Dədə Qorqud ● 2015/I 108
can burada yaşayan xalqların bədii yaradıcılıq və mədəniyyətinin mərkəzidir.
Azərbaycan xalqının şifahi xalq ədəbiyyatında yaranan nümunələr arasında na-
ğıl yaradıcılığı öz sanbalı və dəyəri ilə fərqlənir.
Şifahi ədəbiyyatla yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsi daimi əbədi yaradı-
cılıq prosesidir, onlar arasında nə qədər fərqlər olsa, həyatı əks etdirmək baxı-
mından müxtəlifliklər nəzərə çarpsa da, onları bir-birinə qarşı qoymaq, daxili
strukturlarında inkaredici səbəb və xüsusiyyətlər axtarmaq mənasızlıqdan başqa
bir şey deyildir. Şifahi yaradıcılıq ədəbiyyatın bazisidir, yazılı ədəbiyyat isə
onun üstqurumudur. Şifahi ədəbiyyat ilə yazılı ədəbiyyatın ortaqlığının ümumi
cəhəti hər ikisinin söz sənəti olmasıdır. Həm şifahi, həm də yazılı ədəbiyyat söz
materialına, sözün bədii ifadəsinə əsaslanır. Hər ikisi həyatı bədii obrazlarda, li-
rik poetik qəliblərdə, geniş epik lövhələrdə, gərgin dramatik səhnələrdə əks et-
dirir. Hər ikisi poetik qəliblərə, ədəbi tələblərə və ölçülərə əsaslanır. Hər ikisi
üçün poetik ifadə tərzi, təhkiyə və epik ənənə səciyyəvidir.
Yazılı ədəbiyyatı folklordan fərqləndirən xüsusiyyətlər də vardır. P.R.Bo-
qatıryov və R.O.Yakobsona görə folklorla yazılı ədəbiyyat arasındakı fərq on-
dadır ki, birincisi, yəni folklor-dil sisteminə, ikincisi, yazılı ədəbiyyat isə fərdi
nitq dilinə meyllidir (1, 102) .
Onu da qeyd edək ki, yazılı ədəbiyyat ayrı-ayrı şəxslərin nə dərəcədə xalq
ümumiyyətindən ucalmasını göstərir. Folklorla yazılı ədəbiyyatın mövzu, məz-
mun, həm də üslub etibarilə yaxınlığı artan istiqamətdədir, ümumiliklər çox,
fərqlər isə azdır. Bütün dövrlərdə və mərhələlərdə şifahi yaradıcılıq yazılı ədə-
biyyatın süjet, motiv, obraz və söz cəbbəxanası funksiyalarını qoruyub saxlamış-
dır. Şifahi ədəbiyyat bütün mərhələlərdə yazılı ədəbiyyatın yaranmasında bila-
vasitə müxtəlif dərəcə və amplitudalarda iştirak etmişdir. Məsələn, diqqət yetir-
sək görərik ki, dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da
ən qüdrətli qələm sahibləri xalq ədəbiyyatı nümunələrindən- hekayətlərdən, əh-
valatlardan, rəvayətlərdən, əfsanələrdən, deyimlərdən, məsəllərdən, atalar söz-
lərindən, nağıllardan və s. fəal şəkildə istifadə etmişlər. N.Gəncəvi, Nəsimi, Fü-
zuli, Vaqif, M.F.Axundov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Şaiq, A.Səhhət
və onlarla digər sənətkarımız xalq yaradıcılığı qaynaqlarına dönə-dönə müraciət
etmiş və bu gün zəngin poeziyamızı, dramaturgiyamızı və nəsrimizi xalq qay-
naqlarından kənarda düşünmək təbii ki, mümkün deyil. Yazılı ədəbiyyat folklor
elminin nəzəri əsasları üzərində inkişaf edən elmi ənənələrə malikdir. Yazılı
ədəbiyyatın keçdiyi zəngin inkişaf yolu, əldə etdiyi uğurlar bunu deməyə əsas
verir. Ona görə də şifahi ədəbiyyatla yazılı ədəbiyyatın elmi və mədəni poten-
sialını, nəzəri ehtiyatlarını yanaşı və müqayisəli şəkildə öyrənməliyik. Şifahi
ədəbiyyat yazılı ədəbiyyat üçün mənbə olmaqla yanaşı, onun tək-tək janrların-
dan yazılı ədəbiyyatda istifadə formaları genişdir. Məsələn, bir çox şair və yazı-
çılarımızın yaradıcılığında nağılların müxtəlif formalarda istifadəsinə rast gəlirik
Dədə Qorqud ● 2015/I 109
və onların yazılı ədəbiyyatda iştirak funksiyaları istər-istəməz şifahi ədəbiyyata
əsaslanır.
Bildiyimiz kimi, Azərbaycan nağıllarının bir bölümünü heyvanlar aləmin-
dən bəhs edən nağıllar təşkil edir. Bu nağıllarda heyvanlar insanın fikir və hissi,
onun həyati görüşlərinin əksi forması kimi təsvir olunur. Heyvanlar haqqındakı
nağıllar folklorun ən qədim janrlarından hesab olunur. Nağılçılıqda heyvanlar
haqqında nağılların yeri və spesifik xüsusiyyətləri özünəməxsus şəkildədir. On-
ların müəyyən qismində əski təsəvvürlər və alleqoriya güclü olduğu kimi, müəy-
yən qismində təmsilçilik də mövcuddur. Bu nağılların dünya nağılları ilə müş-
tərək və fərqli cəhətləri də az deyildir. Eyni zamanda başqa xalqların bu tipli na-
ğıllar ilə ümumilik və oxşarlıqları olsa da milli nağılçılıqla bağlı kökləri dərin-
dir. Bütün zamanlarda nağıllar haqqında söz demək sözü yaratmaqdan daha çə-
tin və məsuliyyətli bilinmişdir. Çünki nağılların təhlili bir tərəfdən bədii duyum
və anlama intellekti ilə bağlıdırsa, digər bir tərəfdən isə hansısa keçilmiş vaxt-
tarix kəsiyində yazılanları modern düşüncə yozumunda təqdim etməklə bağlıdır.
Bu tip nağılları mifoloji görüşlərlə əlaqələndirib bu sıradan olan nümunələrdə
heyvanların insan sifətləri ilə çıxış etməsi səbəbini araşdıran N.Seyidov yazır:
“Bizcə, o, bir sıra başqa səbəblərlə yanaşı, həm də nağılın maraqlı olmasına, ona
müəyyən məna verməsinə və bədiiliyi artırmağa xidmət edir. Həmin nağıllarda
iştirak edən heyvanlar iş və hərəkətlərinə görə iki şəkildə nəzərə çatdırılır. Birin-
ci halda, insanlara xas olan cəhətlərin heyvanlarda təzahür etməsidirsə, ikinci
halda hər heyvanın ayrılıqda özünə aid olan xüsusiyyətləridir ki, bir heyvanda
olan xarakterik cəhət başqalarında yoxdur... Bütün bunlar ilk baxışda ağlasığ-
maz bir əfsanə kimi nəzərə çarpır. Lakin hər heyvanın danışığı, hərəkəti, xarak-
teri nağılçı tərəfindən elə məharətlə təsvir edilir ki, bunlar əfsanəlikdən çıxır.
Nağılçı mənalı bədii təsvir vasitələrindən istifadə yolu ilə obrazların daxili alə-
mini açır” (2, 61).
Bir çox nağıl süjetləri dövrün psixologiya və estetik dəyərlərini özündə
əks etdirməklə cəmiyyətin ümumi tərəqqisinə yoldaşlıq edib. Hər bir nağıl mo-
delinin özünəməxsus obrazlar sistemi var. Məsələn, heyvanlardan bəhs edən na-
ğıllardakı obrazlar əsasən insanın əhatəsində olan heyvanlardır. Belə nağıllarda
güclü alleqoriya vardır və onlarda mübaliğə də mühüm yer tutur. Heyvanlar
haqqında olan nağıllarda demək olar ki, bütün hərəkətlər, əşyalar, hadisələr mü-
baliğəli təsvir olunur. Bu, heyvanlar haqqında olan nağılların səciyyəvi xüsusiy-
yətlərindən – süjetin möcüzəli hadisələr üzərində qurulmasından irəli gəlir.
Şərqin böyük mədəni abidəsi “Kəlilə və Dimnə”də bu əlamətlər daha güclüdür.
Onu da qeyd edək ki, “Kəlilə və Dimnə” əsəri təqribən III-IV əsrlərdə şifahi he-
kayələr şəklində ilk öncə Hindistanda meydana çıxmışdır. Sonralar hind brəh-
mənləri onu kağıza köçürüb işləməyə başlamışlar. Zaman keçdikcə onlar İrana
və Ərəbistana yayılmışdır. “Kəlilə və Dimnə”də əhvalatlar heyvanların dilindən
nəql olunur. Əlbəttə, bu sadəcə bədii üsuldur. Əslində isə burada insan həyatının
Dostları ilə paylaş: |