Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə45/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     99 
 
 
bilərik ki, “dastançılığımız XIX-XX əsrlərdə nisbətən zəifləmiş, aşıqların reper-
tuarında məhəbbət süjetləri öz yerini qəhrəmanlıq nəğmələrinə vermişdir”
 
(5, 7).
 
 
Ən  nəhayət,  qloballaşan  müasir  dövrümüz  informasiya  əsridir.  İnsanları-
mız  orta  əsrlərin  insanları  ilə  müqayisədə  olduqca  çox  fərqlənirlər.  Televiziya-
nın,  internetin  kütləviləşməsi,  mədəniyyətlərarası  əlaqələrin  genişlənməsi  və  s. 
nəticəsində cəmiyyətimizdə kifayət qədər informasiya bolluğu yaranmışdır. De-
mək olar ki, dünyanın əksər xalqlarının  mədəniyyəti, ədəbiyyatı, folkloru inter-
netdə əlimizin altındadır. Gündəlik olaraq saysız-hesabsız məlumatlar, informa-
siyalar  alırıq.  Öz  yazılı  ədəbiyyat  nümunələrimiz  –  bədii  nəsrimiz  orta  əsrlərlə 
müqayisəyə gəlməyəcək dərəcədə zənginləşmişdir. Vaxtilə cəmiyyətdəki insan-
ların dastanlarda rast gəlib maraqlandığı, təəccübləndiyi, heyrətləndiyi, hətta tə-
sirlənib,  ağlamaqdan  özünü  saxlaya  bilmədiyi  qəribə,  qeyri-adi  hadisələr,  baş 
verən  məhəbbət  macəraları,  obrazların  –  aşiq  və  məşuqun  bir-birinə  qovuşmaq 
yolunda  başlarına gələn və gətirilən  müsibətlər, çəkdikləri ağrı-acılar,  iztirablar 
və s. informasiya hərtərəfli zəngin olan bugünün  insanlarını orta əsrlərin  insan-
ları qədər heyrətləndirib təsirləndirərək tamamilə öz ağuşuna ala bilmir. Əvvəla, 
qeyd etdiyimiz kimi, indi bu cür macəralarla, qeyri-adi hadisələrlə olduqca zən-
ginləşmiş  yazılı  ədəbiyyatımızda,  eləcə  də  telekanallarla  yayımlanan  teleserial-
larda, demək olar ki, hər gün dönə-dönə rastlaşırıq və bunlar bizimçün get-gedə 
adiləşir, necə deyərlər, maraqsızlaşır. Artıq heyrətlənə bilmirik və heyrətlənmək 
istəyimiz, həvəsimiz səngimiş, öləzimiş vəziyyətə düşür. Çünki artıq XXI əsrdə 
bütövlükdə folklora münasibət xeyli dəyişmişdir. Beləliklə, məhəbbət dastanları 
da bundan yan keçə bilməmişdir.
 
 
Digər bir səbəb kimi isə ümumiyyətlə aşıq sənətimizin, dastan ədəbiyyatı-
mızın taleyi, bugünü və sabahı üçün olduqca aktual olan ciddi bir məsələni diq-
qət  mərkəzinə  çəkmək  istərdik.  Bizə  məlumdur  ki,  orta  əsrlərin  ustad  aşıqları, 
dastan  müəllifləri  sayılan  klassik  sənətkarlar  (onlar  xalq  arasında  “Haqq  aşığı” 
adlandırılır) dövrlərinin ən savadlı, ən məlumatlı, geniş dünyagörüşə malik işıqlı 
ziyalıları,  aydınları  olmuşlar.  Və  yaratdıqları  şeir,  dastan  nümunələri  də  bədii 
keyfiyyətləri,  orijinallıqları,  təsir  gücü  ilə  seçilmiş,  diqqəti  daim  cəlb  edərək 
xalq tərəfindən son dərəcə böyük sevgiylə sevilərək, yüksək qiymətləndirilmiş-
dir.  Son  dövrlərdə  isə  acınacaqlı  haldır  ki,  ən  nadir  istedad,  zəka  və  təxəyyül 
sahibləri  bu qədim  sənət növü  ilə  məşğul olmur, daha çox  yazılı ədəbiyyata və 
ya elmə üz tuturlar. Həm də bu səbəbdən XX əsr Azərbaycan dastanları, xüsu-
sən də  məhəbbət dastanlarımız keyfiyyət, geniş arealda  yayıla bilmək  baxımın-
dan klassik dastanlarla rəqabətə girə bilmir. 
Filologiya üzrə elmlər doktoru İsrafil Abbasov hələ 1972-ci ildə bu cəhəti 
nəzərə  alaraq  həmin  ildə  nəşr  olunan  beşcildlik  “Azərbaycan  dastanları”nın 
beşinci cildinə yazdığı “Yeni dastanlar” adlı müqəddiməsində diqqətə çatdırırdı: 
“...Yeni  dastanlar  öz  səviyyəsi,  epizodlarının  zənginliyi,  süjet  xətlərinin  rənga-
rəngliyi, macəralarının maraqlılığı ilə klassik dastanlara nisbətən zəif təsir bağış-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     100 
 
 
layır, məzmunlarının dolğunluğu ilə onlardan aşağı səviyyədə dayanır. Yeni das-
tanlar qədim xalq romanları qədər cilalanıb püxtələşməmiş, yetkinləşməmişdir” 
(1, 6-7). 
 
Lakin  bütün  bu  söylənilənlərlə  yanaşı,  yenə  XX  əsr  məhəbbət  dastanları-
mızı klassik dastan irsimizin davamı kimi qəbul etməyə də bilmərik. Bunlar qə-
dim dastançılıq ənənəmizin davamı kimi bu gün də diqqətimizi cəlb etməkdədir. 
Yuxarıda  sadaladığımız  faktlar,  fərqliliklər  və  oxşarlıqlar  XX  əsr  məhəb-
bət dastanlarımızın xarakterini, mövzu dairəsi və yayılma, yaşadılma məsələləri-
ni özündə ehtiva edir. Onların klassik dastanlardan  bu cür  fərqliliklərini  nəzərə 
alan professor Məhəmmədhüseyn Təhmasib  yazır: “...Bizim  xalq  içərisində  ya-
yılmış  dastanların  əksəriyyətini  çox  geniş  ərazidə  yerləşmiş  bir  sıra  müstəqil 
xalqlar öz adlarına bağlayır, bu əsərlərə şərik olduqlarını iddia edirlər ki, bunda 
da  müəyyən  dərəcədə  haqlıdırlar”  (6,  22).  Bu  fikirlə  tam  razılaşmaq  mümkün 
deyildir.  Belə  ki,  digər  türk  xalqları  arasında  da  mövcud  olan  eyniadlı  dastan 
mənimsəmə  deyil,  müştərək  mədəniyyət  hadisəsidir.  “Fərhad  və  Şirin”,  “Leyli 
və  Məcnun”,  “Əsli  və  Kərəm”,  “Tahir  və  Zöhrə”,  “Abbas  və  Gülgəz”,  “Aşıq 
Qərib”,  “Əmrah  və  Səlbi”  və  s.  kimi  orta  əsr  məhəbbət  dastanları  bir  sıra  türk 
xalqları içərisində geniş yayılmışdır. Lakin bunun əksinə, XX əsr məhəbbət das-
tanlarımız olduqca  məhdud arealda  yayılmış  və  ya  yuxarıda qeyd etdiyimiz ki-
mi, heç  yayılmamışdır. Əgər klassik dastanlarımızın əksəriyyətini  bilməyən us-
tad aşıqlar olduqca az tapılırsa, yeni dastanların çoxunu bilən aşıqlar, saz-söz us-
taları ondan da qat-qat azdır, demək olar ki, yox dərəcəsindədir. Onları, olsa-ol-
sa, öz müəlliflərindən,  yaradıcılarından savayı,  həmin  sənətkarların  yaşadıqları, 
çalıb-çağırdıqları bölgələrdə, kənd və rayonlarda özlərindən eşidən bəzi insanlar 
bilir, sevir və qiymətləndirirlər.
 
“Lakin  bütün bunlara baxmayaraq, Azərbaycan 
dastan yaradıcılığında yeni-yeni süjetlərin dastanlaşması davam etmiş, ustad sə-
nətkarların  repertuarında  məhəbbət  süjetləri  mühüm  yer  tutmuşdur.  Xalq  yara-
dıcılığına  məxsus  bədiilik,  obrazlılıq,  orta  əsrlərdə  yaranan  dastanlarda  olduğu 
kimi, yeni nümunələrdə də başlıca yaradıcılıq şərtlərindən olmuşdur” (5, 7). 
XX  əsr  Azərbaycan  məhəbbət  dastanlarından  misal  olaraq  Aşıq  Əlinin 
“Fərhad  və  Şirin”,  Aşıq  Bəhmənin  “Bəhmən–Humay”,  Aşıq  Şəmşirin  “Şəmşir 
və Sənubər”, şair Nəbinin “Dilsuz–Xəzangül”, Aşıq Həsən Pərvanənin “Həsən–
Aynaxanım”,  “Həsən–Durnaxanım”,  Aşıq  Soltanın  “Soltan  və  Qəndab”,  şair 
Rəsulun  “Rəsul–Nərgiz”  dastanlarını,  o  cümlədən,  bir  qədər  əvvəlki  dövrdə, 
yəni  XIX  əsrdə  yaşamış  ustad  Aşıq  Alı  tərəfindən  yaradılmış  “Aşıq  Alı  və 
Bəstixanım” dastanını, eləcə də Dədə Ələsgərin  “Dastan-rəvayətlər” adlandırıl-
mış  “Ələsgərlə  Səhnəbanı”,  “Həcər  xanım”,  “Anaxanımın  küsməyi”  və  s.  kimi 
onlarla,  bəlkə  də  yüzə  yaxın  digər  müəllifi  bəlli  olan  məhəbbət  dastanlarını 
göstərmək olar. Yeri gəlmişkən onu da qeyd edək ki, bu sıraya daxil olan dastan 
nümunələrinin  hamısını  qəti  şəkildə  müəllifi  bəlli olan  yeni  dastanlar  adlandır-
maq da düzgün deyil. Onların içində elələri var ki (məsələn: “Aşıq Alı və Bəsti-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə