Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə58/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     128 
 
 
Çatıp baş-başa dağlar, 
Sizdə gəzən neçoldu? 
Dönəsiz daşa, dağlar. 
 
Bizim yerdə Dəvəli var. Gəldih Dəvəlidə töküldüh, onnan soora poyez gəldi. 
Mindih poyezə. Üş gün bilmirəm, dört gün, yol gəldih. Poyez dayana-dayana gəlir-
di. İçərdəydih, ancax qapını açırdılar, düşürdüh stansiyada, su-zad götürürdüh.  
 
Dağlar, mana qar göndər,  
Əsirgəmə, var, göndər. 
Ya dərdimə şəriy ol, 
Ya dərmanım var, göndər. 
 
Dağ ayrı, duman ayrı, 
Qaş ayrı, kaman ayrı. 
Həməşə cüt gəzərdih, 
Gəzəh bir zaman ayrı. 
 
Mən yandım, qələm yandı, 
Cibimdə ələm yandı. 
Mən özümnən dəyiləm, 
Fəxri deyir, bir
 
cavan nənəm yandı. 
 
Əsgərriyə alınannar, əsgərriyə cağrıldı, 
Ged, oğlum, əsgər ol gəl, erməni bizə yağıdı. 
Oyan, oxu, qüvvətdən, qırğı kimi şimşəhlən, 
Hər bir işə bələtdən, annaxlı bir can ol, gəl. 
Əsgər ol gənc yaşında, qızıl ulduz başında, 
Bir nişan döşündə bu kəndə təsbah ol, gəl. 
Fəxri, mən səni salıram yola gözlərim dola-dola, 
Tapşırıram Allaha, mən gedəcəm başqa yola. 
 
Fəxri başdadı ağlamağa ki, yox, getmə başqa yola. 
Gəldih  Dəvəliyə,  Dəvəlidən  mindih  poyezə,  poyezdən  gəldih  düşdüh.  Bizi 
payladılar.  Gəldih  Səlyan  rayonu,  Arbatan  kəndinə.  Payladılar  evlərə.  Payladılar 
evlərə,  biz  gəldih  düşdüh,  Məmmətnağı  kişi  var  idi,  Allah  rəhmət  eləsin,  yaxşı 
kişiydi,  düşdüg o  evə.  Elə  üş  göz  evi  var  iydi,  birində  anasıynan  bir  topal  qardaşı 
var iydi, o qalıdrdı. Birini verdi bizə, birində də özdəri. 
Biz  çox  küflət  idiy  …  Üş  bacı,  iki  qaynım,  özüm,  iki  uşağım.  Bir  yorğanın 
altına üş yetim giridi. Zülmümüz bizim göyə çıxırdı.  
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     129 
 
 
Su gəldi liləndirdi, 
Baxcanı gülləndirdi. 
Dindirmə, qan ağlaram, 
Dərt məni dilləndirdi. 
 
Dərdimi dağa desəm daş əriyər. 
Hə,  məni  özünə  qız  götürmüşdü.  Qaynənəmi  çağırdı.  Dedi,  bura  gəl,  bacı, 
adın  nədi?  Dedi,  Sevildi.  Dedi,  Sevil  bacı,  bu  nəyindi?  Dedi,  gəlinimdi.  Yoldaşı 
əsgərdi. Bu qızdarımdı, bu da oğlannarım. Dedi, böyünkü günnən bu mənim qızım, 
onnar da bacımın balası, sən də mənim bacım. Bax belə, nətəər deyim, bizə, elə bil, 
ata kimi baxdı. Soora evlər bölünəndə onun evinnən başqa evə köçəndə mən dedim 
ki,  bu  qanovun  qırağındakı  evə.  Dedi,  yox.  Gəldi  o  yurdu  götdü.  Dedi  qızım 
töyoğun  olacax,  cücən  olacax,  malın  olacax,  bura  yaxşıdı.  Bax  suyu  da  başının 
üstündə. Bura yaxşıdı. Seşdi, Allah rəhmət eləsin ona. Elə ki mən ağlıyırdım, onun 
bir  oğlu  variydi,  Allah  rəhmət  eləsin,  Mətləb.  Mənim  qucağımdakıynan  ikisi 
yaşıdıydı.  Ay  böyühlüyü  vardı,  aşmışdım  ikisini  də,  bəliyim.  Maa  dedi,  niyə 
ağlıyırsan? Dedim, ay dayı, bilmirəm, dədəm, anam yadıma düşüf.  
Bu  gedir  pavarota  şoferrərə…  Dədəmin,  anamın  adını  soruşur.  Dədənin  adı 
nədi?  Dedim  Namaz.  Ananaın  adı  nədi?  Dedim,  Püstə.  Gedir  ora  –  pavarota. 
Şoferrərə deyir ki,  hayana getsəniz - hansı kəndə, bu addı adam olsa, Namaz kişi, 
Püstə arvad - onun qızı Ağca Səlyan rayonu Arbatan kəndində Məmmətnağı kişinin 
evində qalır. Gedir. Orda bir şofer gedir Göycaya - bir dənə uşax çıxır belə. Uşağa 
deyir,  burda  Namaz  kişi  addı  adam  var?  Deyir  elə  orda  onnar  qalır.  Deyir,  get 
onnarı çağır.  
Gəlir  dədəmi  cağırır.  Deir  Ağca  addı  qızın  var?  Deyir,  hə.  Deyir,  Səlyan 
rayonu  Arbatan  kəndində  Məmmətnağı  kişinin  evindədi.  Deyir,  şofer,  səni  eldən 
buraxmaram,  götü  bizi.  Anam  da,  dədəm  də  minir  gəlir.  Uşaxları  aşmışam, 
bəliyirəm. Gördüm, belə eliyir: 
 
Səlyanın qırağıynan, 
Gül bişdim orağıynan. 
İtirdiyim balamı 
Tapbışam sorağıynan. 
 
Anam  bayatı  çəkir.  Deyirəm,  belə  başımı  qaldırdım,  anamdı  gələn.  Mən  də 
çığıra-çığıra uşaxları açıx qoydum, qaşdım onnara. Kişi evdən çıxdı.
 
Mən də onnarnan baravar qucaxlaşıf ağlaşırdım. Kişi çıxdı evdən. Şoferə pul 
uzadanda o şoferin ağlamağı hələ gözümün qabağındadı. İsdədi ki, şoferə pul verə. 
Şofer dedi, yox, vermişih. Şofer dizini qoyub yerə elə ağlıyır, elə ağlıyır. Nə qədər 
elədih, evə gəlmədi.  


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     130 
 
 
Dədəmi,  anamı  gətdi,  üş  gün  qonax  saxladı.  Bir  dənə  heyvan  kəsdi.  Üş  gün 
yedilər,  işdilər.  Gedəndə  də  apardı  yola  saldı.  Apardı  yola  saldı,  Allah  rəhmət 
eləsin. 
Ərim üç il sora əsgərrihdən gəldi.  
Çox adam qaldı. Qaldı, daldan da onnar gəldi. Daldakıları bir günə qoydular 
ki, ay bala, qabax gələn qazandı. Daldakilərin nəyi var, əlinnən aldılar. 
Gəldih. Yoldaşım əsgərrihdən gəldi. Kişi o evi verdi mana. Ordan da yurd götdü 
mana. Biz köşdüh. Gəldi, özü də  baxdı. Dedi,  yoldaşın  nə  vaxd gələcəh əsgərrihdən, 
onda  gələcəm.  Döölət  tikirdi  evləri.  Yaman  gündə  qalanını  da  özümüz  düzəldirdih. 
Yoldaşım  əsgərrihdən  gələndə  bir  də  gördüm  ki,  qoyunu  göndərib  qapıya  bir  dənə. 
Tutsun  erkəyi  kəssin,  axşam  gəlirəm.  Tutdux,  kəsdih,  pişirdim  .  Axşam  gördüm 
qardaşdarıdı,  özüdü,  anasıdı,  arvadıdı  gəldilər.  Gəldilər  gözaydınnığı,  mübarəhbasdı 
elədilər. Yedilər-işdilər, durdular çıxdılar getdilər. Elə o mana qızıldı.  
Soora  mənim  ikisi  varıydı.  Daldan  da  Tofiy  oldu.  Tofihdən  soora  Mehman 
oldu,  Mehmannan  soora  Nərman  oldu,  beş  oğul.  Daldan  qızdar  oldu.  Matan,  Ma-
tannan soora Məlahət.  
Kişi  bu  qəddir  gecə  qapılarda,  balnisələrin-zadın  qapılarında  yatıf  məni 
gözdüyüf  ki.  Atmış  il  yaşadıx.  Allah  ona  rəhmət  eləsin,  ölüm  mənimiydi.  Atmış 
ildə  mən  bir  dəfə  onnan  incimədim.  Deyim  ki,  məni  yedirdirdi-içirdidi,  paltar 
alırdı. Atmış ildə bir cüt corav almadı. Maaşını alırdı, gətirirdi verirdi. Maa pul ver 
deyirdim, yoxdu deyirdi. Canın sağ olsun, yoxdu, yoxdu. Bax budu, bax and olsun 
Allaha, belənci adamıydı.  
Rəhmətə getdiyi altı ilə girif. Deyirdim ki, xəstələndi, dedim, ay Əziz, qurban 
olum, sən ölmə e, mən ölüm. Dedi, sən ölsən, mən qiymətdən düşərəm.  
 
Deyirdim, ay Əziz, bağa girmərəm sənsiz, 
Gülün dərmərəm sənsiz. 
Bağda ahu mələsə, 
Bil ki, o mənəm sənsiz. 
 
Baxcada bağım ağlar, 
Bosdanda tağım ağlar. 
Nə qədər canım sağdı, özüm ağlaram, 
Ölənnən soora torpağım ağlar. 
 
Gecə-gündüz mən çəkirəm ahu-zar, 
Dərdə qarq olmuşam, qəmə girifdar. 
Dediyin sözdəri saxla yadigar, 
Üsdümə yağmasın nə yağış, nə qar, 
Saxlasan sözdərimi, xatirə qalar. 
 
Kaş o kişinin yerinə mən öləydim.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə