Dədə Qorqud ● 2015/I 112
raqlıdır: “Hər bir təmsildə insan idrakından doğan tərbiyəvi cəhət özünə yer alır.
Folklorşünaslıqda təmsillərin indiyə qədər toplanmaması, tədqiqata tamlıqla
cəlb edilməməsi təəssüf doğurur. XIX əsrdən sonra demək olar ki, yazılı
ədəbiyyatda xalq yaradıcılığından gələn təmsillərə belə toxunulmayıb. Düzdür,
sonralar Hikmət Ziya da təmsil yazmışdır. Amma bunu folklorda olan təmsillər-
lə müqayisə etmək olmaz. Nizami kimi dahilərin bəhrələndiyi təmsillərdən, fol-
klordan müasir yazarların da faydalanması onların ən ümdə vəzifələrindəndir”
(6, 159).
Epik növün ən qədim janrlarından olan təmsil folklor daxilində nəsrlə ya-
radılır. Təmsil həcmcə kiçik olur. Lakin dərin məna ifadə edir. Təmsilin əsas xü-
susiyyəti tənqidi və satirik mövzuda olmasıdır. Qeyd etdiyimiz kimi, ədəbiyya-
tımızda təmsilin ilk nümunələrinə N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasında
rast gəlirik. Nizami Gəncəvi çoxsaylı, müxtəlif əfsanələrlə yanaşı, ona çox yaxın
olan təmsillərdən də ustalıqla istifadə etmişdir. Şair istədiyi fikri, ideyanı daha
canlı ifadə etmək üçün xalq təmsillərindən bacarıqla faydalanmışdır. Əvvəllər
folklor nümunələri kimi yaranan bu təmsillər sonralar yazılı ədəbiyyata da daxil
olmuşdur. Onu yazılı ədəbiyyata ilk gətirənlərdən biri də Nizamidir. Amma Ni-
zami hər oxuyub öyrəndiyini, hər eşidib bildiyini olduğu kimi öz poeziyasına
gətirməmiş, əksinə bunları saf-çürük etmiş, ağıl süzgəcindən keçirmiş, “ağılaba-
tan” şəkilə salmış, xalq ədəbiyyatının bədii boyalarından öz üslubuna uyğun
tərzdə istifadə etmişdir. Şairin “Nuşirəvan və bayquşların söhbəti”, “Ovçu, it və
tülkü dastanı”, “Meyvə satanla tülkünün nağılı”, “Firidun ilə maralın dastanı”
əsərləri “Sirlər xəzinəsi” poemasına daxil olan təmsillərdir. Bilirik ki, Nizami
Gəncəvi çoxsaylı, müxtəlif, rəngarəng əfsanələrlə yanaşı, ona çox yaxın olan
təmsillərdən də ustalıqla istifadə etmiş, onların məna və məzmununu “Ovçu, it
və tülkü dastanı” nda ifadə etmişdir (7, 63).
Şifahi xalq yaradıcılığından bacarıqla istifadə edən Nizami Gəncəvinin “Sir-
lər xəzinəsi” poemasına daxil etdiyi digər bir təmsil “Bülbül və qızılquş dastanı”
adlanır. Bu təmsilin də əsas məzmununu istehza təşkil edir. Nizami daxilən acıyır,
kədərlənir, zahirən istehza edir. Adama elə gəlir ki, Nizami susmağı üstün tutur.
Lakin əsərin ictimai məzmunu əsl həqiqəti üzə çıxarır (7, 90).Daha sonralar
A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, A.Səhhət, A.Şaiq və M.Ə.Sabir də qələmini
təmsil janrında sınamış, təmsil mövzularını folklordan alıb nəzmə çəkmişdir.
A.Bakıxanov böyük rus şairi İ.A.Krılovun “Eşşək və bülbül” təmsilini
Azərbaycan dilinə tərcümə etmiş, “Yersiz iftixar”, “Qurd və ilbiz”, “Tülkü və
qoyun” adlı alleqorik əsərlər yazmışdır (8, 15). A.Bakıxanov bu tərcüməsi ilə
Rus və Azərbaycan ədəbiyyatı arasında qarşılıqlı əlaqəni də inkişaf etdirmişdir.
Cəsarətlə qeyd etmək olar ki, şairlər tərəfindən qələmə alınan təmsillərin mövzu
dairəsi xeyli kiçilmiş, bir qədər də xalq deyimlərindən uzaqlaşaraq şəxsi
subyektdə verilmişdir. Lakin burada əhəmiyyətli cəhət odur ki, hər bir təmsil
yazan şair sonda öz qənaətlərini və nəticələrini ifadə edir ki, bunlar da təmsilin
Dədə Qorqud ● 2015/I 113
əxlaqi-tərbiyəvi təsir gücünü artırır. Onu da qeyd etməliyik ki, müəlliflərin təm-
sil janrının xalq ədəbiyyatı daxilində bu qədər geniş yayılmasından bəhs etmə-
ləri onunla bağlıdır ki, təmsillər vaxtında toplanıb nəşr edilməmişdir. Xalq təm-
sillərini xalqdan alıb yenidən nəzmə çəkmiş Q.Zakir də hər məsələni olduğu ki-
mi açıqlayır. O, “Xain yoldaşlar haqqında” təmsilinin sonunda yazır:
Müşküldü həzm etmək hər belə nəsri
Əhv eyləsin arif gər ola kəsri (9, 121).
Q.Zakirin realist yaradıcılığında təmsillərin əhəmiyyəti müstəsnadır. Onun
nəşr olunmuş “Seçilmiş əsərləri”ndə: “Aslan, qurd və çaqqal”, “Dəvə və eşşək”,
“Tülkü və qurd”, “Xain yoldaşlar haqqında” (“İlan, dəvə, tısbağa”), “Tülkü və
şir”, “Sədaqətli dostlar haqqında” (“Tısbağa, qarğa, kəsəyən, ahu”) adlı altı təm-
sili çap olunmuşdur.
Q.Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq
yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və
Dimnə” əsərindən, həmçinin Nizami Gəncəvi, Cəlaləddin Rumi, Məhəmməd
Füzuli təmsillərindən istifadə etmişdir.
Qeyd etdiyimiz kimi, Qasım bəy Zakir “Aslan, qurd və çaqqal” təmsilinin
mövzusunu da şifahi xalq ədəbiyyatından – “Dost dosta tən gərək” (“Qurd, tül-
kü, şir”) nağılından götürmüşdür. Təmsildə də nağılda olduğu kimi ovların böl-
güsü iki mərhələdən keçir. İlk bölgünün qurbanı qurd, ikinci bölgünün qalibi
ovun üçünü də şirə verən çaqqal olur (9, 98).
Ümumiyyətlə, şairin əsərləri bu gün də ictimai tərbiyə vasitələri kimi gənc
nəslin əxlaqına, davranışına, ailə münasibətlərinə, dünyagörüşünə müsbət təsir
göstərir, bədii-estetik zövq mənbəyi kimi gənclərdə yüksək mənəvi-əxlaqi key-
fiyyətlər aşılayır. Zakirin fikrincə, birlik, dostluq hər şeyə qadirdir. İnsana insan-
dan kömək dəyməsə, aləmdə daş daş üstə durmaz. Birliyi olmayan xalq öz ta-
leyini həll edə bilməz. Birlik, mütəşəkkillik xalqın varlığını müəyyən edən tü-
kənməz qüvvə mənbəyidir. Dostluqda sədaqətli, etibarlı olmağı Zakir “Sədaqətli
dostlar” təmsilində də çox gözəl təsvir etmişdir. Mövzusu “Kəlilə və Dimnə”dən
götürülmüş həmin təmsil də sədaqətli dostluğun nə demək olduğunu gənc nəslə
aşılayır. Zakirin fikrincə, hər kəs özünə uyğun dost seçməlidir (9, 104). Belə-
liklə, A.Bakıxanov və Q.Zakirlə başlayan yeni təmsilçiliyi S.Ə.Şirvani davam
etdirmiş və müasir tərbiyə ilə bağlı bir neçə təmsil yazmışdır.
S.Ə.Şirvaninin təmsillərində isə ən çox bəhs edilən əxlaq məsələlərindən
biri sadəlik və təvazökarlıqdır. Şair “Ayı və siçan”, “Aslan və qarışqa”, “Siçan
və balası”, “Aslan və iki öküz”, “Eşşək və arılar”, “Siçan və pişik”, “Maral haq-
qında hekayə”, “Tülkü və çaqqal” təmsillərində sadəlik və təvazökarlığın insa-
nın bəzəyi olduğunu göstərir və oğlunu daim bütün işlərində sadə və təvazökar
olmağa çağırır. Şairin başlıca tənqid hədəfi isə cəhalət və nadanlıqdır. Diqqət
yetirsək görərik ki, “Qaz və durna” təmsilində də S.Ə.Şirvani elə buna işarə edir
ki, qeyri-təvazökarlıq, lovğalıq və təkəbbürlülük çox vaxt insanın başına bəla
Dostları ilə paylaş: |