Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə44/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     97 
 
 
Cəmilə İSBƏNDİYAROVA 
AMEA Folklor İnstitutunun doktorantı 
 
е-mail: cemile_isbendiyarova@mail.ru 
 
 
KLASSİK ƏNƏNƏ VƏ XX ƏSR AZƏRBAYCAN 
MƏHƏBBƏT DASTANLARI 
Xülasə
 
Məqalədə  XX  əsr  Azərbaycan  məhəbbət  dastanlarının  yaranması,  onların  xalq  roman-
larımız sırasında tutduqları mövqe, keyfiyyət səviyyəsi məsələlərinə elmi-nəzəri müstəvidə diq-
qət  çəkilir.  Məlum müəlliflər  tərəfindən  yaradılan  XX əsr  dastanlarının  bədii-sənətkarlıq  xüsu-
siyyətlərinə  və  yayılma  arealına  görə  klassik  məhəbbət  dastanları  səviyyəsinə  yüksələ,  onlarla 
rəqabətə girə bilməmələrinin obyektiv səbəbləri aydınlaşdırılaraq, məntiqi dəlillərlə izah olunur. 
Açar  sözlər:  Məhəbbət,  dastan,  klassik,  müasir,  keyfiyyət,  sənətkarlıq,  ənənə,  sələf, 
xələf. 
 
CLASSICAL TRADITION AND AZERBAIJAN LOVE EPOSES OF THE 20
TH
 
CENTURY 
Summary 
In  the  article it  is  said  about  the  creation  of  Azerbaijan  love  eposes  of  the  20
th
  century, 
their  position  among  the  folk  novels  and  the  problems  of  the  quality  are  looked  through  in 
scientific-theoretical  plane.  According  to  the  artistic-mastery  characters  and  spreading  areal  of 
the eposes created by known authors in the 20
th
 century the objective reasons have been cleared 
up and explained with logical arguments. 
 Key  words:  love,  epos,  classical,  modern,  quality,  mastery,  tradition,  predecessor, 
follower.  
 
КЛАССИЧЕСКАЯ ТРАДИЦИЯ И АЗЕРБАЙДЖАНСКИЕ ЛЮБОВНЫЕ 
ДАСТАНЫ (ЭПОСЫ) ХХ ВЕКА 
Резюме 
В  статье  привлекается  внимание  к  вопросу  создания  любовных  дастанов  (эпосов), 
их  положению  посреди  народных  романов  и  уровню  качества  с  научно-теоретической 
точки зрения. Также логическими языками объясняется  объективные причины не умения 
любовных дастанов, созданных в ХХ веке  известными авторами, повышаться до  уровня 
классических  любовных  дастанов,  по  причине  своих  художественно-мастерских  особен-
ностей, а также их не возможности конкурировать с ними. 
Ключевые  слова:  любовь,  дастан  (эпос),  классический,  современный,  качество, 
мастерство, традиция, предшественник, преемник. 
 
Məsələnin  qoyuluşu:  Klassik  məhəbbət  dastanları  və  XX  əsrdə  yaranan 
müəllifi bəlli dastanlar. 
İşin  məqsədi:  Klassik  məhəbbət  dastanları  ilə  XX  əsrdə  yaranan  məlum 
müəllifli  dastanların  müqayisəli  təhlilini  aparmaq,  yeni  yaranan  dastanlarda 
ənənəviliyin qorunub saxlanması və müasirlik məsələlərinə, eyni zamanda bədii 
sənətkarlıq xüsusiyyətlərinə fərqli elmi-nəzəri baxış ortaya qoymaqdır. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     98 
 
 
Bünövrəsini klassik dastanlarımızdan götürmüş, XX əsrdə yaranan məhəb-
bət dastanlarımızda əsasən, şifahi xalq ədəbiyyatına xas ənənəvi prinsiplər – şi-
fahi  şəkildə  yaranaraq  formalaşma, təkmilləşmə  xüsusiyyətləri qorunub saxlan-
maqda,  yaşadılmaqdadır.  Epik  dastançılıq  qaydalarına  riayət  etmə  ənənəsi  də 
müasir  məhəbbət  dastanlarımızda  klassik  məhəbbət  dastanlarımızdakı  özünə-
məxsus  qanunauyğunluq  əsasında  baş  verir  desək,  yanılmarıq.  Lakin  bununla 
yanaşı, onları orta əsrlərdə  yaranan  məhəbbət dastanlarımıza  yaxınlaşdıran bəzi 
cəhətlər olduğu kimi, fərqləndirən bir sıra xüsusiyyətlər də mövcuddur. İlk növ-
bədə  XX  əsr  Azərbaycan  məhəbbət  dastanları  klassik  dastanlarımızdan  dil  və 
üslub  xüsusiyyətlərinə,  eləcə  də  həyat  hadisələrinə  daha  yaxın  olmalarına  görə 
fərqlənir. Bu dastanlarda fövqəltəbii qüvvələrin iştirakı o qədər də aparıcı möv-
qeyə  malik  olmur.  İlahi  eşq,  buta  alma  məsələləri  xeyli  öləzik  şəkildə  nəzərə 
çarpır,  ya  da  çarpmır.  Dil  və  üslub  müasir  xalq  danışıq  dilinə  daha  yaxın  olur. 
Qəhrəmanlar  sevgilərinə  qovuşmaq  uğrunda  fövqəltəbii  ağalarından  –  himayə-
darlarından  daha  çox  öz  bacarıq,  hünər  və  rəşadətlərinə  arxalanaraq  mübarizə 
aparırlar.  Lakin  onu  da  qeyd  edək  ki,  bütün  bunların  müqabilində,  klassik  das-
tanlardan fərqli olaraq, müasir məhəbbət dastanlarımızda baş verən hadisələr də 
qeyri-adilikdən, ağlasığmazlıqdan adiliyə, bayağılığa doğru enməyə, öləziməyə, 
nəticədə diqqəti daha az cəlb etməyə başlayır.  
Bununla belə, XX əsrdə yaranıb formalaşan məhəbbət dastanlarımız şifahi 
xalq  ədəbiyyatımızın  ən  aparıcı  sahələrindən  biri  olan  aşıq  yaradıcılığının  son 
dövr məhsullarıdır. Bu dastanlar çağdaş dövrümüzə yaxın illərdə yaranmış, daha 
doğrusu,  məlum  müəlliflər  –  ustad  aşıq  və  el  şairlərimiz  tərəfindən  ərsəyə  gə-
tirilmiş  nümunələrdir.  Onlar  günümüzdə  də  aşıq,  saz-söz  məclislərində  yüksək 
həvəs və coşqu ilə söylənməkdə və dinlənilməkdədir. 
XX  əsr  müəlliflərinin  yaratdıqları,  düzüb-qoşduqları  məhəbbət  dastanla-
rını,  yuxarıda  qeyd  etdiyimiz
 
və  s.  kimi,  bir  sıra  fərqli  xüsusiyyətlərini  nəzərə 
alaraq  orta  əsr  dastanları  ilə  eyniləşdirmək  qətiyyən  mümkün  deyildir.  Bunlar 
müəllifi  məlum  olan  şifahi  xalq  ədəbiyyatı,  aşıq  yaradıcılığı  nümunələridir  və 
daha çox yuxarıda göstərilən xüsusiyyətlərinə görə klassik məhəbbət dastanları-
mızdan  xeyli  fərqlənir.  Bir  daha  qeyd  edək  ki,  XX  əsr  məhəbbət  dastanlarının 
çoxu hələlik olduqca dar çevrədə yayılaraq məhəlli xarakter daşıyır və onları bə-
zən yalnız qələmə alan, düzüb-qoşan aşıq və el şairlərindən sonrakı dövrdə çox 
az aşıq bilir. Bu fərqlənmənin də, öz növbəsində, bir sıra təbii səbəbləri var. İlk 
növbədə  XX  əsr  məhəbbət  dastanları  ona  görə  hələ  bir  o  qədər  geniş  audito-
riyada  yayıla  bilmir  ki,  onların  yaşı  azdır,  çox  cavandır.  Digər  tərəfdən,  etiraf 
edilməlidir  ki,  XX  əsrdə  yaranan  məhəbbət  dastanları  öz  bədiiliyinə,  istifadə 
olunan şeirlərinin poetik  vüsətinə, qeyri-adi,  maraqlı  hadisə  və ağlasığmaz  ma-
cəralarla zənginliyinə və s. görə, bir sözlə, keyfiyyət baxımından klassik məhəb-
bət dastanlarına nisbətən xeyli aşağı səviyyədədir. Tərəddüd etmədən təsdiqləyə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə