Dədə Qorqud ● 2015/I 118
öyrənilməsi bu gün daha önəmli, daha aktual məsələ olduğundan, Azərbaycan
folklorşünaslığında son zamanlar bu məsələnin araşdırılmasına, problemlərin
elmi-nəzəri baxımdan ümumiləşdirilməsinə maraq daha da artmışdır. Çünki
ədəbiyyatımızı, o cümlədən folklorumuzu yeni istiqamətdə araşdırmaq, onun da-
xili məzmun və məna əhəmiyyətini, xalq həyatına dərin köklərlə bağlılığını öy-
rənmək üçün folklor və yazılı ədəbiyyat əlaqələrinin qarşılıqlı şəkildə araşdırıl-
ması çağdaş dönəm üçün çox aktualdır (2, 13-14).
Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın əlaqəsi bütün dövrlərdə, xüsu-
silə XX əsrdə ədəbi-nəzəri fikrin aktual problemlərindən olmuşdur. Müstəqillik
əldə olunması bütün sahələrdə olduğu kimi, ədəbiyyatın da mənalı, sərbəst, ob-
yektiv inkişafına zəmin və əlverişli şərait yaratmışdır. Yazılı ədəbiyyat və fol-
klor probleminin öyrənilməsi çağdaş dövrümüzdə daha önəmli, daha aktual mə-
sələyə çevrilmişdir.
Respublikamızda gənclərin vətənpərvərlik, milli mənəvi özünüdərk ru-
hunda inkişaf etməsi xalqın bədii təfəkkürünün zəngin nümunələrini dərindən
öyrənib mənimsəməkdən asılıdır. Bu sahənin belə siyasi-sosial və mənəvi
aktuallıq kəsb etdiyi bir zamanda sənətkarların folklora bağlılığının elmi-nəzəri
izahı ədəbiyyatşünaslıqda xüsusi əhəmiyyət kəsb edir. Şifahi xalq ədəbiyyatı
ucu-bucağı görünməyən söz xəzinəsidir. Bədii söz, gözəl, yaddaqalan ifadələr
və dolğun kəlamlar mənəvi ehtiyacdan doğmuşdur. Ta qədim dövrlərdən ən
qiymətli, ən yaxşı əsərlər: nağıllar, əfsanələr, bayatılar, qoşmalar, dastanlar və s.
xalqın arzusuna, zövqünə, istək və amalına uyğun yaradılmışdır. Yazıçı və
şairlər, məhz buna görə də şifahi xalq ədəbiyyatından hər zaman məharətlə
bəhrələnmişlər. Ən istedadlı şair və qüdrətli yazıçı belə folklordan hər zaman
yararlanmışdır. Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Vidadi, Mirzə Cəlil,
H.Cavid, S.Vurğun, B.Vahabzadə və başqa söz korifeylərimizin yaradıcılıq
uğurları öncə mənsub olduqları xalqın zəngin şifahi xalq yaradıcılığına möhkəm
bağlılığı ilə əlaqədardır.
XX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatında sovet
dövrünün tələblərindən fərqli olaraq yeni məzmunlu, insanın psixoloji düşün-
cəsi, daxili narahatlığı, milli məninin taleyi, keçmişə münasibəti, azad durumu,
fərdi və ümumi baxışları əks olunan əsərlər meydana çıxır. Ədəbiyyatımıza yeni
nəfəs, yeni məzmun gətirən ədəbi qüvvələr içərisində xalq yaradıcılığından bəh-
rələnən, foklor ənənələrini gözə çarpan və çarpmayan qəliblərdə ədəbiyyata gə-
tirən, Anar, Elçin, M.Süleymanlı, M.Araz, R.Rövşən və başqa yazarların təşəb-
büskarlığı nəzər-diqqəti cəlb etməyə başladı.
Folklorun bədii ədəbiyyatda təzahür formaları geniş və rəngarəngdir. Bu,
təkcə hansısa bir milli ədəbiyyat üçün ənənəvi olmayıb, dünya ədəbiyyatının,
eləcə də Azərbaycan ədəbiyyatının mühüm xüsusiyyətlərindəndir. Həm dünya,
həm də Azərbaycan ədəbiyyatının o sənətkarları xalqların intəhasız sevgisini qa-
zanıblar ki, onlar öz yaradıcılıqlarında, ən kiçik həyat detalının təsvirindən tut-
Dədə Qorqud ● 2015/I 119
muş, ən böyük həyat faktının təsvirində belə milli həyat materialına, folklor
örnəklərinə böyük örnək vermişlər. Homer, Esxil, Dante, Bayron, H.Heyne,
V.Şekspir, Nizami, Füzuli, Mirzə Cəlil, S.Vurğun və b. sənətkarların yaradıcılığı
ona görə yüzilliklər ərzində oxucu sevgisinin əhatəsindədir ki, onların təsviri
folklorizmdən bəhrələnən lirizmlə vəhdətdədir.
Folklor və ədəbiyyatın qarşılıqlı əlaqə və təsiri məsələlərindən bəhs edən
U.B.Dalqat yazır: «…L.Tolstoy «Hacı Murad»ı yazanda qarşısına məqsəd qoy-
muşdu ki, dağlıların məşhur qəhrəmanı Hacı Muradı rus oxucusuna adi bir xalq
qəhrəmanı kimi təqdim etsin. Romanının birinci variantını yazandan sonra
L.Tolstoy Dağıstana – Hacı Muradın vətəninə gəldi. Burada Hacı Muradı xalqın
arasında axtardı. Onun barəsindəki qəhrəmanlıq nəğmələrini dağlı məclislərində
dinlədi, əfsanə və rəvayətlərə qulaq asdı. Hacı Muradın öz ailəsi, başının adam-
ları, tabeliyindəki qulluq işçiləri, düşmənləri, xüsusilə rus əsgər və zabitləri ilə
rəftar və münasibətini öyrəndi. L.Tolstoy «Hacı Murad»ı yenidən işləyəndə
əvvəldə yazdıqlarına qayıtmadı. Yeni «Hacı Murad» romanını yazdı. Həm də
dağlıların böyük məhəbbətini qazanmış, folklor ənənələri ilə sıx bağlı xalq qəh-
rəmanının qüdrətli bədii obrazını yaratdı. Yeni variantda yazılan «Hacı Mu-
rad»ın dəyəri nədəydi, hər şeydən əvvəl güclü folklorizmində. L.Tolstoy Hacı
Muradı ikinci variantda əsl dağlı qəhrəmanı kimi təsvir edə bilmişdi. O, vətən-
pərvər idi, Şeyx Şamilin yaxın silahdaşı idi. Ancaq müstəqil düşüncəli xalq ada-
mı idi. Ona görə ki, ədalətli idi, rəhimli idi, dağlı torpağına qəlbən bağlı idi.
L.Tolstoy Hacı Muradın bütün bu keyfiyyətlərini onun barədə dağlı yurtlarını
gəzib dolaşan qəhrəmanlıq əfsanə və nəğmələrindən götürmüşdü. Hacı Murad
xalq nəvazişi ilə böyüyüb boya-başa çatan əsl xalq qəhrəmanı idi» (3, 6-7).
Göründüyü kimi, folklorizmdən istifadə təkcə obraz yaradıcılığında uğura
aparmır, eyni zamanda əsərin özünü etik-estetik dəyərlərlə zənginləşdirir, insana
zövq verən dəyərlərin qabarıq şəkildə tərənnümünə imkan verir, haqqında bəhs
açılacaq qəhrəmanı, hadisəni və ya faktı dünyəvi, bəşəri dəyərlərlə cilalayır.
Əsərə oxunaqlıq, əbədiyyət bəxş edir. Bəzən nəsr əsərlərində, yaxud elə poeziya
və ya dramaturji nümunədə sənətkar elə bir folklor detalı, motivi, süjetindən isti-
fadə edir ki, o, ənənəvi detal kimi kompozisiya daxilində aparıcı məqama çev-
rilir. Hadisələrin kulminasiyasını yaradır. Məsələn, V.Şekspir «Hamlet» faciə-
sində qızın nahaqdan böhtanlanması barədəki folklor süjetindən istifadə yolu
Dezdemona-Hamlet qarşıdurmasını yaradır (4, 143-192).
XIX əsrin sonu, XX əsrin əvvələrində Azərbaycan folklorşünaslığında
dövrün hadisələri ilə bağlı olaraq bir sıra özünəməxsus yeni keyfiyyətlər mey-
dana çıxırdı. Bu da, əsas etibarilə, ondan ibarət idi ki, folklor yalnız yazılı ədə-
biyyatla deyil, o zamanın pedoqoji fikirləri ilə də sıx bağlı idi. Folklora yazıçı və
şairlərlə bərabər həm də pedaqoji fikir nümayəndələri yaxından maraq göstərir-
dilər. Belə ki, yazılı ədəbiyyat nümayəndələrinin əksəriyyəti folklolrdan öz pe-
daqoji fikirlərini yaymaq üçün bir vasitə kimi istifadə edirdilər. H.Zərdabi,
Dostları ilə paylaş: |