Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə55/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     120 
 
 
S.Ə.Şirvani,  S.S.Axundov,  A.Şaiq,  M.Ə.Sabir,  A.Səhhət,  R.Əfəndiyev,  F.Kö-
çərli kimi görkəmli şəxslərin ədəbi – pedaqoji  fəaliyyətinə diqqət etsək görərik 
ki,  onların  hamısının  tərbiyə  xarakteri  daşıyan  əsər  və  məqalələrinin  əsasında 
məhz xalqdan seçilib götürülən folklor materialı durmuşdur. Başqa sözlə desək, 
onlar məhz xalqın bu səpkidə, tərbiyə mövzusunda yaradılmış əsərlərini axtarıb 
seçmiş, yenidən canlandırmışlar. 
Ötən əsrin əvvəllərində ictimai həyatda baş verən hadisələrlə əlaqədar ola-
raq  folklor  ana  dili,  xalq  dili  məsələləri  ilə  sıx  bağlı  idi.  Şifahi  xalq  ədəbiyyatı 
ana dilinin, sadə  xalq dilinin əsas  mənbəyi  hesab  edilirdi. Bu dövrdə ana dilin-
dən söhbət düşəndə xalqımızın qabaqcıl övladları ,ilk növbədə, folklorun dilini – 
ana laylasının dilini irəli atırdılar. Bunu biz yazıçı və maarif xadimlərimizin həm 
bədii əsərlərində, həm də məqalələrində çox aydın şəkildə görürük. «Molla Nəs-
rəddin»in xalq ədəbiyyatına, demək olar ki, hər nömrəsində müraciəti, C. Məm-
mədquluzadənin «Anamın kitabı», «Kamança» pyeslərində folkloru, xalqın dün-
yagörüsü,  Ü.Hacıbəyovun  xalq  ədəbiyyatı,  xalq  musiqisi  əsasında  əsərlər 
yazması, uşaq yazıçılarımızın folklordan istifadə ilə yazılmış əsərləri, F.Köçərli, 
A.Şaiq,  R.Əfəndiyev,  Y.V.Çəmənzəminli  və  başqalarının  bir  sıra  məqalə  və 
məktubları məhz bəhs etdiyimiz bu məsələlərlə əlaqədar idi. 
XX əsr tarixə, eləcə də folklora, ədəbiyyata, mədəniyyət və incəsənətə öz 
tələbləri,  mürəkkəbliyi  və  ziddiyyətləri  ilə  qədəm  qoydu.  Bu  yüzillik  öz  dina-
mikliyi, vüsəti, mütərəqqi baxışları ardıcıl təbliğ etməsi, xalqı ictimai gerilikdən 
qurtarmağa  çalışması  ilə  yadda  qalan  bir  əsr  oldu.  Qələmin  müqqəddəs  vəzi-
fəsini xalqa xidmətdə görən Azərbaycan şair və yazıçıları C.Məmmədquluzadə, 
M.Ə.Sabir,  Ə.Haqverdiyev,  N.Nərimanov,  Y.V.  Çəmənzəminli,  Ü.Hacıbəyov, 
S.S.Axundov, A.Şaiq, S.Vurğun və b. bir amal – xalqının azadlığı, tərəqqisi uğ-
runda  birləşdilər.  Siyasi  həyat,  sinfi  mübarizənin  bütün  mövzuları  ədəbiyyatın 
başlıca obyektinə çevrilməyə başladı. “Azərbaycan tarixində bədii ədəbiyyat heç 
zaman XX əsrin əvvəlləri qədər günün zəruri, ictimai məsələləri ilə sıx əlaqədə 
olmamışdı. Bədii ədəbiyyat heç bir zaman bu məsələləri XX əsrdə olduğu dərə-
cədə  əhatə  etməmişdir.  Heç  bir  zaman  ədəbiyyat  bu  qədər  oxunmamış,  cəmiy-
yətdə belə tez və geniş əks-səda oyatmamışdı. İndi ədəbiyyat çox kəskin siyasi 
silah olmuşdu” (5, 70). 
M.Arif  yazırdı  ki,  “Azərbaycan  nəsrinin  bəhrələndiyi  ən  mühüm  qaynaq-
lardan biri xalq ədəbiyyatıdır. …Azərbaycan xalqının ədəbi ənənələrinin inkişafı 
da özünəməxsus bir varislik yolunun aparıcısı kimi diqqəti cəlb edir. Onun baş-
lıca  mahiyyətinin  dərinliyində  isə  zəngin  folklor  ənənələri  aydın  nəzərə  çarp-
maqdadır” (6). 
XX  əsrdə  folklor  elementləri  nəsrimizin  məzmununa  və  mahiyyətinə  elə 
dərindən  hopmuşdu  ki,  bunu  C.Məmmədquluzadə,  N.Nərimanov,  Ə.Haqverdi-
yev,  Y.V.Çəmənzəminli,  Ü.Hacıbəyov,  S.S.Axundov,  A.Şaiq  və  başqalarının 
yaradıcılığında  daha  aydın  duymaq  olurdu.  Folklor  elementləri  bu  ədiblərin 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     121 
 
 
nəsrinin görünən məzmununda və görünməyən alt qatında açıq əks olunurdu. Bu 
isə nəsrin folklor qaynaqları ilə tarixi və varislik ənənələri ilə sıx bağlı idi. Azər-
baycan nəsrində  folklor elementlərinin,  folklorizmin əksi təbii ki,  heç də  bütün 
dövürlərdə eyni səviyyədə qorunub saxlanmamış, yaxud əks oluna bilməmişdir. 
N.Nərimanovun nəsrində folklorizm, folklor elementləri bəzən açıq, bəzən 
də üstörtülü məzmunda nəzərə çarpırsa, C.Məmmədquluzadənin nəsrində bunlar 
yeni görüntülər silsiləsi  yaradır. “Molla Nəsrəddin” ədəbi  məcmuəsində  folklor 
süjetləri ifadə formasını dəyişir. Bu məcmuədə, folklorizmin müxtəlif çalarların-
dan  istifadə  isə,  bütövlükdə  XX  əsr  nəsrinə  yeni  qəliblər,  ölçülər  gətirir.  Xalq 
qəhrəmanları qaçaq hərəkatı, milli-mənəvi dəyərlər, mərasim və rituallarla bağlı 
məzmun nəsrdə özünü göstərməyə başlayır. Y.V.Çəmənzəminlinin “Qızlar bula-
ğı” (7, 345-450), S.Rəhimovun “Aynalı” (8, 3-184) əsərlərində folklor məzmunu 
bir  qədər  standart  qəliblərdə  təkrarlanmağa  başlayır.  Bu,  əslində  Azərbaycan 
nəsrində folklorizm hadisəsinin yeni şəkildə, bir qədər geniş ölçüdə davamı idi. 
Folklorizmlər M.İbrahimovun, İ.Əfəndiyevin, M.S.Ordubadinin, İ.Şıxlının 
və  başqa  ədiblərin  yaradıcılğında  daha  qabarıq  nəzərə  çarpdı.  60-cı  illərin  baş-
lancığında isə nəsrimizdə milli dəyərlərə yeni bir qayıdış meyli özünü göstərdi. 
Sovetlər  dövrünün  tələblərindən  fərqli  olaraq,  nəsr  yeni  məzmun  gəlməyə 
başladı. İ.Əfəndiyevin, İ.Şıxlının, S.Əhmədovun, Ə.Mustafayevin yaradıcılığın-
da sistemsiz halda nəzərə çarpsa da yeni məzmunun yeni daşıyıcıları folklorizmi 
bütün  çalarlarında  nəsrə  gətirməyə  həvəsli  qüvvələr  yetişməyə  başladı.  Ancaq 
folklorizim ənənələrini gözə çarpan və gözə çarpmayan qəliblərdə nəsrə gətirən, 
ilk  hekayələrdən  başlayaraq  ən  böyük  romanlarından  biri  olan  “Mahmud  və 
Məryəm”ə qədər milli-mənəvi və əxlaqi dəyərləri önə çəkən ədiblərdən ən məh-
suldarı Elçin oldu. 
Elçinin  nəsrində  folklorizmin  yeni  qayıdış  elementləri  tarixi-xronoloji  ar-
dıcılığla əsaslanır. Elçin bu işi çox ehtiyyatla ilk hekayələrindən başlayaraq son-
rakı dövrdə qələmə aldığı  nəsr əsərlərində  bir  növ  bərpa edir. Azərbaycan  nəs-
rində folklorizm görüntülərinə  yenidən qayıdır, əsərlərini  folklor elementləri və 
folklor süjetlərini zənginləşdirməklə oxucu qəlbinə yol tapır. 
İşin elmi yeniliyi. Bir sıra ədiblərin folklor süjetlərindən öz əsərlərində is-
tifadəsini  əks  etdirən  bir  çox  tədqiqatların  aparılmasına  baxmayaraq  folklorla 
yazılı  ədəbiyyatın  geniş  tədqiqinə,  demək  olar  ki,  indi-indi  başlanılmışdır.  Bu 
problemin məqalədə geniş şəkildə öyrənilməsi məqalənin elmi yeniliyidir. 
Tətbiqi  əhəmiyyəti.  Məqalədən Azərbaycan ədəbiyyatında  folklor dəyər-
ləri  ilə  yazılı  ədəbiyyatın  qarşılıqlı  əlaqəsi  ilə  məşğul  olan  mütəxəssislər,  ali 
məktəb tələbələri istifadə edə bilərlər. 
  
 
 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə