar 
                                         
13
 İnternet saytı: http://az.wikipedia.org/wiki/Türkmənlər 
14
 Reşideddin. Cami üt-tevarih. Ankara 1960. səh. 352. 
15
 Mahmud Kaşğarlı. Divan, I, səh. 473. 
16
 Laszlo Rasonyi. Tarihte Türklük. Ankara 1971. səh. 137, 195, 196. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə